Impera
XƏBƏR LENTİ
12:03Ağdamda 1700 manata satılan MÖHLƏT HÜQUQU... - ŞOK SƏS YAZISI11:46Rafael Cəbrayılovun milyonluq villası üzə çıxdı - FOTO11:29“İnterpol”un axtardığı “Akula Akif” Bakıda 7 milyon dollar qazandı - İLGİNC11:13BP-nin regional prezidenti: “Əsrin müqaviləsi”nin Azərbaycanı müasir enerji mərkəzinə çevirməsi göz qabağındadır10:57Azərbaycanın strateji obyektləri necə qorunur - Səudiyyə insidentindən çıxarılan nəticə17:52ABŞ Konqrsinin üç üzvü Qarabağa soxulmağa hazırlaşır - İŞĞALÇILARA 4 MİLYON DOLLARLIQ XÜSUSİ AVADANLIQ?17:40Prezident İlham Əliyev Azərbaycanın neft sənayesi işçilərini təbrik edib17:29Nazirliyin Baş Müfəttişi işdən qovuldu - Rüşvət aldığına görə...17:17Sumqayıtda 22 saylı orta məktəbdə nə baş verir?-ŞOK VİDEO16:55Çempionlar Liqasında həftənin oyunçusu BƏLLİ OLDU16:42İnam Kərimovun yeni aqro-innovativ kəşfi – Kombaynlar hava ilə işləyəcəkmiş16:22"XİN rəhbərlərinin görüşü yalnız bu halda baş tuta bilər" - Masa arxasında TƏLƏB OLUNMALIDIR Kİ...15:48“Nant” firmasından Daxili İşlər Nazirliyinə şikayət olundu - QALMAQAL15:27Səhər saatlarında duman olacaq - Gün ərzində güclü şimal-qərb küləyi əsəcək15:11Deputat Rafael Cəbrayılov borc QALMAQALINDAN danışdı: - “O adamla dostam”14:48Mahir Quliyev başçı olanda problem boğaza çıxar... - GİLEY14:35Bakının bir sıra şöbə və bölmələrinin rəis müavinləri vəzifələrinə təyinatlar olub13:58Azərbaycanda çörəyin qiyməti bahalana bilər: - 23 faiz artım var13:17"Qarabağ"ın qapıçısı çox ucaboydur, qol olacağını bilmirdim"12:59ABŞ və Rusiya Ermənistana “dirsək” göstərdi - Paşinyana sərt şillələr12:26“Rüşvətxor məmurlar düz 4 ildir ki, məni yollarda qoyublar” - GİLEY11:16Badamdarda Fərhad Nağıyev kabusu - çox sayda məhkəmə iddiaları, ləğv olunan çıxarışlar...11:01Lənkəranda 100 minlik tenderin qalıbləri kimlərdir? - ARAŞDIRMA10:43Bakıda “Qədim Avropaya səyahət” adlı konsert proqramı təqdim olunub10:28Azərbaycan və Çin ölkədə müştərək Aqrar-sənaye parkı yaradır10:16Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 21 dəfə pozub18:02Camaat Vüsal Kərimliyə belə ÜSYAN EDİR... - "Büdcəni doldur eee, amma xalqın pulu ilə yox..."17:45Paşinyan Azərbaycanın əsirləri “ikinin ikiyə” prinsipi ilə dəyişdirmək təklifinə baxır - “XƏBƏRDARIQ, MÜZAKİRƏ EDİRİK...”17:27Bakı Nəqliyyat Agentliyindən sürücülərə qarşı ayrı-seçkilik — Beynəlxalq yol nişanı təhrif edildi (FOTO)17:06Bakının “addım-addım” taktikası genişmiqyaslı əməliyyatlara da gətirə bilər - TƏHLİL16:55ABŞ və Çin ticarət danışıqlarını BƏRPA ETDİ16:44"Sevilya" daha güclüdür, amma bu, heç nə demək deyil" - Monçi16:33Azərbaycanda yeni işgüzar turizm məhsulları yaradılacaq16:09"Nə altımda milyardlar var, nə üstümdə..." - Misir Mərdanov15:30“Maşın” şouda onlar yarışacaq – Siyahı15:02"“Əsrin müqaviləsi” Azərbaycanın beynəlxalq aləmdə geosiyasi və geoiqtisadi dəyərini artırdı" - Əli Həsənov14:17Sakinlər "AAAF Park"dan aldıqları mənzilə köçə bilmirlər - KÜTLƏVİ NARAZILIQ (SƏNƏDLƏR)14:00Nazirlik qaziyə problemli maşın verdi - O İSƏ İMTİNA ETDİ (SƏS YAZISI)13:45SOCAR əməkdaşı İrəvan məhkəməsi önünə üçrəngli bayrağımızın emblemi ilə çıxıb - İLGİNC FAKT13:34Bacanaqların talan etdiyi rayon... - İTTİHAM12:48Asataranın icra başçısı belə şəraitdə yaşayarmı? - GİLEY11:51DÇ-də Hacı Əliyevlə hakimlər arasında qalmaqal: uduzduruldu və kənarlaşdırıldı11:35Dərs saatları namaz vaxtına görə müəyyən ediləcək – Şok qərar11:12Azərbaycanda "BMW X5" aşdı - Xanım müğənni öldü10:49Azərbaycanda əhali arasında ən çox rast gəlinən xəstəliklər BUNLARDIR10:34Prezident İlham Əliyev SƏRƏNCAM İMZALADI17:52Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası məlumat yayıb17:47Bakı Avropa Liseyində "Asiya ənənələri"... - İDDİA17:35Dərman bazarında rüsvayçı “Vitamin D müəmması” — 5 manatlıq həblər niyə 25 manata satılır?17:22"Cəmi bir qızıl medalım qaldı" - Mariya Stadnik17:09«9 min manat zərər var, 2500 manat ödəyirlər» - QALMAQAL16:52"Evimə sayğac qoyulması üçün pul tələb edilir..." - GİLEY16:31Əli Kərimli Müsavatı ələ keçirir? - TƏHLİL16:14Azərbaycanlı həkim Türkiyədə TUTULDU - Rüşvətə görə16:02"İindi də Vüsal "müəllim"in qoçuları..." - GİLEY15:37Binəqədidə uşaq bağçasının müdiri öz qanunlar ilə işləyir... - GİLEY15:21“Sipark İnşaat” ATV-yə 14 min atdı – Reklam qalmaqalı15:06Şimşək çaxacaq, yağış yağacaq14:51Ermənistanda həbsxana rəisi rüşvətə görə HƏBS OLUNUB14:36“Mən indi "Real"ı yox, yalnız “Qarabağ”ı düşünürəm" - "Sevilya"nın prezidenti14:24"Əvəzində mənə saxta mədaxil qəbzi verdilər..." - Bakda ESTETİK DƏLƏDUZLUQ...14:10Zaqatalada səhiyyə sistemi çöküb... - Səbəbi baş həkimdə axtarmaq lazımdır...12:37Təhsil nazirliyində “narahat oyunlar” - Ceyhun müəllim, bəlkə bir maraqlanasınız...11:43Kompensasiya ödənilən vətəndaşdan BANK YENƏ PUL İSTƏYİR - GİLEY11:16DİN-in BDYPİ-i niyə susur? -VİDEO10:53ATU-nun Tədris Terapevtik klinikasında nə baş verir? - İTTİHAM10:39Vidadi Zeynalovun obyekti nədən boş qalıb? - "Biləndə ki, filankəsin yeridir, qorxub gəlmirlər"10:28Neft bazarında təlatüm: "Büdcədə qırmızı xətt yoxdur" - TƏHLİL09:53İrəvana ismarış: bu, Bakının maksimalist mövqeyi deyil, müharibədən qaçmağın tək yoludur... - TƏHLİL18:00Kamil Musəvi əməliyyat olunacaq - Birinci vitse-prezident xərcləri üzərinə götürdü17:40Bu fars-molla HƏYASIZLIĞI ilə nə edək?.. - Adamlar rəsmən düşmən olduqların nümayiş etdirirlər...17:20Azərbaycann məhşur saytları Qazaxıstan tərəfindən alındı... - ADLAR17:00“Leş mafiyası”nın əlaqəli olduğu restoranların adı niyə açıqlanmır? - İLGİNC16:40Bakıda inanılmaz fırıldaq: - İpoteka kağızı ilə hər kəsi aldadırlar16:2032 yaşlı ata azyaşlı qızına təcavüz etdi - Bakıda İYRƏNCLİK16:00Bir vaxtlar burda qayda vardı, düzən vardı... - GİLEY15:38“Mütəşəkkil dəstəni 13 nəfər hakim müdafiə edir” - GİLEY15:03Nazir Elinanın məktəbinə ONU DİREKTOR TƏYİN ETDİ14:44“Nəyə görə pensiyaları ancaq “Kapital bank” verməlidir?" - deputat14:33Neft bahalaşır, xeyrimizədir, amma narahatıq - TƏHLİL14:18İsmayıl Hüseynov DGK sədri olacaq? - Bu qədər yeyinti edəsən, toxunulmaz qalasan...12:37"5 ilini başa vurdu, bəsidir..." - GİLEY12:23LDU-da nazirliyin qərarları keçərli deyil... - ETİRAZ12:10Ceyhun Bayramova qarşı CƏSARƏTli müqavimət... - İDDİA11:14Təmas xəttində növbəti monitorinq keçiriləcək10:58Azərbaycan nefti 7,4 dollar BAHALAŞDI10:41Deputatın Balakəndə bazarı var imiş... - O da natəmiz...10:11Cəlilabadda süqut edən təhsil sistemi... - İTTİHAM09:57Özbəkistanin tnews.uz portalı Qarabağ mətbəxi haqqında geniş məqalə hazırlayıb09:43Türkiyə Rusiyadan qırıcı təyyarə ala bilər09:27Elmar Məmmədyarov Müqəddəs Taxt-Tacın Dövlət Katibi ilə görüşüb17:58Erməni kilsəsi parçalanmaq təhlükəsi yaşayır - GƏLİŞMƏ17:382 təhsil naziri dəyişib, qanunun tələbi isə hələ yerinə yetirilmir: - Milyonlar beləcə ölkədən axır17:22Prorektor vəzifəsindən gedən sabiq deputatdan AÇIQLAMA - "Bu sahə mənə çox doğmadır"17:10İncəsənət Universitetində ŞOK – 30-dan çox müəllim qovuldu - ADLAR16:52Lənkəranda bacıoğlu qadınla əlbir olub dayısını qətlə yetirdi16:37Şabranda icra başçısı dəyişsə də... - GİLEY16:20Nazir Fəxri Aslanova vəzifə verdi15:59Azərbaycana ən çox bu ölkələrdən turist gəlib15:43Cəmil Quliyevə yeni vəzifə verilib? - "Məni təbrik etməyin…"
BÜTÜN XƏBƏRLƏR

“Bank sektorunda yeni böhran yetişir” - İDDİA

06 Eyl 2019, 11:37   
“Bank sektorunda yeni böhran yetişir” - İDDİA

Azərbaycanın bank sektorunda müşahidə olunan bəzi tendensiyalar müstəqil ekspertlər tərəfindən növbəti böhranın əlamətləri kimi qiymətləndirilir. Bu tendensiyalardan birincisi, banklarda izafi likvid vəsaitlərin həcminin getdikcə artması fonunda biznes kreditlərinin azalmasıdır.

Zamantv.az biznes portalı "Yeni Müsavat"a istinadən ekspertin fikirlərini təqdim edir.

Biznes kreditləşməsi tənəzzüldə

Kredit Müraciəti

Bu barədə ilin birinci yarısının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə danışan Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov bildirib ki, ölkə iqtisadiyyatında faiz dərəcələrinin aşağı düşməsi müşahidə olunur: “Baxmayaraq ki, ümumi fondu formalaşdıran yüksək istehlak kreditlərinin faizləri olur. Amma biznes kreditlər, yeni verilmiş biznes kreditlərinin orta faiz dərəcəsi cari ildə 11 faizdir və 5 faizdən də aşağı düşüb. Bu, bizim uçot dərəcəsinə yaxındır. Kredit aktivliyi davam edir. Cari ilin altı ayında kreditlər 3,6 faiz artıb. Lakin bu zaman başlıca olaraq bu artım 9 faizdən çox istehlak kreditləri tərəfindən baş verib. Amma biznes kreditləri, real sektorda kreditlər bir qədər – 0,3 faiz azalıb. Hesab edirik ki, biz diqqətli olmalıyıq. İstehlak kreditlərinin artması diqqətlə izlənilməlidir. Həm bütövlükdə əhalinin borc yükünün artmasını, həm də bank sektorunun portfelində bunun 50 faizə yaxınlaşmasını izləməliyik ki, sabah bu, hansı problemlər yarada bilər. Bu gün bank sektorunda əhəmiyyətli likvidlik var. Amma biz yenə də görürük ki, biznes kreditlər artmır. Görünür, kompleks requlyativ, stimullaşdırıcı tədbirlər görmək lazım gələcək ki, bu kreditlər bütövlükdə real sektora getsin və bütövlükdə ölkədə daxili investisiya prosesini dəstəkləsin”.

Problemli kreditlər azalmır

Bank sistemində böhran əlaməti hesab edilən digər məsələ problemli kreditlərin azalma sürətinin kifayət qədər aşağı olmasıdır. Mərkəzi Bankın hesablamalarına görə, bu il avqustun 1-nə Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği 1 milyard 487,4 milyon manat təşkil edib. Bu, iyulun 1-i ilə müqayisədə 0,1faiz çoxdur. Lakin ilin əvvəlinə nisbətən problemli kreditlər 6,2 faiz, son bir ildə isə 16,5 faiz azalıb.

İyulun sonuna bankların ümumi kredit portfelində vaxtı keçmiş kreditlərin xüsusi çəkisi 10,9 faiz olub.

Manatla olan pul kütləsinin artmasını Hesablama Palatası da qeyd edib. Palatanın ilin birinci yarısında dövlət büdcəsinin icrasına dair məlumatında qeyd olunur ki, bank sistemində manatla pul kütləsinin artıqlığı müşahidə olunmaqdadır: “Belə ki, Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi məqsədilə reallaşdırılan depozit hərraclarında orta gəlirliliyin mütəmadi aşağı düşməsinə baxmayaraq, tələb təklifi əhəmiyyətli dərəcədə üstələyir (5-6 dəfə). Daxili valyuta bazarında dollar profisiti olduğu halda, izafi pul kütləsinin sterilizasiyasının həyata keçirilməsi inflyasiya səviyyəsinin qorunması məqsədinə xidmət etməsi ilə izah oluna bilər”.

Real sektor canlanmasa, kredit aktivliyi artmayacaq

Qeyd olunan tendensiyalar bank sistemində yeni böhranın başlanmasına səbəb ola, yaxud bunun əlaməti sayıla bilərmi? Belə böhran yaranarsa, hansı addımlar atılmalıdır?

Sualları cavablandıran iqtisadçı-ekspert Pərviz Heydərovun dediyinə görə, banklarda izafi likvidliyin olduğunu söyləmək çətindir: “Problemli kreditlərin həcminin yüksək olaraq qalması banklarda vəziyyətin məqbul olmadığını göstərir. Əslində bu gün bankların böhrandan tamamən çıxdığını söyləmək də mümkün deyil. Fiziki şəxslərin problemli kreditlərinin həllində dövlət dəstəyi veriləndən sonra bank sistemi bir qədər sabitlik əldə edib. Obrazlı şəkildə desək, süni nəfəs aparatından ayrılıblar, lakin bütövlükdə bank sistemi reanimasiya vəziyyətindədir. Çünki ölkədə fəaliyyət göstərən 30 bankın yarıdan çox hissəsi deyərdim ki, yenə də ağır durumdadır. Onların hər an bazardan çıxmaq təhlükəsi mövcuddur. Sadəcə, bu gün hansısa bir bankın bazardan çıxması nə bank sistemi, nə də maliyyə sektoru üçün arzuolunan hal deyil, ona görə də qarşısı alınır”.

Ekspert bildirir ki, hazırda bankların çoxu əsl bank fəaliyyətini tam yerinə yetirmir: “Bankların öz likvid vəsaitlərini səmərəli yerləşdirib gəlir əldə etmək imkanları yoxdur. Fiziki şəxslərin kreditləri ilə bağlı fərmandan sonra yenidən ölkədə istehlak krfeditləşməsinin həcmində kəskin artım müşahidə olunmaqdadır. Bu, 2014-cü il ərəfəsindəki vəziyyəti xatırladır. İstehlak kreditləşməsinin yüksək olması problemli kreditləri artıran səbəblərdən biridir. Biznes kreditləşməsi isə getdikcə azalır. Bunun da əsas səbəblərindən biri kredit almaq istəyən biznes subyektlərinin az olmasıdır. Baxmayaraq ki, ölkədə sahibkarlığın inkişafı istiqamətində böyük tədbirlər həyata keçirilsə də, biznes kreditləşməsi ilə bağlı vəziyyət ürəkaçan deyil. Real sektorda risk çox böyükdür deyə banklar da orada uzunmüddətli kreditləşmədən qaçırlar. Belə vəziyyət davam etdiyi müddətdə bank sisteminin tam sağlamlaşması çətin olacaq. Buna görə də hesab edirəm ki, bank sisteminin böhrandan tam çıxması üçün iqtisadiyyatın real sektorunda islahatlar dərinləşdirilməli, sahibkarlığın inkişafı üçün kompleks addımlar atılmalıdır. Real sektorun aktivləşməsi başlanan kimi bank sistemində də canlanma sürətlənəcək. Əks təqdirdə, bank sisteminin özünə gəlməsi uzun müddət tələb edəcək”.

Bank sahəsi üzrə mütəxəssis Elman Sadıqovun fikrincə, banklarda müşahidə olunan yüksək likvidliyin əsas səbəbi kreditləşmə tempinin azalmasıdır: “Banklar daha əvvəlki kimi istehlak kreditləri verməkdə maraqlı deyillər. Bu, dövlətin də prioritetidir, Maliyyə Bazarlarına Nəzarət Palatasının da qəbul etdiyi qaydalara əsasən, istehlak kreditlərinə məhdudiyyət qoyulur. Ona görə də istehlak kreditlərinin artım tempi 2012-2014-cü illərdəki qədər deyil, olması da mümkün deyil. Biznes kreditlərinə gərlincə, bəli, bu sahədə aktivlik çox aşağıdır. Bunda bankı günahkar görmək çoz absurddur. Çünki bank məhsulu satan, biznes isə alandır. Bu gün satıcıda məhsul boldur – banklarda kifayət qədər likvid vəsait var, amma alıcı tapılmır. Bu isə o deməkdir ki, alıcının niyə az olduğuna diqqət yetirmək lazımdır, nəinki məhsulunu sata bilməyən satıcını günahlandırmaq. Yəni real sektora baxmaq lazımdır ki, niyə kredit götürmək istəyən biznes azdır. Özü də bu gün biznes kreditlərində faiz dərəcələri xeyli aşağıdır – 14-17 faiz civarındadır. Əgər banklar biznesə krediti verməyib, istehlakçıya versəydi, onları günahlandırmaq olardı. Amma axı banklara biznes krediti üçün müraciətlərin özü azalır. Banklar az qala qapı-qapı düşüb müştəri axtarırlar”.

Qiymətli kağızlar bazarının zəif inkişafı banklara problem yaradır

Likvidliyin yuxarı olmasının daha bir səbəbi Azərbaycanda qiymətli kağızlar bazarının zəif inkişafıdır. E.Sadıqovun dediyinə görə, beynəlxalq praktikaya əsasən, bankların vəsait yerləşdirdikləri əsas müstəvilərdən biri də qiymətli kağızlar bazarıdır: “Dünyada bankların fəaliyyətinin yalnız 45-50 faizi deposit qəbul edib, kredit verməkdən ibarətdir. Qalan hissə beynəlxalq ticarət, qiymətli kağızlar, pul bazarında fəaliyyət, investisiya bankçılığı və sairdir. Təəssüf ki, Azərbaycanda qiymətli kağızlar bazarı zəif inkişaf etdiyi üçün yerli bankların öz likvid vəsaitlərini yerləşdirmək imkanları məhduddur. Yaranan likvid vəsaitlərin çoxu bu gün bank kassaları və müxbir hesablarında saxlanılır”.

E.Sadıqov hesab edir ki, problemli kreditlərin azalma tempinin aşağı olması bu il yalnız fevral və iyul aylarında problemli kreditlərin həcmində artım qeydə alınıb: “Ötən ilin ikinci yarısından nominal ifadədə azalma tendensiyası müşahidə olunur. Yalnız fevralda, bir də cüzi olaraq – təxminən 900 min manatlıq iyul ayında artım var. Problemli kreditlərin ümumi kredit portfelindəki çəkisi isə davamlı olaraq azalır. Nominal ifadədəki artım hələ yalnız bir ayda müşahidə olunub. Bunun davamlı olub-olmadığını iki aydan sonra qiymətləndirmək mümkün olacaq. Yəni bir ayın göstəricisi əsasında nəsə söyləmək mümkün deyil. Ümumiyyətlə, problemli kreditlərin azalma prosesi zəif gedir. Bunun əsas səbəbi dünyada problemli kreditlərin həlli üçün tətbiq olunan prosedurların Azərbaycanda daha uzun müddət vaxt aparmasıdır. Məsələn, ödənilməyən bir kredit üzrə məhkəmə, əmlakın alınması, hərraca çıxarılması 6 ay-1 il vaxt aparırsa, Azərbaycanda bu, daha çox müddət aparır. Məhkəmə qərarlarının icrası sahəsində problemlər var. Bütün bunlar problemli kreditlərin azalma tempini aşağı salır”.

Mövcud tendensiyalar böhrandan xəbər vermir

Mütəxəssisin fikrincə, mövcud tendensiyaları bank sektorunda böhranın göstəricisi kimi qiymətləndirmək qeyri-mümkündür: “Böhran o zaman yarana bilər ki, likvidlik aşağı olsun. Bu, bank sektorunun hər hansı bir şokun təsiri ilə ciddi zərər görməsinə gətirib çıxarar. Likvidliyin yüksək olması isə bankları belə şoklara qarşı davamlı edir. Bu vəziyyətin banklara əsas təsiri onların gəlirlərinin azalmasıdır. Yəni likvidlik yüksək olduqca, bank vəsaitlərinin gəlirliliyi də aşağı düşür. Likvidliyin yüksəkliyi inkişaf etmiş, maliyyə bazarının bütün seqmentləri işlək olan ölkələrdə problem yarada bilər. Hansı ki, bu ölkələrdə likvidliyin yüksək, gəlirliliyin aşağı olması birjalarda bankların səhmlərinin dəyərdən düşməsinə, bankın bazar dəyərinin azalmasına gətirib çıxarar. Azərbaycanda isə bankların səhmləri birjalarda alqı-satqı predmeti deyil. Buna görə də likvidliyin yüksəkliyi yalnız bankın gəlirinin azalmasına səbəb olur”.

E.Sadıqov qeyd edir ki, Azərbaycan bankları kreditləşməyə deyil, rəqəmsallaşmaya, müasir texnologiyaların tətbiqinə sərmayə qoysalar daha böyük gəlir əldə edə bilərlər: “Bu, yaxınmüddətli dövrdə olmasa da, orta və uzunmüddətli dövrdə banklara daha böyük gəlirləri təmin edər”.
OXŞAR MÖVZULAR