"Anglo Asian Mining" Gədəbəydə narazılıq yaradır... - Müraciət...

10:40 6.09.2019 446
"Anglo Asian Mining" Gədəbəydə narazılıq yaradır... - Müraciət...

Gədəbəy qızıl yatağı 2003-2005-ci illərdə kəşf edilmişdir. Yatağın qızıl ehtiyatı təxmini hesablamalara görə 22 000 tondur. Yatağın işlənilməsi üçün ilk dəfə 1997-ci ildə Azərbaycanın “Azərqızıl” Dövlət Şirkəti ilə ABŞ-ın “R.V. İnvestment Group Services LLC” şirkəti arasında Gədəbəy, Qoşa, Ordubad qrupu (Piyazbaşı, Ağyurd, Şəkərdərə, Kələki), Söyüdlü, Qızılbulaq və Vecnəli perspektiv qızıl filiz yataqlarının kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş imzalanıb. Gədəbəy qızıl-mis layihəsi gəlirdə payı 51 faiz olmaqla Azərbaycan hökuməti ilə birlikdə həyata keçirilir. Payı 49 faiz olan Azərbaycan Beynəlxalq Mədən Əməliyyat Şirkəti layihəyə rəhbərlik edir. Gədəbəy Qızıl Mədəni 400 hektar ərazini əhatə edir və get-gedə genişlənməkdə, istehsal gücünü artırmaqdadır. 49 faiz gəliri xaricilərə verməsək, bütün bunlar yaxşıdır, həm dövlətimizin büdcəsinə xeyirdir, həm də zavodda çalışan yüzlərlə insanın güzəranına. Bundan başqa, “Azerbaijan İnternational Mining Company Limited” şirkəti üzərinə götürdüyü öhdəliyə əsasən Gədəbəyin bir neçə kəndində icma layihələri həyata keçirir. Buraya yaşayış massivlərinə yolun, suyun çəkilməsi və digər sosial layihələr daxildir. Amma qızıl yataqlarının istismarı bir çox insanların mülkiyyət hüquqlarının tapdalanması ilə müşahidə olunur. Bu müstəvidə hüquqpozmalara dair şikayətlər KİV-ə də yol tapır. Şikayətlərdə bildirilir ki, vətəndaşların pay torpaqları, örüş-otlaq sahələri əllərindən alınıb. Məsələn, redaksiyamıza müraciət edən Gədəbəy rayonunun Arıxdam kənd sakini Əsgərov Oruc Bəhrəm oğlu bildirir ki, Yeni Azərbaycan Partiyasının fəal üzvüdür, rəhmətlik Heydər Əliyevi Naxçıvandan Azərbaycana dəvət edən şəxslərdən biridir. Onun sözlərinə görə, Gədəbəy rayonunda ona və onun kimilərə edilən təzyiq, vurulan ziyan heç yerdə yoxdu: » Gədəbəy rayonunda qızıl mədəni işə düşəndən mənə və ailəmə məxsus sahəsi 56 sot olan biçənək sahəmi zəbt ediblər. O vaxtdan bu qızıl mədəninə gəlib-getməkdən cana doymuşam. Bu vəziyyətdə olan bir mən deyiləm, başqaları da var. Nə biçənəyimi qaytarırlar, nə də torpağa düşən kompensasiyanı vermirlər. Kim ki, dilli-dişlidi, kompensasiyanı ala bilib. Qalanlar isə hələ də sürünürlər. Bu məsələlərin həlli üçün məmur edilmiş Məhəmməd Osmanov adlı vəzifəli şəxs məni get-gəldə qoyub. Bildiyiniz kimi, Gədəbəydə əksər əhali maldarlıqla güzəranını təmin edir. Biçənək, örüş olmadan heyvandarlıqdan qazanc əldə etmək olmaz. Mən isə pensiyaya baxan adamam. Odur ki, möhtərəm Prezidentimiz İlham Əliyevdən, hörmətli vitse-prezident Mehriban xanım Əliyevadan çox xahiş edirəm, bu problemimin həllinə köməklik etsinlər, qanunları icra etməyən məmurlar barədə ölçü götürülməsi üçün tapşırıq versinlər». Oruc Əsgərovdan nə qədər kompensasiya umduğunu da soruşduq. Dedi ki, qiyməti torpaq mülkiyyətçiləri deyil, mədən sahibi olan şirkətlər özləri öz preyskurantları üzrə müəyyənləşdiriblər. İnternet üzərindən apardığımız araşdırmalardan çıxan nəticəyə görə, Məhəmməd Osmanov «Anglo Asian Mining” şirkətinin dağ-mədən hasilatı üzrə müşaviri vəzifəsini daşıyır. Anglo Asian Mining” şirkəti Azərbaycanın 6 qızıl yatağının işlənməsi layihəsinin operatorudur. Şirkətin əsas payçısı Rza Vəziriyə məxsus “R.V.İnvestment Group Services, LL USA” şirkətidir. “R.V.İnvestment Group Services LL USA” şirkəti “Gədəbəy” yatağında qızıl hasilatı üzrə layihədə 51%, Azərbaycan tərəfi isə 49% paya sahibdir. 5 il əvvəl Gədəbəy yatağında təqribən 22 ton qızıl, 192 ton gümüş, 37 min ton mis ehtiyatının olduğu güman edilirdi.

dia.az
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

16:34

109-cu “erməni soyqırımı” oyunlarında dönüş –

16:06

"Bura bildiyiniz bazardır..." - GİLEY

15:40

Sabirabadlı fermerin balıq gölündə çalışdı, maaşını ala bilmir... - GİLEY

14:45

Yumurta kəskin ucuzlaşdı – Qiymətlər daha da ENƏCƏK?

12:56

"Xaçmaz rayon Məhkəməsinə müraciət etmişəm..." - MƏHKƏMƏDƏ İSƏ...

12:13

İnternet dələduzları yenə də İŞ BAŞINDA... - ETİRAZ

11:05

Gəncə niyə ABAD OLA BİLMİR... - Bu qədər xərc-xəsarət varsa...

10:31

Mikail Keskini “Ajda Baku”dan uzaqlaşdıran şəxsləri qoruyan “hüquq əli” kimindir? - Türkiyəli iş adamına qarşı QANUNSUZ ƏMƏLLƏR

09:48

DİREKTORU QOVUBLAR, AMMA KORRUPSİYA TAPILMAYIB... - Agentlik hüquq-mühafizə orqanlarına niyə müraciət etməyib?

09:26

Laçın sakini evinə sevinərək dönsə də... - AXI NİYƏ?

20:57

MİLÇƏK VƏ AĞCAQANAD SÜRÜLƏRİNİN SARAY QƏSƏBƏSİNDƏKİ “ALİMLƏR BİNASI”NA HÜCUMU

19:08

Melorasiya və Su Təsərrüfatı ASC-də "şəbəkə biznesi..."-Kamalın Zamanı

18:41

Kəmaləddin Heydərova məxsus olduğu deyilən 357 milyonluq şirkət məhkəmə qarşısında

16:32

Qərb Cənubi Qafqaz planlarında tələsir - ŞƏRH

16:10

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – TƏFƏRRÜAT

15:40

Gömrükdə camaatı rəsmən ƏLƏ SALIRLAR... - FOTOFAKT

15:12

Şəhid anasını qəbul etməyən icra başçısı onun Prezidentə etdiyi müraciəti əsassız çıxarmağa cəhd etdi VİDEO

14:21

285 saylı məktəbdə qalmaqal: Yeni direktor köçkün müəllimi işdən çıxardı - TƏFƏRRÜAT

13:46

"Bəs bu təmizliyə nəzarət edən kimsə yoxdurmu?" - ETİRAZ

12:43

Şahmar İbadovun dövlətə meydan oxuması... - Qalmaqallı məmur yeni vəzifə eşqinə düşüb

12:08

İcra başçısı şəhidin adına olan obyekti sökdürdü - Şəhid qızı Prezidentə müraciət etdi - VİDEO

11:24

"Bravo"da vaxtı keçmiş məhsul satılır - GİLEY

10:50

ABŞ-dən sülhməramlıların Qarabağı tərk etməsinə - Reaksiya

10:09

«AZVİRT» VƏ «SAN İNŞAAT» TIKINTI ŞIRKƏTI QƏZADA AĞIR XƏSARƏT ALAN IŞÇILƏRINƏ SAHIB DURMUR. ZƏNGILANDAKI TIKINTI IŞLƏRINDƏ ÇALIŞANLARA QARŞI GÖSTƏRILƏN ÖGEY MÜNASIBƏTƏ NƏ AD VERMƏK OLAR?- VİDEO/FAKTLAR

09:31

Başlıbel faciəsindən 31 il ötür

00:24

İsrail İrana cavab zərbəsi endirməyi planlaşdırıbmış

23:36

CHP liderindən AŞPA-da Azərbaycana DƏSTƏK

19:13

İcra Hakimiyyəti ilə tenderlərinin qalibi olan şirkət arasında qalmaqal yaranıb - TƏFƏRRÜAT

18:49

"Həkim mənə dedi ki, narazılığın var, get sən də özünü yandır..." - NARAZILIQ VAR...

18:37

Prezidentdən Şuşa ilə bağlı - Sərəncam

18:26

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – QALMAQALLI MƏHKƏMƏ İŞİ

16:48

Anasını öldürüb 11 yaşlı qardaşını yaralayan yeniyetməyə hökm oxundu

16:19

“Unibank” kredit borcunu ödəyə bilməyən Vətən müharibəsi qazisini məhkəməyə verdi

15:39

Zeytun yağını xaricə 9,5 manata, özümüzə 16 manata satırıq - Görənlər desin, ticarətlə məşğuluq...