İcazəni Razim Məmmədov veribmiş... - "4 ildir ki, yazırıq, gəlirlər, baxırlar, deyirlər ki..."

11:21 10.09.2019 483
İcazəni Razim Məmmədov veribmiş... - "4 ildir ki, yazırıq, gəlirlər, baxırlar, deyirlər ki..."

“Deyir, sənədim yoxdur, əvəzində lazım olan adamlardan razılıq almışam, tikirəm. Razılıq olmasaydı, yolun ortasında daş üstünə daş qoya bilməzdim. Pulunu verib yolu almışam, tikirəm, əcəb edirəm. Əvvəllər bir neçə dəfə sakinlər özləri yığışıb tikintinin qarşısını almaq istədi, adamları daşqalaq elədi. Sakinlərə xəsarət yetirdiyinə görə iki dəfə DİN 102 xidmətinə zəng vurmuşuq. Hətta bir dəfə təcili yardım da gəlib, daşla xəsarət alan sakinlərdən birinə yerindəcə tibbi yardım göstərib. Bir sözlə, bu adam ipə-sapa yatmır, heç kəs öhdəsindən gələ bilmir, aidiyyəti qurumlar da bizi sakitləşdirməklə, vaxt qazanmaqla məşğuldur, heç biri tədbir görmür”.

DİA.AZ-ın məlumatına görə, Bakı şəhəri, Şıxlinski küçəsi, 8 saylı binanın sakinləri danışırlar ki, bu küçəylə paralel olan küçənin sakini Nizami Həsənov özünə qaraj tikdirərək piyadaların gediş-gəlişini məhdudlaşdırıb. 4 ildən çoxdur ki, ərazidə yaşayanlar tikilinin sökülməsi və yolun bərpası üçün aidiyyəti qurumlara müraciət edirlər. Ancaq problem həllini tapmır. Sakinlər hətta daxili işlər nazirinə, prezidentə də müraciət ediblər. İstədikləri odur ki, əsasən məktəblilərin istifadə etdiyi yolu kəsən tikili sökülsün, yol əvvəlki kimi genişləndirilsin.

“Bu adam qonşu küçədə yaşasa da, qarajı bizim küçədə tikdirib, geniş yolu zəbt edib, piyadalar üçün dar cığır saxlayıb. Bu yol ətrafdakı binalarda yaşayan sakinlərin istifadə etdiyi əsas piyada yoludur. Yaxınlıqdakı üç məktəbin şagirdləri, müəllimləri günün bütün saatlarında bu yolla məktəbə gedib-gəlirlər. Məktəb başlayanda səhər saatlarında dar cığırda insan tıxacı yaranır. Uşaqlar məcbur olurlar ki, alternativ yol kimi avtomobil yoluna çıxsınlar. Bu da onların həyatına təhlükə yaradır. Bir nəfər bir neçə binanın yüzlərlə sakininə sanki meydan oxuyur. Deyir, yol mənimdir, pulunu verib, almışam, əliniz hara çatır, gedin. Gah deyir “sənədim var, gah deyir “sənədim yoxdur, adamım var, pulum var...” Hərəyə bir söz deyir”.

Bir neçə binanın sakini də əlləri çatan yerlərə - Xətai Rayon İcra Hakimiyyətinə, Bakı Şəhər İcra Hakimiiyyətinə, ərazi üzrə 35-ci polis bölməsinə, hətta daxili işlər nazirinə və prezidentə məktub göndəriblər:

“4 ildir ki, yazırıq, gəlirlər, baxırlar, deyirlər, yolu qanunsuz zəbt edib, darıxmayın, söküləcək, ancaq ortada heç nə yoxdur.

Bu ilin yanvarında həmin tikili qəzalı vəziyyətə düşdü. Biz yenə də eyni dövlət qurumlarına və Fövqəladə Hallar Nazirliyinə məktubla müraciət etdik. Nazirliyin nümayəndələri gəldi, sənəd tələb etdilər, sənəd təqdim edə bilmədi. Nümayəndələr bildirdilər ki, ərazidə bir yanğın təhlükəsi, yaxud başqa fövqəladə bir hadisə baş versə, bu tikiliyə görə hər hansı texnika əraziyə daxil ola bilməyəcək. Nəticədə yenə sökülmə ilə bağlı şifahi tapşırıq verildi. Nizami Həsənov qarajı sökməyə başladı, ancaq axıra kimi sökmədi, yarımçıq saxladı. Yerli icra hakimiyyətindən isə sakinlərə bildirildi ki, narahatlığa əsas yoxdur, 3 həftə əvvəl gördük ki, adam yenə əraziyə tikinti materialları, fəhlə qüvvəsi töküb, sökdüyünü təzədən bərpa etdirir. Xətai rayon 35-ci polis bölməsinə müraciət etdik, polislər gəldi, işi dayandırdılar, bildirdilər ki, onların səlahiyyəti yalnız işi dayandırmağa çatır, qalan məsələlərlə aidiyyəti qurumlar və məhkəmə məşğul olmalıdır”.

Sakinlər növbəti dəfə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Nəzarət Şöbəsinə müraciət ediblər. Komitənin ərazi üzrə nümayəndələri gələrək sakinlərə tikintini aparılmasının qeyri-qanuni olduğunu deyiblər. Ərazi üzrə Mənzil İstismar Sahəsinin rəisinə şifahi tapşırıqlar verib gediblər:

“Tapşırdılar ki, tikili tamam sökülsün, sakinlərin gediş-gəlişi yol bərpa edilsin. MİS rəisi də Nizami Həsənova tikilini sökməyi tapşırdı. Nizami Həsənov işi dayandırsa da, yarımçıq tikilini sökmür. Burdan da belə anlaşılır ki, ara sakitləşəndən sonra o, yenə də işini davam etdirəcək. İcra hakimiyyəti tikilinin sökülməyini istəsəydi, əlində 5 dəqiqəlik iş idi, ağır texnikaları əraziyə töküb çoxdan şumlatdırardı. Biri daşın üstünə daş qoyan kimi tutub polisə aparırlar, gəlib tikdiyini yerlə yeksan edirlər. Necə olur ki, 4 ildir icra hakimiyyəti bir qarajı sökdürə bilmir? Yaxud vətəndaşı məhkəməyə verib məhkəmə yolu ilə sökdürmür? Demək ki, ortada başqa maraqlar var və buna görə də o adam özündən razıdır, deyir, hara istəyirsiniz, şikayət edin”.

Xətai Rayon İcra Hakimiyyətindən bildirilib ki, sakinlərin narazılığı haqlıdır. Tikinti qanunsuzdur və tikintini aparan şəxsə qanunsuz tikilini öz hesabına sökməklə bağlı xəbərdarlıq olunub. Yaxın günlərdə icra hakimiyyətinin əməkdaşları yenə əraziyə baş çəkəcək, lazımi tədbirlər görüləcək. Qurumdan o da bildirilib ki, vətəndaş tikintini bundan əvvəlki icra hakimiyyəti rəhbərliyinin vaxtında həyata keçirdiyindən razılığı hansı formada alması məlum deyil.

İcazəni Razim Məmmədov veribmiş... - "4 ildir ki, yazırıq, gəlirlər, baxırlar, deyirlər ki..."
İcazəni Razim Məmmədov veribmiş... - "4 ildir ki, yazırıq, gəlirlər, baxırlar, deyirlər ki..."
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO

15:27

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib - MƏHKƏMƏ İŞİ

14:40

Beş ayda 67 milyon manat dövlət sifarişi verilmiş müəmmalı MMC-nin arxasında kimlər durur?

14:08

Siqaretin qiyməti bahalaşacaq? - AKTUAL

13:35

`Sahil - S İnşaat` şirkətinin tikdiyi binanın sakinləri YENİ QALMAQALDA - NARAZILIQ VAR...

12:43

Göygöl Suvarma Sistemləri İdarəsinin 1 milyon manatlıq tenderinin adı var, özü yox… - İLGİNC FAKTLAR

12:16

Dövlətin etibarını “əyənlər” - “Qobu Park”a görə kimlər qandallanacaq?

11:39

Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):Universitetin büdcəsi müxtəlif adlar altında talan edilir

10:54

Təhsildəki kütləvi repititorluq... - Məktəblər NƏ İŞƏ YARAYIR?

10:16

Bakıda Sahil Babayevdirsə, Naxçıvanda da Ceyhun Cəlilovdur... - EYNİ SİTƏM...

09:55

Tanınmış iş adamı Milli Məclis TƏDARÜKÜNDƏ... - İDDİA

09:11

Otel də yoxdur, turist də: Azərbaycanlıların “ərəbsayağı” istirahəti - ARAŞDIRMA

22:52

İrəvandakı yürüşdə Azərbaycan və Türkiyə bayraqları yandırıldı - Fotolar

22:35

“Azərreyl” çempion oldu

20:17

Deputatın tikdiyi binanın əyilməsi ilə bağlı XƏBƏRDARLIQ: - Komissiya yaradılması təklif edildi

19:11

Azərbaycanda bu taksi şirkəti bağlanır

16:49

Şahin Bağırovu Bakı Şəhər Baş Gömrük İdarəsinə buraxmayıblar - TƏFƏRRÜAT

16:07

Bu il Qarabağa nə qədər vəsait xərclənib?

15:26

"Başqa brokerlər də belə bahaçıldır?" - GİLEY

14:23

Məktəb direktoru həmin qadından 300 min alıbmış

13:48

EMIN ƏMRULLAYEVIN 271 №LI MƏKTƏBDƏKI KADRI, HAQQINI TƏLƏB EDƏN MÜƏLLIMƏNI “GÖZÜMÇIXDIYA SALIB”- VİDEO/ FAKTLAR

13:06

Əsgərovların bankında problemli kreditlər 2 dəfədən çox artdı - TƏFƏRRÜAT

12:36

İmişlini BELƏ İDARƏ EDİRLƏR... - İTTİHAM VAR...

12:02

Qurban Qurbanova yaxşılıq, yoxsa pislik? - Əhmədzadənin Zaqatalanı məhv etmək uğurunda 15 illik MÜBARİZəsi - VİDEO

10:57

Ağstafa DAİM-in direktoru İŞDƏN ATILIR... - Əlaqələri də işə yaramayacaq...