Əkbər Hacıyevi bu fakt maraqlandırmalıdır... - "Azı 25 ildir ki, qaz yoxdur..."

11:59 25.09.2019 485
Əkbər Hacıyevi bu fakt maraqlandırmalıdır... - "Azı 25 ildir ki, qaz yoxdur..."

“Ucarın mərkəziylə aramızda 7 kilometr məsafə var. Hər gün 16 ailə burdan rayona gedir, içməli su daşıyıb gətirir. Düzdür, icra başçısı bir arx qazdırıb, o arxla su kanalından bizə tərəf su axıb gəlir, ancaq o suyu yalnız paltar, qab-qacaq yumağa istifadə edə bilirik. İçsək, zəhərlənib ölərik”.

DİA.AZ xəbər verir ki, Ucar Pambıq Zavodu hələ 1980-ci illərin ortalarında Bakı-Qazax yolunun üstündə, Ucarın Quləbənd kəndi yaxınlığına düşən ərazidə (Pambıq zavodun ərazisi) zavodun çoxuşaqlı ailələri üçün yaşayış binaları inşa etmək qərarına gəlir. 1987-ci ildə ilk ikimərtəbəli, 16 mənzilli bina istifadəyə verilir. Lakin Sovet hökuməti dağılandan sonra zavod da fəaliyyətini dayandırır, növbəti binalar tikilmir. Nəticədə istifadəyə verilmiş ilk binanın bir sıra kommunal problemləri də həll olunmamış qalır. Üstəlik, 90-cı illərin əvvəllərində hər yerdə olduğu kimi, bu ərazidə də qaz, su qıtlığı yaranır. Uzun müddət istifadəsiz qalmış qaz, su xətləri kəsilərək satılır. Nəticədə 30 ildən çoxdur ki, 16 ailə mavi yanacağı odunla əvəz edib, içməli suyu xeyli aralıda yerləşən rayondan daşıyır.

Bina sakini Teymur Əhmədov danışır: “Sağ olsun Ucarın icra hakimiyyətinin başçısı, binanı təmir etdirdi, dam örtüyünü dəyişdirdi. Meşədən keçib gələn Qəzyan arxı var, zibilliklərdən keçib gəlib bizim binaya çatır. O arxı da başçının göstərişi ilə qazıblar bizim üçün. Biz o arxı ildə 3-4 dəfə öz hesabımıza traktor gətirib qazdırırıq, qamışdan, yığılan zibillərdən, qurbağalardan təmizləyirik ki, su, azca da olsa, təmizlənsin. O arxın suyuyla yalnız pal-paltar, qab-qacaq yuya bilirik. Ekoloji çirkli sudur. Məcburuq ki, hər gür rayona gedib, içməli su gətirək. Bakı-Qazax yolunun üstündə ikimərtəbəli bir binadır. Ətrafı bomboşdur, bizim binadan başqa yaşayış yoxdur”.

Sakinlərin deməsinə görə, yaşadıqları yerdən 2 kilometr o tərəfə – Zərdaba qaz xətti keçib gedir. Digər tərəflərindən 1,5 kilometr məsafədəki Güləbənd kəndinə qaz verilir, ancaq onların binasına qaz xətti çəkilmir. Buna görə də sakinlər odundan istifadə edirlər:

"Azı 25 ildir ki, qaz yoxdur. Gedirik, tələb edirik ki, gətirin vaxtilə kəsdiyiniz qaz xətlərini yerinə birləşdirin, deyirlər, mümkün deyil. Səbəbini isə izah etmirlər. Bir maşın odun azı 350 manata başa gəlir. Ailələrin çoxu ala bilmir. Bax, hazırda hərə öz evinin odun sobasını çölə çıxarıb rəngləyir, qışa hazırlıq görür. Bir azdan havalar soyuyanda odun, istilik məsələsi yenə binanın əsas problemi olacaq”.

Sakinlərin telefon və internet problemi də var. Onların deməsinə görə, telefon xətti yaşadıqları binanın qarşısından keçib kəndlərə qədər uzanır, ucqar kəndlərdə də telefondan istifadə imkanı var, ancaq onların binasına telefon xətti çəkilmir.
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

19:39

Dövlət Su Ehtiyatları Agentliyi, yoxsa ŞƏBƏKƏ BİZNESİ? - Dövlət qurumunda "Dostluq birliyi"

19:11

İlham Əliyev 4 kəndi də qaytardı

16:34

109-cu “erməni soyqırımı” oyunlarında dönüş –

16:06

"Bura bildiyiniz bazardır..." - GİLEY

15:40

Sabirabadlı fermerin balıq gölündə çalışdı, maaşını ala bilmir... - GİLEY

14:45

Yumurta kəskin ucuzlaşdı – Qiymətlər daha da ENƏCƏK?

12:56

"Xaçmaz rayon Məhkəməsinə müraciət etmişəm..." - MƏHKƏMƏDƏ İSƏ...

12:13

İnternet dələduzları yenə də İŞ BAŞINDA... - ETİRAZ

11:05

Gəncə niyə ABAD OLA BİLMİR... - Bu qədər xərc-xəsarət varsa...

10:31

Mikail Keskini “Ajda Baku”dan uzaqlaşdıran şəxsləri qoruyan “hüquq əli” kimindir? - Türkiyəli iş adamına qarşı QANUNSUZ ƏMƏLLƏR

09:48

DİREKTORU QOVUBLAR, AMMA KORRUPSİYA TAPILMAYIB... - Agentlik hüquq-mühafizə orqanlarına niyə müraciət etməyib?

09:26

Laçın sakini evinə sevinərək dönsə də... - AXI NİYƏ?

20:57

MİLÇƏK VƏ AĞCAQANAD SÜRÜLƏRİNİN SARAY QƏSƏBƏSİNDƏKİ “ALİMLƏR BİNASI”NA HÜCUMU

19:08

Melorasiya və Su Təsərrüfatı ASC-də "şəbəkə biznesi..."-Kamalın Zamanı

18:41

Kəmaləddin Heydərova məxsus olduğu deyilən 357 milyonluq şirkət məhkəmə qarşısında

16:32

Qərb Cənubi Qafqaz planlarında tələsir - ŞƏRH

16:10

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – TƏFƏRRÜAT

15:40

Gömrükdə camaatı rəsmən ƏLƏ SALIRLAR... - FOTOFAKT

15:12

Şəhid anasını qəbul etməyən icra başçısı onun Prezidentə etdiyi müraciəti əsassız çıxarmağa cəhd etdi VİDEO

14:21

285 saylı məktəbdə qalmaqal: Yeni direktor köçkün müəllimi işdən çıxardı - TƏFƏRRÜAT

13:46

"Bəs bu təmizliyə nəzarət edən kimsə yoxdurmu?" - ETİRAZ

12:43

Şahmar İbadovun dövlətə meydan oxuması... - Qalmaqallı məmur yeni vəzifə eşqinə düşüb

12:08

İcra başçısı şəhidin adına olan obyekti sökdürdü - Şəhid qızı Prezidentə müraciət etdi - VİDEO

11:24

"Bravo"da vaxtı keçmiş məhsul satılır - GİLEY

10:50

ABŞ-dən sülhməramlıların Qarabağı tərk etməsinə - Reaksiya

10:09

«AZVİRT» VƏ «SAN İNŞAAT» TIKINTI ŞIRKƏTI QƏZADA AĞIR XƏSARƏT ALAN IŞÇILƏRINƏ SAHIB DURMUR. ZƏNGILANDAKI TIKINTI IŞLƏRINDƏ ÇALIŞANLARA QARŞI GÖSTƏRILƏN ÖGEY MÜNASIBƏTƏ NƏ AD VERMƏK OLAR?- VİDEO/FAKTLAR

09:31

Başlıbel faciəsindən 31 il ötür

00:24

İsrail İrana cavab zərbəsi endirməyi planlaşdırıbmış

23:36

CHP liderindən AŞPA-da Azərbaycana DƏSTƏK

19:13

İcra Hakimiyyəti ilə tenderlərinin qalibi olan şirkət arasında qalmaqal yaranıb - TƏFƏRRÜAT

18:49

"Həkim mənə dedi ki, narazılığın var, get sən də özünü yandır..." - NARAZILIQ VAR...

18:37

Prezidentdən Şuşa ilə bağlı - Sərəncam

18:26

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – QALMAQALLI MƏHKƏMƏ İŞİ

16:48

Anasını öldürüb 11 yaşlı qardaşını yaralayan yeniyetməyə hökm oxundu