Vidadi Zeynalovun obyekti nədən boş qalıb? - "Biləndə ki, filankəsin yeridir, qorxub gəlmirlər"

10:39 18.09.2019 522
Vidadi Zeynalovun obyekti nədən boş qalıb? - "Biləndə ki, filankəsin yeridir, qorxub gəlmirlər"

... Şamaxının Məlhəm kəndində onu tanımayan yoxdur. Kimdən soraq alırsan ki, “Rabitə Nazirliyinin (qısa adı belədir-müəlliflər) sabiq aparat rəhbəri Vidadi Zeynalovun yeri haradadır”, dərhal əlini uzadaraq ünvanı göstərir.

Bu kənd Şamaxının mərkəzindən çox da uzaq deyil. Cəmi 10 kilometr yol qət edərək Məlhəmə çatırsan.

Məlhəm Azərbaycanın ən qədim kəndlərindən biridir. Məlhəm kəndi əsasən Azərbaycanda elm ocağı kimi tanınır. Burada saysız alimlər, şairlər və elm adamları dünyaya gəlib.

Burada mədrəsələr, məscidlər və elm ocaqları çoxdur.

Yeri gəlmişkən, kənd Azərbaycanda tanınmış bir yerdir. Məşhur “Bəyin oğurlanması” filmində toy səhnələri Məlhəmdə çəkilib. Amma bizi bura gətirən səbəb nə kinodur, nə də toy...

Səbəbi neçə gündür ki, saytlarda dolaşan xəbər başlıqlarıdır.

KİV yazır ki, Vidadi Zeynalov Məlhəmdə eyniadlı restoran açıb.

Özü də unikal.org-a bildirib ki, restoran işlədir: “Həyat yoldaşım restoranda aşpazların başında durur, mən isə ümumi nəzarətçi işləyirəm. Restoranın həyətində toyuq-cücə də saxlayıram. Acından ölən deyiləm ki?! Taxıl da əkirəm”.

Sonra başqa bir saytda açıqlamanı təkzib eləmişdi, “Məlhəm” restoranının administratoru isə obyektin məşhur restoranların sahibi olan Tahir Nadirliyə məxsus olduğunu açıqlamışdı. Elə bu dolaşıq məlumatları, açıqlamaları yerindəcə araşdırmaq niyyəti ilə Məlhəm kəndinə yol aldıq. Və bütün qarmaqarışıqlığa işıq saldıq...

***

“Bax, qadoyu alım, buradan dümbələmdüz qalxırsınız, heç yerə dönmürsünüz. Yolun solunda ”Məlhəm" restoranı görəcəksiniz, ora girməyin ha, başqasınındır. Hansısa iş adamına aiddir.

Ona görə qarışdırmayın, həmin restorandan 300-400 metr sonra yenə sol tərəfdə qabağınıza bir lövhə çıxacaq. Çoxu restoranları səhv salır, həmin ikinciyə də “Məlhəm” istirahət mərkəzi deyirlər. Amma lövhədə görəcəksiniz “Rose Park” yazılıb, ox işarəsinə baxarsınız, yol düz sizi Vidadi müəllimin yerinə aparıb çıxaracaq", - deyə Məlhəm kəndinin girişində sakinlərdən biri bizə ünvanı nişan verir.

Onun sözlərinə görə, həmin istirahət mərkəzi Vidadi Zeynalova məxsusdur, evi də elə yaxınlıqdadır. Amma istirahət məkanı Məlhəm ərazisində deyil, qonşu Çuxuryurd kəndində yerləşir.

Öyrənirik ki, bir neçə ay əvvəl azadlığa buraxılan Vidadi Zeynalov çox vaxtı kənddə olur, gününü orada keçirir.

Bu minvalla göstərilən ünvana çatana qədər bir neçə kənd sakinindən də Vidadi Zeynalovun obyektini soraqlayırıq, hamısı eyni yeri göstərdi. Aydın oldu ki, onu Məlhəmdə də, Çuxuryurdda da tanımayan yoxdur.

Kənd camaatının dediyi kimi, “Rose Park” lövhəsi yazılan yerdən üzüaşağı gedirik, dar bir cığırla irəliləyirik və yolun sağı da, solu da hektarlarla əkin sahələridir.

Nəhayət, qarşımıza yaraşıqlı, təmiz havası olan istirahət mərkəzi çıxır, həyətinə daxil oluruq: burada simvolik olaraq saxlanan fayton, retro maşınlar görürük, kottejlər, dağlara panoraması açılan restoran zalının şahidi oluruq.

Amma istirahət mərkəzində işçilərdən başqa ins-cins yoxuydu. Hiss olunurdu ki, obyekt müştəri qıtlığından əziyyət çəkir. Burada çay sifariş verib qiymətlərlə maraqlanırıq.

“Rose Park”da kottejlərdə qalmağın bir gecəlik qiyməti 80 manatdır. Bu pula səhər yeməyi, tennis, uşaqlar üçün əyləncə yeri daxildir. Hovuzdan istifadəyə isə endirim olacağı deyildi.

İstirahət mərkəzindən Şamaxı rəsədxanası, Pirqulu, yanbayan göllər ovuc içindəki kimi görünürdü. Belə səfalı guşədə yerləşən istirahət mərkəzinin restoranında qiymətlər təəccüblü olsa da, münasib idi. İstər kabablar, içkilər, istər başqa yeməklər və s.

İstirahət mərkəzində olarkən Vidadi Zeynalovun burada olub-olmadığını soruşuruq, Şamaxıda olmadığı, axşam qayıdacağı deyilir. Buna görə də özü ilə telefon əlaqəsi saxlayırıq.

Vidadi Zeynalov “Yeni Müsavat”a bildirdi ki, hazırda Neftçalada tələbə yoldaşının yas mərasimindədir. Onun sözlərinə görə, həmin istirahət mərkəzini icarəyə götürüb: “Amma orada elə bil ki, milçək qovurlar, bir adam gəlmir. Yeri yaxşıdır, amma gələn yoxdur. Biləndə ki, filankəsin yeridir, qorxub gəlmirlər”.

Vidadi Zeynalov həbsi, sabiq rabitə naziri Əli Abbasov və başqalarının məsuliyyətdən kənarda qalması ilə bağlı sualımıza belə cavab verdi: “Qardaş, mən qara dəftəri bağlamışam. Evdə həmişə deyirlər ki, 40 il işlədiyin yerdən danışmırsan, iki il olduğun türmədən hər gün danışırsan. Deyirəm ki, çətin gün həmişə yadda qalır. İndi qanun, məhkəmə belə qərar verdi ki, günahkar mənəm”.

O, hamıya cansağlığı arzulayaraq, yas yerində olduğunu xatırladıb əlavə nəsə danışmaq imkanı olmadığını qeyd etdi.

Bildirək ki, Vidadi Zeynalov jurnalist Fikrət Fərəməzoğlunun həbsxana xatirələrində onunla bağlı yazılanlara toxunmuşdu. Jurnalist xatirələrində yazıb ki, 1 saylı Bakı İstintaq Təcridxanasında nəzarətçilər V.Zeynalovun maliyyə imkanlarındən bol-bol yararlanıblar.

Məsələn, onlar keçmiş məmura iki dönəri 100 manata “təşkil” ediblər. Təcridxananın həyətini yaşıllaşdırmaq üçün Vidadi Zeynalov nə az, nə çox 12 min manatından keçib.

Keçmiş məmurun yazılanlara münasibəti belə olmuşdu: “Allah heç kimə həbsxanaya düşməyi qismət eləməsin. Ora elə bir yerdir ki, heç kəs heç kəsin dəmir barmaqlar arasında nə etdiyini nə görə, nə də bilə bilər. İndi yazıb da. Nə deyim”.

Yada salaq ki, Vidadi Zeynalov “MTN işi”nə görə həbs edilən məmurlardandır. O, 2015-ci ilin noyabr ayının 13-də həbs edilib.

2017-ci il iyulun 27-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə barəsində 13 il müddətinə azadlıqdan məhrumetmə cəzası seçilən Vidadi Zeynalov 73 milyon 590 min manat məbləğində dövlət vəsaitinin mənimsənilməsi və israf edilməsinin təşkilində təqsirləndirilirdi. O, bu ilin mart ayında azadlığa buraxılıb. //musavat.com//
Vidadi Zeynalovun obyekti nədən boş qalıb? - "Biləndə ki, filankəsin yeridir, qorxub gəlmirlər"
Vidadi Zeynalovun obyekti nədən boş qalıb? - "Biləndə ki, filankəsin yeridir, qorxub gəlmirlər"
Vidadi Zeynalovun obyekti nədən boş qalıb? - "Biləndə ki, filankəsin yeridir, qorxub gəlmirlər"
Vidadi Zeynalovun obyekti nədən boş qalıb? - "Biləndə ki, filankəsin yeridir, qorxub gəlmirlər"
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

13:06

Əsgərovların bankında problemli kreditlər 2 dəfədən çox artdı - TƏFƏRRÜAT

12:36

İmişlini BELƏ İDARƏ EDİRLƏR... - İTTİHAM VAR...

12:02

Qurban Qurbanova yaxşılıq, yoxsa pislik? - Əhmədzadənin Zaqatalanı məhv etmək uğurunda 15 illik MÜBARİZəsi - VİDEO

10:57

Ağstafa DAİM-in direktoru İŞDƏN ATILIR... - Əlaqələri də işə yaramayacaq...

10:24

Lerik acınacaqlı durumda, başçı öz kefində... - FAKT BUDUR!

09:46

`Kremlin Hall`da bişən kababın TÜSTÜSÜ... - Nazirliyə MÜRACİƏT OLUNDU

09:24

Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi - TƏFƏRRÜAT

23:01

ANAMA tender keçirmədən sabiq nazirin şirkətinə 20 milyon manatlıq sifariş verdi - TƏFƏRRÜAT

22:35

Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib? - TƏFƏRRÜAT

21:56

İlham Əliyev və Vladimir Putinin BAM veteranları ilə görüşü başlayıb - CANLI YAYIM

17:59

QOŞQAR TƏHMƏZLİNİN “PALMA YAĞI SEVGİSİ” – Və sahibkarları qəfil yoxlamaq dərdi

17:32

Bu universitetdə tələbələrin təhsilhaqqı mənimsənilib - TƏFƏRRÜAT

17:10

Rusiya Prezidenti: Moskva ilə Bakı arasında münasibətlər yüksək səviyyədədir və inkişaf edir

15:36

Ermənistan Qazaxla sərhəddə minatəmizləmə prosesinə başladı

14:00

RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -İdarə Heyətinin sədri hər ay onlarla mənzilə necə sahiblənir?

13:23

Paşinyanın 4 kənd üçün 4 hiyləsi - NƏ BAŞ VERİR?

12:15

Tibb Universiteti Stomatoloji Klinikada müəmmalı təmir işləri aparır – Nə qalib şirkət bəllidi, nə də ayrılan vəsait

11:54

Vətəndaşların evini sökən Rafael Abdullayevin MTK-sı məhkəmənin qərarını icra etmədi - nazirlik hərəkətə keçdi

11:04

Qax rayon İcra Şöbəsində məmurların süründürməçiliyi nə vaxta qədər davam edəcək? – Yeni Ədliyyə nazirinin diqqətinə

10:32

Mikayıl İsmayılovun oğlu Xətai məhkəməsinə müraciət etdi – 100 min TƏZMİNAT

09:45

Buralarda kimi sözü keçərlidir... bilinmir, amma... - İTTİHAM VAR...

09:16

Deputatı sorğu-sual edən olacaqmı? - Sakinlər risq altında yaşayır...

19:44

İsrail “Hizbullah” döyüşçülərinin yerləşdiyi binaya zərbə endirib, ölənlər var

19:06

Ceyranbatan su kanalında 1 nəfər batıb

18:03

KASIBLARLA DOST OLMAYAN NAZİRİN “DOST” TELEVİZİYASI… - Yeni televiziya sosial məsələlərə, yoxsa Babayevin piarına xidmət edəcək?

17:10

"Razborka" aparan, sərnişini hədələyən, qazın "belinə oturan" sürücülər... - 91 nömrəli avtobus xəttində nə baş verir?

16:13

"Qazaxlı Alik"in oğlunun məhkəməsi başlayır - TƏFƏRRÜAT

14:59

Neftçalada vəzifə uğrunda MÜBARİZƏ — İcra başçısının məzuniyyətdən qayıtmasını gözləyirlər...

12:35

“Laser Beauty Clinic” tam bir QƏSSABXANA kimi işləyir... - daha bir FAKT!

12:04

Nə oldu, Makron? - AKTUAL

10:55

271 saylı məktəbdə həftəbecər dərs saatları... - DƏLİXANADIR, VALLAH...

09:48

Biləcəri bələdiyyəsi belə geridə qalıb? - YOXSA...

19:39

Dövlət Su Ehtiyatları Agentliyi, yoxsa ŞƏBƏKƏ BİZNESİ? - Dövlət qurumunda "Dostluq birliyi"

19:11

İlham Əliyev 4 kəndi də qaytardı