Azərbaycanın taleyini dəyişdirən həmin hadisədən 25 il sonra - “HƏYAT HEYDƏR ƏLİYEVİN SEÇİMİNİN DÜZGÜNLÜYÜNÜ SÜBUT ETDİ...”

11:07 24.09.2019 474
Azərbaycanın taleyini dəyişdirən həmin hadisədən 25 il sonra - “HƏYAT HEYDƏR ƏLİYEVİN SEÇİMİNİN DÜZGÜNLÜYÜNÜ SÜBUT ETDİ...”

Azərbaycanın taleyini dəyişdirən, elə rəsmi sənədlərdə də “Əsrin müqaviləsi” adlanan iri neft müqaviləsinin imzalanmasının 25 illiyi ilə bağlı Bakıda təşkil edilən təntənəli mərasimlər Rusiya KİV-lərində də geniş işıqlandırılır.

“Rossiyskaya qazeta” yazır ki, 1994-cü ildə Azərbaycanın özünün iri karbohidrogen ehtiyatlarını dünya nəhənglərinə açarkən SSRİ-nin dağılması ilə əldə etdiyi müstəqilliyi iqtisadi azadlıqlarla və artan beynəlxalq nüfuzu ilə möhkəmləndirdi. Nəticədə 25 il əvvəl ərazisində alovlanan münaqişə ilə üzləşən, ciddi perspektivlərə malik olmayan respublikanın sonrakı uğurlu inkişafının fundamenti qoyuldu, Azərbaycan regionun şəksiz iqtisadi liderinə, stabil və inkişaf edən oazisə çevrildi.

1994-cü il sentyabrın 20-də Azərbaycan hökuməti ilə yeddi ölkədən olan 11 iri neft-qaz korporasiyası arasında Xəzərdəki “Azəri-Çıraq-Günəşli” yataqlar blokunun kəşfiyyatı və hasilatın pay bölgüsü haqda müqavilə imzalandı. Ev sahibi ölkəni rəhbərlərindən biri indiki Azərbaycan prezidenti İlham Əliyevin olduğu milli neft şirkəti SOCAR təmsil edirdi.

“Əsrin müqaviləsi” səkkiz ölkəni-Azərbaycan, Rusiya, ABŞ, Böyük Britaniya, Türkiyə, Norveç, Yaponiya və İranı möhkəm iqtisadi bağlarla bağladı. Mahiyyətcə respublikada XX əsrin əvvəli, XIX əsrin sonlarının “qızıl dövr” modeli yenidən yarandı. O vaxt Bakı dünyanın neft paytaxtı hesab edilirdi və 1917-ci il inqilabına qədər Xəzər şelfində Azərbycan və Rusiya neft sənayeçiləri ilə yanaşı xaricilər də neft hasilatı ilə məşğul olurdu. Onlardan ən məşhuru “Nobel qardaşlarının neft istehsalı ittifaqı” və Rotşildlərin əsasını qoyduğu “Caspian and Black Sea Oil” şirkəti idi. XX əsrin əvvəllərində Azərbaycanda cəmi 167 neft müəssisəsi işləyirdi və onlar dünya neft hasilatının 50 faizini (!) təmin edirdi.

“Rossiyskaya qazeta” xüsusi qeyd edir ki, indiki təntənələrdə azərbaycanlılar o vaxtkı prezident Heydər Əliyevi minnətdarlıqla xatırlayırlar. “Əsrin müqaviləsi”ni ata-Əliyevin ən başlıca və qiymətli irsi adlandırırlar. Heydər Əliyev və onun oğlu İlham Əliyev o vaxt bir il ərzində müxtəlif xarici neft korporasiyalarının rəhbərləri və səhmdarları ilə şəxsən görüşdülər, mürəkkəb danışıqlar apardılar, onlara şəxsən və hökumət adından təminatlar verdilər.

İlk danışıqlar isə hələ SSRİ dövründə-1989-cu ildə başlamışdı. “Əsrin müqaviləsi”inə hazırlıqla bağlı tam və təfərrüatlı tarix hələ öz araşdırmaçılarını gözləyir, lakin jurnalistlər indidən müqavilənin imzalanmasının bütün detallarına dair əlavə informasiyalar tapıb ortaya çıxarırlar. Bununla belə artıq məlumdur ki, müqavilənin işlənib hazırlanmasında respublikanın , o cümlədən Rusiyanın neft-qaz sferasında nüfuz sahibi olan şəxslər iştirak ediblər.

Onların arasında sonradan “Nortgaz” QSC-nin direktorlar şurasının sədri olmuş Fərhad Əhmədov da var idi. Məhz Əhmədov ABŞ-dan “Əsrin müqaviləsi”nin potensial iştirakçılarının danışıqlara cəlb edilməsinə kömək etmişdi. Onunla birlikdə tərəfdaşlarla danışıqlarda SOCAR-ın gələcək prezidenti Natiq Əliyev də mühüm rol oynamışdı. “Əsrin müqaviləsi”nin imzalanmasının final mərhələsində isə danışıqlara Rusiyanın “Lukoil” şirkətinin prezidenti Vahid Ələkbərov da cəlb olunmuşdu.

“Əlbətdə ki, “Əsrin müqaviləsi” Azərbaycanda sabitliyin yaranmasında müstəsna rol oynamış prezident Heydər Əliyevin böyük səylərinin nəticəsi idi. Daxili siyasi problemlər nizamlanmadan və Ermənistanla münaqişə lokallaşdırılmadan bu tarixi müqavilənin imzalanması sadəcə olaraq ağlabatan deyildi”,-eks Rusiya senatoru Fərhad Əhmədov xatırlayır.

Əlavə edir ki, elə o vaxt Azərbaycanın neft strategiyası müəyyən edildi və ilk günlərdən onun sükanı arxasında Azərbaycanın gələcək prezidenti, Dövlət Neft Şirkətinin vitse-prezidenti İlham Əliyev dayanmışdı.

“Bu müqavilə olmasaydı Azərbaycanın taleyi tamam başqa olardı. Mən Azərbaycana AMOCO Eurasia və McDermott şirkətlərinin cəlb edilməsi üçün əlimdən gələni etdim. AMOCO ilə hələ Sibirdəki fəaliyyətim dövründə əməkdaşlıq edirdim. Onlar “Qazprom”un törəməsi olan “Yamburqazhasilat” şirkəti ilə Bovanenkovsk yatağının birgə işlənməsinə dair danışıqlar aparırdı. Həmin şirkətin baş direktoru bizim həmyerlimiz V.Remizov idi (sonradan o “Qazprom”un rəhbərinin müavini oldu). Şəxsi görüşlərmdə mən onları Azərbaycanın neft-qaz yataqlarının işlənməsinin, “Əsrin müqaviləsi”nin üstünlüyünə inandırırdım”,-F.Əhmədov xatırlayır.

“Rossiyskaya qazeta” öz tarixi ekskursunda dörddə bir əsr əvvəl Heydər Əliyevin neft strategiyasının həyata keçriiləcəyinə skeptik yanaşan rusiyalı analitiklərin mövqeyini də xatırladır. “Jurnalistlər konsessiyanın mahiyyətinə varmadan yazırdılar ki, Azərbaycan sərvətlərini paylayır, “müstəqillik alveri” edir. Ancaq həyat o zaman edilmiş seçimin düzgünlüyünü sübut etdi”,-Rusiya nəşri bildirir.
Virtualaz.org
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

16:13

"Qazaxlı Alik"in oğlunun məhkəməsi başlayır - TƏFƏRRÜAT

14:59

Neftçalada vəzifə uğrunda MÜBARİZƏ — İcra başçısının məzuniyyətdən qayıtmasını gözləyirlər...

12:35

“Laser Beauty Clinic” tam bir QƏSSABXANA kimi işləyir... - daha bir FAKT!

12:04

Nə oldu, Makron? - AKTUAL

10:55

271 saylı məktəbdə həftəbecər dərs saatları... - DƏLİXANADIR, VALLAH...

09:48

Biləcəri bələdiyyəsi belə geridə qalıb? - YOXSA...

19:39

Dövlət Su Ehtiyatları Agentliyi, yoxsa ŞƏBƏKƏ BİZNESİ? - Dövlət qurumunda "Dostluq birliyi"

19:11

İlham Əliyev 4 kəndi də qaytardı

16:34

109-cu “erməni soyqırımı” oyunlarında dönüş –

16:06

"Bura bildiyiniz bazardır..." - GİLEY

15:40

Sabirabadlı fermerin balıq gölündə çalışdı, maaşını ala bilmir... - GİLEY

14:45

Yumurta kəskin ucuzlaşdı – Qiymətlər daha da ENƏCƏK?

12:56

"Xaçmaz rayon Məhkəməsinə müraciət etmişəm..." - MƏHKƏMƏDƏ İSƏ...

12:13

İnternet dələduzları yenə də İŞ BAŞINDA... - ETİRAZ

11:05

Gəncə niyə ABAD OLA BİLMİR... - Bu qədər xərc-xəsarət varsa...

10:31

Mikail Keskini “Ajda Baku”dan uzaqlaşdıran şəxsləri qoruyan “hüquq əli” kimindir? - Türkiyəli iş adamına qarşı QANUNSUZ ƏMƏLLƏR

09:48

DİREKTORU QOVUBLAR, AMMA KORRUPSİYA TAPILMAYIB... - Agentlik hüquq-mühafizə orqanlarına niyə müraciət etməyib?

09:26

Laçın sakini evinə sevinərək dönsə də... - AXI NİYƏ?

20:57

MİLÇƏK VƏ AĞCAQANAD SÜRÜLƏRİNİN SARAY QƏSƏBƏSİNDƏKİ “ALİMLƏR BİNASI”NA HÜCUMU

19:08

Melorasiya və Su Təsərrüfatı ASC-də "şəbəkə biznesi..."-Kamalın Zamanı

18:41

Kəmaləddin Heydərova məxsus olduğu deyilən 357 milyonluq şirkət məhkəmə qarşısında

16:32

Qərb Cənubi Qafqaz planlarında tələsir - ŞƏRH

16:10

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – TƏFƏRRÜAT

15:40

Gömrükdə camaatı rəsmən ƏLƏ SALIRLAR... - FOTOFAKT

15:12

Şəhid anasını qəbul etməyən icra başçısı onun Prezidentə etdiyi müraciəti əsassız çıxarmağa cəhd etdi VİDEO

14:21

285 saylı məktəbdə qalmaqal: Yeni direktor köçkün müəllimi işdən çıxardı - TƏFƏRRÜAT

13:46

"Bəs bu təmizliyə nəzarət edən kimsə yoxdurmu?" - ETİRAZ

12:43

Şahmar İbadovun dövlətə meydan oxuması... - Qalmaqallı məmur yeni vəzifə eşqinə düşüb

12:08

İcra başçısı şəhidin adına olan obyekti sökdürdü - Şəhid qızı Prezidentə müraciət etdi - VİDEO

11:24

"Bravo"da vaxtı keçmiş məhsul satılır - GİLEY

10:50

ABŞ-dən sülhməramlıların Qarabağı tərk etməsinə - Reaksiya

10:09

«AZVİRT» VƏ «SAN İNŞAAT» TIKINTI ŞIRKƏTI QƏZADA AĞIR XƏSARƏT ALAN IŞÇILƏRINƏ SAHIB DURMUR. ZƏNGILANDAKI TIKINTI IŞLƏRINDƏ ÇALIŞANLARA QARŞI GÖSTƏRILƏN ÖGEY MÜNASIBƏTƏ NƏ AD VERMƏK OLAR?- VİDEO/FAKTLAR

09:31

Başlıbel faciəsindən 31 il ötür

00:24

İsrail İrana cavab zərbəsi endirməyi planlaşdırıbmış