“ASA İsgəndər” holdinq qanunsuz şəkildə pul yığır... - Bakı Nəqliyyat Agentliyinin müfəttişləri isə cərimə yazır

13:25 12.09.2019 476
“ASA İsgəndər” holdinq qanunsuz şəkildə pul yığır... - Bakı Nəqliyyat Agentliyinin müfəttişləri isə cərimə yazır

Paytaxtda sürücülərin dayanma-durma qaydalarını pozması ilə bağlı cərimələrin yazılması səlahiyyətinin Bakı Nəqliyyat Agentliyinə verilməsi böyük bir xaosa, kütləvi narazılığa gətirib çıxarıb.

Sürücülər Dövlət Yol Polisinin dövründə belə özbaşınalıq, nizam-intizamsızlıq, gizlənqaç tendensiyası olmadığını bildirirlər.

Vətəndaşlar qeyd edirlər ki, BNA-nın nəqliyyat müfəttişləri sabiq nazir Ziya Məmmədovun dövründəki “qoçular” kimi davranırlar.

Son zamanlar sosial şəbəkələrdə avtomobili olan şəxslərin şikayətlərinə daha çox rast gəlinir. Onların sözlərinə görə, BNA parklanma ilə bağlı əsaslı işlər həyata keçirmədiyinə görə şəhərdə qarmaqarışıqlıq yaranıb, sürücülər avtopark kimi göstərilən yerlərdə maşın saxlayanda belə əlində planşet gəzən nəqliyyat müfəttişləri gizlincə gəlib çəkirlər, dayanma-durmanın pozulması iddiası ilə cərimə yazırlar.

Sonra sürücü şikayət edəndə istisna hallarda cəriməni silirlər, texniki səhvlə əlaqələndirirlər. Lakin şikayətlərə baxılması halları azdır, kütləvi şəkildə sürücülər cərimələnir.

Hətta BNA tərəfindən quraşdırılan kameralar tərəfindən çəkiliş aparıldığı, dayanma-durma qaydasını pozanlarla yanaşı, pozmayan sürücülərin görüntüyə düşdüyü bildirilir.

Bugünlərdə belə halla üzləşən sürücülərdən birinin şikayətinə baxılıb və cəriməsinə xitam verilib. Beləliklə, məlum olur ki, Bakıda dayanma-durma ilə bağlı vəziyyət olduqca acınacaqlıdır.

BNA tərəfindən yeni parkinqlər təşkil edilmir, qeyri-qanuni avtoparklar pul yığmağa davam edir, qurum isə sürücülərə onlara ödəniş etməməyi xəbərdarlıq edir. Ancaq reallıq budur ki, ödəniş etməyə məcbur olursan.

Bu azmış kimi, avtoparkda saxlanan maşını xəlvətcə çəkirlər, 20 manat cərimələyirlər. Nəticədə ciddi narazılıq baş qaldırmaqdadır.

Bir neçə gün əvvəl jurnalist Elvin Hüseynov da başına gələni yazmışdı: “BNA özü-öz əməlləri ilə işinə çoxdan kölgə salıb. Mənə məxsus avtomobili gəlib çəkib qaçdılar. Əlqərəz, fotolarla birgə şikayət yolladım və elə çəkdikləri kimi də cəriməni ləğv elədilər. Amma bu gün onlarla sürücü geri şikayət göndərməyi bilmir və haqsız yerə bu quruma cərimələr ödəyirlər. BNA ancaq mərkəzi bir-iki küçədə parkinqə nəzarət edə bilir. Əminliklə deyə bilərəm ki, Bakının böyük hissəsinə BNA-nın nəzarəti sıfır dərəcəsindədir.

Sürücülər cərimə olunur, milyonlarla vəsait yığılıb, lakin şəhərdə bu vəsaitə hansı parkinq yerləri açılıb ki, sürücü gəlib maşını orada saxlasın?"

Sürücülər qeyd edirlər ki, nəqliyyat müfəttişləri öz mülahizələri əsasında dayanma-durma qaydasının pozulması cərimələrini yazırlar: “Agentliyin müfəttişləri bilmirlər ki, hansı hallarda cərimə yazıla bilər. Sadəcə, öyrəniblər ki, sürücü saxladısa, cərimə yazılmalıdır. Bəzi yerlərdə yol hərəkəti nişan yoxdur, müfəttiş sürücünü əvvəlcə xəbərdarlıq etməlidir ki, burada saxlamaq olmaz. Ancaq gizlincə gəlib oğru kimi çəkib gedirlər. Axı bu qanunsuzluqdur. Hamının imkanı da yoxdur ki, cəriməni ödəsin. Şəhərin bir çox yerlərində parkinqlər təşkil edilməyib.

Ərazidə parkinq yoxdursa, sürücü harada saxlamalıdır? Bunu planlaşdırmaq lazımdır, sonra dayanma-durma qaydasını pozan sürücüyə cərimə yazmaq olar".

İkinci ümumi şikayət budur ki, BNA-nın həmin nəzarəti həyata keçirən əməkdaşları kobudluq edirlər. Sürücü ərazidən uzaqlaşacağını bildirəndə belə onun sözünə baxmırlar, şəklini çəkib cərimə yazırlar.

Sürücülər deyirlər ki, bəzi BNA əməkdaşları qaydalara əməl etmir, sükan arxasında təhlükəsizlik kəməri taxmır, istədiyi yerdə maşın saxlayır. Sürücülərin digər şikayəti həm də ondan ibarətdir ki, parklanma xidməti olduqca bahadır. Hazırda 1 saata ən azı bir manat alırlar, mərkəzi ünvanlarda 2 manat ödəniş edilir.

Bu problemlərlə bağlı “Yeni Müsavat”a danışan nəqliyyat eksperti, avtosfer.az saytının baş redaktoru Elməddin Muradlı daha əhatəli məlumat verdi, detallarına toxundu. Onun sözlərinə görə, Bakıda dayanma-durma qaydaları ilə bağlı çaşqınlıq və qarışıqlıq var. Ekspert bildirir ki, BNA tərəfindən şəhərdəki yerüstü dayanacaqlar tam təhvil alınmayıb: “Amma vaxtilə meriyanın işçiləri olmuş bəzi şəxslər, o cümlədən ”ASA İsgəndər" holdinqin tərkibində yaradılan “ASA Parkinq” MMC dayanacaqlarda qanunsuz fəaliyyət göstərir, qanunsuz şəkildə sürücülərdən parklanma pulu yığırlar. Onlar dayanma-durma qadağan edilən yerlərdə xidmət göstərirlər, sürücüləri əraziyə dəvət edirlər, pul alırlar.

Sonra nəqliyyat müfəttişi gəlir və dayanma-durmanın pozulması ilə bağlı cərimə yazır. Bu zaman şirkətin işçisi olan uşaqlar qaçıb gizlənirlər. Ona görə də sürücülər yol nişanına yox, həmin uşaqlara inanırlar".

E.Muradlının dediyinə görə, BNA dayanma-durma ilə bağlı qaydalar müəyyən edib ki, avtomobilləri səkiyə paralel saxlamaq lazımdır:

“Amma həmin avtoparkların işçiləri sürücüləri məcbur edirlər ki, səkiyə perpendikulyar saxlasınlar. Çünki bu zaman yer tutumu çox olur, sərf edir. Sürücü də inanır və bu halda da BNA əməkdaşının haqqı çatır ki, cərimə yazsın. Amma bu, parklanma qaydasının pozulmasıdır və cərimə məbləği 10 manatdır.

Son zamanlar eşidirik ki, bəzi hallarda sürücülərə parkalanma qaydasının pozulması ilə bağlı 20 manat cərimə yazılır. Hesab edirəm ki, düzgün deyil, sürücü protokolu ləğv etdirə bilər".

Nəqliyyat mütəxəssisi əlavə etdi ki, ümumiyyətlə, Bakı yollarında müayinə aparılsa, dayanma-durma qadağan olunan bəzi yerlərdə parklanmaya icazə vermək olar: “Məsələn, Neftçilər prospektində dayanmanı qadağan etmək doğru deyildi. İnsanlar axşam saat 7-8-dən sonra bulvara gəlirlər, onlara şərait yaratmaq Kukla Teatrından dəniz vağzalına kimi icazə vermək olar.

Bundan başqa, sürücülərin evlərinin yanında dayanma-durma şəraiti yoxdur. Amma bəzi qurumlar özbaşınalıq edirlər, hərə öz bildiyini yerinə yetirir. Nəticədə anormal vəziyyət yaranır.

Misal üçün, Bəşir Səfəroğlu və ona paralel küçələrdə səkiləri, bardürləri 40 santimetr hündürlüyə qaldırıblar. Bu zaman piyadalar üçün yolun sağ sol tərəfləri genişlənib, avtomobillərə isə bir cərgəlik yer saxlanıb.

İndi təcili yardım maşınları o küçələrdə yaşayanların zənginə getmir. Bunu hansı “ağıllı” fikirləşib? Ümumiyyətlə, səkilərdə dibçəklər, dəmir barmaqlar ediblər. Bütün bunlar təfəkkürsüzlüyün nəticəsidir".

E.Muradlı qeyd etdi ki, BNA tərəfindən quraşdırılan kamera ilə elektron protokol tərtib olunması mübahisəli məsələdir və qanunvericilikdə dəyişikliyə ehtiyac var.

Yada salaq ki, Bakı Nəqliyyat Agentliyi İdarə Heyətinin rəhbəri Vüsal Kərimli parkinqlərdə yığılan pulların BNA-ya heç bir aidiyyəti olmadığını bildirmişdi.

Hazırda parkinqlər BNA-ın tabeliyinə tam keçmədiyi və təhvil-təslim aparıldığı üçün Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində qalır.

Lakin bu şirkətin Bakı Şəhər İcra Hakimiyyəti ilə hər hansı bir əlaqəsinin olub-olmadığı da məlum deyil. MMC barəsində elektron mətbuatda da məlumatlar, şikayətlər dərc olunub.

BNA isə bildirir ki, nəqliyyat vasitələri sahiblərinin dayanma, durma və parklanma qaydalarına riayət etməsinin təmin edilməsi və yol hərəkətinin təşkili sahəsində tədbirlər davam etdirilir.
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

14:21

285 saylı məktəbdə qalmaqal: Yeni direktor köçkün müəllimi işdən çıxardı - TƏFƏRRÜAT

13:46

"Bəs bu təmizliyə nəzarət edən kimsə yoxdurmu?" - ETİRAZ

12:43

Şahmar İbadovun dövlətə meydan oxuması... - Qalmaqallı məmur yeni vəzifə eşqinə düşüb

12:08

İcra başçısı şəhidin adına olan obyekti sökdürdü - Şəhid qızı Prezidentə müraciət etdi - VİDEO

11:24

"Bravo"da vaxtı keçmiş məhsul satılır - GİLEY

10:50

ABŞ-dən sülhməramlıların Qarabağı tərk etməsinə - Reaksiya

10:09

«AZVİRT» VƏ «SAN İNŞAAT» TIKINTI ŞIRKƏTI QƏZADA AĞIR XƏSARƏT ALAN IŞÇILƏRINƏ SAHIB DURMUR. ZƏNGILANDAKI TIKINTI IŞLƏRINDƏ ÇALIŞANLARA QARŞI GÖSTƏRILƏN ÖGEY MÜNASIBƏTƏ NƏ AD VERMƏK OLAR?- VİDEO/FAKTLAR

09:31

Başlıbel faciəsindən 31 il ötür

00:24

İsrail İrana cavab zərbəsi endirməyi planlaşdırıbmış

23:36

CHP liderindən AŞPA-da Azərbaycana DƏSTƏK

19:13

İcra Hakimiyyəti ilə tenderlərinin qalibi olan şirkət arasında qalmaqal yaranıb - TƏFƏRRÜAT

18:49

"Həkim mənə dedi ki, narazılığın var, get sən də özünü yandır..." - NARAZILIQ VAR...

18:37

Prezidentdən Şuşa ilə bağlı - Sərəncam

18:26

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – QALMAQALLI MƏHKƏMƏ İŞİ

16:48

Anasını öldürüb 11 yaşlı qardaşını yaralayan yeniyetməyə hökm oxundu

16:19

“Unibank” kredit borcunu ödəyə bilməyən Vətən müharibəsi qazisini məhkəməyə verdi

15:39

Zeytun yağını xaricə 9,5 manata, özümüzə 16 manata satırıq - Görənlər desin, ticarətlə məşğuluq...

15:02

"Nə az nə çox hardasa 400 manat borcumuz var..." - ETİRAZ

14:22

BDU-da İlahiyyat fakültəsinin adı YENİ QALMAQALDA - İTTİHAM VAR...

13:49

Naxçıvanda korrupsiyanın “mirfırıldaq” növü rəvacdadır... - “Pullarımızı nazir əvəzi mənimsəyir”

13:17

“Sabahın alimləri” XIII Respublika Müsabiqəsinin açılışı oldu

12:21

Mənşur Gülməmmədli elə-belə getmir... FƏALİYYƏTİ ARAŞDIRILIR - İDDİA

12:00

İcra başçısının 110 min manatlıq yolu...

11:13

Rəsmi Bakıdan Fransa səfirinin geri çağırılmasına - Münasibət

10:35

Qazaxa hökm edən oliqarx: Məmməd Alıyev

09:55

Cəlilabadda döyülən işçiyə görə KİM MƏSULDUR? - İDDİA

09:28

"6 aydır ki, gün itiririk..." - ETİRAZ VAR...

08:48

Sakinlər ETSN-nin bu idarəsini İTTİHAM EDİR - MÜRACİƏT

20:23

Məşhur "Batı-X" şirkətinin ağacları məhv etdiyi aşkarlandı... - Nazirlik hərəkətə keçdi

19:53

İcra hakimiyyətlərinə yeni səlahiyyət verildi – “Ailədaxili münaqişələrin qarşısı bu yolla alınacaq”

19:01

Rusiya şirkəti Ramiz Mehdiyevin ailəsinə məxsus Bank "BTB"yə QARŞI - DETALLAR

18:49

16 saylı Ucar Ərazi İdarəsinin işçiləri Göyçay sakinini ölkə başçısından kömək istəməyə vadar etdi

17:00

Ucuz reklama əl atan özünə müğənni deyən Aynur Nəbiyeva kimdir?

16:41

BAKIDA NÖVBƏTİ DƏLƏDUZLUQ CİNAYƏTİ - "JEK"-in baş mühəndisnin oğlu 5 nəfəri aldatdı