«9 min manat zərər var, 2500 manat ödəyirlər» - QALMAQAL

17:09 18.09.2019 432
«9 min manat zərər var, 2500 manat ödəyirlər» - QALMAQAL

Sığorta sektorunda növbəti mübahisə var. FED.az xəbər verir ki, Bakı sakini Elman Abdullayev «Günay Sığorta» şirkətindən sığorta hadisəsinə görə ödəniş ala bilmədiyini iddia edir.

Hadisə bu il iyulun 21-də Yasamal rayonu ərazisində, Şərifzadə küçəsində baş verib. «Günay Sığorta»da icbari sığortası olan «Tofaş» avtomobili zərər çəkən Elman Abdullayevin idarə etdiyi 99FF608 nömrəli «Volkswagen Passat» markalı avtomobilin yoluna çıxıb və qəza baş verib. Bundan sonra E.Abdullayev günahkarın sığortaçısı kimi «Günay Sığorta»ya müraciət edib.

«Volkswagen»in rəsmi servisində avtomobilə baxış və hesablama zamanı məlum olub ki, qəza nəticəsində avtomobilə 9 min manat zərər dəyib. Bu məbləğ «Euro Style LTD» şirkətinin hazırladığı zərər siyahısı ilə də təsdiqlənib.

Amma sığorta şirkətində hesablama fərqli olub. E.Abdullayev bildirir ki, avtomobilə baxış zamanı şirkətin nümaynədələri zərərin 9 min manat deyil, 2500 manat olduğunu bildiriblər.

Sığorta hüquq pozmaları üzrə mütəxəssis və zərər çəkən şəxsin müdafiəçisi İlkin İbrahimov FED.az-a bildirib ki, şirkət nümayəndələri fərqin belə böyük olmasını avtomobil sahibinin hesablamanı təmirinin rəsmi servisində aparması ilə izah ediblər. Bununla yanaşı, «Günay Sığorta» şirkəti hesabladığı 2 500 manatın nəyə əsaslandığını göstərə bilməyib – yəni zərər siyahısını təqdim etməyərək bunun şirkətin sirri olduğunu bildirib: «Günay Sığorta» qeyri-qanuni olaraq müştəriyə bildirir ki, 2500 manatlıq təmir siyahısı (avtomobilin zərər dəymiş detallarının siyahısının vı onlara tələb olunan xərcin göstərildiyi siyahı olan qüsur aktı) sığorta sirridir. Amma «İcbari Sığorta haqqında» qanunda belə bir sirr yoxdur».

Sığorta şirkətinin İdarə Heyətinin Sədrinin adından da siyahının verilməsinin sığorta sirri olması barədə zərər çəkənə məktub göndərilib.

E.Abdullayev FED.az-a bildirib ki, sığorta şirkətində dəyən zərəri müzakirə edəndə ona bildiriblər ki, tələb olunan bütün hissələri «ölüxana»da (işlənmiş avtomobil hissələrinin satıldığı ixtisaslaşmış bazarlar – FED.az) tapmaq olar. Müştəri isə bildirib ki, onun avtomobilinin detallarını «ölüxana»da tapmaq mümkün deyil. Cavabında şirkətdən bildirilib ki, həmin hissələri Gürcüstandan gətirmək olar: «Mən təəccübləndim ki, niyə Azərbaycanda baş verən hadisəyə görə zərəri Gürcüstan bazarındakı qiymətlərlə hesablayırlar».

Amma ən maraqlısı sonra baş verib. Zərər çəkən və sığorta şirkəti zərəri qiymətləndirmək məsələsində razılığa gələ bilməyəndə müstəqil ekspert cəlb etmək qərara alınıb. Şirkətdən Palatanın qeydə aldığı ekspertlərin siyahısını Elman Abdullayevə göstərib bildiriblər ki, 2-3 nəfər buradan istədiyi eksperti seçə bilər: «Mən Əhməd Talıblı adlı eksperti seçdim, amma buna razılaşmadılar, dedilər ki, biz həmin şəxslə işləmək istəmirik, başqasınıvı seç. Mən də buna etiraz edib, şirkətə ümumiyyətlə yazılı müraciət edəcəyimi, cavabı da yazılı istəyəcəyimi bildirdim».

Məsələ ilə bağlı «Günay Sığorta» şirkətindən FED.az-a bildirilib ki, sözügedən hadisə iyulun 21-də baş versə də, bu barədə şirkətə üstündən 17 gün keçdikdən sonra - 06.08.2019-cu il tarixində məlumat verilib, hadisə dərhal qeydə alınıb və sığorta ödənişinin edilməsi üçün tədbirlərə başlanılıb: «Vətəndaş hadisədən 17 gün keçdikdən sonra məlumatın gec təqdim edilməsi ilə bağlı bildirmişdir ki, o, avtomobilin mülkiyyətçisidir, ona məxsus avtomobili hadisə zamanı digər şəxs idarə edib və digər tərəf zərərin özü tərəfindən qarşılanacağına dair əminlik yaratmışdır. Göstərilmiş səbəbdən hadisə iştirakçıları sığorta hadisəsi ilə bağlı Cəmiyyətə rəsmi müraciət etməmişlər. Sığorta ödənişi ilə bağlı Cəmiyyətə rəsmi tələb irəli sürmüşlər»-deyə «Günay Sığorta» bildirir.(FED.az)
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO

15:27

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib - MƏHKƏMƏ İŞİ

14:40

Beş ayda 67 milyon manat dövlət sifarişi verilmiş müəmmalı MMC-nin arxasında kimlər durur?

14:08

Siqaretin qiyməti bahalaşacaq? - AKTUAL

13:35

`Sahil - S İnşaat` şirkətinin tikdiyi binanın sakinləri YENİ QALMAQALDA - NARAZILIQ VAR...

12:43

Göygöl Suvarma Sistemləri İdarəsinin 1 milyon manatlıq tenderinin adı var, özü yox… - İLGİNC FAKTLAR

12:16

Dövlətin etibarını “əyənlər” - “Qobu Park”a görə kimlər qandallanacaq?

11:39

Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):Universitetin büdcəsi müxtəlif adlar altında talan edilir

10:54

Təhsildəki kütləvi repititorluq... - Məktəblər NƏ İŞƏ YARAYIR?

10:16

Bakıda Sahil Babayevdirsə, Naxçıvanda da Ceyhun Cəlilovdur... - EYNİ SİTƏM...

09:55

Tanınmış iş adamı Milli Məclis TƏDARÜKÜNDƏ... - İDDİA

09:11

Otel də yoxdur, turist də: Azərbaycanlıların “ərəbsayağı” istirahəti - ARAŞDIRMA

22:52

İrəvandakı yürüşdə Azərbaycan və Türkiyə bayraqları yandırıldı - Fotolar