ABŞ Konqrsinin üç üzvü Qarabağa soxulmağa hazırlaşır - İŞĞALÇILARA 4 MİLYON DOLLARLIQ XÜSUSİ AVADANLIQ?

17:52 20.09.2019 491
ABŞ Konqrsinin üç üzvü Qarabağa soxulmağa hazırlaşır - İŞĞALÇILARA 4 MİLYON DOLLARLIQ XÜSUSİ AVADANLIQ?

ABŞ Konqresinin Nümayəndələr palatasının ermənilərə qulluq edən üç üzvü-Ceki Spir-Kançelyan, Cudi Çu və Frenk Pallone Ermənistana oktyabrın 1-də nəzərdə tutulmuş bir həftəlik səfərləri çərçivəsində o cümlədən işğal altındakı Dağlıq Qarabağa baş çəkməyə hazırlaşır.

Virtualaz.org xəbər verir ki, bu haqda konqresmen Cudi Çi Konqresdə Amerika Erməni Assambleyası tərəfindən təşkil edilmiş tədbir zamanı deyib.

Cudi Çi konqresmenlər Ed Roys və Frenk Engel tərəfindən bir neçə il əvvəl irəli sürülən, guya təmas xəttində gərginliyi azaltmağa hesablanan və Azərbaycanın rədd etdiyi təkliflərin dəstəklənməsi üçün Dağlıq Qarabağdakı qondarma rejimə 4 milyon dollar ayrılması təşəbbüsünün müəllifidir. Həmin təşəbbüs bir ay əvvəl Nümayəndələr palatasında səs çoxluğu ilə qəbul edilib. Roys-Engel təşəbbüsünə əsasən təmas xəttindən snayperlər və ağır silahlar geri çəkilməli, atəşkəsin monitorinqini aparan müşahidəçilərin sayı artırılması, təmas xəttinə hər hansı yeni silahların yerləşdirilməsindən imtina edilməlidir.

Konqresmen Cudi Çinin təşəbbüsünə əsasən həmin 4 milyon dollar təmas xətti boyu xüsusi avadanlıqların yerləşdirilməsinə sərf olunmalıdır ki, atəşkəs rejimini kimin pozduğunu müəyyənləşdirməyə kömək etsin. Yəni söhbət əslində ermənilərə videomüşahidə qurğularının, teplovizorların alınıb verilməsindən gedir ki, işğalçı qüvvələrin belə qurğulara son illərə qədər çox ciddi ehtiyacı vardı.

Konqresmen Cudi Çi habelə Dağlıq Qarabağdakı qondarma rejimə 6 milyon dollar birbaşa ABŞ yardımının ayrılmasına çalışır.

Konqresmen Frenk Pallone isə deyib ki, Ermənistana “məxməri inqilabdan” sonra ilk səfərləri olacaq və burada məqsəd yeni hökumətə dəstək verməkdir. Ermənipərəst Pallonenin sözlərinə görə, Dövlət Departamenti onlara səfər zamanı Dağlıq Qarabağa baş çəkməkdən çəkinməyi tövsiyə edib.Amma nümayəndə heyəti bu səfəri etməyi qərara alıb.
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

10:55

271 saylı məktəbdə həftəbecər dərs saatları... - DƏLİXANADIR, VALLAH...

09:48

Biləcəri bələdiyyəsi belə geridə qalıb? - YOXSA...

19:39

Dövlət Su Ehtiyatları Agentliyi, yoxsa ŞƏBƏKƏ BİZNESİ? - Dövlət qurumunda "Dostluq birliyi"

19:11

İlham Əliyev 4 kəndi də qaytardı

16:34

109-cu “erməni soyqırımı” oyunlarında dönüş –

16:06

"Bura bildiyiniz bazardır..." - GİLEY

15:40

Sabirabadlı fermerin balıq gölündə çalışdı, maaşını ala bilmir... - GİLEY

14:45

Yumurta kəskin ucuzlaşdı – Qiymətlər daha da ENƏCƏK?

12:56

"Xaçmaz rayon Məhkəməsinə müraciət etmişəm..." - MƏHKƏMƏDƏ İSƏ...

12:13

İnternet dələduzları yenə də İŞ BAŞINDA... - ETİRAZ

11:05

Gəncə niyə ABAD OLA BİLMİR... - Bu qədər xərc-xəsarət varsa...

10:31

Mikail Keskini “Ajda Baku”dan uzaqlaşdıran şəxsləri qoruyan “hüquq əli” kimindir? - Türkiyəli iş adamına qarşı QANUNSUZ ƏMƏLLƏR

09:48

DİREKTORU QOVUBLAR, AMMA KORRUPSİYA TAPILMAYIB... - Agentlik hüquq-mühafizə orqanlarına niyə müraciət etməyib?

09:26

Laçın sakini evinə sevinərək dönsə də... - AXI NİYƏ?

20:57

MİLÇƏK VƏ AĞCAQANAD SÜRÜLƏRİNİN SARAY QƏSƏBƏSİNDƏKİ “ALİMLƏR BİNASI”NA HÜCUMU

19:08

Melorasiya və Su Təsərrüfatı ASC-də "şəbəkə biznesi..."-Kamalın Zamanı

18:41

Kəmaləddin Heydərova məxsus olduğu deyilən 357 milyonluq şirkət məhkəmə qarşısında

16:32

Qərb Cənubi Qafqaz planlarında tələsir - ŞƏRH

16:10

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – TƏFƏRRÜAT

15:40

Gömrükdə camaatı rəsmən ƏLƏ SALIRLAR... - FOTOFAKT

15:12

Şəhid anasını qəbul etməyən icra başçısı onun Prezidentə etdiyi müraciəti əsassız çıxarmağa cəhd etdi VİDEO

14:21

285 saylı məktəbdə qalmaqal: Yeni direktor köçkün müəllimi işdən çıxardı - TƏFƏRRÜAT

13:46

"Bəs bu təmizliyə nəzarət edən kimsə yoxdurmu?" - ETİRAZ

12:43

Şahmar İbadovun dövlətə meydan oxuması... - Qalmaqallı məmur yeni vəzifə eşqinə düşüb

12:08

İcra başçısı şəhidin adına olan obyekti sökdürdü - Şəhid qızı Prezidentə müraciət etdi - VİDEO

11:24

"Bravo"da vaxtı keçmiş məhsul satılır - GİLEY

10:50

ABŞ-dən sülhməramlıların Qarabağı tərk etməsinə - Reaksiya

10:09

«AZVİRT» VƏ «SAN İNŞAAT» TIKINTI ŞIRKƏTI QƏZADA AĞIR XƏSARƏT ALAN IŞÇILƏRINƏ SAHIB DURMUR. ZƏNGILANDAKI TIKINTI IŞLƏRINDƏ ÇALIŞANLARA QARŞI GÖSTƏRILƏN ÖGEY MÜNASIBƏTƏ NƏ AD VERMƏK OLAR?- VİDEO/FAKTLAR

09:31

Başlıbel faciəsindən 31 il ötür

00:24

İsrail İrana cavab zərbəsi endirməyi planlaşdırıbmış

23:36

CHP liderindən AŞPA-da Azərbaycana DƏSTƏK

19:13

İcra Hakimiyyəti ilə tenderlərinin qalibi olan şirkət arasında qalmaqal yaranıb - TƏFƏRRÜAT

18:49

"Həkim mənə dedi ki, narazılığın var, get sən də özünü yandır..." - NARAZILIQ VAR...

18:37

Prezidentdən Şuşa ilə bağlı - Sərəncam