2 təhsil naziri dəyişib, qanunun tələbi isə hələ yerinə yetirilmir: - Milyonlar beləcə ölkədən axır

17:38 16.09.2019 449
2 təhsil naziri dəyişib, qanunun tələbi isə hələ yerinə yetirilmir: - Milyonlar beləcə ölkədən axır

Xeyli müddətdir ki, distant təhsillə bağlı məsələ həllini tapmır.

2009-cu ildə qəbul edilmiş "Təhsil haqqında" Qanunda təhsil alma formalarından biri də distant təhsildir. Xatırladaq ki, 2012-ci ildə təhsil naziri olan Misir Mərdanov mətbuata açıqlama verərkən qiyabi təhsilin qısa zamanda ləğv ediləcəyini və ölkədəki bütün ali məktəblərdə distant (məsafədən) təhsil tətbiq olunacağını bildirmişdi. Bunun ardınca isə o zaman Təhsil Nazirliyin ali və orta ixtisas şöbəsinin müdir müavini olan Zinyət Abdullayeva yeniliyin heç bir universitetdə tətbiq edilmədiyini diqqətə çatdırmışdı. Lakin bu açıqlamalardan illər keçməsinə , hətta 2 təhsil naziri dəyişməsinə baxmayaraq, nə distant təhsil tətbiq edilib, nə qiyabi təhsil ləğv olunub.

“Təhsil haqqında” Qanuna görə, Azərbaycanda təhsil almanın dörd forması mövcuddur. Bunlar əyani, qiyabi, distant (məsafədən) və sərbəst (eksternat) təhsil formalarıdır. Distant təhsil müəyyən məsafədən keçirilən təlim sistemidir və dünyada geniş tətbiq olunur. Distant təhsil müəyyən səbəblərə görə təhsil almaq imkanı olmayan şəxslərə təhsil imkanı yaradır. Bu təhsilin tətbiqi üçün təhsil müəssislərinin internetə çıxışı təmin edilməli, hər bir təhsil alanın evində müvafiq şərait olmalıdır. Distant təhsilin Azərbaycanda tətbiq edilməməsi problem olduğu kimi, ikinci bir problem də xaricdə bu təhsili alan məzunların diplomunun Azərbaycanda tanınmamasıdır. Aidiyyatı qurumlar məsələyə aydınlıq gətirmək üçün mətbuata danışarkən dəfələrlə Azərbaycanda distant təhsilin mexanizminin işlənib hazırlanmadığını, buna görə də onun təhsil forması kimi qəbul edilmədiyini bildiriblər. Distant təhsilin tətbiqi ilə eyni zamanda ölkədən axan milyonların qarşısını almaq, təhsil biznesi də qurmaq olar. Belə olan halda distant təhsillə bağlı problemin indiyə qədər niyə həll edilmədiyi maraq doğurur.

Məsələ ilə bağlı Cebhe.info-ya açıqlama verən təhsil eksperti Elşən Qafarov bildirib ki, Azərbaycanda distant təhsilin tətbiqi ilə bağlı ifrastrukturda heç bir problem yoxdur. Bu təhsilin tətbiq edilməmə səbəbi nəzarət mexanizminin mövcud olmaması ilə bağlıdır:

“Hazırda ölkədə istər hüquqi bazada, istər infrastrukturun qurulması ilə bağlı böyük işlər görülür. Lakin təəssüf ki, distant təhsilin tətbiqi mümkün olmur. Hətta bizim vətəndaşlar xarici universitetlərdə distant təhsil aldıqda onların diplomunun burada tanınmasında problemli var. Distant təhsil zamanın tələbidir. Təhsil Nazirliyi distant təhsilin tətbiqi ilə bağlı konkret olaraq tədbirlər görməli, plan hazırlanmalıdır. Təhsil Nazirliyi isə buna hazır deyil. Halbuki bununla bağlı maddi-texniki baza da, infrastruktur da mövcuddur. Biz sadəcə, distant təhsilin tətbiqinə özümüzü hazır hiss etmirik. Düşünürəm ki, artıq zamanın tələbindən geri qala bilməyəcəyik. Bir müddət sonra bu, təhsil alma forması kimi tətbiq olunacaq. Mən təhsil mütəxəssisi kimi distant təhsilin tətbiqinə mane olacaq hər hansı bir şey görmürəm. Sadəcə, Təhsil Nazirliyinin distant təhsilə nəzarət mexanizmi yoxdur. 5-6 mindən çox xarici tələbəmiz var, onların əksəriyyəti Azərbaycan Memarlıq və İnşaat Universitetində təhsil alır və məcbur olub əyani oxuyurlar. Nə vaxt ki, Təhsil Nazirliyində təhsillə əlaqəsi olan şəxslər işləyəcək, distant təhsil o zaman tətbiq ediləcək. Bu gün bizim təhsildə əsas məqsəd sahibkarlıq fəaliyyətini təhsilə gətirməkdir”.
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

12:35

“Laser Beauty Clinic” tam bir QƏSSABXANA kimi işləyir... - daha bir FAKT!

12:04

Nə oldu, Makron? - AKTUAL

10:55

271 saylı məktəbdə həftəbecər dərs saatları... - DƏLİXANADIR, VALLAH...

09:48

Biləcəri bələdiyyəsi belə geridə qalıb? - YOXSA...

19:39

Dövlət Su Ehtiyatları Agentliyi, yoxsa ŞƏBƏKƏ BİZNESİ? - Dövlət qurumunda "Dostluq birliyi"

19:11

İlham Əliyev 4 kəndi də qaytardı

16:34

109-cu “erməni soyqırımı” oyunlarında dönüş –

16:06

"Bura bildiyiniz bazardır..." - GİLEY

15:40

Sabirabadlı fermerin balıq gölündə çalışdı, maaşını ala bilmir... - GİLEY

14:45

Yumurta kəskin ucuzlaşdı – Qiymətlər daha da ENƏCƏK?

12:56

"Xaçmaz rayon Məhkəməsinə müraciət etmişəm..." - MƏHKƏMƏDƏ İSƏ...

12:13

İnternet dələduzları yenə də İŞ BAŞINDA... - ETİRAZ

11:05

Gəncə niyə ABAD OLA BİLMİR... - Bu qədər xərc-xəsarət varsa...

10:31

Mikail Keskini “Ajda Baku”dan uzaqlaşdıran şəxsləri qoruyan “hüquq əli” kimindir? - Türkiyəli iş adamına qarşı QANUNSUZ ƏMƏLLƏR

09:48

DİREKTORU QOVUBLAR, AMMA KORRUPSİYA TAPILMAYIB... - Agentlik hüquq-mühafizə orqanlarına niyə müraciət etməyib?

09:26

Laçın sakini evinə sevinərək dönsə də... - AXI NİYƏ?

20:57

MİLÇƏK VƏ AĞCAQANAD SÜRÜLƏRİNİN SARAY QƏSƏBƏSİNDƏKİ “ALİMLƏR BİNASI”NA HÜCUMU

19:08

Melorasiya və Su Təsərrüfatı ASC-də "şəbəkə biznesi..."-Kamalın Zamanı

18:41

Kəmaləddin Heydərova məxsus olduğu deyilən 357 milyonluq şirkət məhkəmə qarşısında

16:32

Qərb Cənubi Qafqaz planlarında tələsir - ŞƏRH

16:10

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – TƏFƏRRÜAT

15:40

Gömrükdə camaatı rəsmən ƏLƏ SALIRLAR... - FOTOFAKT

15:12

Şəhid anasını qəbul etməyən icra başçısı onun Prezidentə etdiyi müraciəti əsassız çıxarmağa cəhd etdi VİDEO

14:21

285 saylı məktəbdə qalmaqal: Yeni direktor köçkün müəllimi işdən çıxardı - TƏFƏRRÜAT

13:46

"Bəs bu təmizliyə nəzarət edən kimsə yoxdurmu?" - ETİRAZ

12:43

Şahmar İbadovun dövlətə meydan oxuması... - Qalmaqallı məmur yeni vəzifə eşqinə düşüb

12:08

İcra başçısı şəhidin adına olan obyekti sökdürdü - Şəhid qızı Prezidentə müraciət etdi - VİDEO

11:24

"Bravo"da vaxtı keçmiş məhsul satılır - GİLEY

10:50

ABŞ-dən sülhməramlıların Qarabağı tərk etməsinə - Reaksiya

10:09

«AZVİRT» VƏ «SAN İNŞAAT» TIKINTI ŞIRKƏTI QƏZADA AĞIR XƏSARƏT ALAN IŞÇILƏRINƏ SAHIB DURMUR. ZƏNGILANDAKI TIKINTI IŞLƏRINDƏ ÇALIŞANLARA QARŞI GÖSTƏRILƏN ÖGEY MÜNASIBƏTƏ NƏ AD VERMƏK OLAR?- VİDEO/FAKTLAR

09:31

Başlıbel faciəsindən 31 il ötür

00:24

İsrail İrana cavab zərbəsi endirməyi planlaşdırıbmış

23:36

CHP liderindən AŞPA-da Azərbaycana DƏSTƏK

19:13

İcra Hakimiyyəti ilə tenderlərinin qalibi olan şirkət arasında qalmaqal yaranıb - TƏFƏRRÜAT