Lənkəranda 100 minlik tenderin qalıbləri kimlərdir? - ARAŞDIRMA

11:01 20.09.2019 505
Lənkəranda 100 minlik tenderin qalıbləri kimlərdir? - ARAŞDIRMA

Azərbaycanda yeni məktəblərin, elmi laboratoriyaların tikintisi və təmiri, təhsilin maddi-texniki bazasının möhkəmləndirilməsinə dövlət büdcəsindən ayrılan vəsaitlər ilbəil artmaqdadır.

Dövlətin maddi qayğısından hər il yararlanan təhsil müəssisələrindən biri də Lənkəran Tibb Kollecidir. Üç yüz əlliyə yaxın tələbənin təhsil adığı Kollecdə 43 müəllim çalışır. Dörd ixtisas üzrə fəaliyyət göstərən Lənkəran Tibb Kollecində təhsil müddəti 3 ildir.

Lənkəran Tibb Kolleci 2018-ci ildən indiyədək 13 lot üzrə məbləği 104.147 (yüz dörd min yüz qırx yeddi) manat olan kotirovkaların sifarişçisi olub.

Qlobal.az-ın araşdırma qrupu Lənkəran Tibb Kollecinin sifarişçisi olduğu qeyd olunan kotirovkalar üzərində araşdırma aparıb.

2 manatlıq MMC kollecdə təmir işləri aparıb

Kollecin 2018-ci ilin mart ayının 6-da "Abadlıq işləri" həmin ayın 11-də "cari təmir işləri" lotu üzrə sifarişçi olduğu kotirovka sorğusunun qalibi "Amin-TA" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) olub.

"Amin-TA" MMC 2015-ci ilin aprel ayının 14-də dövlət reyestrində qeydiyyata alınıb.

Nizamnamə kapitalı 2 manat olan şirkətin hüquqi ünvanı Lənkəran rayonu, Məmməd Əsədov ev 3/35, qanuni təmsilçisi isə 1965-ci il təvəllüdlü Qəribova Bahar Nəriman qızıdır.

"Amin-TA" MMC-nin nə əlaqə telefonu, nə də faktiki ünvanı barədə məlumat yoxdur. Həmçinin şirkətin maddi-texniki bazası və işçi qüvvəsi barədə də məlumatlara rast gəlinmir.

Qəribovlar ailəsi Lənkəran Tibb Kollecinin monopolistidir?

Lənkəran Tibb Kollecinin 2018-ci ilin mart ayının 30-da 4 lot üzrə sifarişçi olduğu kotirovkaların qalibi isə "Texmetal" MMC olub.

"Əsaslı təmir işləri", "Kommunikasiya işləri", "Abadlıq işləri" və "Cari təmir işləri" lotları üzrə sifariş olunan katirovkaların qalibi olan "Texmetal" MMC 2013-cü ilin fevral ayının 22-də dövlət reyestrində qeydiyyata alınıb.

Nizamnamə kapitalı 10 manat olan bu şirkətin hüquqi ünvanı Lənkəran rayonu, V.Məmmədov ev 6 A ünvanı, qanuni təmsilçisi isə Qəribov Mehman Ağababa oğludur.

Lənkəran Tibb Kollecinin kotirovkalarının qalibi olan "Texmetal" MMC-nin rəhbəri 1960 təvəllüdlü Qəribov Mehman "Amin-TA" MMC-nin rəhbəri Qəribova Bahar eyni ünvanda qeydiyyatdadırlar. Məlumatlara görə Bahar Qəribova Mehman Qəribovun həyat yoldaşıdır.

Qeyd edək ki, "Texmetal" MMC-nin də "Amin-TA" MMC kimi nə əlaqə telefonu, nə də faktiki ünvanı barədə məlumat yoxdur. Həmçinin şirkətin maddi-texniki bazası və işçi qüvvəsi barədə də məlumatlara rast gəlinmir.

Kollecin kotirovkalarının bu dəfəki qalibi fiziki şəxs Qəribovadır

Lənkəran Tibb Kollecinin kotirovkalarının 2019-cu ilin iyul ayının 10-da yekun vurduğu katirovkanın qalibi Qəribovlar ailəsinin rəhbərlik etdiyi MMC-lər yox, bu şirkətlərdən birinin rəhbəri olan Bahar Qəribovadır.

Lakin Bahar Qəribova bu dəfə şirkət sahibi kimi deyil, fiziki şəxs olaraq Lənkəran Tibb Kollecinin "Sair xərclər üzrə" üzrə sifarişçi olduğu kotirovkaların qalibi olub.

Qlobal.az Lənkəran Tibb Kollecinin 2018-ci ildən indiyədək sifarişçi olduğu kotirovkalarda hər hansısa qanunsuz halların olub-olmaması ilə bağlı Hesablama Palatasından münasibət öyrənib.

Hesablama Palatasının İcmal Analitik şöbəsinin müdiri Vəfa Mütəllimova Qlobal.az-ın ünvanladığı suala cavabında Hesablama Palatasının 2018-2019-cu illər ərzində Lənkəran Tibb Kollecində audit aparmadığını qeyd etdi.

Lənkəran Tibb Kollecindən məsələyə münasibət öyrənə bilmədik.

Adıçəkilən müəssisə və şəxslər mövqe bildirə bilər.

Qlobal.a
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

11:39

Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):Universitetin büdcəsi müxtəlif adlar altında talan edilir

10:54

Təhsildəki kütləvi repititorluq... - Məktəblər NƏ İŞƏ YARAYIR?

10:16

Bakıda Sahil Babayevdirsə, Naxçıvanda da Ceyhun Cəlilovdur... - EYNİ SİTƏM...

09:55

Tanınmış iş adamı Milli Məclis TƏDARÜKÜNDƏ... - İDDİA

09:11

Otel də yoxdur, turist də: Azərbaycanlıların “ərəbsayağı” istirahəti - ARAŞDIRMA

22:52

İrəvandakı yürüşdə Azərbaycan və Türkiyə bayraqları yandırıldı - Fotolar

22:35

“Azərreyl” çempion oldu

20:17

Deputatın tikdiyi binanın əyilməsi ilə bağlı XƏBƏRDARLIQ: - Komissiya yaradılması təklif edildi

19:11

Azərbaycanda bu taksi şirkəti bağlanır

16:49

Şahin Bağırovu Bakı Şəhər Baş Gömrük İdarəsinə buraxmayıblar - TƏFƏRRÜAT

16:07

Bu il Qarabağa nə qədər vəsait xərclənib?

15:26

"Başqa brokerlər də belə bahaçıldır?" - GİLEY

14:23

Məktəb direktoru həmin qadından 300 min alıbmış

13:48

EMIN ƏMRULLAYEVIN 271 №LI MƏKTƏBDƏKI KADRI, HAQQINI TƏLƏB EDƏN MÜƏLLIMƏNI “GÖZÜMÇIXDIYA SALIB”- VİDEO/ FAKTLAR

13:06

Əsgərovların bankında problemli kreditlər 2 dəfədən çox artdı - TƏFƏRRÜAT

12:36

İmişlini BELƏ İDARƏ EDİRLƏR... - İTTİHAM VAR...

12:02

Qurban Qurbanova yaxşılıq, yoxsa pislik? - Əhmədzadənin Zaqatalanı məhv etmək uğurunda 15 illik MÜBARİZəsi - VİDEO

10:57

Ağstafa DAİM-in direktoru İŞDƏN ATILIR... - Əlaqələri də işə yaramayacaq...

10:24

Lerik acınacaqlı durumda, başçı öz kefində... - FAKT BUDUR!

09:46

`Kremlin Hall`da bişən kababın TÜSTÜSÜ... - Nazirliyə MÜRACİƏT OLUNDU

09:24

Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi - TƏFƏRRÜAT

23:01

ANAMA tender keçirmədən sabiq nazirin şirkətinə 20 milyon manatlıq sifariş verdi - TƏFƏRRÜAT

22:35

Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib? - TƏFƏRRÜAT

21:56

İlham Əliyev və Vladimir Putinin BAM veteranları ilə görüşü başlayıb - CANLI YAYIM

17:59

QOŞQAR TƏHMƏZLİNİN “PALMA YAĞI SEVGİSİ” – Və sahibkarları qəfil yoxlamaq dərdi

17:32

Bu universitetdə tələbələrin təhsilhaqqı mənimsənilib - TƏFƏRRÜAT

17:10

Rusiya Prezidenti: Moskva ilə Bakı arasında münasibətlər yüksək səviyyədədir və inkişaf edir

15:36

Ermənistan Qazaxla sərhəddə minatəmizləmə prosesinə başladı

14:00

RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -İdarə Heyətinin sədri hər ay onlarla mənzilə necə sahiblənir?

13:23

Paşinyanın 4 kənd üçün 4 hiyləsi - NƏ BAŞ VERİR?

12:15

Tibb Universiteti Stomatoloji Klinikada müəmmalı təmir işləri aparır – Nə qalib şirkət bəllidi, nə də ayrılan vəsait

11:54

Vətəndaşların evini sökən Rafael Abdullayevin MTK-sı məhkəmənin qərarını icra etmədi - nazirlik hərəkətə keçdi

11:04

Qax rayon İcra Şöbəsində məmurların süründürməçiliyi nə vaxta qədər davam edəcək? – Yeni Ədliyyə nazirinin diqqətinə

10:32

Mikayıl İsmayılovun oğlu Xətai məhkəməsinə müraciət etdi – 100 min TƏZMİNAT