“Rüşvətxor məmurlar düz 4 ildir ki, məni yollarda qoyublar” - GİLEY

12:26 20.09.2019 434
“Rüşvətxor məmurlar düz 4 ildir ki, məni yollarda qoyublar” - GİLEY
Bu gün ölkədə həqiqi əlillik statusu almalı olan vətəndaşlar var ki, nə bu imtiyazı ala, nə də öz dərman ehtiyaclarını ödəyə bilirlər, elə həyatlarını ağrı-acı ilə yaşayırlar. Bu cür ağrı-acı ilə yaşayan vətəndaşlardan biri də Şəki rayonu, Kiçik Dəhnə kənd sakini Sadıqov Səməd Bəxtiyar oğludur ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ona əlillik statusu verməkdən imtina edib. Halbuki, S. Sadıqovun kəllə-beyni xəstə, onurğası sınıqdır və heç bir iş qabiliyyəti yoxdur. Baxmayaraq ki, Şəki rayon Tibbi-Sosial Ekspert Komissiyası adıkeçən şəxsin vəziyyəti ilə bağlı rəy verib ki, bu adam xəstədir. Nazirlik birinci dəfə S.Səmədqoun sənədlərinin tarixinin köhnə olduğunu bəhanə edərək imtina edib. İkinci dəfə isə sənədlərin düzgün doldurulmadığını qeyd edib, imtina yazıb. Sonda isə nazirliyin əməkdaşı Emil adlı şəxs deyib ki, nə qədər ki, Şəki rayon Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən S. Sadıqovun sənədləri düzgün doldurulmayacaq, yenə də imtina cavabı yazılacaq. S. Sadıqovun sözlərinə görə, Şəki rayon Tibbi-Sosial Ekspert Komissiyasının sədri Şəlalə xanım isə deyib ki, nazirlik ikinci dəfə imtina yazsa, bir də onun yanına sənəd üçün gəlməsin.

Göründüyü kimi, xəstə vətəndaşı ötür-ötür ilə yola verib, əziyyət verirlər. Məhz buna görə də S. Sadıqov “Hürriyyət” qəzetinə yenidən məktub ünvanlayıb və prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya və əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevə müraciət edib.

Müraciətdə deyilir:

“Mən Şəki rayon Kiçik Dəhnə kənd sakini Sadıqov Səməd Bəxdiyar oğlu düz 4-cü ildir ki, xəstəxanaların yolundayam. Satılacaq əşyam belə qalmayıb. Şəki rayon Tibbi-Sosial Ekspert Komissiyası və xəstəxanalar məndə ya pul qoydular, ya da ki, sağlamlıq”.

“Bu “məmurlar” dövlətdən də qorxmurlar, ancaq və ancaq rüşvət axtarırlar”

“Hörmətli dövlət rəhbərləri, “Hürriyyət” qəzeti vasitəsi ilə Sizə səslənirəm, heç olmazsa köməklik edin ki, mənə deyən maddi və mənəvi ziyanımı ödəsinlər. Mən Azərbaycanın azadlığı və bütövlüyü uğrunda 3 il 6 ay əlavə xidmət etmişəm, döyüşlərdə iştirak etmişəm. Hazırda əllərimdə, belimdə qırıqlar var. Başımda beyin pozğunluğu, işemiya var, qıc olmalarım olur. Bu rüşvətxor məmurlar düz 4 ildir ki, məni yollarda qoyublar, məni gəzdirmədikləri həkim və xəstəxana qalmadı. Səbəbi nədi bilirsiz? Mən onlara pul verməmişəm. Prezidentimiz İlham Əliyevə və Birinci vitse-prezidentmiz Mehriban Xanım Əliyevaya yazdığım məktublar əsasında Şəki rayon Tibbi-Sosial Ekspert Komissiyasına müraciət etmişəm. Bu məmurlar dövlətdən də qorxmurlar, bunlar ancaq və ancaq rüşvət axtarırlar. İnsanları dövlətə qarşı qoyurlar, müxalif edirlər. İndi mən çəkiliş edib, özümü yandırıb sosial şəbəkələrə qoyum?”,-deyə şikayətçi sual edir.

“Mənə dəyən 5 min manat ziyanı geri qaytarsınlar”

S.Səmədov yazır: “Hörmətli dövlət rəhbərləri, Sizdən xahiş edirəm, mənə dəyən 5 min manat ziyanı geri qaytarsınlar. Mən o məbləği qohum-qonşudan borc, kredit almışam, o pulları mənə yollara, müainəyə, aparatlara xərclədiblər. İndi də tamam yataq xəstəsi qalmışam, ağrı-acıdan çox əziyyət çəkirəm. Mənə tezliklə kömək etmənizi Sizdən xahiş edirəm”.( “Hürriyyət”)
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

20:57

MİLÇƏK VƏ AĞCAQANAD SÜRÜLƏRİNİN SARAY QƏSƏBƏSİNDƏKİ “ALİMLƏR BİNASI”NA HÜCUMU

19:08

Melorasiya və Su Təsərrüfatı ASC-də "şəbəkə biznesi..."-Kamalın Zamanı

18:41

Kəmaləddin Heydərova məxsus olduğu deyilən 357 milyonluq şirkət məhkəmə qarşısında

16:32

Qərb Cənubi Qafqaz planlarında tələsir - ŞƏRH

16:10

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – TƏFƏRRÜAT

15:40

Gömrükdə camaatı rəsmən ƏLƏ SALIRLAR... - FOTOFAKT

15:12

Şəhid anasını qəbul etməyən icra başçısı onun Prezidentə etdiyi müraciəti əsassız çıxarmağa cəhd etdi VİDEO

14:21

285 saylı məktəbdə qalmaqal: Yeni direktor köçkün müəllimi işdən çıxardı - TƏFƏRRÜAT

13:46

"Bəs bu təmizliyə nəzarət edən kimsə yoxdurmu?" - ETİRAZ

12:43

Şahmar İbadovun dövlətə meydan oxuması... - Qalmaqallı məmur yeni vəzifə eşqinə düşüb

12:08

İcra başçısı şəhidin adına olan obyekti sökdürdü - Şəhid qızı Prezidentə müraciət etdi - VİDEO

11:24

"Bravo"da vaxtı keçmiş məhsul satılır - GİLEY

10:50

ABŞ-dən sülhməramlıların Qarabağı tərk etməsinə - Reaksiya

10:09

«AZVİRT» VƏ «SAN İNŞAAT» TIKINTI ŞIRKƏTI QƏZADA AĞIR XƏSARƏT ALAN IŞÇILƏRINƏ SAHIB DURMUR. ZƏNGILANDAKI TIKINTI IŞLƏRINDƏ ÇALIŞANLARA QARŞI GÖSTƏRILƏN ÖGEY MÜNASIBƏTƏ NƏ AD VERMƏK OLAR?- VİDEO/FAKTLAR

09:31

Başlıbel faciəsindən 31 il ötür

00:24

İsrail İrana cavab zərbəsi endirməyi planlaşdırıbmış

23:36

CHP liderindən AŞPA-da Azərbaycana DƏSTƏK

19:13

İcra Hakimiyyəti ilə tenderlərinin qalibi olan şirkət arasında qalmaqal yaranıb - TƏFƏRRÜAT

18:49

"Həkim mənə dedi ki, narazılığın var, get sən də özünü yandır..." - NARAZILIQ VAR...

18:37

Prezidentdən Şuşa ilə bağlı - Sərəncam

18:26

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – QALMAQALLI MƏHKƏMƏ İŞİ

16:48

Anasını öldürüb 11 yaşlı qardaşını yaralayan yeniyetməyə hökm oxundu

16:19

“Unibank” kredit borcunu ödəyə bilməyən Vətən müharibəsi qazisini məhkəməyə verdi

15:39

Zeytun yağını xaricə 9,5 manata, özümüzə 16 manata satırıq - Görənlər desin, ticarətlə məşğuluq...

15:02

"Nə az nə çox hardasa 400 manat borcumuz var..." - ETİRAZ

14:22

BDU-da İlahiyyat fakültəsinin adı YENİ QALMAQALDA - İTTİHAM VAR...

13:49

Naxçıvanda korrupsiyanın “mirfırıldaq” növü rəvacdadır... - “Pullarımızı nazir əvəzi mənimsəyir”

13:17

“Sabahın alimləri” XIII Respublika Müsabiqəsinin açılışı oldu

12:21

Mənşur Gülməmmədli elə-belə getmir... FƏALİYYƏTİ ARAŞDIRILIR - İDDİA

12:00

İcra başçısının 110 min manatlıq yolu...

11:13

Rəsmi Bakıdan Fransa səfirinin geri çağırılmasına - Münasibət

10:35

Qazaxa hökm edən oliqarx: Məmməd Alıyev

09:55

Cəlilabadda döyülən işçiyə görə KİM MƏSULDUR? - İDDİA

09:28

"6 aydır ki, gün itiririk..." - ETİRAZ VAR...