Siyavuş Novruzovun ittihamları həmin eks-nazirlərə cinayət işi açılması üçün əsas olmalıdır! - HÜQUQŞÜNAS

13:37 9.09.2019 440
Siyavuş Novruzovun ittihamları həmin eks-nazirlərə cinayət işi açılması üçün əsas olmalıdır! - HÜQUQŞÜNAS

Son vaxtlar ilginc açıqlamaları ilə diqqət mərkəzində olan Milli Məclisin İctimai birliklər və dini qurumlar Komitəsinin sədri, YAP-ın icra katibinin müavini Siyavuş Novruzov sabiq nazirlərə bağlı şok açıqlamalar verib.

Hakim partiyanın funksioneri bildirib ki, vaxtilə həmin eks-məmurların törətdiyi əməllərə, yol verdikləri qanunsuzluqlara görə hakim komanda hədəf olub:

“Ya çıxın, ortaya mövqeyinizi qoyun, ya da sizinlə bizim davamız daha gərgin olacaq! Hərəsi milyardı yığıb altına, qaçıb gizləniblər”.

S.Novruzov eks-nazirlərlə bağlı dosyenin masa üzərində olduğunu deyərək şok ittiham irəli sürüb:

“Xaricdə oturanları maliyyələşdirmə! Masamın üzərində hamınızın siyahısı var, kimə nə verirsiniz”.

YAP rəsmisi daha sonra bəyan edib: “Mən onların hər birinə mətbuat vasitəsilə xəbərdarlıq edirəm. Ya mövqeyini bildir, ya da ki, başqa məsələlərə əl atılacaq!”.

Milli Məclisin komitə sədri bu açıqlamalarla eks-nazirləri dolayısı ilə korrupsiyada, dövlət əmlakını talamaqda və mənimsəməkdə ittiham edib.

Bəs Siyavuş Novruzovun fikirləri sabiq nazirlərə cinayət işinin açılması üçün əsas sayıla bilərmi?

Modern.az-ın mövzu ilə bağlı suallarını Konstutusiya Araşdırmaları Fondunun rəhbəri Əliməmməd Nuriyev cavablandırıb.

“Siyavuş Novruzov bilmədiyi şeyi danışmaz”

Ə. Nuriyev bildirib ki, ittihamlar olduqca ağırdır:

“Siyavuş Novruzov Milli Məclisin komitə sədri, deputat, Yeni Azərbaycan Partiyasının icra katibinin müavini və ölkədə tanınmış şəxsdir. Onun qaldırdığı məsələ çox ciddidir, ümumiyyətlə korrupsiya cinayətləri ağır cinayətlərdir. Ona görə də rəsmi şəxsin səsləndirdiyi ittihamlarda dövlət əmlakını mənimsəmədən söhbət gedirsə, heç şübhəsiz cinayət işi açılmalıdır və konkret şəxslər istintaqa cəlb edilməlidir. Mənim bildiyim qədər Siyavuş Novruzov konkret adlar çəkməyib. O, şəxslərin ayrı-ayrı vəzifələrdə işləməsi, daha sonra böyük varidat əldə etməsilə bağlı fikirlər səsləndirib. Və onun bu açıqlaması cinayət predmeti, əsas ola bilər. Bunun üçün istintaq-axtarış əməliyyat tədbirləri aparılmalıdır. Siyavuş Novruzovun kimləri nəzərdə tutması daha da konkretləşdirilməlidir”.

“Bəzi nazirlər vəzifəyə gələndən sonra varlanıb”

Hüquqşünas bəzi sabiq nazirlərin YAP rəsmisinin açıqlamasına münasibət bildirməsini, bəzilərinin hələ də susqunluqlarını qorumasına fikir bildirib:

“Bilirsiniz, bu bəyanat çox maraqlı və diqqətəlayiq bəyanatdır. Kütləvi informasiya vasitələrində zaman-zaman vəzifəli şəxslərin böyük varidatlarının olması ilə bağlı fikirlər səslənir. Amma söhbət həmin varidatın qanuni yoxsa qeyri-qanuni yolla əldə edilməsindən gedir. Doğrudur, bəziləri vəzifəyə gəlməz əvvəl də bizneslə məşğul olublar. Amma aralarında vəzifəyə gələndən sonra varlananlar da az deyil. Hətta ölkəyə gələndən sonra böyük imkanlar əldə edənlər də var. Bu isə hüquq-mühafizə orqanlarının baxış predmetidir”.

“Bütün sualların cavabı Siyavuş Novruzovdadır”

Ə.Nuriyevin ona ünvanladığımız “Siyavuş Novruzovun səbrini daşıran son damla nə oldu ki, dilə gəldi” sualına cavabı birmənalı oldu:

“Siyavuş Novruzov rəsmi şəxsdir, bilmədiyi şeyi danışmaz. Görünür, müəyyən faktların toplanması və dəqiqləşdirilməsi gedirmiş. Bu, Siyauş müəllimin fikirləri olduğu üçün konret fikir söyləməkdə çətinlik çəkirəm. Hər hansı şəxs barəsində fikirlər söylənərkən, arqumentlərə söykənilməlidir. Bu dəlillərin əldə edilməsi isə müəyyən vaxt tələb edir. Hər halda dəqiq məlumat millət vəkili, parlamentin komitə sədri Siyavuş Novruzovdadır. Onun yerinə hər hansı fikirlər səsləndirmək doğru olmaz”.
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

20:17

Deputatın tikdiyi binanın əyilməsi ilə bağlı XƏBƏRDARLIQ: - Komissiya yaradılması təklif edildi

19:11

Azərbaycanda bu taksi şirkəti bağlanır

16:49

Şahin Bağırovu Bakı Şəhər Baş Gömrük İdarəsinə buraxmayıblar - TƏFƏRRÜAT

16:07

Bu il Qarabağa nə qədər vəsait xərclənib?

15:26

"Başqa brokerlər də belə bahaçıldır?" - GİLEY

14:23

Məktəb direktoru həmin qadından 300 min alıbmış

13:48

EMIN ƏMRULLAYEVIN 271 №LI MƏKTƏBDƏKI KADRI, HAQQINI TƏLƏB EDƏN MÜƏLLIMƏNI “GÖZÜMÇIXDIYA SALIB”- VİDEO/ FAKTLAR

13:06

Əsgərovların bankında problemli kreditlər 2 dəfədən çox artdı - TƏFƏRRÜAT

12:36

İmişlini BELƏ İDARƏ EDİRLƏR... - İTTİHAM VAR...

12:02

Qurban Qurbanova yaxşılıq, yoxsa pislik? - Əhmədzadənin Zaqatalanı məhv etmək uğurunda 15 illik MÜBARİZəsi - VİDEO

10:57

Ağstafa DAİM-in direktoru İŞDƏN ATILIR... - Əlaqələri də işə yaramayacaq...

10:24

Lerik acınacaqlı durumda, başçı öz kefində... - FAKT BUDUR!

09:46

`Kremlin Hall`da bişən kababın TÜSTÜSÜ... - Nazirliyə MÜRACİƏT OLUNDU

09:24

Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi - TƏFƏRRÜAT

23:01

ANAMA tender keçirmədən sabiq nazirin şirkətinə 20 milyon manatlıq sifariş verdi - TƏFƏRRÜAT

22:35

Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib? - TƏFƏRRÜAT

21:56

İlham Əliyev və Vladimir Putinin BAM veteranları ilə görüşü başlayıb - CANLI YAYIM

17:59

QOŞQAR TƏHMƏZLİNİN “PALMA YAĞI SEVGİSİ” – Və sahibkarları qəfil yoxlamaq dərdi

17:32

Bu universitetdə tələbələrin təhsilhaqqı mənimsənilib - TƏFƏRRÜAT

17:10

Rusiya Prezidenti: Moskva ilə Bakı arasında münasibətlər yüksək səviyyədədir və inkişaf edir

15:36

Ermənistan Qazaxla sərhəddə minatəmizləmə prosesinə başladı

14:00

RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -İdarə Heyətinin sədri hər ay onlarla mənzilə necə sahiblənir?

13:23

Paşinyanın 4 kənd üçün 4 hiyləsi - NƏ BAŞ VERİR?

12:15

Tibb Universiteti Stomatoloji Klinikada müəmmalı təmir işləri aparır – Nə qalib şirkət bəllidi, nə də ayrılan vəsait

11:54

Vətəndaşların evini sökən Rafael Abdullayevin MTK-sı məhkəmənin qərarını icra etmədi - nazirlik hərəkətə keçdi

11:04

Qax rayon İcra Şöbəsində məmurların süründürməçiliyi nə vaxta qədər davam edəcək? – Yeni Ədliyyə nazirinin diqqətinə

10:32

Mikayıl İsmayılovun oğlu Xətai məhkəməsinə müraciət etdi – 100 min TƏZMİNAT

09:45

Buralarda kimi sözü keçərlidir... bilinmir, amma... - İTTİHAM VAR...

09:16

Deputatı sorğu-sual edən olacaqmı? - Sakinlər risq altında yaşayır...

19:44

İsrail “Hizbullah” döyüşçülərinin yerləşdiyi binaya zərbə endirib, ölənlər var

19:06

Ceyranbatan su kanalında 1 nəfər batıb

18:03

KASIBLARLA DOST OLMAYAN NAZİRİN “DOST” TELEVİZİYASI… - Yeni televiziya sosial məsələlərə, yoxsa Babayevin piarına xidmət edəcək?

17:10

"Razborka" aparan, sərnişini hədələyən, qazın "belinə oturan" sürücülər... - 91 nömrəli avtobus xəttində nə baş verir?

16:13

"Qazaxlı Alik"in oğlunun məhkəməsi başlayır - TƏFƏRRÜAT