Azərbaycan beynəlxalq daşımalar üçün nəqliyyat vasitələrinin sayını 5 dəfə artıracaq

17:40 4.09.2019 466
Azərbaycan beynəlxalq daşımalar üçün nəqliyyat vasitələrinin sayını 5 dəfə artıracaq

Hazırda beynəlxalq daşımalarda iştirak edən nəqliyyat vasitələrinin sayı 2000 ədədə yaxındır. Hədəfimiz bu sayı 10000 ədədə çatdırmaqdır.

Bu barədə Trend-ə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən (DANX) verilən məlumatda qeyd edilir.

Bildirilir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2019-cu il avqust ayının 28-də "Avtomobil Nəqliyyatı haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsinə dair tarixi fərman imzalayıb:

"1998-ci il 27 noyabr tarixində imzalanan müvafiq Qanun ilə Azərbaycan Respublikası "Avropa Nəqliyyat Nazirləri Konfransı haqqında Protokol"a qoşulub. Azərbaycanın da həqiqi üzv oduğu Beynəlxalq Nəqliyyat Forumunun hazırda 57 üzvü var. BNF-nin üzvü olmaq Azərbaycan daşıyıcılarının müəyyən edilmiş sayda BNF-nin təsis etdiyi çoxtərəfli "İcazə"lərlə təmin olunması deməkdir. Bu "İcazə"lərlə Azərbaycan daşıyıcıları üzv dövlətlərin ərazisinə/ərazisindən ikitərəfli daşımalar, tranzit keçid və 3-cü ölkədən/ölkəyə daşımaları heç bir maneə ilə rastlaşmadan həyata keçirə bilirlər.

Beynəlxalq Nəqliyyat Forumu üzv ölkələrinin daşıyıcılarına onların ərazilərində beynəlxalq avtomobil daşımalarının effektiv və səmərəli həyata keçirilməsi üçün müxtəlif tədbirlər və layihələr hazırlayaraq təsdiq edir.

Bu qəbildən olan növbəti layihə 2015-ci ilin may ayının 26-da BNF-nin Almaniyada keçirilən nəqliyyat nazirlərinin Sammitində üzv ölkələrin beynəlxalq nəqliyyat daşımalarına vahid tələblərin tətbiq edilməsini nəzərdə tutan Keyfiyyət Xartiyasıdır.

Eyni zamanda Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2019-cu il 11 aprel tarixli 157 nömrəli Qərarı ilə "Ümumi istifadədə olan avtomobil nəqliyyatı ilə beynəlxalq və ölkədaxili sərnişin və yük daşımalarını yerinə yetirən sürücülərin peşə fəaliyyətinə və davranışına, iş və istirahət rejiminin xüsusiyyətlərinə, habelə avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını tənzimləyən normativ hüquqi aktlara dair hazırlıq üzrə Xüsusi Proqram" təsdiq edilib.

Keyfiyyət Xartiyasının tələblərinə görə BNF-nin üzv ölkələrində beynəlxalq avtomobil daşımalarını yerinə yetirən sürücülərin iş və istirahət rejiminə riayət edilməsi, nəqliyyat müəssisələrinin sürücülərinin və məsul mütəxəssislərinin bilik səviyyəsinin və peşə hazırlığının yüksəldilməsi, hüquqi və fiziki şəxslərin, onların məsul mütəxəssislərinin beynəlxalq daşımalara buraxılması qaydalarının təkmilləşdirilməsi, sürücülərin ixtisasının artırılması üzrə nümunəvi peşəkar tədris proqramının və əlavə tədris proqramının təsdiq edilməsi, avtomobil daşıylcılarına peşəkarlıq Şəhadətnamələrinin verilməsi üçün ixtisas imtahanın keçirilməsi Qaydaları üzrə hüquqi normativ aktlar təsdiq olunmalıdır.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti tərəfindən Keyfiyyət Xartiyasında nəzərdə tutulmuş tələblərə uyğun Azərbaycan Respublikasının hüquqi normativ aktlarında dəyişikliklərin edilməsi barədə layihələr hazırlanmış və aidiyyəti üzrə təsdiq olunması üçün təqdim edilib və adı çəkilən aktlar qəbul olunub.

Yeni qəbul olunmuş sənədlərə əsasən avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin və yükdaşımaları fəaliyyətini həyata keçirən operatorların işgüzar nüfuz, maliyyə vəziyyəti və peşəkarlıq səriştəsi ilə bağlı meyarlarının və fəaliyyəti faktiki icra edən sürücülərin zəruri hazırlıq və yenidən hazırlıq keçmələri və nəticədə əldə edəcəkləri müvafiq təsdiqedici sənədin Keyfiyyət Xartiyasının tələblərinə uyğunlaşdırılması barədə göstəriş verilib.

Qeyd olunanlardan əlavə Azərbaycan avtodaşıyıcılarının mənafelərinin qorunması, rəqabətlilik qabiliyyətlərinin artırılması, Azərbaycan avtonəqliyyat xidmətləri bazarında xarici nəqliyyat vasitələrinin xüsusi çəkilərinin kvotadan artıq olmasına yol verilməməsi üçün kvota-icazə sisteminin təkmilləşdirilməsi üzrə qanunvericilikdə dəyişikliklərin edilməsi barədə bir sıra layihələr tərəfimizdən işlənilib və təsdiq olunması üçün aidiyyəti üzrə təqdim edilib.

Bununla əlaqədar təqdim edilmiş layihələrin təsdiq edilməsi sahibkarlığın inkişafına, daşıycıların maddi vəziyyətlərinin artırılmasına, yeni nəqliyyat vasitələrinin alınmasına stimul yaradacaq.

Hazırda beynəlxalq daşımalarda iştirak edən nəqliyyat vasitələrinin sayı 2000 ədədə yaxındır. Hədəfimiz bu sayı 10000 ədədə çatdırmaqdır. Bu isə görüləcək tədbirlər nəticəsində 30000 yeni iş yerinin yaranmasına səbəb olacaq.

Eyni zamanda bildiririk ki, 2019-cu ilin 14-15 oktyabr tarixlərində Beynəlxalq Nəqliyyat Forumunun (ITF) Avtomobil Nəqliyyatı Qrupunun növbəti iclası Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin təşəbbüsü ilə Bakı şəhərində keçiriləcək. İclasda BNF-nin üzv ölkələrindən 100-ə yaxın nümayəndə iştirak edəcək. Gündəlikdə qoyulan məsələlər Keyfiyyət Xartiyasında nəzərdə tutulmuş tələblərin üzv ölkələrdə yerinə yetirilməsinin vəziyyəti və beynəlxalq avtomobil daşımalarını daha da inkişaf etdirilməsi üçün layihələrin hazırlanmasına və müzakirə edilməsinə həsr olunacaqdır. Beynəlxalq Nəqliyyat Forumunun və üzv ölkələrin avtomobil sahəsindəki qurumlarının rəhbərlərinin Bakı şəhərində toplanması əlamətdar hadisədir və ölkəmizin Avropa və Asiya arasındakı dəhlizdə iri logistika mərkəzinə çevrilməsinin əyani sübutudur".
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

20:57

MİLÇƏK VƏ AĞCAQANAD SÜRÜLƏRİNİN SARAY QƏSƏBƏSİNDƏKİ “ALİMLƏR BİNASI”NA HÜCUMU

19:08

Melorasiya və Su Təsərrüfatı ASC-də "şəbəkə biznesi..."-Kamalın Zamanı

18:41

Kəmaləddin Heydərova məxsus olduğu deyilən 357 milyonluq şirkət məhkəmə qarşısında

16:32

Qərb Cənubi Qafqaz planlarında tələsir - ŞƏRH

16:10

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – TƏFƏRRÜAT

15:40

Gömrükdə camaatı rəsmən ƏLƏ SALIRLAR... - FOTOFAKT

15:12

Şəhid anasını qəbul etməyən icra başçısı onun Prezidentə etdiyi müraciəti əsassız çıxarmağa cəhd etdi VİDEO

14:21

285 saylı məktəbdə qalmaqal: Yeni direktor köçkün müəllimi işdən çıxardı - TƏFƏRRÜAT

13:46

"Bəs bu təmizliyə nəzarət edən kimsə yoxdurmu?" - ETİRAZ

12:43

Şahmar İbadovun dövlətə meydan oxuması... - Qalmaqallı məmur yeni vəzifə eşqinə düşüb

12:08

İcra başçısı şəhidin adına olan obyekti sökdürdü - Şəhid qızı Prezidentə müraciət etdi - VİDEO

11:24

"Bravo"da vaxtı keçmiş məhsul satılır - GİLEY

10:50

ABŞ-dən sülhməramlıların Qarabağı tərk etməsinə - Reaksiya

10:09

«AZVİRT» VƏ «SAN İNŞAAT» TIKINTI ŞIRKƏTI QƏZADA AĞIR XƏSARƏT ALAN IŞÇILƏRINƏ SAHIB DURMUR. ZƏNGILANDAKI TIKINTI IŞLƏRINDƏ ÇALIŞANLARA QARŞI GÖSTƏRILƏN ÖGEY MÜNASIBƏTƏ NƏ AD VERMƏK OLAR?- VİDEO/FAKTLAR

09:31

Başlıbel faciəsindən 31 il ötür

00:24

İsrail İrana cavab zərbəsi endirməyi planlaşdırıbmış

23:36

CHP liderindən AŞPA-da Azərbaycana DƏSTƏK

19:13

İcra Hakimiyyəti ilə tenderlərinin qalibi olan şirkət arasında qalmaqal yaranıb - TƏFƏRRÜAT

18:49

"Həkim mənə dedi ki, narazılığın var, get sən də özünü yandır..." - NARAZILIQ VAR...

18:37

Prezidentdən Şuşa ilə bağlı - Sərəncam

18:26

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – QALMAQALLI MƏHKƏMƏ İŞİ

16:48

Anasını öldürüb 11 yaşlı qardaşını yaralayan yeniyetməyə hökm oxundu

16:19

“Unibank” kredit borcunu ödəyə bilməyən Vətən müharibəsi qazisini məhkəməyə verdi

15:39

Zeytun yağını xaricə 9,5 manata, özümüzə 16 manata satırıq - Görənlər desin, ticarətlə məşğuluq...

15:02

"Nə az nə çox hardasa 400 manat borcumuz var..." - ETİRAZ

14:22

BDU-da İlahiyyat fakültəsinin adı YENİ QALMAQALDA - İTTİHAM VAR...

13:49

Naxçıvanda korrupsiyanın “mirfırıldaq” növü rəvacdadır... - “Pullarımızı nazir əvəzi mənimsəyir”

13:17

“Sabahın alimləri” XIII Respublika Müsabiqəsinin açılışı oldu

12:21

Mənşur Gülməmmədli elə-belə getmir... FƏALİYYƏTİ ARAŞDIRILIR - İDDİA

12:00

İcra başçısının 110 min manatlıq yolu...

11:13

Rəsmi Bakıdan Fransa səfirinin geri çağırılmasına - Münasibət

10:35

Qazaxa hökm edən oliqarx: Məmməd Alıyev

09:55

Cəlilabadda döyülən işçiyə görə KİM MƏSULDUR? - İDDİA

09:28

"6 aydır ki, gün itiririk..." - ETİRAZ VAR...