BANM, UNEC... özlərini tərifləyirlər eee... AMMA... - Adları dəftərdə yoxdur

14:34 16.09.2019 406
BANM, UNEC... özlərini tərifləyirlər eee... AMMA... - Adları dəftərdə yoxdur

Bu yaxınlarda dünyanın ən yaxşı 500 universitetinin adı açıqlandı. Qonşu ölkə Türkiyədən 2 universitetin adı da siyahıda yer aldı. Siyahıda Azərbaycan heç bir universiteti ilə təmsil oluna bilmədi.
Bəs bu uğursuzluğun səbəbi nədir? Gələcəkdə hansısa universitetimizin bu siyahıya daxil olmaq şansı varmı?

Məsələ ilə bağlı təhsil eksperti Kamran Əsədov “Yeni Sabah”a deyib ki, dünya reytinqinə düşmək üçün pul vəsaitinə və fəaliyyətə ehtiyac var:

“Siz o siyahıya baxıb görərsiz ki, o siyahıda Qazaxıstanın Nazarbayev universiteti də var, Rusiyanın universitetləri də var. Bilirsiz, Türkiyə universitetləri 2001-ci ildən etibarən bir yola çıxdı. Onlar yaxşı mütəxəssis və ekspertləri, yerli və dünya təcrübəsindən başı çıxanları yüksək əmək haqqı ilə öz universitetlərinə cəlb etdilər. Onlar fəaliyyət planı müəyyənləşdirdilər ki, biz hansı addımlar atmalıyıq ki, 10 ildən sonra universitetlərimiz dünya reytinqində olsun".

Ekspert bildirdi ki, ali təhsil müəssisələrinin dünya reytinqinə çıxmasına təsir edən bir çox amillər var:

"Birinci yerdə duran amil həmin ali təhsil müəssisəsində təhsil alanların sayıdır. Hazırda qardaş Türkiyədə təhsil alan xarici vətəndaşların sayı 200 minə çatır. Azərbaycanda isə bu rəqəm 3700-dür.

İkincisi, tələbələr üçün yataqxana təminatıdır. Bu il Azərbaycanın 54 təhsil müəssisəsində 164 min tələbə təhsil alır. Amma yalnız bu sayın 1,2 faizini yerləşdirməyə yataqxana təminatı var. Azərbaycanda hazırda yataqxanaların sayı 7-dir. Amma Türkiyədə 260 universitet var. Yataqxana sayı 777-dir. Orda 1,5 milyon tələbə var,yataqxanalar isə 800 min nəfəri təmin edir. Azərbaycanda isə bu rəqəm 6 mindir.

Üçüncüsü, elmi-potensiallı elmi tədqiqatların yazılaraq tanınmasıdır. Təəssüf ki, bu Azərbaycanda lokal xarakterlidir. Beynəlxalq arenada iştirakımız sıfıra bərabərdir. Alimlərimizin elmi əsərlərinə, elmi məqalələrinə istinad yoxdur.

Ən əsası isə universitetlər məmurlar tərəfindən yox, menecerlər, təhsili bilənlər tərəfindən idarə olunmalıdır. Azərbaycanın çox gözəl potensialı var. Həm coğrafi mövqeyi, həm siyasi sabitlik və sakitliyi və s. baxımından. Bunlar imkan verir ki, Azərbaycan universitetləri dünya reytinqində 3 ildən sonra yer alsın. Hazırda isə Azərbaycan universitetləri heç ilk 3 minlikdə belə yoxdur.

Ekspertin sözlərinə görə, ən vacib mövzularında biri tələbələrin işlə təmin olunması məsələsidir:

"Azərbaycanın 164 min tələbəsi var. Amma 4 il sonra onların yalnız 42%-i işlə təmin olunacaq, 58% isə işsiz qalacaq. Amma Türkiyənin istənilən özəl universitetinin işlə təminatı 100%-dir. Bunun üçün kariyera mərkəzləri işləyir. Yoxsa bizim kimi tələbənin təhsil haqqına diplom verib, ya Allah yola salma mərasimi deyil. Yəni universitet öz məzununu izləməlidir. Xüsusi təyinatlılar istisna olmaq şərtilə, izim ən yaxşı universitetimizin işlə təmin olunma faizi 21%-dir.

Amma dediyim kimi, istənilən universiteti 3 il sonra dünya reytinqində aparmaq mümkündür. Sadəcə bunun üçün biraz pul xərcləmək lazımdır, bir də bu işi bilənləri buraya cəlb etmək lazımdır”.

K.Əsədov həmçinin bu reytinqdə yer ala biləcək ilk universitetimizin adını da qeyd edib:

“Potensialı olan universitetlərimiz arasında birinci yerdə Bakı Dövlət Universitetidir. Həm tələbə sayı, həm də maddi-texniki bazasına görə. İkinci yerdə İqtisad Universitetidir. Burda həm də vacib olan dünya əhəmiyyətli ixtisasların olmasıdır. Bizdə ölü ixtisaslar var, mühazirələr də bu ilin tələbini ödəmir. Üçüncü yerdə Bakı Ali Neft məktəbini görürəm, sonra Neft və Sənayə Universiteti və s. gəlir. Bu universitetlərin potensialı var amma istək və fəaliyyət olmalıldır”.
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

17:10

"Razborka" aparan, sərnişini hədələyən, qazın "belinə oturan" sürücülər... - 91 nömrəli avtobus xəttində nə baş verir?

16:13

"Qazaxlı Alik"in oğlunun məhkəməsi başlayır - TƏFƏRRÜAT

14:59

Neftçalada vəzifə uğrunda MÜBARİZƏ — İcra başçısının məzuniyyətdən qayıtmasını gözləyirlər...

12:35

“Laser Beauty Clinic” tam bir QƏSSABXANA kimi işləyir... - daha bir FAKT!

12:04

Nə oldu, Makron? - AKTUAL

10:55

271 saylı məktəbdə həftəbecər dərs saatları... - DƏLİXANADIR, VALLAH...

09:48

Biləcəri bələdiyyəsi belə geridə qalıb? - YOXSA...

19:39

Dövlət Su Ehtiyatları Agentliyi, yoxsa ŞƏBƏKƏ BİZNESİ? - Dövlət qurumunda "Dostluq birliyi"

19:11

İlham Əliyev 4 kəndi də qaytardı

16:34

109-cu “erməni soyqırımı” oyunlarında dönüş –

16:06

"Bura bildiyiniz bazardır..." - GİLEY

15:40

Sabirabadlı fermerin balıq gölündə çalışdı, maaşını ala bilmir... - GİLEY

14:45

Yumurta kəskin ucuzlaşdı – Qiymətlər daha da ENƏCƏK?

12:56

"Xaçmaz rayon Məhkəməsinə müraciət etmişəm..." - MƏHKƏMƏDƏ İSƏ...

12:13

İnternet dələduzları yenə də İŞ BAŞINDA... - ETİRAZ

11:05

Gəncə niyə ABAD OLA BİLMİR... - Bu qədər xərc-xəsarət varsa...

10:31

Mikail Keskini “Ajda Baku”dan uzaqlaşdıran şəxsləri qoruyan “hüquq əli” kimindir? - Türkiyəli iş adamına qarşı QANUNSUZ ƏMƏLLƏR

09:48

DİREKTORU QOVUBLAR, AMMA KORRUPSİYA TAPILMAYIB... - Agentlik hüquq-mühafizə orqanlarına niyə müraciət etməyib?

09:26

Laçın sakini evinə sevinərək dönsə də... - AXI NİYƏ?

20:57

MİLÇƏK VƏ AĞCAQANAD SÜRÜLƏRİNİN SARAY QƏSƏBƏSİNDƏKİ “ALİMLƏR BİNASI”NA HÜCUMU

19:08

Melorasiya və Su Təsərrüfatı ASC-də "şəbəkə biznesi..."-Kamalın Zamanı

18:41

Kəmaləddin Heydərova məxsus olduğu deyilən 357 milyonluq şirkət məhkəmə qarşısında

16:32

Qərb Cənubi Qafqaz planlarında tələsir - ŞƏRH

16:10

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – TƏFƏRRÜAT

15:40

Gömrükdə camaatı rəsmən ƏLƏ SALIRLAR... - FOTOFAKT

15:12

Şəhid anasını qəbul etməyən icra başçısı onun Prezidentə etdiyi müraciəti əsassız çıxarmağa cəhd etdi VİDEO

14:21

285 saylı məktəbdə qalmaqal: Yeni direktor köçkün müəllimi işdən çıxardı - TƏFƏRRÜAT

13:46

"Bəs bu təmizliyə nəzarət edən kimsə yoxdurmu?" - ETİRAZ

12:43

Şahmar İbadovun dövlətə meydan oxuması... - Qalmaqallı məmur yeni vəzifə eşqinə düşüb

12:08

İcra başçısı şəhidin adına olan obyekti sökdürdü - Şəhid qızı Prezidentə müraciət etdi - VİDEO

11:24

"Bravo"da vaxtı keçmiş məhsul satılır - GİLEY

10:50

ABŞ-dən sülhməramlıların Qarabağı tərk etməsinə - Reaksiya

10:09

«AZVİRT» VƏ «SAN İNŞAAT» TIKINTI ŞIRKƏTI QƏZADA AĞIR XƏSARƏT ALAN IŞÇILƏRINƏ SAHIB DURMUR. ZƏNGILANDAKI TIKINTI IŞLƏRINDƏ ÇALIŞANLARA QARŞI GÖSTƏRILƏN ÖGEY MÜNASIBƏTƏ NƏ AD VERMƏK OLAR?- VİDEO/FAKTLAR

09:31

Başlıbel faciəsindən 31 il ötür