Elman Rüstəmov bankını satır, yoxsa?.. - GƏLİŞMƏ

13:40 7.09.2019 485
Elman Rüstəmov bankını satır, yoxsa?.. - GƏLİŞMƏ
11 Oktyabr 2019-cu il tarixində “Bank Respublika” ASC səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.

“Marja” xəbər verir ki, yığıncağın gündəliyinə daxil olan əsas məsələ, Bankın mövcud səhmdar(lar)ı tərəfindən Bankda mühüm iştirak payının əldə edilməsinə səhmdarların ümumi yığıncağı tərəfindən razılıq verilməsidir.

Mühüm iştirak payı – səhmdar kapitalının və ya səsvermə hüququnun 10 və ya daha çox faizini təşkil edən, yaxud müqavilə əsasında iştirakçısı olduğu hüquqi şəxsin qərarlarının qəbul edilməsinə mühüm təsir göstərməyə imkan verən paya birbaşa və ya dolayı yolla sahiblikdir.

“Bank Respublika” ASC-nin səhmdarları (2018-ci ilin sonuna olan məlumat)

“AzPolitika.info” onu da qeyd edir ki, adıçəkilən bankın əsl sahibinin Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov olduğu bildirilir. Elə bu səbəbdən də devalvasiyalardan sonra Azərbaycanın bir çox banklar kimi “Bank Respublika” ASC-nin də zərərinin artmasına və bu səbəbdən məcmu kapitalı aşağı düşməsinə bazxmayaraq, fəaliyyətində elə də problem yaşamayıb. E. Rüstəmov sahibi olduğu bankı bir çox tanınmış özəl banklar kimi iflas və müflis olmaq təhlükəsindən xilas etməyə nail olub.

Ancaq görünür ölkədə yaranmış maliyyə problemləri “Bank Respublika” ASC-dən də yan keçməyib. Mümkündür ki, bankın xaricdən kapital əldə etmək, dövriyyəni sabit saxlamaq imkanları aşağı düşüb. Bundan çıxış yolu kimi də növbədənkənar iclasda bankın səhmlərinin əhəmiyyətli bir hissəsinin satıla bilər.

Hətta verilən məlumatdan belə görünür ki, mühüm iştirak payı satşıa çıxarıla və beləliklə Quliyevlərin adına olan səhmlərin əhəmiyyətli hissəsi bir başqasına keçə bilər. Bu kənar biri olarsa E. Rüstəmovun bankda söz sahibliyini itirməsinə gətirib çıxara bilər…
Ancaq o da mümkündür ki, E. Rüstəmov bankın səhnlərinin mühüm bir hissəsini uzun illərdir onun biznesinin idarəçiliyini həyata keçirən Quliyevlərdən alaraq, bir başqasına versin.

Qeyd edək ki, Bankda ən böyük paya malik olan Quliyevlər ailəsi Elman Rüstəmovun yerliləri (bəzi məlumatlara görə qohumudurlar-red.) olmaqla yanaşı, biznesini etibar etdiyi adamlar kimi tanınıb.

Məlumatlı mənbələrin bildirdiyinə görə, “Bank Respublika” ASC-nin əsas səhmdarlarından olan Natiq Quliyev qardaşları Elçin və Namiq Quliyevlə birlikdə Elman Rüstəmovun Azərbaycanda müxtəlif sahələrə aid biznesini idarə edirlər . Bura Rüstəmova aid bəzi maşın salonları, restoranlar, şadlıq evləri, quşçuluq təsərrüfatı və sair aiddir.

Məsələn, Rüstəmova məxsus olduğu deyilən “Səba Broyler” şirkətinin rəhbəri Namiq Quliyev “Bank Respublika”nın prezidenti Natiq Quliyevin qardaşıdır.

Bundan əlavə , “Planet” şadlıq sarayının, “Subaru”, “Bakı İnvest Holdinq”in, “Bakı Sığorta”, “Honda”, “Mitsubishi”, “Bakı taksi”nin Rüstəmovun biznes şəbəkəsinə daxil olması, Quliyev qardaşları tərəfindən idarə olunmasına dair məlumatlar yayılıb.

Ancaq son illər Quliyevlər qardaşlarının Elman Rüstəmovun inamını sarsıdacaq əməllərə yol verməsi ilə bağlı müxtəlif məlumatılar yayılıb. 2 il əvvəl qardaşlardan birinin – Elçin Quliyevin “Bank Respublika” ASC-nin birbaşa rəhbərliyindən kənarlaşdırılması da bununla bağlanmışdı.

Mümkündür ki, Elman Rüstəmov digər qardaşın – Natiq Quliyevin də səhmlərini əlindən alaraq bir başqasına vermək, onun “Bank Respublika” ASC-də söz sahibi olmasına son vermək qərarı verib…

Hər halda “Bank Respublika” ASC-də nə baş verdiyi, bankın “əl” dəyişdirib, dəyişdirməyəcəyi gələn ay məlum olacaq.

Yazıdakı iddialarla bağlı adları çəkilən şəxslərin də mövqeyini işıqlandırmağa hazırıq./AzPolitika.info/
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

20:57

MİLÇƏK VƏ AĞCAQANAD SÜRÜLƏRİNİN SARAY QƏSƏBƏSİNDƏKİ “ALİMLƏR BİNASI”NA HÜCUMU

19:08

Melorasiya və Su Təsərrüfatı ASC-də "şəbəkə biznesi..."-Kamalın Zamanı

18:41

Kəmaləddin Heydərova məxsus olduğu deyilən 357 milyonluq şirkət məhkəmə qarşısında

16:32

Qərb Cənubi Qafqaz planlarında tələsir - ŞƏRH

16:10

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – TƏFƏRRÜAT

15:40

Gömrükdə camaatı rəsmən ƏLƏ SALIRLAR... - FOTOFAKT

15:12

Şəhid anasını qəbul etməyən icra başçısı onun Prezidentə etdiyi müraciəti əsassız çıxarmağa cəhd etdi VİDEO

14:21

285 saylı məktəbdə qalmaqal: Yeni direktor köçkün müəllimi işdən çıxardı - TƏFƏRRÜAT

13:46

"Bəs bu təmizliyə nəzarət edən kimsə yoxdurmu?" - ETİRAZ

12:43

Şahmar İbadovun dövlətə meydan oxuması... - Qalmaqallı məmur yeni vəzifə eşqinə düşüb

12:08

İcra başçısı şəhidin adına olan obyekti sökdürdü - Şəhid qızı Prezidentə müraciət etdi - VİDEO

11:24

"Bravo"da vaxtı keçmiş məhsul satılır - GİLEY

10:50

ABŞ-dən sülhməramlıların Qarabağı tərk etməsinə - Reaksiya

10:09

«AZVİRT» VƏ «SAN İNŞAAT» TIKINTI ŞIRKƏTI QƏZADA AĞIR XƏSARƏT ALAN IŞÇILƏRINƏ SAHIB DURMUR. ZƏNGILANDAKI TIKINTI IŞLƏRINDƏ ÇALIŞANLARA QARŞI GÖSTƏRILƏN ÖGEY MÜNASIBƏTƏ NƏ AD VERMƏK OLAR?- VİDEO/FAKTLAR

09:31

Başlıbel faciəsindən 31 il ötür

00:24

İsrail İrana cavab zərbəsi endirməyi planlaşdırıbmış

23:36

CHP liderindən AŞPA-da Azərbaycana DƏSTƏK

19:13

İcra Hakimiyyəti ilə tenderlərinin qalibi olan şirkət arasında qalmaqal yaranıb - TƏFƏRRÜAT

18:49

"Həkim mənə dedi ki, narazılığın var, get sən də özünü yandır..." - NARAZILIQ VAR...

18:37

Prezidentdən Şuşa ilə bağlı - Sərəncam

18:26

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – QALMAQALLI MƏHKƏMƏ İŞİ

16:48

Anasını öldürüb 11 yaşlı qardaşını yaralayan yeniyetməyə hökm oxundu

16:19

“Unibank” kredit borcunu ödəyə bilməyən Vətən müharibəsi qazisini məhkəməyə verdi

15:39

Zeytun yağını xaricə 9,5 manata, özümüzə 16 manata satırıq - Görənlər desin, ticarətlə məşğuluq...

15:02

"Nə az nə çox hardasa 400 manat borcumuz var..." - ETİRAZ

14:22

BDU-da İlahiyyat fakültəsinin adı YENİ QALMAQALDA - İTTİHAM VAR...

13:49

Naxçıvanda korrupsiyanın “mirfırıldaq” növü rəvacdadır... - “Pullarımızı nazir əvəzi mənimsəyir”

13:17

“Sabahın alimləri” XIII Respublika Müsabiqəsinin açılışı oldu

12:21

Mənşur Gülməmmədli elə-belə getmir... FƏALİYYƏTİ ARAŞDIRILIR - İDDİA

12:00

İcra başçısının 110 min manatlıq yolu...

11:13

Rəsmi Bakıdan Fransa səfirinin geri çağırılmasına - Münasibət

10:35

Qazaxa hökm edən oliqarx: Məmməd Alıyev

09:55

Cəlilabadda döyülən işçiyə görə KİM MƏSULDUR? - İDDİA

09:28

"6 aydır ki, gün itiririk..." - ETİRAZ VAR...