Impera
XƏBƏR LENTİ
11:46Rafael Cəbrayılovun milyonluq villası üzə çıxdı - FOTO11:29“İnterpol”un axtardığı “Akula Akif” Bakıda 7 milyon dollar qazandı - İLGİNC11:13BP-nin regional prezidenti: “Əsrin müqaviləsi”nin Azərbaycanı müasir enerji mərkəzinə çevirməsi göz qabağındadır10:57Azərbaycanın strateji obyektləri necə qorunur - Səudiyyə insidentindən çıxarılan nəticə17:52ABŞ Konqrsinin üç üzvü Qarabağa soxulmağa hazırlaşır - İŞĞALÇILARA 4 MİLYON DOLLARLIQ XÜSUSİ AVADANLIQ?17:40Prezident İlham Əliyev Azərbaycanın neft sənayesi işçilərini təbrik edib17:29Nazirliyin Baş Müfəttişi işdən qovuldu - Rüşvət aldığına görə...17:17Sumqayıtda 22 saylı orta məktəbdə nə baş verir?-ŞOK VİDEO16:55Çempionlar Liqasında həftənin oyunçusu BƏLLİ OLDU16:42İnam Kərimovun yeni aqro-innovativ kəşfi – Kombaynlar hava ilə işləyəcəkmiş16:22"XİN rəhbərlərinin görüşü yalnız bu halda baş tuta bilər" - Masa arxasında TƏLƏB OLUNMALIDIR Kİ...15:48“Nant” firmasından Daxili İşlər Nazirliyinə şikayət olundu - QALMAQAL15:27Səhər saatlarında duman olacaq - Gün ərzində güclü şimal-qərb küləyi əsəcək15:11Deputat Rafael Cəbrayılov borc QALMAQALINDAN danışdı: - “O adamla dostam”14:48Mahir Quliyev başçı olanda problem boğaza çıxar... - GİLEY14:35Bakının bir sıra şöbə və bölmələrinin rəis müavinləri vəzifələrinə təyinatlar olub13:58Azərbaycanda çörəyin qiyməti bahalana bilər: - 23 faiz artım var13:17"Qarabağ"ın qapıçısı çox ucaboydur, qol olacağını bilmirdim"12:59ABŞ və Rusiya Ermənistana “dirsək” göstərdi - Paşinyana sərt şillələr12:26“Rüşvətxor məmurlar düz 4 ildir ki, məni yollarda qoyublar” - GİLEY11:16Badamdarda Fərhad Nağıyev kabusu - çox sayda məhkəmə iddiaları, ləğv olunan çıxarışlar...11:01Lənkəranda 100 minlik tenderin qalıbləri kimlərdir? - ARAŞDIRMA10:43Bakıda “Qədim Avropaya səyahət” adlı konsert proqramı təqdim olunub10:28Azərbaycan və Çin ölkədə müştərək Aqrar-sənaye parkı yaradır10:16Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 21 dəfə pozub18:02Camaat Vüsal Kərimliyə belə ÜSYAN EDİR... - "Büdcəni doldur eee, amma xalqın pulu ilə yox..."17:45Paşinyan Azərbaycanın əsirləri “ikinin ikiyə” prinsipi ilə dəyişdirmək təklifinə baxır - “XƏBƏRDARIQ, MÜZAKİRƏ EDİRİK...”17:27Bakı Nəqliyyat Agentliyindən sürücülərə qarşı ayrı-seçkilik — Beynəlxalq yol nişanı təhrif edildi (FOTO)17:06Bakının “addım-addım” taktikası genişmiqyaslı əməliyyatlara da gətirə bilər - TƏHLİL16:55ABŞ və Çin ticarət danışıqlarını BƏRPA ETDİ16:44"Sevilya" daha güclüdür, amma bu, heç nə demək deyil" - Monçi16:33Azərbaycanda yeni işgüzar turizm məhsulları yaradılacaq16:09"Nə altımda milyardlar var, nə üstümdə..." - Misir Mərdanov15:30“Maşın” şouda onlar yarışacaq – Siyahı15:02"“Əsrin müqaviləsi” Azərbaycanın beynəlxalq aləmdə geosiyasi və geoiqtisadi dəyərini artırdı" - Əli Həsənov14:17Sakinlər "AAAF Park"dan aldıqları mənzilə köçə bilmirlər - KÜTLƏVİ NARAZILIQ (SƏNƏDLƏR)14:00Nazirlik qaziyə problemli maşın verdi - O İSƏ İMTİNA ETDİ (SƏS YAZISI)13:45SOCAR əməkdaşı İrəvan məhkəməsi önünə üçrəngli bayrağımızın emblemi ilə çıxıb - İLGİNC FAKT13:34Bacanaqların talan etdiyi rayon... - İTTİHAM12:48Asataranın icra başçısı belə şəraitdə yaşayarmı? - GİLEY11:51DÇ-də Hacı Əliyevlə hakimlər arasında qalmaqal: uduzduruldu və kənarlaşdırıldı11:35Dərs saatları namaz vaxtına görə müəyyən ediləcək – Şok qərar11:12Azərbaycanda "BMW X5" aşdı - Xanım müğənni öldü10:49Azərbaycanda əhali arasında ən çox rast gəlinən xəstəliklər BUNLARDIR10:34Prezident İlham Əliyev SƏRƏNCAM İMZALADI17:52Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası məlumat yayıb17:47Bakı Avropa Liseyində "Asiya ənənələri"... - İDDİA17:35Dərman bazarında rüsvayçı “Vitamin D müəmması” — 5 manatlıq həblər niyə 25 manata satılır?17:22"Cəmi bir qızıl medalım qaldı" - Mariya Stadnik17:09«9 min manat zərər var, 2500 manat ödəyirlər» - QALMAQAL16:52"Evimə sayğac qoyulması üçün pul tələb edilir..." - GİLEY16:31Əli Kərimli Müsavatı ələ keçirir? - TƏHLİL16:14Azərbaycanlı həkim Türkiyədə TUTULDU - Rüşvətə görə16:02"İindi də Vüsal "müəllim"in qoçuları..." - GİLEY15:37Binəqədidə uşaq bağçasının müdiri öz qanunlar ilə işləyir... - GİLEY15:21“Sipark İnşaat” ATV-yə 14 min atdı – Reklam qalmaqalı15:06Şimşək çaxacaq, yağış yağacaq14:51Ermənistanda həbsxana rəisi rüşvətə görə HƏBS OLUNUB14:36“Mən indi "Real"ı yox, yalnız “Qarabağ”ı düşünürəm" - "Sevilya"nın prezidenti14:24"Əvəzində mənə saxta mədaxil qəbzi verdilər..." - Bakda ESTETİK DƏLƏDUZLUQ...14:10Zaqatalada səhiyyə sistemi çöküb... - Səbəbi baş həkimdə axtarmaq lazımdır...12:37Təhsil nazirliyində “narahat oyunlar” - Ceyhun müəllim, bəlkə bir maraqlanasınız...11:43Kompensasiya ödənilən vətəndaşdan BANK YENƏ PUL İSTƏYİR - GİLEY11:16DİN-in BDYPİ-i niyə susur? -VİDEO10:53ATU-nun Tədris Terapevtik klinikasında nə baş verir? - İTTİHAM10:39Vidadi Zeynalovun obyekti nədən boş qalıb? - "Biləndə ki, filankəsin yeridir, qorxub gəlmirlər"10:28Neft bazarında təlatüm: "Büdcədə qırmızı xətt yoxdur" - TƏHLİL09:53İrəvana ismarış: bu, Bakının maksimalist mövqeyi deyil, müharibədən qaçmağın tək yoludur... - TƏHLİL18:00Kamil Musəvi əməliyyat olunacaq - Birinci vitse-prezident xərcləri üzərinə götürdü17:40Bu fars-molla HƏYASIZLIĞI ilə nə edək?.. - Adamlar rəsmən düşmən olduqların nümayiş etdirirlər...17:20Azərbaycann məhşur saytları Qazaxıstan tərəfindən alındı... - ADLAR17:00“Leş mafiyası”nın əlaqəli olduğu restoranların adı niyə açıqlanmır? - İLGİNC16:40Bakıda inanılmaz fırıldaq: - İpoteka kağızı ilə hər kəsi aldadırlar16:2032 yaşlı ata azyaşlı qızına təcavüz etdi - Bakıda İYRƏNCLİK16:00Bir vaxtlar burda qayda vardı, düzən vardı... - GİLEY15:38“Mütəşəkkil dəstəni 13 nəfər hakim müdafiə edir” - GİLEY15:03Nazir Elinanın məktəbinə ONU DİREKTOR TƏYİN ETDİ14:44“Nəyə görə pensiyaları ancaq “Kapital bank” verməlidir?" - deputat14:33Neft bahalaşır, xeyrimizədir, amma narahatıq - TƏHLİL14:18İsmayıl Hüseynov DGK sədri olacaq? - Bu qədər yeyinti edəsən, toxunulmaz qalasan...12:37"5 ilini başa vurdu, bəsidir..." - GİLEY12:23LDU-da nazirliyin qərarları keçərli deyil... - ETİRAZ12:10Ceyhun Bayramova qarşı CƏSARƏTli müqavimət... - İDDİA11:14Təmas xəttində növbəti monitorinq keçiriləcək10:58Azərbaycan nefti 7,4 dollar BAHALAŞDI10:41Deputatın Balakəndə bazarı var imiş... - O da natəmiz...10:11Cəlilabadda süqut edən təhsil sistemi... - İTTİHAM09:57Özbəkistanin tnews.uz portalı Qarabağ mətbəxi haqqında geniş məqalə hazırlayıb09:43Türkiyə Rusiyadan qırıcı təyyarə ala bilər09:27Elmar Məmmədyarov Müqəddəs Taxt-Tacın Dövlət Katibi ilə görüşüb17:58Erməni kilsəsi parçalanmaq təhlükəsi yaşayır - GƏLİŞMƏ17:382 təhsil naziri dəyişib, qanunun tələbi isə hələ yerinə yetirilmir: - Milyonlar beləcə ölkədən axır17:22Prorektor vəzifəsindən gedən sabiq deputatdan AÇIQLAMA - "Bu sahə mənə çox doğmadır"17:10İncəsənət Universitetində ŞOK – 30-dan çox müəllim qovuldu - ADLAR16:52Lənkəranda bacıoğlu qadınla əlbir olub dayısını qətlə yetirdi16:37Şabranda icra başçısı dəyişsə də... - GİLEY16:20Nazir Fəxri Aslanova vəzifə verdi15:59Azərbaycana ən çox bu ölkələrdən turist gəlib15:43Cəmil Quliyevə yeni vəzifə verilib? - "Məni təbrik etməyin…"14:59"Qarabağ" - "Sevilya": Hakim təyinatları açıqlandı
BÜTÜN XƏBƏRLƏR

Diaspora siyasəti büdrəyəndə... - İTTİHAM

11 Eyl 2019, 12:18   
Diaspora siyasəti büdrəyəndə... - İTTİHAM

Dünyanın dörd bir yanına səpələnmiş milyonlarla soydaşımızın hələ də diaspor xətti ilə alqışalayiq birlik nümayiş etdirməmələri təəssüf doğurur. Bu, ona işarədir ki, Azərbaycan milli diaspor hərəkatında indiyədək köklü dönüş yaranmayıb və ulu öndər Heydər Əliyevin daim arzuladığı lobbiçiliyin təməli möhkəmləndirilməyib. Bütün bu xoşagəlməzliklərin əsas günahkarları isə, ayrı-ayrı ölkələrdəki diaspor qurumlarımıza rəhbərlik edənlərdir. Bir çox təşkilatlara yuxarıdan aşagı baxan, azərbaycançılıga hörmət qoymayan, dedikləri sözləri tuta bilməyən, insan haqlarını yeyən, əqidələrini şəraitə uyğun dəyişən belə diaspor liderlərinə xalqın nə ehtiyacı?! Bu, həm də ulu ondərin daim arzuladığı lobbiçiliyin möhkəm təməl qoyuluşuna qarşı çıxmaq deyilmi?!

Bu yaxınlarda ortaya, 28 may 2019-cu il tarixində Türkiyə Cümhuriyyətinin ayrı-ayrı şəhərlərində yaşayan bir qrup azərbaycanlılar tərəfindən qurulan və bu qardaş ölkədə rəsmi qeydiyyatdan keçən daha bir diaspor təşkilatı da çıxarıldı. Rəsmi qeydiyyat adı Dünya Azərbaycanlıları Platforması olan bu təşkilatın gələcək fəaliyyət planları haqqında, kütləvi informasiya vasitələrinə onun sədri Samir İsgəndəroğlu özündənrazı bir məlumat da ötürdü. Bildirdi ki, qısa müddət ərzində bir sıra ölkələrdə təmsilçiləri fəaliyyət göstərən və çox möhtəşəm diaspor qurumu olacağı gözlənilən Dunya Azərbaycanlıları Platformasının məqsəd və məramına yeni və fərqli bir nəfəs veriblər. Məhz buna görə də, təşkilat tezliklə soydaşlarımız arasında daha sıx əlaqə, iş birlikləri yaratmaq və bərabərliyi möhkəmlətmək istiqamətində fərqli metodlu ağlagəlməz bir çox işlərə başlanğıc qoyacaq.
Əlbəttə, fəaliyyətlərinin əsas məqsədi, dünyada yaşayan 60 milyondan çox azərbaycanlıya aid problemlərin həllinə ünvanlanan belə təşkilatların yaranması təqdirəlayiq hesab edilib, alqışlanır. Elə, buna görə, bu qurumun öncədən elan olunmuş amalı da hamıya yeni ruh verib, çox sevindirdi. Lakin təşkilatın uğursuz liderlərinin bağışlanmaz günahları ucbatından, həmvətənlərimizin bu sevinci də uzun çəkmədi, arzu və istəklərinin reallaşması yenə mümkünsüzlük girdabına yuvarlandı. Beləcə, Platformanı qurmaqda əsas məqsədə nail olunmadı. Təşkilat, vəd etdiyi kimi, ilk öncə Türkiyədəki, daha sonra isə, dünyadakı azərbaycanlılar arasında milli-mənəvi birliyi gücləndirmək, həmyerlilərimizin problemlərinin həllinə yaxından köməklik göstərmək, xaricdə təhsil alan azərbaycanlı tələbələrə yardım etmək, investisiya qoymaq istəyən iş adamlarına dəstək olmaq, Azərbaycan həqiqətlərini bütün dünyaya doğru şəkildə çatdırmaq üçün, xoşagələn heç bir iş görə bilmədi. Bu azmış kimi, təşkilat başçıları bu yaxınlarda azərbaycançılıq adıyla alver edərkən ifşa olundular. Bu biabırçı hadisə Dünya Azərbaycanlıları Platformasının Türkiyədə keçirilən tədbirində baş verdi. Qurumun sədri Samir İsgəndəroğlu və onun yaxın ətrafı özlərinə xas yalanlarla həm özlərini biabır etdilər, həm də öz təşkilatlarının adına ləkələr vurdular.
Doğrudan da, 25 avqust - 1sentyabr tarixləri arası Dünya Azərbaycanlıları Platforması tərəfindən Türkiyədə keçirilən "Dünya azərbaycanlılarının türk həmrəyliyi" adlı forum ilk gündən biabırçı şəkildə keçib. Halbuki bu forumun tədbirlər planı Samir İsgəndəroğlu və Mehriban Paşayeva tərəfindən çox zəngin tərtib edilibmiş. Həmin tədbiri keçirməkdə əsas məqsəd, guya, soydaşlarımız olan iş adamları və elm xadimləri arasında daha sıx əlaqələrin, iş birliklərinin yaranmasının, bu tədbiri ənənə halına salaraq, hər il bir ölkədə təşkil etməyin müzakirəsi imiş. Bunlardan əlavə, proqram çərçivəsində Ankara, İstanbul və Antalyada konfranslar, müxtəlif iclaslar, görüşlər, dəyirmi masalar, şəhər gəzintiləri, gəmi turları, Fethiyedə Qarabağ küçəsinin açılışı, əsasən isə, Türkiyə paytaxtında yüksək səviyyəli rəsmilərin, diaspor nümayəndələrinin və iş adamlarının iştirakı ilə çox önəmli Zirvə konfransı da nəzərdə tutulubmuş. Lakin...
...Tədbirdə Bakı şəhərindən getmiş 20 nəfərlik heyət də iştirak edib. Onların hər birindən, Bakı -- İstanbul -- Bakı aviareysinin uçuş biletinə görə 333, tədbir xərclərinə görə 500 dollar pul alınıb. Bu xərcləri müqabilində qonaq heyətə yüksək səviyyədə qarşılanma, şəhərlərarası hərəkət zamanı ancaq təyyarə ilə uçuş, şəhərdaxili nəqliyyatlardan istifadə, 5 ulduzlu hotellərdə qalmaq və gündə 3 dəfə yemək vəd olunub.
Avqustun 25-i Bakıdan təyyarə ilə yola düşən qonaqları İstanbul hava limanında Samir İsgəndəroğlu qarşılayıb. Lakin bu qarşılama vəd olunan səviyyədə təşkil olunmayıb. Çünki qonaqlar İstanbul şəhərindəki hoteldə dincəlib, sonra Fethiyə şəhərinə getməli idilər. Beləcə, qonaqlar təyyarə ilə birbaşa Fethiyə şəhərinə, sonra isə, uzun bir avtobus yolçuluğuyla hotelə aparılıblar. Heç bir ulduzu olmayan “Bahar” adlı həmin şəraitsiz hotelə yerləşdirilən qonaqlara çox aşagı səviyyəli xidmət göstərilib. Bütün bunlar bir yana, 12 saatliq yol qət edən yorğun heyət üzvləri birinci səfər gününü ac-suz başa vurmağa məcbur olublar.
Samir İsgəndəroğlu buradaca qonaqlara çatdırıb ki, ikinci səfər günü, səhər saat 9 radələrində, əşyaları ilə bərabər, elə, bu hotelin foyesində olsunlar. Onlara Qarabağ Caddəsinin açılışına gedəcəkləri vəd olunub. Lakin səhər tezdən tədbir iştirakçılarına belə bir xəbər çatdırılıb ki, açiliş alınmır, əvəzində, gəmi turu olacaq. Bu arzuolunmaz xəbərə görə, arada ciddi narazılıqlar başlayıb. Üstəlik, gəmi turunun çox aşağı səviyyədə təşkili narazılıqları birə-beş qat artırıb. Turun maraqlı təşkili üçün, heç bir DAP-çının səyi hiss olunmayıb. 6 saatlıq maraqsız və mənasız bu tur da, qonaqlara xoş əhval-ruhiyyə verməyib. Yenidən "Bahar"a qaytarılanlar bu dəfə daha acınacaqlı vəziyyətə düşüblər. Nə yuyunmağa və dincəlməyə normal şəraitdən əsər-əlamət görünüb, nə də onlara qabaqcadan vəd olunmuş yemək çatdırılıb. Qonaqlar öz şəxsi vəsaitləri hesabına yemək stolu arxasına keçiblər.
Xeyli narazılıqdan sonra, qonaqlar avtobusla Antalyaya yola salınıb. Halbuki onlar oraya təyyarə ilə getməliymişlər. Samir İsgəndəroğlu buna görə üzrxahlıq edib və bildirib ki, Antalya səfəri yüksək səviyyədə keçəcək. Lakin səfər iştirakçıları Antalyada daha pis mənzərə ilə rastlaşıblar. Olimpiya Mərkəzində idmançılara məxsus “Qrida” adlı hotelə yerləşdirilən diasporçular şəraitsizlikdən bezərək, Samir İsgəndəroğluna daha ciddi narazılarını çatdırıblar. Elə, buradaca, vəd olunan heç bir tədbirin keçirilməməsi səbəbindən, iştirakçılarla Samir İsgəndəroğlu və Mehriban Paşayeva arasında gərginlik daha da qızışıb. Vəziyyətin kritik həddə çatdığını ğörən səfər təşkilatçıları bildiriblər ki, avqustun 28-də Antalya Qəzetçilər Cəmiyyətinin binasında maraqlı tədbir keçirəcəklər. Qonaqlar həmin tədbirə qatılsalar da, deyilənlərdən məlum olub ki, tədbirin DAP-a heç bir aidiyyatı yoxdur və Lalə xanıma məxsus “Azərbaycan Xalqlar Dostlugu” dərnəyinin xətti ilə keçirilir. DAP-çılar isə, qonaq qismində həmin tədbirə dəvətlidirlər. Qonaqlar tədbirin formatını bilmədikləri üçün, arada yenə narazılıq yaranıb və zalı yarımçıq tərk etməyə məcbur olublar. Bundan sonra vəziyyət daha da gərginləşib.
Səfərin 3-cü günü də, vəd olunan digər tədbirlər keçirilməyib, üstəlik qonaqlara elementar diqqət belə ayrılmayıb. Azərbaycandan gələn və boş-boşuna şəraitsiz hotellərdə vaxtlarını keçirən qonaqların axşam Mehriban Paşayevaya qarşı etirazları ən kritik həddə çatıb. Nəticədə, liftdə onun halı pisləşərək, ürəyi gedib. Bu hadisədən sonra hamı fikirləşib ki, burda Mehriban Paşayevalıq bir şey yoxdur, bütün baş verənlərə görə, Samir İsgəndəroğlu əsas cavabdehdir. Bu səbəbdən, DAP rəhbəri izahat vermək üçün dəvət edilib. Lakin, o, etirazların bu həddə çatmasından qorxaraq, hoteldəki otagından çıxmaq istəməyib. Sonda, Samir İsgəndəroğlu baş verən bu biabırçı problemlərə görə, qonaqlar qarşısına çıxmaq, üzrxahlıq etmək məcburiyyətində qalıb və yenə söz verib ki, bundan sonra heç bir xoşagəlməzlik olmayacaq.
Həmin gecə qonaqlara o da məlum olub ki, Samir İsgəndəroğlu hotelə borclu qaldığı üçün, administrasiyanın göstərişi ilə, otaqlara giriş-çıxışa belə məhdudiyyət qoyulub, Borc yiyəsi isə, hoteldən qaçaraq, qıraqdakı meşəlikdə gizlənmək məcburiyyətində qalıb. Onun özünün dediyindən məlum olub ki, hotelə 650 dollar borcu qalıb, ona görə də, administrator belə edir. Halbuki qonaqlar tərəfindən bütün odənişlər qabaqcadan Samir İsgəndəroğlunun adına köçürülübmüş. Buna baxmayaraq, qonaqlar, -- ələlxüsus kişilər, -- bu qənaətə gəliblər ki, biabır olmamaq üçün, öz aralarında bu problemi həll etsinlər. Pulu yığıb, hotel rəhbərliyinə çatdıranda isə, Samir İsgəndəroğlunun ünvanına təhqiramiz ifadələr işlətməkdən belə çəkinməyən həmin şəxslərin dediklərindən məlum olub ki, onun hotelə 650 yox, 1000 dollardan çox borcu qalıb. Həmvətənlilərinin xoşagəlməz əməllərinə görə, utanc məngənəsində sıxılan azəri kişilər qalan məbləği də yığıb, borcu ödəməyə məcbur olublar.
Bundan sonra, Bakıdan olan qonaq heyətin bütün üzvləri əsl şok keçirib və kişili-qadınlı hamılıqla belə qərara gəliblər ki, Samir İsgəndəroğlundan baş verən bütün bu biabırçılıqlara aydınlıq gətirməyi tələb etsinlər. Belə də ediblər. Diasporçu rəhbər isə, Bakıdan olan qonaqlar qarşısında xəcalətli olduğunu etiraf edib və yenə də, and-amanla bildirib ki, belə hadisə bir daha baş verməyəcək. Və qonaqlara söz verib ki, hotelə ödədikləri pulları səhərisi gün qaytaracaq. Bu zaman onu da bildirib ki, səhər yüksək səviyyəli bir tədbir keçirmək üçün, mütləq Ankarada olmalıdırlar. Avtobusla gediş haqqı -- 3700 türk lirəsi artıq sürücüyə çatıb. 5 ulduzlu “Qreen-Park” hoteldə qalmağın xərci də ödənib.
Səhər saat 11 radələrində otaqlarını tərk edib, hotelin foyesinə düşən qonaqlara Samir İsgəndəroğlu deyib ki, avtobus gecikir, 13:30-da yola çıxacaqlar. Özü də, minibus -- balaca avtobus sifariş verib. 30 nəfərin minibusda uzaq yola səfərə çıxması ağla gələn olmadığı üçün, kollektiv narazılıq dalğası yenidən coşmağa başlayıb. Və hamı tələb edib ki, minibus daha böyük, konfortlu avtobusla əvəzlənsin. Vəd olunan vaxt gəlib çatsa da, avtobusdan səs-soraq olmayıb. Qonaqlara araşdırmalardan sonra agah olub ki, Samir İsgəndəroğlu avtobus üçün heç bir ödəniş etməyib və yenə də onlara yalan danışıb.
Qonaqlar təkrar olaraq, 3600 türk lirəsi toplayıb, avtobus tutmaq məcburiyyətində qalıblar. 8 saatlıq yol getdikdən sonra, Ankaradakı “Brukrotiya” hotelinə yerləşdiriliblər. Samir İsgəndəroğlu, bir aktyor kimi, yenə də, eyni ssenari üzrə, eyni acınacaqlı hotel səhnəsi oynayıb. Öncə, yalandan bildirib ki, hotelin bir gününü ləğv eləyiblər, bu səbəbdən, səhər ora gedəcəklər. Səhərisi gün, 5 günlük iztirabdan sonra, nəhayət ki, qonaqlar normal şəraitli bir hotelə yerləşdiriliblər. Ssenariyə görə, onlar əvvəlcə Məmməd Əmin Rəsulzadənin qəbrini, sonra Xocalı məqbərəsini ziyarət etməli idilər. Axşamüstü isə, Zəfər bayramı ilə əlaqədar olaraq, Türkiyə Cümhuriyyətinin prezidenti Rəcəb Tayyib Ərdoğanla görüş keçirilməliydi.
Saat 14 radələrində Xocalı Məqbərəsinə ziyarətə yola düşən qonaqlar, saat yarım yol getdikdən sonra, Kızılcahamam qəsəbəsindəki möhtəşəm ziyarətgaha çatıblar. Bu məqbərəni ziyarətdən sonra, nümayəndə heyəti yeməyə dəvət edilib. Yemək vaxtı Mehriban Paşayeva, Samir İsgəndəroğlu və Bələdiyyə başqanı məclisi tərk ediblər. Səbəbini soruşduqda isə, Türkiyə prezidentinin də iştirak etdiyi Zəfər bayramına qatılacaqlarını bildiriblər. Yenə narazılıq dalğası başlayıb. Qonaqlar ciddi şəkildə bildiriblər ki, Türkiyə prezidentinin qatılacağı bu tədbirdə bütün forum iştirakçiları iştirak etməlidirlər. Ancaq həmin şəxslər saymazyana bir şəkildə yollarına davam ediblər.
DAP-ın dəvətini qəbul edib, Türkiyəyə gələn Hidayət adlı azərbaycanlının xoşagəlməz hərəkətləri də, soydaşlarının xoşuna gəlməyib. Səfərin ilk günlərində tamamilə Samir İsgəndəroğlunun və Mehriban Paşayevanın xoşagəlməz hərəkətləri əleyhinə olan bu diasporçu, son anda, ona vəd edilənlərə görə, nə oyundan çıxmayıb?! "Rusiyada DAP-ın rəhbəri sən olacaqsan!" vədi, ilk öncə, onu 180 dərəcə geri döndərib və yanlış insanların tərərfinə keçirib. Sizcə, bir həftə ərzində 3 dəfə mövqeyini dəyişən şəxsdən Rusiya kimi mürəkkəb bir regionun lideri çıxarmı?!
Tədbir iştirakçılarına sonradan məlum olan bir çox yalan məlumatlar da, onların haqlı narazılıqlarına səbəb olub. Məsələn, DAP-ın Rusiya və Azərbaycanda təmsilçiliklərini yaratmaq üçün, Ceyhun adlı şəxsin nə Moskvada, Mehriban Paşayevanın isə, Bakıda təsis konfransları keçirmələri barədə verdikləri yalan məlumatlar heç kəsin ürəyincə olmayıb...
...Düz 6 gün aldadılan, proqram üzrə vəd edilən heç bir tədbirə qatılmayan azərbaycanlı nümayəndə heyətinin üzvləri nə edəcəklərini bilməyiblər. Qəlblərində azərbaycançılıq adıyla alver edən Samir İsgəndəroğluna və Mehriban Paşayevaya qarşı ölçüyəgəlməz nifrət hissləri formalaşdırmaqdan başqa əlacları qalmayıb. Bir etiraz forması olaraq, həm də avqustun 31-də nəzərdə tutulan və təməli yalanla qoyulan sonuncu tədbirə qatılmaqdan imtina ediblər. Belə bir önəmli missiyanı üzərlərinə götürən həmin şəxslər isə, sonadək məsuliyyətin nə olduğunu dərk etməyiblər. Diaspor hərakatının mahiyyətini belə anlamayan belə insanlara, dünyanın dörd bir yanına səpələnmiş milyonlarla soydaşımızın taleyini etibar etmək olarmı?!
Axı, soydaşlarımızın taleyini hər dəfə aldanıb, belə yalnış adamlara etibar etməyin ucbatından olmazın əziyyətlər çəkilib. Ona görə, saysız-hesabsız problemləri bu gün də çözülməz görünən hər bir azərbaycanlı, azərbaycançılıq adından öz şəxsi mənafeləri naminə istifadə edən Samir İsgəndəroğlu və Mehriban Paşayeva kimi "liderlərə" yox deyib, bu problemləri həll etmək iqtidarında olan ciddi diaspor təşkilatlarının, onların qəti mövqeli liderlərinin ətrafında birləşməlidirlər.
Əlbəttə, xaricdə fəaliyyət göstərən Dünya Azərbaycanlıları Platforması adlı bu diaspor qurumu da tez bir zamanda vahid siyasi gücə çevrilib, Azərbaycanın milli və dövlət maraqlarına uyğun tamam başqa keyfiyyətlər və yanaşmalarla işini quran Füzuli Məmmədov kimi təcrübəli və səriştəli diaspor rəhbərinin yaratdığı Dünya Azərbaycanlıları İttifaqının ətrafında birləşsə, belə xoşagəlməz situasiyalarla üzləşməz. Artıq, xaricdəki səs-küylü diaspor təşkilatlarının aktivliyini belə doğma Vətən naminə genişləndirmək üçün çalışan, təkcə bu ölkədə deyil, beynəlxalq miqyasda da həmin təşkilatların xəttiylə Heydər Əliyev ideyalarının təntənəsinə, onun banisi olduğu milli dölətçiyilimizin, mədəniyyətimizin, ağrılı problemimiz olan Qarabağ həqiqətlərinin geniş təbliğinə, Ulu Öndərin layiqli varisi, möhtərəm İlham Əliyev cənablarının dövlət başçısı postunda həyata keçirdiyi hərtərəfli möhtəşəm işlərə siyasi, maddi-mənəvi dəstək olmaqdan rahatlıq tapan, milli diasporumuzun acınacaqlı durumundan narahat olan, ömrünü xarici ölkələrdəki Azərbaycan diasporunun formalaşıb, inkişaf etməsinə həsr edən bu fəal diaspor rəhbəri Ulu Öndərin daim arzusuladığı lobbiçiliyin təməlini qoymağa kökləməyə başlayıb. Milli diaspor təşkilatlarının vahid güclü qüvvəyə çevrilməsini prioritet sahələrdən biri kimi qarşısına məqsəd qoyan Füzuli Məmmədovun Azərbaycan həqiqətlərinin, dövlətçiliyimizin və milli mənsubiyyətimizin daha böyük arenada tanıdılması istiqamətində böyük uğurlara imza atacağı indidən şübhə doğurmur. Çünki onun bütün planlarında, bu, başlıca amal kimi qeyd olunub.
araz.az
OXŞAR MÖVZULAR