Adil İsmayılovdan şikayət edən vəkil bəyanat yaydı

15:24 11.09.2019 493
Adil İsmayılovdan şikayət edən vəkil bəyanat yaydı

Xəbər verdiyimiz kimi, Vəkillər Kollegiyasının Rəyasət Heyətinin qərarı ilə tanınmış vəkil Adil İsmayılovun fəaliyyəti 1 il müddətinə dayandırılıb. Rəyasət Heyəti bir başqa vəkil Sahil Quliyevin şikayəti əsasında belə bir qərar verib.

S.Quliyev bu gün bunla bağlı bəyanat yayıb. Vəkilin BakuPost-a daxil olan bəyanatında bildirilir: “Vəkil Adil İsmayılov öz “Facebook” səhifəsində müxtəlif vaxtlarda vəkil həmkarlarını və məni təhqir edən yazılar paylaşmış, öz həmkarları barəsində “qul”, “kölə”, “mağmın”, “şərəfsiz” kimi şərəf və ləyaqəti alçaldan, qeyri-etik ifadələr işlədərək, vəkillər üçün məcburi olan etik davranış qaydalarını pozmuş, bu isə öz növbəsində vəkillər arasında haqlı narazılıqlara səbəb olmuşdur. Həmin yazılarla bağlı mən və digər vəkillər – Elmar Kərimov və Tahir Əlirzayev şikayətlə Vəkillər Kollegiyasına müraciət etmişdik.

Bu şikayətlər Vəkillər Kollegiyasının İntizam Komissiyasında vəkillərin və A.İsmayılovun iştirakı ilə tam və hərtərəfli araşdırılmış və qanunamüvafiq qaydada araşdırmanın nəticələrinə dair rəy, baxılması üçün Vəkillər Kollegiyasının Rəyasət Heyətinə təqdim edilmişdir.

Rəyasət Heyətinin 9 sentyabr 2019-cu il tarixli iclasında İntizam Komissiyasının sədri Şahmar Məmmədovun rəyi dinlənildikdən sonra həm vəkil Adil İsmayılov, həm də mən şikayətə dair izahatlarımızı vermişik.
Adil İsmayılov iclasda izahat verərək, “mən yazmışam, düz etmişəm, kim özünə götürür, götürsün” deməklə, şikayətə səbəb olmuş yazıların onun tərəfindən yazıldığını etiraf etsə də, həmin yazılardakı ifadələrin təhqir olmadığını bildirmişdir.

Mən isə öz izahatımda vəkillərin və mənim barəmdə Adil İsmayılovun yazılarındakı ifadələrin vəkillərin davranış qaydaları haqqında Əsasnamənin 2.4-cü, 5.3-cü bəndlərinə zidd olduğunu bildirdim”.

S.Quliyev daha sonra yazır ki, Rəyasət Heyətinin Sədri Anar Bağırovun barışıqla bağlı təklifinə nə Adil İsmayılov, nə də o müsbət münasibət bildirməyib. “Hətta A.İsmayılov İntizam Komissiyasının rəyi ilə razılaşaraq, fəaliyyəti dövründə bir neçə dəfə töhmət aldığını, baxılan intizam işi üzrə ona bir əlavə töhmətin verilməsinə də razı olduğunu Rəyasət Heyəti üzvlərinə bəyan etdi.

Daha sonra Vəkillər Kollegiyasının Rəyasət Heyəti müşavirədən sonra mənim və Adil İsmayılovun iştirakı ilə Adil İsmayılovun vəkillik fəaliyyətinin bir il müddətinə dayandırılması barədə qərarını elan etdi.
Mən bu gün də hesab edirəm ki, bütün vəkillər öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyası və qanunlarına, o cümlədən, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanuna, Vəkillərin davranış qaydaları haqqında Əsasnaməyə ciddi riayət etməlidirlər.

Hər bir şəxs, xüsusilə də hüquqşünas, etdiyi hərəkətin məsuliyyətini dərk etməli, başqa şəxslərin hüquqlarını pozmamalıdır”.
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

00:24

İsrail İrana cavab zərbəsi endirməyi planlaşdırıbmış

23:36

CHP liderindən AŞPA-da Azərbaycana DƏSTƏK

19:13

İcra Hakimiyyəti ilə tenderlərinin qalibi olan şirkət arasında qalmaqal yaranıb - TƏFƏRRÜAT

18:49

"Həkim mənə dedi ki, narazılığın var, get sən də özünü yandır..." - NARAZILIQ VAR...

18:37

Prezidentdən Şuşa ilə bağlı - Sərəncam

18:26

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – QALMAQALLI MƏHKƏMƏ İŞİ

16:48

Anasını öldürüb 11 yaşlı qardaşını yaralayan yeniyetməyə hökm oxundu

16:19

“Unibank” kredit borcunu ödəyə bilməyən Vətən müharibəsi qazisini məhkəməyə verdi

15:39

Zeytun yağını xaricə 9,5 manata, özümüzə 16 manata satırıq - Görənlər desin, ticarətlə məşğuluq...

15:02

"Nə az nə çox hardasa 400 manat borcumuz var..." - ETİRAZ

14:22

BDU-da İlahiyyat fakültəsinin adı YENİ QALMAQALDA - İTTİHAM VAR...

13:49

Naxçıvanda korrupsiyanın “mirfırıldaq” növü rəvacdadır... - “Pullarımızı nazir əvəzi mənimsəyir”

13:17

“Sabahın alimləri” XIII Respublika Müsabiqəsinin açılışı oldu

12:21

Mənşur Gülməmmədli elə-belə getmir... FƏALİYYƏTİ ARAŞDIRILIR - İDDİA

12:00

İcra başçısının 110 min manatlıq yolu...

11:13

Rəsmi Bakıdan Fransa səfirinin geri çağırılmasına - Münasibət

10:35

Qazaxa hökm edən oliqarx: Məmməd Alıyev

09:55

Cəlilabadda döyülən işçiyə görə KİM MƏSULDUR? - İDDİA

09:28

"6 aydır ki, gün itiririk..." - ETİRAZ VAR...

08:48

Sakinlər ETSN-nin bu idarəsini İTTİHAM EDİR - MÜRACİƏT

20:23

Məşhur "Batı-X" şirkətinin ağacları məhv etdiyi aşkarlandı... - Nazirlik hərəkətə keçdi

19:53

İcra hakimiyyətlərinə yeni səlahiyyət verildi – “Ailədaxili münaqişələrin qarşısı bu yolla alınacaq”

19:01

Rusiya şirkəti Ramiz Mehdiyevin ailəsinə məxsus Bank "BTB"yə QARŞI - DETALLAR

18:49

16 saylı Ucar Ərazi İdarəsinin işçiləri Göyçay sakinini ölkə başçısından kömək istəməyə vadar etdi

17:00

Ucuz reklama əl atan özünə müğənni deyən Aynur Nəbiyeva kimdir?

16:41

BAKIDA NÖVBƏTİ DƏLƏDUZLUQ CİNAYƏTİ - "JEK"-in baş mühəndisnin oğlu 5 nəfəri aldatdı

16:15

" `Umico` market kimdir sizin rəhbər?.. Nə etmək istəyir?!!" - ETİRAZ

15:38

"AAAF İnşaat"dakı milyonluq yeyinti faktları haqda açıqlama verdi, işdən çıxarıldı - ŞİRKƏTİN KEÇMİŞ KOMENDANTINDAN RƏSMİ QURUMLARA MÜRACİƏT

14:54

“Oba” marketlərdə endirim saxtakarlığı - NARAZILIQ VAR...

14:28

Reklam Agentliyinin İdarə Heyətinin sədri vəzifəsindən azad edilib, yenisi təyin olunub - SƏRƏNCAM

14:09

Bayram Səfərov keçirdiyi tenderdə oğlunu qalib elan edib

13:46

Elm və Təhsil Nazirliyində “nüfuz savaşı” — Aparat rəhbəri ilə müavini nəyin davasını aparır?

13:04

Baş həkimin qanunsuz obyektini KİMLƏR HİMAYƏ EDİR? - İDDİA

12:36

Şahin Bağırov və Qoşqar Təhməzli MİLLƏTİN QƏSDİNƏ DURUB? - İTTİHAM VAR...