“Bu, atamın qan puludur, onu da mənə çox görürlər” - GİLEY

16:07 5.09.2019 509
“Bu, atamın qan puludur, onu da mənə çox görürlər” - GİLEY

Pensiya və təqaüdlərin verilməsi ilə bağlı daim problemlər mövcuddur. Belə ki, kimsə xəstə olduğu halda pensiya ala bilməməsindən, digəri uzun illər işləməsinə baxmayaraq, artan pensiya bazasından şikayətçidir. Qeyd edək ki, “Hürriyyət”ə müraciət edən Nərimanov rayonu, Kaveroçkin küçəsi 34, mənzil 35-də yaşayan Məhəmməd İsa oğlu Hüseynov isə repressiya qurbanlarının övladları üçün nəzərdə tutulan 10 faiz pensiya artımını ala bilməməsindən şikayət edir.

“Cavab gəldi ki, atam günahsız tutulub”

“1940-cı ildə Ermənistan Respublikasının Qarakilsə şəhərində anadan olmuşam. Atam İsa Hüseynov 1911-ci ildə Azərbaycan Respublikasının Gəncə şəhərində anadan olub. 1941-ci ildə atam Kirovakan şəhərində Xalq Komissarları idarəsində müfəttiş işləyib. Gözlənilmədən Ermənistan NKD-si tərəfindən atam siyasi məhbus kimi tutulub, İrəvan şəhərinə aparılıb. İrəvan şəhərindən sonra isə o, Rusiyanın Kirov vilayətinə sürgün olunub” deyən M.Hüseynovun sözlərinə görə, atası tutulandan sonra onu nənəsi kəndə gətirib: “Spitak rayonunun Saral kəndində orta məktəbə getmişəm. Sonradan mən Bakıya gəlib peşə məktəbində oxumuşam, ondan sonra Türkmənistanda, Rusiyada işləmişəm. Ondan sonra isə gəlib Bakıda "Politexnik" universitetinə girmişəm. O vaxtı mən artıq atamı axtarmağa başladım. Ermənilər Qarakilsənin adını dəyişib Kirovokan qoyublar. Mən birinci dəfə Kirovakan şəhərinə getdim, şəhər icra aparatından arayış aldım. Düzdür, onu erməni dilində yazmışdılar. Həmin arayışla İrəvan şəhərinə getdim, dövlət təhlükəsizlik orqanına müraciət etdim. Onlar mənə dedilər ki, sən ünvanını qoy, get, biz cavab göndərərik. Sonradan cavab gəldi ki, mənim atam doğurdan günahsız tutulub. Ermənistan Ali Məhkməsi ona bəraət verib”.

“Yaxşı ki, o vaxt atam haqqında sənədlər yığırdım”

M.Hüseynov nəzərə çatdırdı ki, 2000-ci ildə o, Represiyya Qurbanları Cəmiyyətinin üzvü olub: "Bu cəmiyyətə həmişə gedib, gəlirdim. Əvvəllər oranın sədri Əşrəf Mehdiyev idi. İndi Məhəmməd Əmin Rəsulzadənin nəvəsi Rəis Rəsulzadədir. O vaxtı getdim orada işləyən xanım mənə dedi ki, sənin xəbərin varmı ki, Heydər Əliyev bir qanuna qol çəkib, qanunla sənin pensiyana 10 faiz artım düşür. Dedim, xəbərim yoxdur. O, mənə arayış verdi. O arayışla Nərimanov Rayon Sosial Müdafiə Fonduna getdim. Orada dedilər ki, sən prokurorluqdan da arayış gətirməlisən. Təzədən Repressiya Qurbanları Cəmiyyətinə gedim. Oradan sənəd hazırladılar. O sənədləri Respublika Prokurorluğunun poçt qutusuna saldım. Aradan 15 gün keçmişdi, mənə məktub gəlid ki, aparılan axtarışlar nəticəsində Azərbaycan Respublikasının Dövlət Təhlükəsizlik Xidmətində və Daxili İşlər Nazirliyində atanızın adı yoxdur. Yaxşı ki, o vaxt atam haqqında sənədlər yığırdım. O vaxt Ermənistan Ali Məhkəməsinə müraciət etdim ki, atam haqqında nə bilirsiniz. Onlar cavab yazıb göndərdilər ki, bizdə olan məlumata görə, sizin atanız 1911-ci ildə Azərbaycan Respublikasının Gəncə şəhərində anadan olub”.

“Avdıyenko tərəfindən göndərilən məktubda mənim, anamın, nənəmin də adı yazılıb”

“Eyni zamanda mən SSRİ-nin Kirov vilayətində atam oturan türmənin rəhbəri Avdıyenko tərəfindən məktub aldım. O da yazır ki, bizdə olan məlumata görə, sizin atanız 1911-ci ildə Azərbaycan Respublikasının Gəncə şəhərində anadan olub, tutulanda da Ermənistan Respublikasının Kirovakan şəhərində işələyirdi. Hətta Avdıyenko tərəfindən göndərilən məktubda mənim, anamın, nənəmin də adı yazılıb. Mən bu sənədlərin hamısının surətini çıxartdım, respublikanın baş prokoruru Qaralova göndərdim ki, bu mənim sənədlərimdir. Sənədlər təsdiq edir ki, atam Gəncədə anadan olub. Eyni zamanda, sənədləri ölkə başçısı İlham Əliyevə də göndərdim”,-deyə şikayətçi əlavə etdi. M.Hüseynov qeyd etdi ki, onun pensiyasına 11 manat artım olmalıdır: “Hazırda mən 240 manat pensiya alıram. Baxmayaraq ki, mənim 47 illik iş stajım var. Özü də 7 il Sibirdə şaxtaçı olmuşam. Ona baxmayaraq, 11 manat artımı mənə çox görürlər. Bu, mənim atamın qan puludur. Mənim də hüququmdur. Mən dövlətin cibinə girmirəm, dövlətdən nəsə istəmirəm. Bir də mən heç 11 manata da möhtac deyiləm. Söhbət qanunun aliliyindən gedir. Mən hansı ölkədə yaşayıram?! Mən hansı dövlətin vətəndaşıyam?! Əgər dövlət mənim hüququmu qorumursa, mən bu dövlətdən nə gözləyim?! Mənim bütün sənədlərim var. 1964-cü ildə Gəncə şəhərinin arxivinə də getdim, orada işləyən bir qadın məni arxiv deyilən bir otağa apardı. Orada bir qalaq kağız var idi. Dedi ki, oğlum, bunlar ərəb əlifbası ilə yazılıb, Gəncənin qədim arxividir. Əgər səni maraqlandıran nəsə axtarmaq istəyirsən get, məscidin qabağına, ərəb dilini bilən adam tap, gətir. Mən dedim, ay xanım, bu sənədləri aramaq üçün bir adam yox, 20 adam gətirməlisən. Mən də prezidentə yazdım ki, atam filan tarixdə Gəncə anadan olub, amma arxivdə yoxdur. Ona görə də Daxili İşlər Nazirliyində və Dövlət Təhlükəsizlik Nazirliyində atam haqqında sənəd yoxdur”.

“1996-cı ildən bəri mənə düşən 10 faiz artımı tələb edirəm”

Şikayətçi diqqətə çatdırdı ki, 15 mart 1996-cı il tarixində “Siyasi Repressiya Qurbanlarına Bəraət verilməsi” haqqında Azərbaycan Respublikasının qanunu var: “Bu qanuna əsasən pensiyama 10 faiz artım düşür. Mən onu tələb edirəm. Mənim qan pulumu versinlər. 1996-cı ildən bəri mənə düşən 10 faiz artımı tələb edirəm”. Hüseynov onu da vurğuladı ki, atası tutulandan 2 ay sonra müharibə başlayıb: “Aləm bir-birinə qarışıb. Atamın nəyə görə tutulduğunu bilmirəm. Bu gözlənilmədən olub. Anam, nənəm bu barədə bir söz deməyib. Ermənilərin bu işdə əli olduğunu da deyə bilmərəm”.

“Bu, atamın qan puludur, onu da mənə çox görürlər”

“Bu, atamın qan puludur, onu da mənə çox görürlər” - GİLEY
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

12:35

“Laser Beauty Clinic” tam bir QƏSSABXANA kimi işləyir... - daha bir FAKT!

12:04

Nə oldu, Makron? - AKTUAL

10:55

271 saylı məktəbdə həftəbecər dərs saatları... - DƏLİXANADIR, VALLAH...

09:48

Biləcəri bələdiyyəsi belə geridə qalıb? - YOXSA...

19:39

Dövlət Su Ehtiyatları Agentliyi, yoxsa ŞƏBƏKƏ BİZNESİ? - Dövlət qurumunda "Dostluq birliyi"

19:11

İlham Əliyev 4 kəndi də qaytardı

16:34

109-cu “erməni soyqırımı” oyunlarında dönüş –

16:06

"Bura bildiyiniz bazardır..." - GİLEY

15:40

Sabirabadlı fermerin balıq gölündə çalışdı, maaşını ala bilmir... - GİLEY

14:45

Yumurta kəskin ucuzlaşdı – Qiymətlər daha da ENƏCƏK?

12:56

"Xaçmaz rayon Məhkəməsinə müraciət etmişəm..." - MƏHKƏMƏDƏ İSƏ...

12:13

İnternet dələduzları yenə də İŞ BAŞINDA... - ETİRAZ

11:05

Gəncə niyə ABAD OLA BİLMİR... - Bu qədər xərc-xəsarət varsa...

10:31

Mikail Keskini “Ajda Baku”dan uzaqlaşdıran şəxsləri qoruyan “hüquq əli” kimindir? - Türkiyəli iş adamına qarşı QANUNSUZ ƏMƏLLƏR

09:48

DİREKTORU QOVUBLAR, AMMA KORRUPSİYA TAPILMAYIB... - Agentlik hüquq-mühafizə orqanlarına niyə müraciət etməyib?

09:26

Laçın sakini evinə sevinərək dönsə də... - AXI NİYƏ?

20:57

MİLÇƏK VƏ AĞCAQANAD SÜRÜLƏRİNİN SARAY QƏSƏBƏSİNDƏKİ “ALİMLƏR BİNASI”NA HÜCUMU

19:08

Melorasiya və Su Təsərrüfatı ASC-də "şəbəkə biznesi..."-Kamalın Zamanı

18:41

Kəmaləddin Heydərova məxsus olduğu deyilən 357 milyonluq şirkət məhkəmə qarşısında

16:32

Qərb Cənubi Qafqaz planlarında tələsir - ŞƏRH

16:10

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – TƏFƏRRÜAT

15:40

Gömrükdə camaatı rəsmən ƏLƏ SALIRLAR... - FOTOFAKT

15:12

Şəhid anasını qəbul etməyən icra başçısı onun Prezidentə etdiyi müraciəti əsassız çıxarmağa cəhd etdi VİDEO

14:21

285 saylı məktəbdə qalmaqal: Yeni direktor köçkün müəllimi işdən çıxardı - TƏFƏRRÜAT

13:46

"Bəs bu təmizliyə nəzarət edən kimsə yoxdurmu?" - ETİRAZ

12:43

Şahmar İbadovun dövlətə meydan oxuması... - Qalmaqallı məmur yeni vəzifə eşqinə düşüb

12:08

İcra başçısı şəhidin adına olan obyekti sökdürdü - Şəhid qızı Prezidentə müraciət etdi - VİDEO

11:24

"Bravo"da vaxtı keçmiş məhsul satılır - GİLEY

10:50

ABŞ-dən sülhməramlıların Qarabağı tərk etməsinə - Reaksiya

10:09

«AZVİRT» VƏ «SAN İNŞAAT» TIKINTI ŞIRKƏTI QƏZADA AĞIR XƏSARƏT ALAN IŞÇILƏRINƏ SAHIB DURMUR. ZƏNGILANDAKI TIKINTI IŞLƏRINDƏ ÇALIŞANLARA QARŞI GÖSTƏRILƏN ÖGEY MÜNASIBƏTƏ NƏ AD VERMƏK OLAR?- VİDEO/FAKTLAR

09:31

Başlıbel faciəsindən 31 il ötür

00:24

İsrail İrana cavab zərbəsi endirməyi planlaşdırıbmış

23:36

CHP liderindən AŞPA-da Azərbaycana DƏSTƏK

19:13

İcra Hakimiyyəti ilə tenderlərinin qalibi olan şirkət arasında qalmaqal yaranıb - TƏFƏRRÜAT