Bakının qurtuluşunun 101-ci ili

14:32 14.09.2019 447
Bakının qurtuluşunun 101-ci ili
Onun memarına heykəl qoyulacaqmı? - İki rəy
Sabah - sentyabrın 15-də Bakının işğaldan azad olunmasından 101-ci ili tamam olur. 1918-ci ilin həmin günündə türk komandanı Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusu və Azərbaycan Korpusu paytaxtımızı erməni-bolşevik birləşmələrindən azad ediblər.

Bu tarixi günlə əlaqədar hər il olduğu kimi, bu il də N.Paşa ilə bağlı bir məsələ - onun adının əbədiləşdirməsi məsələsi aktuallaşıb. Dəfələrlə N.Paşa ilə bağlı parlamentdə çıxışlar edən, təkliflər irəli sürən Böyük Quruluş Partiyasının sədri, deputat Fazil Mustafa biganəlikdən gileyləndi: “Bu məsələdə bir laqeydlik var. İnsanlar bu cür hadisələri unutmamalıdırlar. Çünki indiki dövrdə elə bir durum var ki, cəmiyyət həyatında Nuru Paşanın rolunun anlaşılması Azərbaycanın Qarabağ müharibəsində mübarizəsi üçün də çox önəmlidir. Bu mübarizədə hətta Nuru Paşa obrazı bir simvol kimi ortaya çıxa bilər. Çünki məhz onun səyi nəticəsində Azərbaycan torpaqları işğaldan azad olub. Bakının azad olunması ilə biz dövlət qura bilmişik.

Onunla bağlı bir zehniyyət fərqi açıq görünür. Hərbi parad da keçirildi, heç bir maneə olmadı. Eyni zamanda, bu məsələ ilə bağlı Türkiyədən də təkliflər var. Amma hesab etmirəm ki, bu məsələdə Türkiyə tərəfindən israrçılıq müşahidə olunur. Çünki bəzən o tərəfdən də yanaşmalar arzuolunan səviyyədə olmur. Bu məsələyə Türkiyə də böyük önəm verməlidir. Təəssüflər olsun ki, bunlar da yoxdur. Demək istədiyim odur ki, bir sıra faktorlar var ki, biz bunu hələ gündəmimizdə lazımı səviyyədə qiymətləndirəcək duruma gəlməmişik”.

Deputat hesab edir ki, bu məsələnin hələ də həll olunmaması 15 sentyabr tarixinə bir qədər kölgə salır: “Onu da deyək ki, xalqımızın özünün də bu məsələdə laqeydliyi var. Xalqımızda belədir, olub-keçəndən sonra ağlayırıq, sızlayırıq, mərsiyə edirik. Elə bilirlər ki, göydən-havadan bir mələk gəldi, Azərbaycanı xilas etdi, bununla hər şey bitdi. Lakin bu, belə deyil axı. Burada tamam başqa bir yanaşma var. Ona görə də bunu belə formada xalqın özünün də qeyd etməməsi, xüsusi bir dəyər verməməsi müşahidə olunur. Bizim unutqanlığımızın ən bariz nümunəsi məhz Nuru Paşa məsələsinə olan münasibətdir. Burada heykəl önəmli deyil. Heykəl olar da, olmaz da. Əsas söhbət sayğıdan gedir ki, bunu görmürük. Əgər ona dəyər vermək anlayışı cəmiyyətdə yoxdursa, dövləti, ayrı-ayrı siyasi baxışları bir tərəfə buraxın. Kimin evində Nuru Paşanın fotosu, yaxud xalçası asılıb? Kim ona xilaskar kimi baxır? Böyük çoxluqda bu anlayış yoxdur axı. Hələ bir özünü tanımaz da deyir ki, pul dalınca gəlmişdilər, dedi ki, qızıl almayınca Bakını işğaldan azad etməyəcəm. Bunların hamısı bizik də”.

Fərəc Quliyev hesab edir ki, bu məqsədli bir siyasət deyil: “Belə məqamlara göründüyü kimi, cəmiyyətdə həssaslıq azalıb. Tariximizə sahib çıxmağı bacarmamışıq. O məqamlarda ki, bizə dəstək veriblər, gəlib burada şəhid olublar, onları unutmaq olmaz. Başımız üzərində hər birini uca tutmağı bacarmalıyıq. Bu barədə dəfələrlə təkliflər qaldırılıb, Nuru Paşa və onun silahdaşlarının xatirələrini əbədiləşdirməklə bağlı. Amma hesab edirəm ki, bunu bir az səhlənkarlıq kimi qiymətləndirmək olar. Bu düşünülmüş bir siyasət deyil ki, onlar kənara qoyulsun. Nuru Paşa və onun silahdaşları layiq olduğu formada xatirələrdə yaşadılmır. Abidələrin qoyulması, adlarının müəyyən yerlərə verilməsi, başqa tədbirlərin görülməsi, ildönümlərində anım mərasimlərinin daha təntənəli keçirilməsi təqdirəlayiq hadisə olar. Qardaş ölkədən və digər yerlərdən bizə dəstək verən adamlar zaman-zaman olub. Birinci Qarabağ savaşı vaxtı Qazaxıstanda vaxtı ilə bizim sürgün olunmuş, qovulmuş insanlarımız yaşayırdı. Müharibə başlayanda Yəhya Əliyevin başçılığı ilə bir qrup adam bura döyüşməyə gəldi. Onların arasında şəhid olanlar, yaralananlar oldu. Bu adamlara da diqqət etmək lazımdır. Yaxın və keçmişdə özlərini qardaş bilib bizə dəstək olan, uğurumuzda canlarını verənlərə xüsusi diqqət ayırmalıdır”.

Deputat indiyə qədər parlamentdə Nuru Paşa ilə bağlı məsələ qaldıran şəxslərdən da söz açdı: “Xatırlayıram ki, Fazil Mustafa Nuru Paşanın abidəsinin qoyulması ilə bağlı çıxış etmişdi. Başqa deputatlardan da bu məsələyə toxunanlar olub. Bu məsələyə mən də hər zaman müsbət yanaşmışam. Tahir Kərimlinin bu məsələ ilə bağlı çıxışını xatırlayıram. Deyəsən Əli Məsimli də o haqda danışmışdı. Gövhər xanım da toxunmuşdu. Hesab edirəm ki, bu şəkildə ictimailəşdirsəniz, məsələ həll oluna bilər. Çünki burada xüsusi bir qərəzli məqamlar yoxdur”.
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO

15:27

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib - MƏHKƏMƏ İŞİ

14:40

Beş ayda 67 milyon manat dövlət sifarişi verilmiş müəmmalı MMC-nin arxasında kimlər durur?

14:08

Siqaretin qiyməti bahalaşacaq? - AKTUAL

13:35

`Sahil - S İnşaat` şirkətinin tikdiyi binanın sakinləri YENİ QALMAQALDA - NARAZILIQ VAR...

12:43

Göygöl Suvarma Sistemləri İdarəsinin 1 milyon manatlıq tenderinin adı var, özü yox… - İLGİNC FAKTLAR

12:16

Dövlətin etibarını “əyənlər” - “Qobu Park”a görə kimlər qandallanacaq?

11:39

Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):Universitetin büdcəsi müxtəlif adlar altında talan edilir

10:54

Təhsildəki kütləvi repititorluq... - Məktəblər NƏ İŞƏ YARAYIR?

10:16

Bakıda Sahil Babayevdirsə, Naxçıvanda da Ceyhun Cəlilovdur... - EYNİ SİTƏM...

09:55

Tanınmış iş adamı Milli Məclis TƏDARÜKÜNDƏ... - İDDİA

09:11

Otel də yoxdur, turist də: Azərbaycanlıların “ərəbsayağı” istirahəti - ARAŞDIRMA

22:52

İrəvandakı yürüşdə Azərbaycan və Türkiyə bayraqları yandırıldı - Fotolar