Impera
XƏBƏR LENTİ
20:58Prezident bu yolun yenidən qurulmasına 34,3 milyon ayırdı20:5415 yaşlı yeniyetmə intihar etdi - Son sözlərini məktubda yazıb20:52Görün bizə şirniyyat adı ilə nə satırlar... - "Razin"də dəhşət20:50Prezidentdən əlil və şəhid ailələri ilə bağlı - SƏRƏNCAM20:49Prezidentə müraciət edən vətəndaşın borcunun silinməsi barədə bankdan açıqlama - Video20:46Arvadını öldürdü, meyitini ətçəkən maşından keçirdi20:44Tanınmış gəncin bələdiyyə üzvlüyünə namizədliyi təsdiqləndi20:42Ata Abdullayevin diplomatik pasport qalmaqalı20:39Bakıda şirkət rəhbəri və anasını amansızlıqla öldürdülər – PULA20:32Tələbə qızlar suşidən yox, bu qidadan zəhərləniblər11:42Oqtay Gülalıyevdən xoş xəbər var - Komadan ayılma ehtimalı artıb - FOTO11:38Nazirlik zəhərlənən tələbələrin vəziyyəti ilə bağlı məlumat yaydı11:37Azərbaycanda vəzifəli şəxs komaya düşdü22:12Bakıda internet xidmətinin göstərilməsində fasilələr yaranacaq22:10Tələbələrinin zəhərlənməsi ilə bağlı Bakı Şəhər Prokurorluğunda cinayət işi başlanılıb20:58Azərbaycanda ətlə bağlı xəbərdarlıq – Yeni qadağa bahalaşma gətirəcək20:55Azərbaycanda yeganə Ədliyyə Ordu Generalı kimdir? - DOSYE20:53Qarabağ əlilinin jurnalist xanımını işdən çıxardılar - Mətbuat Şurası araşdıracaq20:49Sulu qar yağacaq20:48İcra başçısı özünə 250 minlik “Rang Rover” aldı22:32Şeyx Fərqanə Qasımovaya bisavad deyən şairi YIXIB-SÜRÜDÜ: O, heç özü bilmir ki...22:04Mədəniyyət Nazirliyi və Yazıçılar Birliyindən mərhum şairə HÖRMƏTSİZLİK - "Bacı kimi əlimdən gələni edirəm..."22:00Sumqayıtın inkişafında xidmətləri olan şəxslər təltif edilib - SİYAHI11:32Ermənistan ordusu atəşkəs rejimini 23 dəfə pozub10:5335 min nəfər əhaliyə ŞAD XƏBƏR - Prezident sərəncam imzaladı21:37Sabah bəzi yerlərdə yağış yağacaq - PROQNOZ AÇIQLANDI21:35Bunu edənlər 1000 manat CƏRİMƏLƏNƏCƏK - QANUN DƏYİŞDİ21:31Bakı metrosunda qapıları tutan 20 sərnişin cərimələndi – Hərəsi 50 AZN – VİDEO21:29TANAP-ın istismara veriləcəyi tarix açıqlandı21:26Bakıda tuneldə qəza: yük maşını belə aşdı - ANBAAN VİDEO21:25Əli Əsədov onu da vəzifəsindən azad etdi21:2326 yaşlı hicablı qaydasız döyüşçü nokauta düşüb öldü - VİDEO21:21ABŞ-dan İrana XƏBƏRDARLIQ - Qətllərə son qoy, interneti bərpa et21:19Bakıda böyrəyini satışa çıxaran qadınla bağlı ŞOK XƏBƏR11:15Lukaşenko zarafatla vəzifə təklif etmişdi, deputat oldu - FOTOLAR11:11Sumqayıtda FACİƏ: naqil oğurlamaq istəyən şəxs...11:10Erməni fəalı: Sorosçular Paşinyanı əsir götürüblər11:04Nüşabə Ələsgərli həyat yoldaşı ilə tanışlığından DANIŞDI: "Aşiq olmamışam" – VİDEO11:02Çingiz Əhmədovdan həmkarına sərt mesaj: "Rəhman “kukla oynadan” olub da, kim olub ki?!"20:42Millimizlə oyunöncəsi NÖVBƏTİ İTKİ20:41Polisin saxladığı avtomobilin sürücüsü hadisə yerindən qaçıb20:40Şəfəq Ağacanın məhkəməsi başlayır20:38Avropa Gimnastika İttifaqının adı dəyişdirilib20:36“Miss Azərbaycan-2019”: Keçmiş sevgilim 21 yaşımda məni qaçırmışdı - MÜSAHİBƏ (FOTO)20:32Bir ailənin dörd üzvü TIR-ın altında əzilib öldü20:30Oqtay Gülalıyevdən yeni XƏBƏR VAR20:29Rüfət Səfərov azadlığa çıxdı - Foto20:27Sumqayıtda görülməmiş hadisə: Helikopterlərdən dəvətnamə atdılar - Foto20:23SON DƏQİQƏ: İranı çalxalayan aksiyada Ruhanidən GÖZLƏNİLMƏZ QƏRAR20:22Şəbnəm Tovuzluya ağır itki - VİDEO20:20Qəbələdə "VAZ" 60 yaşlı kişini vurub öldürdü12:41Bakıda beş avtomobil toqquşdu: sürücülər arasında dava düşdü - ANBAAN VİDEO12:38Gürcüstanda etirazçılar deputatları parlamentə buraxmayıblar12:36Zamirə Ədilovaya vəzifə verildi11:34Heyvanların müdafəsi üçün 40 min imza toplanılır11:32Kombilərdə bunu edin - qaza və işığa 35 faiz qənaət edəcəksiz - VİDEO11:31Bakıda arvadını öldürən kişi Gəncədə təslim olub10:57İranda aksiyalarda 25 nəfər öldü, 40 nəfər saxlanıldı - Hökumətdən xəbərdarlıq10:56Metroda Madonnanın sinəsini parça ilə örtən saxlanılıb20:15Gürcüstan müxalifəti aksiyalara başladı19:51Fransada “sarı jiletlilər”in aksiyasında 147 nəfər saxlanıldı19:50İcra başçısı barədə şok iddia: Qayınanasının adına subsidiya alıb, obyektlərinin sayı-hesabı yoxdur - VİDEO19:44Müəllimlərin ən yüksək maaş aldığı ölkələrin TOP 10-luğu15:00Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsi artıb14:35Gələn ilin büdcəsinə ən çox hansı qurum xeyir verəcək?13:12İstanbulda casusun sirli ölümü: Özbək qulluqçunun dedikləri12:1715 yaşlı APA...12:04Uşaqlar ip əvəzinə ilanla oynadılar - VİDEO16:31Bərdədə yanğın: Üç nəfər zəhərləndi - FOTO16:29Ulduz idmançılar Azərbaycana gəlir16:26Azərbaycana avtomobil idxalı kəskin artıb16:26Azərbaycana avtomobil idxalı kəskin artıb16:26Benzin BAHALAŞDI16:17Bakıya yağış, rayonlara qar yağacaq16:16"Fədayəyə oxumağı mən öyrətmişəm, bacısı nə danışdığını bilmir" - Tacir - VİDEO16:14Bakıda 16 yaşlı gənc metroda itkin düşdü16:14Prezident müsəlman din xadimlərini qəbul etdi - FOTO16:12Prezident Bilal Əliyevə mənzil bağışladı16:06Selfi sevgisi daha bir turisti öldürdü16:02Bakıda yeni metro stansiyaları bu ərazilərdə olacaq - Zığ, Bayıl, Yeni Yasamal... - XƏRİTƏ16:01Məşhur aktyorun oriental şousu təəccübləndirdi - VİDEO15:58Sərxoş kişi hamilə qadını döyüb xəstəxanalıq etdi - Video15:32Kran minik maşınını yolda belə sürüdü - ANBAAN VİDEO12:05Elmira Süleymanova: "Yalan məlumatdır"11:32Yeniyetmə bacısını timsahın ağzından xilas etdi - FOTO11:30Gecə Bakıda baş verən yanğında polislər körpələri evdən çıxarır - FOTOLAR11:27Vilayət Eyvazov generalı işdən çıxardı, polkovnikə yeni vəzifə verdi11:24Bakı Slavyan Universitetinin rektoru erməni əsillidir? - İDDİALARA CAVAB VERİLDİ20:123500-dən çox məhkuma ŞAD XƏBƏR - Əfv imzalandı20:11Prezident Bilal Ərdoğanla görüşdü20:10İlham Əliyev bu şəxslərə fəxri adlar verdi - SİYAHI20:06Prezident və xanımı Kirill ilə görüşdü20:03Bakıda qızları təhqir edən şəxsləri vətəndaşlar belə döydü - YENİ VİDEO19:59Hindistan, Çin və Rusiya xüsusi ödəniş sistemi yaradacaq19:48Əhaliyə şad xəbər: İstiliklə bağlı unikal sənəd Nazirlər Kabinetində16:49Oqtay Gülalıyevdən sarsıdıcı xəbər - FOTO16:47Bakıda doğulan qəribə körpə ÖLÜB - AÇIQLAMA16:45Adam öldürüb Azərbaycana qaçdı, 10 il sonra tutuldu16:33Sabah qar yağacaq - PROQNOZ12:41Bulvarda bir nəfər dənizə düşdü
BÜTÜN XƏBƏRLƏR

Erməni kilsəsi parçalanmaq təhlükəsi yaşayır - GƏLİŞMƏ

16 Eyl 2019, 17:58   
Erməni kilsəsi parçalanmaq təhlükəsi yaşayır - GƏLİŞMƏ

Erməni kilsəsində parçalanma, qalmaqallar, çoxsaylı korrupsiya faktları uzun müddətdir medianın diqqət mərkəzindədir. Bu dəfə dünyaca məşhur BBC ermənilərin separatizm, başqa xalqlara qarşı düşmənçilik ideyalarını yayan mərkəzindəki problemlərdən bəhs edən geniş reportaj hazırlayıb. Qeyd edilir ki, qədim xristian kilsələrindən biri kimi tanınan erməni kiləsində uzun illərdir davam edən daxili münaqişə yaxın zamanlarda böyük böhranla nəticələnə bilər. Araşdırmada vurğulanır ki, dünyəvi diasporların ierarxlara etirazları Erməni Apostol Kilsəsinin (EAK) daxilindəki müxalif hərəkatın başlamasıyla üst-üstə düşüb. Rusiyadakı erməni icmaları artıq bir neçə aydır ki, Ermənistanın üsyançı ruhaniləriylə əlaqə saxlayırlar. Sibirdə, Volqaboyunda və Uralda erməni ictimai təşkilatlarının liderləri EAK-ın Rusiya yeparxiyasını basqınçılıqda, acgözlükdə, avtoritar idarəçilikdə və diasporda qarşıdurma yaratmaqda ittiham edirlər. Eyni zamanda, EAK üzvlərinin bir qismi açıq şəkildə bəyan edirlər ki, Rusiya arxiyepiskopu Yezrasın qardaşı - bütün ermənilərin katolikos və patriarxı II Qareginin fəaliyyəti kilsə qanunları və bidətinin pozulmasına gətirib çıxara bilər. Bu iki müxalif cərəyan birləşərsə, proses faktiki olaraq kilsənin parçalanmasıyla nəticələnə bilər. Amma EAK-da bu münaqişəni ya görmürlər, ya da görməzdən gəlirlər. Arxiyepiskop Yezrasın mətbuat xidməti BBC-nin bütün suallarına üç cümləylə cavab verərək bildirib ki, "EAK-ın Rusiya və Yeni Naxçıvan yeparxiyalarının kilsə həyatında heç bir problem yoxdur”.
"Bu, mənim qızım Linoçkadır. Biz beş il onu xaç suyuna saldıra bilmədik, təsəvvür edirsiniz? 17 dəfə yeparxiyaya zəng vurduq, rahib göndərmələrini xahiş etdik. Heç kim gəlmədi" - qızının telefondakı şəklini BBC-yə göstərən Arsen Mosoyan belə deyir. Moskvadan yardım ala bilməyən İjevsk erməniləri Ermənistandan rahib çağırıblar və beləliklə də erməni kilsəsinin daxilində illərdir yetişməkdə olan, amma yalnız son vaxtlarda üzə çıxan münaqişənin iştirakçısına çevriliblər. Arsen Mosoyan artıq 26 ildir ki, İjevskdə yaşayır. HDQ-nin Pskovdakı diviziyalarından birində xidmət etdikdən sonra Udmurtiyaya qayıdan Arsen tikinti biznesinə başlayıb. Erməni icması bu şəhərdə kilsə tikmək qərarına gələndə bacardığı qədər yardım edib. İşdən sonra dostlarıyla birlikdə tikinti yerinə gəlib, özül yerinin qazılmasında və divarların hörülməsində yaxından iştirak edib, özü beton töküb. Kilsə ermənilərin Udmurtiyadakı ictimai təşkilatının, onun sədri Mnasakan Arakelyanın və Başqırdıstandan olan bir biznesmenin maliyyə yardımı hesabına inşa edilib. Mosoyan deyir ki, EAK-ın Moskva yeparxiyası tikintidə iştirak etməyib. 2012-ci ildə kilsənin tikintisi başa çatıb, icma Moskvaya - arxiyepiskop Yezrasa müraciət edib ki, kilsəni təqdis etmək üçün keşiş göndərsin. Cavabında arxiyepiskop kilsənin və onun yerləşdiyi ərazinin mülkiyyət hüququnu yeparxiyaya verməyi, Moskvanın göndərəcəyi şəxsin rəhbərliyini təmin edəcək nizamnamə qəbul etməyi xahiş edib. İcma bu şərtlərə əməl edib, amma kilsə təqdis olunmayıb. Diaspora təşkilatının sədri Arakelyanın BBC-yə dediyinə görə, yeparxiya əlavə iki şərt də irəli sürüb: icmadan tələb olunub ki, ayinlərin icrasından gələn gəlirdən başqa, Moskvadan göndəriləcək baş keşişə maaş da verilsin və yeparxiyanın "stabilləşdirmə fonduna" 1,2 milyon rubl pul köçürülsün. Yeparxiya BBC-nin bu şərtlərlə bağlı sualına cavab verməyib. "Bütün bunlar tələb kimi görünürdü. Yeparxiyada fasiləsiz olaraq pul söhbəti gedir. Sanki bu, kilsə yox, biznes və ya ticarət obyektidir" - Mosoyan bunu deyib köks ötürür. Aydınlaşdırılıb ki, vəziyyət təkcə İjevskdə belə deyil. Altayda, Kemerovo, Kirov, Novosibirsk və Sverdlovsk vilayətlərində də müxtəlif mərhələlərdə olan münaqişələr mövcuddur. Daha əvvəl Riqadakı kilsədə də oxşar hal yaşanıb. Dünyəvi diasporun artan şikayətləri haqqında Moskvadakı təşəbbüs qrupları da danışırlar.
Kilsələr dünyadakı erməni diasporları üçün sadəcə dua edilən yer deyil. Orta əsrlərdə dövlətdən məhrum olma erməni icmaları kilsələr ətrafında təşkilatlanıblar. Demək olar ki, hər yerdə problemin kilsə rəhbərliyilə münasibətlərdən qaynaqlandığını deyirlər. Kemerovo vilayətinin Novokuznetsk şəhərindəki erməni kilsəsi də buna görə bağlanıb.
EAK-ın kilsələr kompleksi tikintisinin mesenatlarından biri olan, podratçı şirkətin sahibi Ruben Qriqoryan BBC-yə müsahibəsində belə deyib ki, erməni kilsəsini başqalarının əmlakını böyük ölçüdə mənimsəməklə məşğul olan insanlar işğal ediblər.
Oksford Universitetinin Şərq İnstitutunun professoru Qraç Çilingiryan da bildirib ki, II Qareginin rəhbərliyi dövründə kilsənin idarəçiliyini mərkəzləşdirmək cəhdləri EAK və diaspor arasında əsas problemə çevrilib: "Dünyadakı bütün erməni kilsələrinə tətbiq edilən vahid nizamnamə mərkəzləşdirmənin əsas aləti oldu”. Çilingiryan hesab edir ki, bu nizamnamə mübahisələr və fikir ayrılıqları yaradıb, bir çox görkəmli din xadiminin karyerasını bitirməsinə səbəb olub və "kilsə ierarxiyasına inamsızlıq yaradıb". Ermənilərin bəzi mətbuat orqanlarının yazdığına görə, II Qareginin titullarından məhrum etdiyi keşiş və rahiblərin sayı ondan əvvəlki rəhbərlərin 300 il ərzində cəzalandırdığı şəxslərin toplam sayından çoxdur. Çilingiryan deyir ki, belələrinin neçə nəfər olduğunu heç kim dəqiq bilməsə də, tarixi ölçülərə görə bu say olduqca çoxdur. Rusiya diasporundakı indiki münaqişə öz miqyasına görə unikaldır, ancaq katolikosun xarici kilsələri nəzarətə götürmək cəhdləri artıq bir neçə dəfə böyük qalmaqalla nəticələnib. 2011-ci ildə Nitsa və Cenevrədəki icmalar EAK ierarxlarının tabeçiliyindən çıxıblar. Onlar Ermənistandan "sırınan” nizamnamə və keşişləri qəbul etmək təklifini rədd ediblər. 2018-ci ildə - Nikol Paşinyan baş nazir seçiləndən dərhal sonra Ermənistanda da katolikosa qarşı açıq müxalifətə keçənlər olub. Həmin ildəki kütləvi aksiyalar zamanı ölkə boyu minlərlə insan hakimiyyətin dinc yolla dəyişməsinə çalışarkən bir qrup din adamı kilsə daxilində də islahatlara başlamaq qərarına gəlib. "Yeni Ermənistan - yeni patriarx” hərəkatında birləşən bu şəxslər katolikosun və bəzi yepiskopların istefasını, kilsəyə yeni rəhbərin seçilməsini tələb edirdilər. //kaspi.az//
OXŞAR MÖVZULAR