Şəki sakinini incidən kimdir? - "Sahil Babayevdən xahiş edirəm ki..."

14:38 21.09.2019 517
Şəki sakinini incidən kimdir? - "Sahil Babayevdən xahiş edirəm ki..."

Şəki rayonun Baş Göynük kənd sakini, kənd Həkim Məntəqəsinin təcili yardım sürücüsü, Qarabağ müharibəsi veteranı Vəliyev Faiq Hüseynbala oğlu tərəfindən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət ünvanlanıb. Faiq Vəliyevin müraciətində son dövrlər Şəki rayonun səhiyyə sistemində baş verən qanunsuzluqların bir qismidir.Təcili tibbi yardım stansiyalarına gəldikdə isə bu tək sözügedən əraziyə deyil, bütün respublikada fəaliyyətdə olan təcili tibbi yardım stansiyalarına da aid ediləsi problemlərdir. Faiq Vəliyevin müraciətini oxucuların diqqətinə çatdırmaqla yanaşı,Səhiyyə naziri Oqtay Şirəliyevə də oxumağı tövsiyyə edərdik. O,yazır:

Atam Hüseynbala Vəliyev ömrünün 40 ilini Baş Göynük kənd xəsətəxanasının təcili yardım avtomobilinin sürücüsü işləmiş və təqaüdə çıxdıqdan sonra peşəsini davam etdirmək üçün sükanı mənə vermişdir.. Hal-hazırda idarə etdiyim 99 JU 207 dövlət qeydiyyatı olan, 1984-cü il buraxılışlı UAZ markalı təcili yardım avtomobilini atam 20 il işlətdikdən sonra indi mən 22-ci ildir ki, birtəhər idarə etməyə çalışıram. Niyə birtəhər? Ona görə ki, son 3- ilə qədər rayonumuzun həm əhalisinə ( 10000 nəfər), həm də ərazisinə görə ən böyük kəndi olan Baş Göynük kəndinin asfalt yolu olmamış, insanlarımız uzun müddət yolsuzluqdan əziyyət çəkmişdir. Belə bir vəziyyətdə 36 il fasiləsiz istifadə olunan bir köhnə UAZ-ın hansı texniki vəziyyətdə olmasını məncə izah etməyə ehtiyac qalmır. Digər tərəfdən bu ilin mart ayına kimi sürücü kimi əmək haqqım 150 manat olmuşdur. İş ondadır ki, indi idarə etdiyim avtomobilin texniki cəhətdən tam yararsız vəziyyətdədir. Mühərrik normadan dəfələrlə artıq yağ işlədir, kuzanın sol bortu tamamilə çürümüşdür, ötürücü mexanizmi çox pis işləyir, təkərlərin vaxtı keçmiş, keyfiyyəti itmiş vəziyyətdədir. Dəfələrlə, istər vəfat etmiş şəxsləri morqa apararkən, istərsə də ağır xəstələri şəraiti olmayan həkim məntəqəsindən Şəki Mərkəzi Xəstəxanaya apararkən yolda avtomobilin hissələri sınıb qalmışıq. Nə rəhmətlik atamın dövründə, nə də indi mənim vaxtımda dövlətin ən vacib hesab edilən təcili yardım avtomobili üçün reallıqda heç bir detalı yenisi ilə əvəzlənməyib, hamısını öz cibimin xərci ilə birtəhər yoluna qoyub avtomobili işlətmişəm. Bir balaca əvvəlki baş həkimlərə ehtiyat hissəsi üçün müraciət edəndə dərhal cavabı bu olurdu ki, işlədə bilmirsənsə get açarı təhvil ver. Mən də əlacsızlıqdan hər il şəxsi təsəsrrüfatımda bəslədiyim danaları böyüdüb satır və ən vacib detalları alıb avtomobili birtəhər işlədirdim. Son vaxtlar vəziyyət bir azda mürəkkəbləşib. Beləki, kənddə olan qoca və ağır xəstələrin vaxtında və operativ olaraq rayon mərkəzinə çatdırılması işi Baş Göynük kənd Həkim Məntəqəsinin işini təcili yardım avtomobilinin olmaması ucbatından mürəkkəbləşdirir ( ölüm halları artır) və yerli sakinlərin dövlətə qarşı narazılığı artmaqda davam edir.

Budur, etdiyim müraciətlərə 5 aydır ki, Səhiyyə Nazirliyi Şəki Mərkəzi Xəstəxanasına bu məsələilə bağlı cavab vermir.

Mənim 14 sentyabr tarixli sonuncu müraciətimdən sonra dünən 16 sentyabrda məni 3-cü dəfə etdiyim müraciətə görə Şəki rayon Xəstəxanasının rəhbər heyəti çağırıb əvvəlcə danladılar ki, maşının işləmirsə, get qoy Həkim Məntəqəsinin həyətinə, özün də ərizəni yaz rədd ol işdən. Baş həkim müavinlərinin bu sözünə cavab olaraq bildirdim ki, siz bu 22 ildə nə vermisiniz ki, belə asanlıqla məni işdən qovursunuz. 22 il ərzində nə 1 litr benzin verilib, nə bir dənə də olsun ehtiyat hissəsi verilib, maşının texniki baxış rüsumu, sığorta pulu verilib. Bütün xərcləri qarşılamaq üçün həyətimdə bəslədiyim erkək danaları satıb puluna həll etmişəm. Mən işdən çıxıram. Gətirin verin 22 danamı sonra maşın da sizə olsun, Allahın bəlası da. Mən, Qarabağ müharibəsi veteranıyam. Kontuziya almışam. Ermənilərlə döyüşdə bu qədər cəzalanmamışdım. İndi məni avtomobili yeniləmək barədə ərizə yazdığım üçün işdən əsassız çıxarmaq istəyirlər. Mən sizlərdən ötrü döyüşməmişəm ki, rahat kreslolarda oturub xəsətxananın avtoparkına dövlət büdcəsindən benzinə, ehtiyat hissələrinə, və s. görə ayrılan pulları mənimsəyib məni də aşağılayasan. Şükür olsun ki, mən çörəyimi kişi kimi qazanıb ailəmə verirəm. Heç kimdən də qorxum yoxdur. Sonda məndən xahiş etdilər ki, 3 ay heç yerə yazma, görək bir avtomobil təşkil edə bilirikmi.

Əvvəlcə nazir Sahil Babayevdən xahiş edirəm ki, Şəki rayon xəstəxanası rəhbərlərinin məni işdən əsassız olaraq qovmaqla hədləməsinin qarşısını onlara əmək qanunvericiliyini izah edərək başa salasınız ki, müharibə veteranlarını hansı halda işdən qovmaq olar.

Odur ki, üzümü tuturam Respublika rəhbərliyinə. Cənab Prezident, cənab Baş nazir və cənab səhiyyə naziri, Mən əsasən xəstə insanlarımızın əzab-əziyyətdən, ölümdən qurtarması və rahat formada 30 km məsafədə yerləşən Şəki Mərkəzi Xəstəxanasına vaxtında çatdırılması üçün işimi itirmək riskiləSizlərə təkrar xahişlə müraciət edirəm. İmkan varsa, Şəki rayonun Baş Göynük kənd Həkim Məntəqəsinin 36 yaşlı tam yarasızvəziyyətə düşmüş təcili yardım avtomobilini nizbətən yararlı digər avtomobillə əvəz edilməsinə köməklik göstərəsiniz. Əvvəlcədəntəşəkkürlər.

QEYD: Mənim 8 aprel və 9 avqust 2019-da yuxarı orqanlara etdiyim eyniməzmunlu təkrar müraciətin araşdırlması üçün 13 sentyabrda Səhiyyə nazirliyinin 3 əməkdaşı kəndimizin Həkim Məntəqəsinə yoxlamaya gəlmiş və heç kimi tapmasalar da telefonla kimləsə danışıb OBYEKTİN “fəaliyyətindən” razı qaldıqlrını bildirib tez də çıxıb getmişlər. Nazirliyin bu “ağıllı” komissiyası heç məni bir sürücü kimi dəvət edib soruşmadı ki, ay kişi sənin təcili yardım avtomobilinə bxmq olarmı? Xatırladım ki, mənim evim Xəstəxana ilə üzbə üz yürləşir. Bir sözlə, “Təpəmə dəysin belə yoxlama!”.
Aktualinfo.org
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

19:39

Dövlət Su Ehtiyatları Agentliyi, yoxsa ŞƏBƏKƏ BİZNESİ? - Dövlət qurumunda "Dostluq birliyi"

19:11

İlham Əliyev 4 kəndi də qaytardı

16:34

109-cu “erməni soyqırımı” oyunlarında dönüş –

16:06

"Bura bildiyiniz bazardır..." - GİLEY

15:40

Sabirabadlı fermerin balıq gölündə çalışdı, maaşını ala bilmir... - GİLEY

14:45

Yumurta kəskin ucuzlaşdı – Qiymətlər daha da ENƏCƏK?

12:56

"Xaçmaz rayon Məhkəməsinə müraciət etmişəm..." - MƏHKƏMƏDƏ İSƏ...

12:13

İnternet dələduzları yenə də İŞ BAŞINDA... - ETİRAZ

11:05

Gəncə niyə ABAD OLA BİLMİR... - Bu qədər xərc-xəsarət varsa...

10:31

Mikail Keskini “Ajda Baku”dan uzaqlaşdıran şəxsləri qoruyan “hüquq əli” kimindir? - Türkiyəli iş adamına qarşı QANUNSUZ ƏMƏLLƏR

09:48

DİREKTORU QOVUBLAR, AMMA KORRUPSİYA TAPILMAYIB... - Agentlik hüquq-mühafizə orqanlarına niyə müraciət etməyib?

09:26

Laçın sakini evinə sevinərək dönsə də... - AXI NİYƏ?

20:57

MİLÇƏK VƏ AĞCAQANAD SÜRÜLƏRİNİN SARAY QƏSƏBƏSİNDƏKİ “ALİMLƏR BİNASI”NA HÜCUMU

19:08

Melorasiya və Su Təsərrüfatı ASC-də "şəbəkə biznesi..."-Kamalın Zamanı

18:41

Kəmaləddin Heydərova məxsus olduğu deyilən 357 milyonluq şirkət məhkəmə qarşısında

16:32

Qərb Cənubi Qafqaz planlarında tələsir - ŞƏRH

16:10

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – TƏFƏRRÜAT

15:40

Gömrükdə camaatı rəsmən ƏLƏ SALIRLAR... - FOTOFAKT

15:12

Şəhid anasını qəbul etməyən icra başçısı onun Prezidentə etdiyi müraciəti əsassız çıxarmağa cəhd etdi VİDEO

14:21

285 saylı məktəbdə qalmaqal: Yeni direktor köçkün müəllimi işdən çıxardı - TƏFƏRRÜAT

13:46

"Bəs bu təmizliyə nəzarət edən kimsə yoxdurmu?" - ETİRAZ

12:43

Şahmar İbadovun dövlətə meydan oxuması... - Qalmaqallı məmur yeni vəzifə eşqinə düşüb

12:08

İcra başçısı şəhidin adına olan obyekti sökdürdü - Şəhid qızı Prezidentə müraciət etdi - VİDEO

11:24

"Bravo"da vaxtı keçmiş məhsul satılır - GİLEY

10:50

ABŞ-dən sülhməramlıların Qarabağı tərk etməsinə - Reaksiya

10:09

«AZVİRT» VƏ «SAN İNŞAAT» TIKINTI ŞIRKƏTI QƏZADA AĞIR XƏSARƏT ALAN IŞÇILƏRINƏ SAHIB DURMUR. ZƏNGILANDAKI TIKINTI IŞLƏRINDƏ ÇALIŞANLARA QARŞI GÖSTƏRILƏN ÖGEY MÜNASIBƏTƏ NƏ AD VERMƏK OLAR?- VİDEO/FAKTLAR

09:31

Başlıbel faciəsindən 31 il ötür

00:24

İsrail İrana cavab zərbəsi endirməyi planlaşdırıbmış

23:36

CHP liderindən AŞPA-da Azərbaycana DƏSTƏK

19:13

İcra Hakimiyyəti ilə tenderlərinin qalibi olan şirkət arasında qalmaqal yaranıb - TƏFƏRRÜAT

18:49

"Həkim mənə dedi ki, narazılığın var, get sən də özünü yandır..." - NARAZILIQ VAR...

18:37

Prezidentdən Şuşa ilə bağlı - Sərəncam

18:26

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – QALMAQALLI MƏHKƏMƏ İŞİ

16:48

Anasını öldürüb 11 yaşlı qardaşını yaralayan yeniyetməyə hökm oxundu