Əli Kərimli Müsavatı ələ keçirir? - TƏHLİL

16:31 18.09.2019 436
Əli Kərimli Müsavatı ələ keçirir? - TƏHLİL

Müsavat Divanı partiyanın növbəti qurultayının oktyabrın 12-də keçirilməsi ilə bağlı qərar qəbul edib. Bununla da partiyada başqanlıq seçimlərinə start verilib. Eyni zamanda bu qurultay partiyanın növbəti dəfə parçalanması ilə tarixə düşə bilər. Çünki hazırda Müsavatda Arif Hacılıya qarşı müxalif qrup formalaşıb və onlar partiyanın şəffaf idarə olunmadığını hesab edirlər.
Ümumilikdə isə Arif Hacılının gizli “mühacir biznesi” və daxili çəkişmələr fonunda Müsavat olduqca gücdən düşmüş, çarəsiz vəziyyətdədir.

Bəs, partiyanın yeni başqanı kim olacaq?

Başlayaq xeyli əvvəldən, qurultayda namizəd olacağını elan etmiş və qurultay qərarı elan edilər-edilməz iddiasını ortaya qoyan Yadigar Sadıqlıdan. O, hazırki sədr Arif Hacılının ən sərt tənqidçisi hesab olunur. Dəfələrlə Müsavatdakı idarəolunmaz vəziyyətə etirazını bildirib:

“Partiyanın son 5 ildə idarə olunmasını qənaətbəxş hesab etmirəm və bunu Müsavatın reytinqinin zəifləməsində də müşahidə etmək olar. Hesab edirəm ki, mənim başqan seçilməyim təkcə Müsavatda deyil, ümumilikdə demokratik düşərgədə ab-havanı kökündən dəyişər, yeni qüvvələrin axınına xidmət edər”.

Hazırda onun namizədliyini yalnız Arif Hacılıdan narazı qalan şəxslər dəstəkləyir. Real mənzərə Sadıqlının başqan seçilmə şansının o qədər də yüksək olmadığını göstərir. Ortada ondan iddialı daha bir naməzid var.

Müsavatda AXCP sədri Əli Kərimlinin adamı kimi tanınan Tofiq Yaqublu da başqanlıq iddiasına düşüb. O deyib ki, “son günlər götür-qoy etdikdən sonra” belə qərara gəlib. Arif Hacılının yarıtmaz fəaliyyətindən şikayətçi olan bir qrup şəxs Yaqublunu Müsavat rəhbəri görmək istəyir. Lakin onun rəqib komandanı təmsil edən Əli Kərimliyə yaxınlığı partiyada birmənalı qarşılanmır. Bundan daha çox Arif Hacılının yandaşları əks arqument kimi istifadə edirlər. Onlar bu mövqedədirlər ki, AXCP sədri Yaqublu vasitəsilə Müsavatı təsir dairəsinə salmağa can atır. Belə baxanda haqsız sayılmırlar. Axı, Kərimlinin sadiq adamı olan Yaqublu başqan olarsa, əlbəttə, onun sözündən çıxmayacaq və faktiki olaraq Müsavat AXCP-nin bir qoluna çevriləcək.

Seçim ərəfəsində AXCP-nin trol şəbəkəsinin Tofiq Yaqublunun rəqiblərini virtual meydandan "tərkisilah" edəcəyi və sosial şəbəkələrdə Arif Hacılıya qarşı kampaniya başladılacağı gözlənilir. Əli Kərimli ilə Arif Hacılının münasibətinin pis olması bu iddiaları daha da gücləndirir. Belə məqamda Əli Kərimli üçün ən sərfəli variant Tofiq Yaqublunun başqan seçilməsidir.

Nəhayət, növbə Arif Hacılıya gəldi. Hazırkı başqan hələlik yenidən namizəd olub-olmayacağını elan etməyib. Tərəddüd içində olduğu deyilir, partiyanın keçmiş sədri İsa Qəmbərin razılığından sonra qərarını elan edəcəyi gözlənilir. Bununla belə o, bir neçə gün öncə siyasətdə olmasının 30 illiyinə dair paylaşım edərək geri çəkilmək fikrində olmadığının mesajını verdi.

Daha bir maraqlı məqam tərəfdarlarının İsa Qəmbərin yenidən başqanlığa namizəd olacağına dair məlumatlar yaymasıdır. Bu da onunla izah oluna bilər ki, Hacılı sonadək təbliğat-təşviqatını gizli aparacaq. Həm də yaxşı bilir ki, İsa Qəmbərin yenidən başqan olacağı inandırıcı deyilir. Belə məqamda öz yumuşaq kreslosundan durmamaq üçün sonadək "vuruşacaq"

Müsavatdakı seçkinin elan olunması daha vacib məqamı ortaya çıxardı. Bu, Yaqublu-Sadıqlı üstəgəl Amerikaya köçən sabiq başqan müavini Elman Fəttahın qurduğu üçlü ittifaqın iflasa uğramasıdır. Hələ xeyli öncə adı çəkilən şəxslər Arif Hacılıya qarşı birləşmişdilər və qurultayda Tofiq Yaqublunun sədr seçilməsinə çalışacaqlarını bildirmişdilər. İndi isə fərqli situasiya yaranıb. Başqanlıq statusu uğrunda təkcə Arif Hacılı deyil, Yaqigar Sadıqlı və AXCP-nin Müsavatdakı "səfiri" Tofiq Yaqublu da mübarizə aparır. Görünən odur ki, yaxın gələcəkdə Müsavatı yaxşı heç nə gözləmir. İstefalar, daxili toqquşmalar və partiyadaxili qarşıdurmalar... Ən yaxşı halda qocaman partiyada bunların şahidi olacağıq.
Azvision.az
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

20:23

Məşhur "Batı-X" şirkətinin ağacları məhv etdiyi aşkarlandı... - Nazirlik hərəkətə keçdi

19:53

İcra hakimiyyətlərinə yeni səlahiyyət verildi – “Ailədaxili münaqişələrin qarşısı bu yolla alınacaq”

19:01

Rusiya şirkəti Ramiz Mehdiyevin ailəsinə məxsus Bank "BTB"yə QARŞI - DETALLAR

18:49

16 saylı Ucar Ərazi İdarəsinin işçiləri Göyçay sakinini ölkə başçısından kömək istəməyə vadar etdi

17:00

Ucuz reklama əl atan özünə müğənni deyən Aynur Nəbiyeva kimdir?

16:41

BAKIDA NÖVBƏTİ DƏLƏDUZLUQ CİNAYƏTİ - "JEK"-in baş mühəndisnin oğlu 5 nəfəri aldatdı

16:15

" `Umico` market kimdir sizin rəhbər?.. Nə etmək istəyir?!!" - ETİRAZ

15:38

"AAAF İnşaat"dakı milyonluq yeyinti faktları haqda açıqlama verdi, işdən çıxarıldı - ŞİRKƏTİN KEÇMİŞ KOMENDANTINDAN RƏSMİ QURUMLARA MÜRACİƏT

14:54

“Oba” marketlərdə endirim saxtakarlığı - NARAZILIQ VAR...

14:28

Reklam Agentliyinin İdarə Heyətinin sədri vəzifəsindən azad edilib, yenisi təyin olunub - SƏRƏNCAM

14:09

Bayram Səfərov keçirdiyi tenderdə oğlunu qalib elan edib

13:46

Elm və Təhsil Nazirliyində “nüfuz savaşı” — Aparat rəhbəri ilə müavini nəyin davasını aparır?

13:04

Baş həkimin qanunsuz obyektini KİMLƏR HİMAYƏ EDİR? - İDDİA

12:36

Şahin Bağırov və Qoşqar Təhməzli MİLLƏTİN QƏSDİNƏ DURUB? - İTTİHAM VAR...

12:06

“Gümrü bazası Qarabağa köçürüləcək” iddiasının sirri - Moskva nəbz yoxlayır, yoxsa...

11:33

İmişlidə NONSENS: Keçmiş bələdiyyə sədri bələdiyyə möhürünü oğurlayıb, qaytarmır... - BU NƏDİ BELƏ?!

10:54

“İcra Hakimiyyətindən bizə deyirlər ki, hara şikayət etsəniz də, xeyri yoxdur” – EVLƏRİ DAĞILAN DAŞKƏSƏN SAKİNLƏRİ ÇADIRDA YAŞAMAĞA MƏCBUR EDİLİR / VİDEO

10:11

Sürücülərin ən çox şikayət etdiyi sığorta şirkətləri BƏLLİ OLDU - “Xalq Sığorta”, “Bakı Sığorta”, “AtaSığorta” liderdir...

09:39

Sabirabadda KÖRPÜ DƏLƏDUZLUĞU... - Rəsmilər HARA BAXIR?

09:17

“İST PETROL”-da benzinə görün nələr QATILIR - Təsadüf yoxsa REALLIQ?

16:33

"Azpulmat" məlumatlarınızı OĞURLAYIR: - Tətbiqin sahibini hansı CƏZA GÖZLƏYİR?

16:07

Ekspert: Hidrogen enerjisinə keçid siyasi təşəbbüslər tələb edir

15:24

Ənvər Əfəndiyevin “sağ əli” Firuz İsmayılov həbs təhlükəsi altında - İLGİNC

14:57

Böyük Britaniyada qanunsuz miqrant problemi – ermənilər krallıqdan qovulur

14:17

Bakı Avrasiya Universitetinin prorektoru kazinoda böyük pul uduzub - TƏFƏRRÜAT

13:37

Onlar 4 aydır, əməkhaqqı ala bilmirlər - Naxçıvanda səhiyyə işçiləri də etiraz edir

13:13

Yuxarı Qarabağ suvarma kanalının adı dəyişdirilərək yenidən qurulacaq

12:51

Məleykə Abbaszadə millətin gələcəyini və gəncliyini şikəst edir - FAKTLARLA...

12:24

İki əmlak oliqarxı Mətin Eynullayevə qarşı: Taleh Bəşirov və Eldəniz Qafarov prezidentə sabotaj içində

11:44

Vəzifədə olan dayısının evindən 90 min oğurlayıb – Qumarda uduzdu

11:12

Nazirlik "Siyəzən Broyler"də nöqsanlar aşkarlayıb - DETALLAR

10:34

14 saylı Ərazi İdarəsi sənəd SAXTALAŞDIRIR? - BU NƏDİ BELƏ?!

09:45

Bu gün akademik Zərifə Əliyevanın anım günüdür

09:25

"Şəki Suvarma Sistemleri İdarəsinin müdiri mənə qarşı QƏRƏZLİDİR..." - GİLEY