Azərbaycan səhiyyəsi xəstəni necə dağa-daşa salır... - GİLEY

16:53 13.09.2019 525
Azərbaycan səhiyyəsi xəstəni necə dağa-daşa salır... - GİLEY

Sumqayıt şəhərində məskunlaşan Salyan rayon sakini Bəxtiyar Hüseynov həkim Fuad Ağayev tərəfindən yalnış əməliyyat edildiyini və bunun nəticəsinə hazırda qolunun sağalmamasını iddia edir.
Məsələ ilə bağlı Yeniavaz.com-a müraciət edən B. Hüseynov həkim F. Ağayevin əməliyyat üçün ondan 1500 manat aldığını bildirərək dedi: “Mən 2006-cı ildə Yeni Yasamalda işləyərkən 10-cu mərtəbədən yıxıldım qolum sındı. İki dəfə əməliyyat oldum. Bir dəfə öz hesabıma, bir dəfə şirkətin hesabına. Dəymiş ziyanı ödədiklərinə görə, həmin şirkətlə barışıq ərizəsi imzaladım. Sümüyümü Şirvanda olan həkimlər tam bitişdirə bilmədi. Mil qoymuşdular, onu da çıxartdılar qolum əyri qaldı. Mən usta kimi ev tikirdim, digər işlər görürdüm. 2017-ci ili noyabr ayında qolumda şiddətli ağrılar oldu. Sumqayıt şəhər Travmatologiya Xəstəxanasına müraciət etdim. Məni orda Fuad Ağayev adlı həkim qəbul etdi. Qolumu müayinə elədi və təcili əməliyyata ehtiyac olduğunu bildirdi. Əməliyyatın xərci 1400-1500 manat civarında oldu. Özümün imkanı olmadığı üçün əhali köməklik etdi pulu yığıb Fuad həkimə verdik. Həkim mənim qolumu əməliyyat etdikdən sonra qolum düzəlmədi və yenə əyri qaldı. Dedi ikinci dəfə əməliyyat edib düzəldəcəm. İkinci dəfə əməliyyat zamanı sağlam sümüyümü kəsərək digər sümüyə caladı. Qolum balacalaşdı. Qoluma iki dəfə fərqli cihaz (aparat) qoydu və dedi ki, sənin qolunu müalicə ilə sağaldacam. Sonra mən başqa yerdə qolumu rentgen etdirdim. Rentgenin cavabından sonra mənə qolumun əməliyyat olunmasa sağalmayacağını bildirdilər və dedilər ki, Fuad həkim səni aldadıb.
Daha sonra Səhiyyə Nazirliyinə müraciət etdim məni Travmotologiya İnistitutuna (Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu-red.) həkim Fikrət Bayramovun yanına göndərdilər. Fikrət həkim qolumu bir dəfə əməliyyat etdi və dedi ki, ikinci əməliyyatdan sonra qolun düzələcək. Ancaq iki aydan çoxdur ki, sümükdə bitişmə getmir. Mənim sizdən xahişim budur ki, kömək etmək istəyən insanlar yardım etsin və Fuad həkim də mənə dəyən ziyanı ödəsin, mən gedim Türkiyədə, İranda, Rusiyada qolumu əməliyyat elətdirim”.
Məsələ ilə əlaqədar həkim Fuad Ağayevlə əlaqə saxladıq. B. Hüseynovun qolunda yaranan problemin həkim məsləhətini dinləmədiyi üçün yarandığını bildirən F. Ağayev dedi: “Onun qolunda olan travma 10 il əvvəlin travmasıdır. 10 ildən sonra qolunda problem yaranıb bizə müraciət edib. Müalicə olunandan sonra əməliyyat olunub. Əməliyyatdan sonra bu adam qolunu fiziki yükə salıb. Ondan sonra qolunda ağrılar olduğundan qoluna cihaz (aparat) qoyuduq. O, bizə müraciət etdi ki, qolumdakı aparat ağrı verir dözə bilmirəm və çıxartdı. Xəstə müalicəyə tabe olmalıdır. Bəxtiyar Hüseynov isə müalicə müddətində öz bildiyini edir. Bu tip əməliyyatlarından sonra sümüyün bitişmə müddəti 9 ay bəzən də bir ilə qədər olur və uzunmüddətli müalicələrdən sonra tam sağalır. Ona görə də əməliyyatdan sonra həkimin dediklərinə əməl etmək və müalicəni davamlı etmək lazımdır. Bu adam sümüyün bitişmə müddətini gözləmədən gedib yenidən əməliyyat elətdirib və qolunda problem yaranıb. Bu isə bizim günahımız deyil. Onun məqsədi başqadır. B. Hüseynov gəlib dedi ki, mənə 17 min manat verəcəksən, səni şantaj etməyi dayandıracam. Mən də bu məsələ ilə əlaqədar pokruoluğa müraciət etdim və ondan sonra Bəxtiyar yoxa çıxdı. Əgər Bəxtiyarın məqsədi sağalmaqdırsa biz ona dəfələrlə gəlib xəstəxanada müalicə olunmağı təklif etmişik. O, məndən təzminat istəyir. Əməliyyatdan sonra xəstənin yarası çirk edərsə, yarada infeksiyalaşma olarsa, xəstədən orqan çıxarılarsa həkim xəstəyə təzminat ödəməlidir. Bunlarınsa heç biri baş vermədiyi üçün o bizdən təzminat istəyə bilməz. Onun qolunda yaranan problem həkim məsləhətlərini dinləmədiyi üçün yaranıb”.(Yeniavaz.com)

Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO

15:27

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib - MƏHKƏMƏ İŞİ

14:40

Beş ayda 67 milyon manat dövlət sifarişi verilmiş müəmmalı MMC-nin arxasında kimlər durur?

14:08

Siqaretin qiyməti bahalaşacaq? - AKTUAL

13:35

`Sahil - S İnşaat` şirkətinin tikdiyi binanın sakinləri YENİ QALMAQALDA - NARAZILIQ VAR...

12:43

Göygöl Suvarma Sistemləri İdarəsinin 1 milyon manatlıq tenderinin adı var, özü yox… - İLGİNC FAKTLAR

12:16

Dövlətin etibarını “əyənlər” - “Qobu Park”a görə kimlər qandallanacaq?

11:39

Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):Universitetin büdcəsi müxtəlif adlar altında talan edilir

10:54

Təhsildəki kütləvi repititorluq... - Məktəblər NƏ İŞƏ YARAYIR?

10:16

Bakıda Sahil Babayevdirsə, Naxçıvanda da Ceyhun Cəlilovdur... - EYNİ SİTƏM...

09:55

Tanınmış iş adamı Milli Məclis TƏDARÜKÜNDƏ... - İDDİA

09:11

Otel də yoxdur, turist də: Azərbaycanlıların “ərəbsayağı” istirahəti - ARAŞDIRMA

22:52

İrəvandakı yürüşdə Azərbaycan və Türkiyə bayraqları yandırıldı - Fotolar

22:35

“Azərreyl” çempion oldu

20:17

Deputatın tikdiyi binanın əyilməsi ilə bağlı XƏBƏRDARLIQ: - Komissiya yaradılması təklif edildi

19:11

Azərbaycanda bu taksi şirkəti bağlanır

16:49

Şahin Bağırovu Bakı Şəhər Baş Gömrük İdarəsinə buraxmayıblar - TƏFƏRRÜAT

16:07

Bu il Qarabağa nə qədər vəsait xərclənib?

15:26

"Başqa brokerlər də belə bahaçıldır?" - GİLEY

14:23

Məktəb direktoru həmin qadından 300 min alıbmış

13:48

EMIN ƏMRULLAYEVIN 271 №LI MƏKTƏBDƏKI KADRI, HAQQINI TƏLƏB EDƏN MÜƏLLIMƏNI “GÖZÜMÇIXDIYA SALIB”- VİDEO/ FAKTLAR

13:06

Əsgərovların bankında problemli kreditlər 2 dəfədən çox artdı - TƏFƏRRÜAT

12:36

İmişlini BELƏ İDARƏ EDİRLƏR... - İTTİHAM VAR...

12:02

Qurban Qurbanova yaxşılıq, yoxsa pislik? - Əhmədzadənin Zaqatalanı məhv etmək uğurunda 15 illik MÜBARİZəsi - VİDEO

10:57

Ağstafa DAİM-in direktoru İŞDƏN ATILIR... - Əlaqələri də işə yaramayacaq...

10:24

Lerik acınacaqlı durumda, başçı öz kefində... - FAKT BUDUR!

09:46

`Kremlin Hall`da bişən kababın TÜSTÜSÜ... - Nazirliyə MÜRACİƏT OLUNDU

09:24

Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi - TƏFƏRRÜAT

23:01

ANAMA tender keçirmədən sabiq nazirin şirkətinə 20 milyon manatlıq sifariş verdi - TƏFƏRRÜAT

22:35

Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib? - TƏFƏRRÜAT

21:56

İlham Əliyev və Vladimir Putinin BAM veteranları ilə görüşü başlayıb - CANLI YAYIM