"Hələlik qoymamışıq, ancaq bu məsələ kökündən həll olunmalıdır" - QALMAQAL

12:17 23.09.2019 439
"Hələlik qoymamışıq, ancaq bu məsələ kökündən həll olunmalıdır" - QALMAQAL

Paytaxtın Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi: 225 a ünvanında yaşayan sakinlər binalarının həyətində yol salınmasından narazıdırlar. Bununla bağlı sakinlər “Qafqazinfo”ya müraciət ediblər.

“Nəsimi 12 MMC”nin sədri Nurxan İsayev bildirib ki, binanın həyətindən Fikrət Əmirov küçəsinin başlanğıcı kimi yol açmaq planlanır: “Bu bina 2013-cü ildə dövlət aktıyla təhvil verilib. Binada 128 mənzil sahibi, 15 mülkiyyətçi var. Buranı sakinlər əvvəldən belə gördüyü üçün mənzil alıblar. İndi isə yol açmaq istəyirlər. Gələn adamlara başa saldım ki, bu yol açılarsa intensiv olaraq gediş-gəlişli olacaq. Çünki Dilarə ƏIiyeya küçəsi həmişə tıxaclı olur. Bizim binanın həyətinə başqa giriş-çıxışımız yoxdur. Onlara dedim ki, sakinlərə alternativ yol təklif etsinlər. Bura Bakı Şəhər İcra Hakimiyyətinin nümayəndəsi Zülfüqar Hüseynzadə, Nəsimi rayon İcra Hakimiyyətinin birinci müavini, qurumun yol departamentinin şöbə müdiri və başqaları gəlmişdilər. Əllərində hər cür avadanlıqla buranı sökmək istəyirdilər. Hələlik qoymamışıq. Ancaq bu məsələ kökündən həll olunmalıdır”.

“Qafqazinfo” məsələ ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətinin rəhbəri İsrafil Kərimovla əlaqə saxlayıb. O bildirib ki, sözügedən ünvandakı bina mənzil tikinti korporatividir: “Bina istifadəyə veriləndən sonra müəyyən vaxt ərzində binanın rəhbərliyi, orada yaşayan sakinlər tərəfindən həmin binaya aid olmayan ərazi zəbt olunub və sakinlər üçün maşın dayanacağı, həyət yaradılıb.

Bakı şəhərində tıxacların aradan qaldırılması, qeyri-qanuni zəbt edilmiş torpaq sahələrinin boşaldılması ilə əlaqədar müvafiq işlər həyata keçirilir. Bununla əlaqədar Dövlət Yol Polisi, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi, Bakı Nəqliyyat Agentliyi və Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən aparılan araşdırmalar nəticəsində məlum olub ki, şəhərin mərkəzində 10-a yaxın yerdə tikinti korporativləri, ayrı-ayrı şəxslər tərəfindən zəbt olunmuş sahələr var. Həmçinin bu binada da vaxtilə zəbt olunmuş ərazi təmizlənir. Binanın rəhbərliyi həmin ərazini zəbt edib. Ona görə də həmin şəxslər cinayət məsuliyyətinə cəlb olunmalıdır. Çünki bu hala göz yumublar. Hər bir binanı layihələndirən zaman elə edilməlidir ki, orada sakinlər üçün maşın dayanacağı yaradılsın. Bu, onlara əsas vermir ki, dövlət torpağını zəbt edərək dayanacaq yaratsınlar.

Ərazidə yol çəkiləcək ki, nəqliyyat sıxlığı azaldılsın. Həmçinin hərəkətin təhlükəsizliyi təmin olunacaq. Ora işıqfor qoyulacaq, piyadalar üçün keçid düzəldiləcək”.

“Qafqazinfo” sözügedən ərazidən hazırladığı videosüjeti təqdim edir:

Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO

15:27

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib - MƏHKƏMƏ İŞİ

14:40

Beş ayda 67 milyon manat dövlət sifarişi verilmiş müəmmalı MMC-nin arxasında kimlər durur?

14:08

Siqaretin qiyməti bahalaşacaq? - AKTUAL

13:35

`Sahil - S İnşaat` şirkətinin tikdiyi binanın sakinləri YENİ QALMAQALDA - NARAZILIQ VAR...

12:43

Göygöl Suvarma Sistemləri İdarəsinin 1 milyon manatlıq tenderinin adı var, özü yox… - İLGİNC FAKTLAR

12:16

Dövlətin etibarını “əyənlər” - “Qobu Park”a görə kimlər qandallanacaq?

11:39

Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):Universitetin büdcəsi müxtəlif adlar altında talan edilir

10:54

Təhsildəki kütləvi repititorluq... - Məktəblər NƏ İŞƏ YARAYIR?

10:16

Bakıda Sahil Babayevdirsə, Naxçıvanda da Ceyhun Cəlilovdur... - EYNİ SİTƏM...

09:55

Tanınmış iş adamı Milli Məclis TƏDARÜKÜNDƏ... - İDDİA

09:11

Otel də yoxdur, turist də: Azərbaycanlıların “ərəbsayağı” istirahəti - ARAŞDIRMA

22:52

İrəvandakı yürüşdə Azərbaycan və Türkiyə bayraqları yandırıldı - Fotolar

22:35

“Azərreyl” çempion oldu

20:17

Deputatın tikdiyi binanın əyilməsi ilə bağlı XƏBƏRDARLIQ: - Komissiya yaradılması təklif edildi

19:11

Azərbaycanda bu taksi şirkəti bağlanır

16:49

Şahin Bağırovu Bakı Şəhər Baş Gömrük İdarəsinə buraxmayıblar - TƏFƏRRÜAT

16:07

Bu il Qarabağa nə qədər vəsait xərclənib?

15:26

"Başqa brokerlər də belə bahaçıldır?" - GİLEY

14:23

Məktəb direktoru həmin qadından 300 min alıbmış

13:48

EMIN ƏMRULLAYEVIN 271 №LI MƏKTƏBDƏKI KADRI, HAQQINI TƏLƏB EDƏN MÜƏLLIMƏNI “GÖZÜMÇIXDIYA SALIB”- VİDEO/ FAKTLAR

13:06

Əsgərovların bankında problemli kreditlər 2 dəfədən çox artdı - TƏFƏRRÜAT

12:36

İmişlini BELƏ İDARƏ EDİRLƏR... - İTTİHAM VAR...

12:02

Qurban Qurbanova yaxşılıq, yoxsa pislik? - Əhmədzadənin Zaqatalanı məhv etmək uğurunda 15 illik MÜBARİZəsi - VİDEO

10:57

Ağstafa DAİM-in direktoru İŞDƏN ATILIR... - Əlaqələri də işə yaramayacaq...

10:24

Lerik acınacaqlı durumda, başçı öz kefində... - FAKT BUDUR!

09:46

`Kremlin Hall`da bişən kababın TÜSTÜSÜ... - Nazirliyə MÜRACİƏT OLUNDU