İsveçrə prokurorunun Telman İsmayılovun işi üzrə yazışmaları açıqlandı - HƏBS ÜÇÜN ƏSAS VARMI...

13:00 7.09.2019 496
İsveçrə prokurorunun Telman İsmayılovun işi üzrə yazışmaları açıqlandı - HƏBS ÜÇÜN ƏSAS VARMI...

Rusiya tərəfinin sorğusu əsasında məşhur azərbaycanlı biznesmen Telman İsmayılovun işini araşdıran İsveçrə prokuroru onun həmin ölkədəki bank hesablarına həbs qoyulması üçün əsas olmadığı qənaətinə gəlib. Və Rusiya tərəfinin müraciətini təmin etməyib. Bu barədə Sürix prokurorluğunun çirkli pulların yuyulmasına qarşı mübarizə şöbəsinin prokuroru S.Vinklerin Rusiya tərəfi ilə rəsmi yazışmalarına dair haqqin.az saytına daxil olmuş sənədlərə əsasən məlum olur.

Virtualaz.org xəbər verir ki, bu günlərdə Rusiya KİV-lərində T.İsmayılovun milyardlarla dollarlıq kredit borclarına görə onun İsveçrədəki bank hesablarına həbs qoyulduğu haqda ziddiyyətli informasiya yayılmışdı. Habelə bildirilirdi ki, İsveçrə prokurorluğu “BM-Bank”-ın (“Keçmiş “Bank Moskva”, səhmləri VTB Bank-a məxsusdur) müraciəti əsasında İsmayılovun maliyyə fəaliyyətini araşdırır. Həmin bank bildirir ki, T.İsmayılov 2012-2014-cü illərdə ona məxsus “Rusline 2000” MMC və “Tropicano Finance B.V” şirkətlərinin adına 230 milyon dollar kredit götürüb, geri ödəməyib.

T.İsmayılov Rusiya və Azərbaycan KİV-lərinə açıqlamalarında bu iddiaları təkzib edərək əslində VTB bank-ı reyder metodu ilə onun dəyəri həmin məbləğdən xeyli yuxarı olan aktivlərini əl keçirməkdə günahlandırmışdı.

İndi prokuror Vinklerin Rusiya bankının maraqlarını müdafiə edən vəkil Endryu Qarbarskiyə göndərdiyi rəsmi məktublardan məlum olur ki, İsveçrə prokurorluğu T.İsmayılovun bank hesablarına həbs qoyulması üçün hüquqi əsasın olmadığı qənaətinə gəlib. Və sübutların olmamasını əsas gətirərək çirkli pulların yuyulması iddiası üzrə T.İsmayılovun barəsində cinayət işinin qaldırılmasını rədd edib.

İsveçrə prokurorunun Telman İsmayılovun işi üzrə yazışmaları açıqlandı - HƏBS ÜÇÜN ƏSAS VARMI...
Belə məlum olur ki, prokuror 2018-ci il fevralın 19-da Rusiya bankının nümayəndəsi ilə telefon danışığı aparanda onu İsmayılovun işi üzrə ciddi sübutların olduğuna əmin ediblər. Amma daha sonra prokuror Rusiya tərəfinin təqdim etdiyi dəlillərin yetərsiz olduğuna əmin olub. Vinkler qeyd edir ki, Rusiyada bankdan götürülmüş kreeditlər üzrə T.İsmayılovun barəsində mülki iddia qaldırılıb və hökm çıxarılıb. Amma kredit borcuna görə mülki iddia üzrə çıxarılmı. hökm çirkli pulların yuyulmasına dair ittiham üzrə cinayət iinin qaldırılmasına əsas vermir.

Prokurora bank tərəfindən habelə Rusiyada T.İsmayılovun barəsində çoxsaylı sifarişli qətllər və silah alveri ittihamları üzrə qaldırılan, qurama dəlillərə söykənən cinayət işləri barədə də informasiyalar təqdim olunub. Və Vinkler bu cinayət işləri barədə Rusiya tərəfindən əlavə dəlil-sübutlar istəsə də tutarlı cavablar ala bilməyib. “Telman İsmayılova qarşı irəli sürülmüş bu ttihamların hüquqi əsasları hansılardır? Bu ittihamlar üzrə hökm çıxarılıbmı və onun məzmunu nədir? Yeni ittihamların çirkli pulların yuylması ittihamları ilə hansı əlaqəsi var? Əsaslı şübhələr varmı ki, silah alveri yolu ilə əldə edilmiş pullar İsveçrədə yerləşdirilib?”,-prokuror Rusiya tərəfinə belə suallar ünvanlayır.

İsveçrə prokurorunun Telman İsmayılovun işi üzrə yazışmaları açıqlandı - HƏBS ÜÇÜN ƏSAS VARMI...
Nəhayət bütün yazışmaların, sorğu-sualın yekununda prokuror İsmayılovun hesablarının dondurulması və onun barəsində cinayət işinin qaldırılması üçün əsas olmadığı qənaətinə gəlib.

İsveçrə prokurorunun Telman İsmayılovun işi üzrə yazışmaları açıqlandı - HƏBS ÜÇÜN ƏSAS VARMI...
“Hazırda bütün xüsusatları nəzərə almaqla prokurorluğun Telman İsmayılova qarşı çirkli pulların yuyulması ittihamı üzrə cinayət işi qaldırmağa əsası yoxdur. Həmin fonda eləcə də hazırda sizin sorğu etdiyiniz tədbirlərin seçilməsi-aktivlərin bloklanması və onların müsadirə edilməsi üçün də əsas yoxdur”,-prokuror bildirir.
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO

15:27

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib - MƏHKƏMƏ İŞİ

14:40

Beş ayda 67 milyon manat dövlət sifarişi verilmiş müəmmalı MMC-nin arxasında kimlər durur?

14:08

Siqaretin qiyməti bahalaşacaq? - AKTUAL

13:35

`Sahil - S İnşaat` şirkətinin tikdiyi binanın sakinləri YENİ QALMAQALDA - NARAZILIQ VAR...

12:43

Göygöl Suvarma Sistemləri İdarəsinin 1 milyon manatlıq tenderinin adı var, özü yox… - İLGİNC FAKTLAR

12:16

Dövlətin etibarını “əyənlər” - “Qobu Park”a görə kimlər qandallanacaq?

11:39

Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):Universitetin büdcəsi müxtəlif adlar altında talan edilir

10:54

Təhsildəki kütləvi repititorluq... - Məktəblər NƏ İŞƏ YARAYIR?

10:16

Bakıda Sahil Babayevdirsə, Naxçıvanda da Ceyhun Cəlilovdur... - EYNİ SİTƏM...

09:55

Tanınmış iş adamı Milli Məclis TƏDARÜKÜNDƏ... - İDDİA

09:11

Otel də yoxdur, turist də: Azərbaycanlıların “ərəbsayağı” istirahəti - ARAŞDIRMA

22:52

İrəvandakı yürüşdə Azərbaycan və Türkiyə bayraqları yandırıldı - Fotolar

22:35

“Azərreyl” çempion oldu

20:17

Deputatın tikdiyi binanın əyilməsi ilə bağlı XƏBƏRDARLIQ: - Komissiya yaradılması təklif edildi

19:11

Azərbaycanda bu taksi şirkəti bağlanır

16:49

Şahin Bağırovu Bakı Şəhər Baş Gömrük İdarəsinə buraxmayıblar - TƏFƏRRÜAT

16:07

Bu il Qarabağa nə qədər vəsait xərclənib?

15:26

"Başqa brokerlər də belə bahaçıldır?" - GİLEY

14:23

Məktəb direktoru həmin qadından 300 min alıbmış

13:48

EMIN ƏMRULLAYEVIN 271 №LI MƏKTƏBDƏKI KADRI, HAQQINI TƏLƏB EDƏN MÜƏLLIMƏNI “GÖZÜMÇIXDIYA SALIB”- VİDEO/ FAKTLAR

13:06

Əsgərovların bankında problemli kreditlər 2 dəfədən çox artdı - TƏFƏRRÜAT

12:36

İmişlini BELƏ İDARƏ EDİRLƏR... - İTTİHAM VAR...

12:02

Qurban Qurbanova yaxşılıq, yoxsa pislik? - Əhmədzadənin Zaqatalanı məhv etmək uğurunda 15 illik MÜBARİZəsi - VİDEO

10:57

Ağstafa DAİM-in direktoru İŞDƏN ATILIR... - Əlaqələri də işə yaramayacaq...

10:24

Lerik acınacaqlı durumda, başçı öz kefində... - FAKT BUDUR!

09:46

`Kremlin Hall`da bişən kababın TÜSTÜSÜ... - Nazirliyə MÜRACİƏT OLUNDU