Impera
XƏBƏR LENTİ
11:46Rafael Cəbrayılovun milyonluq villası üzə çıxdı - FOTO11:29“İnterpol”un axtardığı “Akula Akif” Bakıda 7 milyon dollar qazandı - İLGİNC11:13BP-nin regional prezidenti: “Əsrin müqaviləsi”nin Azərbaycanı müasir enerji mərkəzinə çevirməsi göz qabağındadır10:57Azərbaycanın strateji obyektləri necə qorunur - Səudiyyə insidentindən çıxarılan nəticə17:52ABŞ Konqrsinin üç üzvü Qarabağa soxulmağa hazırlaşır - İŞĞALÇILARA 4 MİLYON DOLLARLIQ XÜSUSİ AVADANLIQ?17:40Prezident İlham Əliyev Azərbaycanın neft sənayesi işçilərini təbrik edib17:29Nazirliyin Baş Müfəttişi işdən qovuldu - Rüşvət aldığına görə...17:17Sumqayıtda 22 saylı orta məktəbdə nə baş verir?-ŞOK VİDEO16:55Çempionlar Liqasında həftənin oyunçusu BƏLLİ OLDU16:42İnam Kərimovun yeni aqro-innovativ kəşfi – Kombaynlar hava ilə işləyəcəkmiş16:22"XİN rəhbərlərinin görüşü yalnız bu halda baş tuta bilər" - Masa arxasında TƏLƏB OLUNMALIDIR Kİ...15:48“Nant” firmasından Daxili İşlər Nazirliyinə şikayət olundu - QALMAQAL15:27Səhər saatlarında duman olacaq - Gün ərzində güclü şimal-qərb küləyi əsəcək15:11Deputat Rafael Cəbrayılov borc QALMAQALINDAN danışdı: - “O adamla dostam”14:48Mahir Quliyev başçı olanda problem boğaza çıxar... - GİLEY14:35Bakının bir sıra şöbə və bölmələrinin rəis müavinləri vəzifələrinə təyinatlar olub13:58Azərbaycanda çörəyin qiyməti bahalana bilər: - 23 faiz artım var13:17"Qarabağ"ın qapıçısı çox ucaboydur, qol olacağını bilmirdim"12:59ABŞ və Rusiya Ermənistana “dirsək” göstərdi - Paşinyana sərt şillələr12:26“Rüşvətxor məmurlar düz 4 ildir ki, məni yollarda qoyublar” - GİLEY11:16Badamdarda Fərhad Nağıyev kabusu - çox sayda məhkəmə iddiaları, ləğv olunan çıxarışlar...11:01Lənkəranda 100 minlik tenderin qalıbləri kimlərdir? - ARAŞDIRMA10:43Bakıda “Qədim Avropaya səyahət” adlı konsert proqramı təqdim olunub10:28Azərbaycan və Çin ölkədə müştərək Aqrar-sənaye parkı yaradır10:16Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 21 dəfə pozub18:02Camaat Vüsal Kərimliyə belə ÜSYAN EDİR... - "Büdcəni doldur eee, amma xalqın pulu ilə yox..."17:45Paşinyan Azərbaycanın əsirləri “ikinin ikiyə” prinsipi ilə dəyişdirmək təklifinə baxır - “XƏBƏRDARIQ, MÜZAKİRƏ EDİRİK...”17:27Bakı Nəqliyyat Agentliyindən sürücülərə qarşı ayrı-seçkilik — Beynəlxalq yol nişanı təhrif edildi (FOTO)17:06Bakının “addım-addım” taktikası genişmiqyaslı əməliyyatlara da gətirə bilər - TƏHLİL16:55ABŞ və Çin ticarət danışıqlarını BƏRPA ETDİ16:44"Sevilya" daha güclüdür, amma bu, heç nə demək deyil" - Monçi16:33Azərbaycanda yeni işgüzar turizm məhsulları yaradılacaq16:09"Nə altımda milyardlar var, nə üstümdə..." - Misir Mərdanov15:30“Maşın” şouda onlar yarışacaq – Siyahı15:02"“Əsrin müqaviləsi” Azərbaycanın beynəlxalq aləmdə geosiyasi və geoiqtisadi dəyərini artırdı" - Əli Həsənov14:17Sakinlər "AAAF Park"dan aldıqları mənzilə köçə bilmirlər - KÜTLƏVİ NARAZILIQ (SƏNƏDLƏR)14:00Nazirlik qaziyə problemli maşın verdi - O İSƏ İMTİNA ETDİ (SƏS YAZISI)13:45SOCAR əməkdaşı İrəvan məhkəməsi önünə üçrəngli bayrağımızın emblemi ilə çıxıb - İLGİNC FAKT13:34Bacanaqların talan etdiyi rayon... - İTTİHAM12:48Asataranın icra başçısı belə şəraitdə yaşayarmı? - GİLEY11:51DÇ-də Hacı Əliyevlə hakimlər arasında qalmaqal: uduzduruldu və kənarlaşdırıldı11:35Dərs saatları namaz vaxtına görə müəyyən ediləcək – Şok qərar11:12Azərbaycanda "BMW X5" aşdı - Xanım müğənni öldü10:49Azərbaycanda əhali arasında ən çox rast gəlinən xəstəliklər BUNLARDIR10:34Prezident İlham Əliyev SƏRƏNCAM İMZALADI17:52Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası məlumat yayıb17:47Bakı Avropa Liseyində "Asiya ənənələri"... - İDDİA17:35Dərman bazarında rüsvayçı “Vitamin D müəmması” — 5 manatlıq həblər niyə 25 manata satılır?17:22"Cəmi bir qızıl medalım qaldı" - Mariya Stadnik17:09«9 min manat zərər var, 2500 manat ödəyirlər» - QALMAQAL16:52"Evimə sayğac qoyulması üçün pul tələb edilir..." - GİLEY16:31Əli Kərimli Müsavatı ələ keçirir? - TƏHLİL16:14Azərbaycanlı həkim Türkiyədə TUTULDU - Rüşvətə görə16:02"İindi də Vüsal "müəllim"in qoçuları..." - GİLEY15:37Binəqədidə uşaq bağçasının müdiri öz qanunlar ilə işləyir... - GİLEY15:21“Sipark İnşaat” ATV-yə 14 min atdı – Reklam qalmaqalı15:06Şimşək çaxacaq, yağış yağacaq14:51Ermənistanda həbsxana rəisi rüşvətə görə HƏBS OLUNUB14:36“Mən indi "Real"ı yox, yalnız “Qarabağ”ı düşünürəm" - "Sevilya"nın prezidenti14:24"Əvəzində mənə saxta mədaxil qəbzi verdilər..." - Bakda ESTETİK DƏLƏDUZLUQ...14:10Zaqatalada səhiyyə sistemi çöküb... - Səbəbi baş həkimdə axtarmaq lazımdır...12:37Təhsil nazirliyində “narahat oyunlar” - Ceyhun müəllim, bəlkə bir maraqlanasınız...11:43Kompensasiya ödənilən vətəndaşdan BANK YENƏ PUL İSTƏYİR - GİLEY11:16DİN-in BDYPİ-i niyə susur? -VİDEO10:53ATU-nun Tədris Terapevtik klinikasında nə baş verir? - İTTİHAM10:39Vidadi Zeynalovun obyekti nədən boş qalıb? - "Biləndə ki, filankəsin yeridir, qorxub gəlmirlər"10:28Neft bazarında təlatüm: "Büdcədə qırmızı xətt yoxdur" - TƏHLİL09:53İrəvana ismarış: bu, Bakının maksimalist mövqeyi deyil, müharibədən qaçmağın tək yoludur... - TƏHLİL18:00Kamil Musəvi əməliyyat olunacaq - Birinci vitse-prezident xərcləri üzərinə götürdü17:40Bu fars-molla HƏYASIZLIĞI ilə nə edək?.. - Adamlar rəsmən düşmən olduqların nümayiş etdirirlər...17:20Azərbaycann məhşur saytları Qazaxıstan tərəfindən alındı... - ADLAR17:00“Leş mafiyası”nın əlaqəli olduğu restoranların adı niyə açıqlanmır? - İLGİNC16:40Bakıda inanılmaz fırıldaq: - İpoteka kağızı ilə hər kəsi aldadırlar16:2032 yaşlı ata azyaşlı qızına təcavüz etdi - Bakıda İYRƏNCLİK16:00Bir vaxtlar burda qayda vardı, düzən vardı... - GİLEY15:38“Mütəşəkkil dəstəni 13 nəfər hakim müdafiə edir” - GİLEY15:03Nazir Elinanın məktəbinə ONU DİREKTOR TƏYİN ETDİ14:44“Nəyə görə pensiyaları ancaq “Kapital bank” verməlidir?" - deputat14:33Neft bahalaşır, xeyrimizədir, amma narahatıq - TƏHLİL14:18İsmayıl Hüseynov DGK sədri olacaq? - Bu qədər yeyinti edəsən, toxunulmaz qalasan...12:37"5 ilini başa vurdu, bəsidir..." - GİLEY12:23LDU-da nazirliyin qərarları keçərli deyil... - ETİRAZ12:10Ceyhun Bayramova qarşı CƏSARƏTli müqavimət... - İDDİA11:14Təmas xəttində növbəti monitorinq keçiriləcək10:58Azərbaycan nefti 7,4 dollar BAHALAŞDI10:41Deputatın Balakəndə bazarı var imiş... - O da natəmiz...10:11Cəlilabadda süqut edən təhsil sistemi... - İTTİHAM09:57Özbəkistanin tnews.uz portalı Qarabağ mətbəxi haqqında geniş məqalə hazırlayıb09:43Türkiyə Rusiyadan qırıcı təyyarə ala bilər09:27Elmar Məmmədyarov Müqəddəs Taxt-Tacın Dövlət Katibi ilə görüşüb17:58Erməni kilsəsi parçalanmaq təhlükəsi yaşayır - GƏLİŞMƏ17:382 təhsil naziri dəyişib, qanunun tələbi isə hələ yerinə yetirilmir: - Milyonlar beləcə ölkədən axır17:22Prorektor vəzifəsindən gedən sabiq deputatdan AÇIQLAMA - "Bu sahə mənə çox doğmadır"17:10İncəsənət Universitetində ŞOK – 30-dan çox müəllim qovuldu - ADLAR16:52Lənkəranda bacıoğlu qadınla əlbir olub dayısını qətlə yetirdi16:37Şabranda icra başçısı dəyişsə də... - GİLEY16:20Nazir Fəxri Aslanova vəzifə verdi15:59Azərbaycana ən çox bu ölkələrdən turist gəlib15:43Cəmil Quliyevə yeni vəzifə verilib? - "Məni təbrik etməyin…"14:59"Qarabağ" - "Sevilya": Hakim təyinatları açıqlandı
BÜTÜN XƏBƏRLƏR

İkinci Nəsimi – şeir, incəsənət və mənəviyyat Festivalının proqramı açıqlanıb

11 Eyl 2019, 13:25   
İkinci Nəsimi – şeir, incəsənət və mənəviyyat Festivalının proqramı açıqlanıb

Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə sentyabrın 28-dən oktyabrın 1-dək keçiriləcək Nəsimi – şeir, incəsənət və mənəviyyat Festivalında bir sıra yeniliklər olacaq.

AZƏRTAC xəbər verir ki, ikinci ildir təşkil olunan festival çərçivəsində Bakıda və şairin doğulduğu Şamaxıda 30-dək tədbir keçiriləcək.

Festivalda bu il ilk dəfə Nəsiminin seçilmiş qəzəlinə bir sıra tədqiqatçı və şeir bilicisi öz şərhini verəcək, həmin təfsirlərin müzakirəsi olacaq. “Mən ki, dərvişəm, fəqirəm, padişahi-aləməm” qəzəlinə Azərbaycan, Rusiya, İran, Türkiyə və Misirdən 10-dan çox müəllif öz təhlillərini təqdim edəcək. Festivalda beynəlxalq miqyasda tanınmış nəsimişünaslar, şairlər, alimlər və filosoflar mühazirələrlə çıxış edəcəklər. Rusiyalı psixoloq Aleksey Sıtnikov, ABŞ-dan olan tədqiqatçı Alan Qodlas, italiyalı şair David Rondoni, Azərbaycan əsilli, Böyük Britaniyada yaşayan filosof və rəssam Zeyqəm Əzizov mühazirələrində Nəsimi fəlsəfəsi ilə keçmişə və müasir dövrə aid müxtəlif nəzəriyyə və konsepsiyalar arasında paralellər aparacaqlar. Festival çərçivəsində, həmçinin almaniyalı alim, tanınmış nəsimişünas Mixael Hess və Böyük Britaniyada yaşayan tədqiqatçı, azərbaycanlı Orxan Mirqasımovun Nəsimi və hürufilik haqda kitabları təqdim ediləcək.

Builki festivalda kino sahəsində dinlərarası dialoq üzrə məşhur beynəlxalq SİGNİS mükafatına layiq görülmüş filmlərin nümayişi olacaq. Finlandiyalı rejissor Aki Kaurisməkinin “Ümidin o biri üzü” filmində fərqli dinlərə, mədəniyyətlərə və həyat tərzlərinə malik insanların anlaşması və dostlaşması əksini tapıb.

Silsilə tədbirlər çərçivəsində sentyabrın 28-də “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruq İdarəsi və İslam Tarixi, Mədəniyyəti və İncəsənəti Araşdırma Mərkəzinin (IRCICA) birgə təşkilatçılığı ilə “El sənəti” I Bakı Beynəlxalq Ənənəvi Sənətkarlıq Festivalı da start götürəcək.

Nəsimi festivalı çərçivəsində bu il həm də uşaq evləri və internat məktəblərinin sakinləri və məzunlarının iştirakı ilə “Ümidin yaradılması” sosial-mədəni layihəsi həyata keçiriləcək. Layihə üzrə dizayn kurslarına cəlb olunmuş 30 iştirakçı öz arzularını təsvir vasitəsilə əks etdirib və onların əl işləri sonra köynəklər üzərinə köçürülüb. Bu köynəklərin festival çərçivəsində nümayişi və satışı təşkil olunacaq. Layihənin məqsədi uşaq evləri və internat məktəblərinin sakinləri və məzunlarının yaradıcılıq qabiliyyətlərini inkişaf etdirmək və onlara məşğulluq imkanları yaratmaqdır.

Festival günlərində Bakı və Şamaxıda bir sıra sərgilər də olacaq: sentyabrın 28-də Bakıda Şirvanşahlar sarayında açılacaq “İrfani sirlər” sərgisində Azərbaycan, Türkiyə, Fransa və Özbəkistandan olan 10 rəssam və heykəltəraşın əsərləri nümayiş etdiriləcək. Saray ərazisini əhatə edən ekspozisiyada mənəvi həyat və ruh təkamülünün sirlərinə həsr olunan videoart, qrafika nümunələri, instalyasiya və kinetik obyektlər təqdim olunacaq.

Sentyabrın 30-da “Qala” Arxeoloji-Etnoqrafik Muzey Kompleksində “Daşın nəğməsi” IV Beynəlxalq heykəltəraşlıq simpoziumu, “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğunda isə VIII Beynəlxalq “Tullantıdan sənətə” sərgisi açılacaq.

Qala qəsəbəsində istifadəsiz sənaye anbarının divarları üzərində işlənmiş rəsm əsərlərindən ibarət “Danışan divarlar” incəsənət layihəsinin ictimai təqdimatı olacaq. Bu layihə çərçivəsində Azərbaycan, Braziliya, Cənubi Afrika, İspaniya, Niderland və Fransadan olan rəssamların “urban/street art” (şəhər/küçə incəsənəti) janrında yaratdıqları əsərlər, Buzovna və Mərdəkan qəsəbələrindən olan yaradıcı uşaqların rəsmləri əsasında divar pannosu da nümayiş olunacaq.

Festival çərçivəsində Heydər Əliyev Mərkəzində Türkiyənin tanınmış rəssamı Ahmet Güneştekinin fərdi sərgisi açılacaq. Rəssamın məşhur “Ölümsüzlük otağı” (“Ölümsüzlük odası”) əsəri də ekspozisiyada nümayiş olunacaq. Oktyabrın 1-də açılışı olacaq sərgi 2020-ci il martın 31-dək davam edəcək.

Şamaxı rayonunda isə “Şamaxı antologiyası” (1468, Britaniya Muzeyi, London) əlyazmasına dair sərgi açılacaq. XV əsrdə Şamaxının mədəni mərkəz olduğunu, burada yüksək kitab mədəniyyətinin mövcudluğunu nümayiş etdirən bu şeir məcmusu Azərbaycan miniatür sənətinin ən gözəl incilərindəndir. Əlyazmadakı miniatürlər sərgidə müxtəlif üsul və texnikalarla təqdim olunacaq.

Şamaxıda, həmçinin İmadəddin Nəsimiyə həsr olunan müasir incəsənət instalyasiyasının açılışı olacaq. Yüngül metal hissəciklərdən hazırlanan əsərin müəllifi rəssam Rəşad Ələkbərovdur.

Nəsimi Festivalı çərçivəsində bir sıra elan olunmuş müsabiqələrin nəticələri də açıqlanacaq: Azərbaycan Milli Xalça Muzeyinin söz ustadına həsr etdiyi xalça eskizi müsabiqəsinin yekun sərgisi açılacaq. Ekspozisiyada müsabiqənin qalibi olan 3 əsər əsasında toxunan xalçalar, təqdim edilən işlər arasından münsiflər heyətinin seçdiyi xalça eskizləri nümayiş olunacaq. Həmçinin Mədəniyyət Nazirliyinin “SÖZ” layihəsinin gənc şairlər arasında elan etdiyi Nəsimi ruhunda, yaxud bilavasitə onun şeirlərinə nəzirə olan ən yaxşı poetik əsər müsabiqəsinin nəticələri açıqlanacaq.

Festival çərçivəsində müxtəlif ölkələrin incəsənət xadimləri və qruplarının ifasında mənəviyyat axtarışlarını, dinlər və mədəniyyətlərarası dialoqu tərənnüm edən musiqi proqramları və tamaşalar da təqdim olunacaq. Bu proqramlarda ayrı-ayrı dövrlərə aid ruhani və müasir musiqi nümunələri səslənəcək, fiziki imkanları məhdud insanların sağlam şəxslərlə bərabərlik və birgəliyinin ifadəsi olan rəqsləri nümayiş etdiriləcək.

Festival çərçivəsində Almaniyanın “Horizonte” ansamblı, Əfqanıstanın “Zəhra” Orkestri, Kanadanın “Klara Furey” rəqs qrupu, Böyük Britaniyanın “Candoco” və “Lost Dog” rəqs qrupları, Estoniyanın “Tallinn Oğlanlar Xoru”, İsrailin “Dudu Tassa & the Kuwaitis” qrupu maraqlı proqramlar təqdim edəcək.

Sentyabrın 29-da Şamaxının Meysəri kəndində Xalq artisti Nəzakət Teymurova Nəsimi poeziyası əsasında muğamlardan ibarət proqramla çıxış edəcək.

Həmin gün Azərbaycan Dövlət Filarmoniyasında isə Azərbaycanın tanınmış caz musiqiçisi Salman Qəmbərovun “Səmimi dialoqlar” layihəsi çərçivəsində Fransadan Mişel Qodar (serpent ifaçısı), Almaniyadan Marqrit Buxberger (barokko repertuarlı müğənni) və çinli Vu Vey (şenq ifaçısı) ilə birgə ifaları təqdim olunacaq.

Festival çərçivəsində sentyabrın 30-da Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzində səhnələşdirilmiş poeziya axşamı keçiriləcək.

Həmin gün Opera və Balet Teatrında isə Çinin Anhui əyalətinin Huicin Teatrının təqdimatında “İztirablı könül” tamaşası nümayiş olunacaq. Ənənəvi XVIII əsr üslubunda olan tamaşa özündə teatr sənəti və musiqi, eləcə də akrobatika və pantomim elementlərini birləşdirir.

Festivalın bağlanış mərasimi oktyabrın 1-də Heydər Əliyev Mərkəzində keçiriləcək. Proqramda Azərbaycan incəsənət xadimləri, həmçinin ABŞ, Türkiyə, İran, İordaniya və Mərakeşdən ənənəvi musiqi ifaçıları iştirak edəcəklər.

Qeyd edək ki, festival dahi Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin (1369-1417) yaradıcılığının tədqiqi və təbliği, onun fikir və düşüncələrinin müasirlikdə əksini izləmək məqsədi daşıyır və ilk dəfə 2018-ci ildə keçirilib.

Budəfəki festival həm də şairin 650 illik yubileyinə təsadüf edir. Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin anadan olmasının 650 illiyi ilə əlaqədar 2019-cu il “Nəsimi ili” elan olunub.

Nəsimi Festivalının proqramı ilə aşağıdakı linkə keçid etməklə tanış olmaq mümkündür- https://nasimifestival.live/az/program/.
OXŞAR MÖVZULAR