Peşəkar avantüraçılar Rusiyadakı Azərbaycan diasporunu dağıtmaq istəyir - İTTİHAM

12:44 9.09.2019 466
Peşəkar avantüraçılar Rusiyadakı Azərbaycan diasporunu dağıtmaq istəyir - İTTİHAM

2017-ci ilin mayında ləğv edilən Ümumrussiya Azərbaycanlıları Konqresindən tanıdığımız “akademik” Fazil Qurbanovun rəhbərlik etdiyi qoca autsayderlər komandası, bir dəfə üzü üstə qoyduqları prosesi, bu dəfə də “şumlamaq” qərarına gəliblər. Pis niyyətli bu komanda o şəxslərdən təşkil olunub ki, azərbaycanlıların ən böyük diaspor qurumunu indiki kritik, millətdən qopuq vəziyyətə öz intriqaları, yarıtmaz fəaliyyətləri ilə onların özləri salıblar. Fazil Qurbanovun komandası köhnə pensioner-funksioner alyansıdır və mediada onun “Azərbaycan diasporunun nümayəndələri ilə görüşdü” xəbərini eşitsəniz, bilin ki, həmin yazı sifarişlidir.

Əldə etdiyimiz xəbərlərə görə, Qurbanov öz müttəfiqlər bloku və həmfikirləri ilə ardıcıl görüşlər keçirir. Həmfikirlər siyahısında 1986-87-ci illərdə Azərbaycan SSR-in avtomobil nəqliyyatı naziri Yuri Şedrin, diolomat Ramiz Abutalıbov, professor Kamran Rüstəmov, rəssam Əsgər Məmmədov, şərqşünas Fuad İsgəndərov, şair Maya Bədəlbəyli, Baybakov Fondunun vitse-prezidenti Aleksandr Romaşin və başqaları var.
“Sovet əntiqi” olan bu insanlar artıq ömürlərinin səkkizinci onilliyini yaşayır, bəzilər isə, çox çətinliklə yeriyirlər. Ancaq hansısa səbəbdən, “akademik” Qurbanov Rusiyada Azərbaycan diasporunun dirçəldilməsi yükünü məhz onların zəif çiyinləri üzərinə qoyub. Kənardan bu iddialı plana baxanda, adama elə gəlir ki, “həkim” Fazil Qurbanov “gənclik eliksiri” yaradıb.
Rusiyadakı Azərbaycan diasporunun təmsilçiləri hesab edirlər ki, hərəkatın effektiv inkişafı üçün, diaspor qurumlarının Bakıdan idarə olunmasının qarşısını almaq, onları müstəqil və baxımsız saxlamaq vacibdir. Hələlik, Fazil Qurbanovun sayəsində bütün proses tərs tərəfə gedir.
Bəlli olduğu kimi, Ümumrusiya Azərbaycanlıları Konqresi Fazil Qurbanovun rəhbərliyi altında çox yaşamayıb. Federasiyanın Ədliyyə Nazirliyi və Ali Məhkəməsi, Rusiya qanunvericiliyini ardıcıl pozduğu üçün, qurumun ləğv edilməsi haqqında qərarlar çıxarıb. Yəni, Ümumrusiya Azərbaycanlıları Konqresinin başlanğıcdakı uğurlarına nə Fazil Qurbanovun, nə onun Rusiya Azərbaycanlıları Liqasının, nə də Rusiyadakı Azərbaycan Qurumlarının Konfederasiyasını yaratmağa cəhd edən komandasının heç bir aidiyyatı yoxdur. Əksinə, bu gün üzvlərinin bir çoxu cənab Qurbanovun ətrafında birləşən ÜAK İcra Aparatı qurumun keçmiş prezidenti Məmməd Əliyevin uzaqlaşmasından sonra, təşəbbüsü ələ alaraq, İdarə Heyətinin qərarlarına, vitse-prezidentlərin göstərişlərinə məhəl qoymayaraq, qurumun seçkili orqanlarının nəzarətindən kənar özfəaliyyətlə məşğul olublar. Sonucda isə, həmvətənlərinin dediyi kimi, ÜAK şübhəli bir quruma çevrilib. Həmin şəxslər özfəaliyyətlərini davam etdirmək üçün, qurumun qanunvericilik çərçivəsində, şəffaf, öz missiyasına uyğun fəaliyyətini tələb edənlərin hamısını təşkilatdan uzaqlaşdırıblar. ÜAK-ın rəhbərliyini ələ keçirənlərin bilərəkdən atdığı addımlar, Rusiya dövlət orqanlarına qurumun ləğv edilməsi ilə bağlı əsas verib.

Bu gün Fazil Qurbanov Rusiya Azərbaycanlıları Liqası adlı yeni qurum yaratmaq istəyir. Etnik azərbaycanlıların bir çoxu ehtiyat edir ki, qurum onların Rusiyadakı biznesinə nəzarət imkanı əldə etmək üçün yaradılır. Fikirlərini РИА LIVE24-lə bölüşənlər bildiriblər ki, Fazil Qurbanov yaradacağı təşkilatın qısa zamanda qeydiyyata alınacağı ilə bağlı əminliklə danışır, hətta Rusiya Federasiyası Ədliyyə Nazirliyindən dəstək aldığını da bildirir. Ancaq bizdə olan bilgilərə görə, məsələ, heç də Fazil Qurbanovun təqdim etdiyi kimi deyil. Artıq, iki ilə yaxındır ki, Fazil Qurbanov RAL-ı Rusiyadan qeydiyyatdan keçirmək istəyir, ancaq bunu da bacarmır.
RF Ədliyyə Nazirliyində onun “öz balasını” israrla qanuniləşdirmək üçün “anlaşmağa” adam axtarması təşəbbüsləri artıq zarafata çevrilib. Deyilənlərə görə, o, dəfələrlə qeydiyyata yardım etmələri üçün Ədliyyə Nazirliyində çox məmurun qapısını döyüb. Ancaq nəticə əldə edə bilməyib.
Bu danılmazdır ki, Fazil Qurbanovun öz həmvətənləri arasında da nüfuzu yoxdur. Azərbaycanlıların çoxu prezident İlham Əliyevin kürəkəninin əmisi olan Fazil Qurbanovu Azərbaycan hakimiyyətinin yandaşı sayır. Ölkəni iqtisadi səbəblərdən tərk edənlərin çoxunun ona münasibəti birmənalıdır. Rusiyada yaşayan azəraycanlılar ehtiyat edir ki, Qurbanov günlərin bir günü Rusiyadakı Azərbaycan diasporunu tamamilə nəzarətinə keçirə bilər. Diaspor üzvlərinin fikrincə, Fazil Qurbanovun bu təşəbbüsü tamamilə ələ alması Rusiyada yaşayıb, çalışan 2 milyondan çox azərbaycanlı üçün əsl fəlakətə çevrilə bilər. Bu səbəbdən, çoxları onu milli icmanın idarə edilməsi üçün ən uyğunsuz namizəd hesab edir.
Qurbanova etimadsızlığın əsasında həm də onun elmi adları ilə bağlı çoxsaylı şübhələr dayanır. Rusiya Elmlər Akademiyasının həqiqi üzvləri, akademikləri siyahısında onun adı yoxdur və heç zaman olmayıb.
O, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvüdür və böyük ehtimalla buna alim kimi deyil, hakim ailənin üzvü kimi nail olub. Adının siyahıda peyda olması əliyevlərlə qohumluqdan sonra baş verdiyi üçün, belə düşünməyə əsas verir.
Yuxarıda sadalananları bir daha xatırladaraq vurğulamaq istəyirik ki, Fazil Qurbanovun Udmurtiyadan olan odioz Yaşa Paşayevi öz səlahiyyətli nümayəndəsi təyin etməsi də çox müəmmalı, ancaq gözləniləndir. Paşayevin təkcə müavin təyin edilməsi yox, ümumiyyətlə, işlərin bu cür gedişi anlaşılmazlıq yaradır. Ağlına gələni danışmaqda, o, yalnız Kiyev meri Vitali Kliçko ilə yarışa bilər.
Rusiya Federasiyası Vergi Xidmətinin reyestr bilgilərindən aydın olur ki, Paşayev xeyli dərəcədə universal və çoxtərəfli “iş adamı”dır. Rəsmi xəbərlərə inansaq, onun əsas fəaliyyət sahəsi yeyinti, içki və tütün məhsulları ticarətidir. Onun önəmi və miqyası daha kiçik olan ikinci dərəcəli fəaliyyəti kimi körpü, tunel, yol, metro, restoran tikintisi, iri istehsalat göstərilir. Yaşa Paşayevin “fəaliyyət sahəsi”nə WhatsApp qruplarında azərbaycanlıları Rusiya Azərbaycanlıları Liqasına cəlb etmək də var. Bu görəvi ona Fazil Qurbanov şəxsən tapşırıb.
Onu da vurğulayaq ki, Fazil Qurbanovun ictimai fəallığı qardaşı oğlu Səməd Qurbanovla ailə münaqişəsi fonunda baş verir. Bu münaqişənin əsasında Fazil Qurbanovun qardaşı oğlu Səmədə atası Aydın Qurbanovdan qalan təxminən 1 milyard rublluq vərəsəyə iddialı olması dayanır.
Bu mövzuda araşdırmalarımız davam edir. Bizi izləyin.
Anastasiya MENŞOVA. //araz.az//
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

09:55

Tanınmış iş adamı Milli Məclis TƏDARÜKÜNDƏ... - İDDİA

09:11

Otel də yoxdur, turist də: Azərbaycanlıların “ərəbsayağı” istirahəti - ARAŞDIRMA

22:52

İrəvandakı yürüşdə Azərbaycan və Türkiyə bayraqları yandırıldı - Fotolar

22:35

“Azərreyl” çempion oldu

20:17

Deputatın tikdiyi binanın əyilməsi ilə bağlı XƏBƏRDARLIQ: - Komissiya yaradılması təklif edildi

19:11

Azərbaycanda bu taksi şirkəti bağlanır

16:49

Şahin Bağırovu Bakı Şəhər Baş Gömrük İdarəsinə buraxmayıblar - TƏFƏRRÜAT

16:07

Bu il Qarabağa nə qədər vəsait xərclənib?

15:26

"Başqa brokerlər də belə bahaçıldır?" - GİLEY

14:23

Məktəb direktoru həmin qadından 300 min alıbmış

13:48

EMIN ƏMRULLAYEVIN 271 №LI MƏKTƏBDƏKI KADRI, HAQQINI TƏLƏB EDƏN MÜƏLLIMƏNI “GÖZÜMÇIXDIYA SALIB”- VİDEO/ FAKTLAR

13:06

Əsgərovların bankında problemli kreditlər 2 dəfədən çox artdı - TƏFƏRRÜAT

12:36

İmişlini BELƏ İDARƏ EDİRLƏR... - İTTİHAM VAR...

12:02

Qurban Qurbanova yaxşılıq, yoxsa pislik? - Əhmədzadənin Zaqatalanı məhv etmək uğurunda 15 illik MÜBARİZəsi - VİDEO

10:57

Ağstafa DAİM-in direktoru İŞDƏN ATILIR... - Əlaqələri də işə yaramayacaq...

10:24

Lerik acınacaqlı durumda, başçı öz kefində... - FAKT BUDUR!

09:46

`Kremlin Hall`da bişən kababın TÜSTÜSÜ... - Nazirliyə MÜRACİƏT OLUNDU

09:24

Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi - TƏFƏRRÜAT

23:01

ANAMA tender keçirmədən sabiq nazirin şirkətinə 20 milyon manatlıq sifariş verdi - TƏFƏRRÜAT

22:35

Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib? - TƏFƏRRÜAT

21:56

İlham Əliyev və Vladimir Putinin BAM veteranları ilə görüşü başlayıb - CANLI YAYIM

17:59

QOŞQAR TƏHMƏZLİNİN “PALMA YAĞI SEVGİSİ” – Və sahibkarları qəfil yoxlamaq dərdi

17:32

Bu universitetdə tələbələrin təhsilhaqqı mənimsənilib - TƏFƏRRÜAT

17:10

Rusiya Prezidenti: Moskva ilə Bakı arasında münasibətlər yüksək səviyyədədir və inkişaf edir

15:36

Ermənistan Qazaxla sərhəddə minatəmizləmə prosesinə başladı

14:00

RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -İdarə Heyətinin sədri hər ay onlarla mənzilə necə sahiblənir?

13:23

Paşinyanın 4 kənd üçün 4 hiyləsi - NƏ BAŞ VERİR?

12:15

Tibb Universiteti Stomatoloji Klinikada müəmmalı təmir işləri aparır – Nə qalib şirkət bəllidi, nə də ayrılan vəsait

11:54

Vətəndaşların evini sökən Rafael Abdullayevin MTK-sı məhkəmənin qərarını icra etmədi - nazirlik hərəkətə keçdi

11:04

Qax rayon İcra Şöbəsində məmurların süründürməçiliyi nə vaxta qədər davam edəcək? – Yeni Ədliyyə nazirinin diqqətinə

10:32

Mikayıl İsmayılovun oğlu Xətai məhkəməsinə müraciət etdi – 100 min TƏZMİNAT

09:45

Buralarda kimi sözü keçərlidir... bilinmir, amma... - İTTİHAM VAR...

09:16

Deputatı sorğu-sual edən olacaqmı? - Sakinlər risq altında yaşayır...

19:44

İsrail “Hizbullah” döyüşçülərinin yerləşdiyi binaya zərbə endirib, ölənlər var