“Müharibə başlasa Azərbaycan Naxçıvandan Ermənistanın S-300 komplekslərini vuracaq...” - RUSİYA KÖMƏYƏ GƏLMƏYƏCƏK?

16:10 2.09.2019 472
“Müharibə başlasa Azərbaycan Naxçıvandan Ermənistanın S-300 komplekslərini vuracaq...” - RUSİYA KÖMƏYƏ GƏLMƏYƏCƏK?

Azərbaycan 2012-ci ildən etibarən Naxçıvan muxtar respublikasının ərazisində öz hərbi iştirakını durmadan artırır.

Virtualaz.org xəbər verir ki, bu narahatlıq polit-asia.kz portalında dərc edilmiş “Zaqafqaziyada siyasət qızışır-qaynama nöqtəsi 2021” başlıqlı təhlildə bəhs edilir. Məqalənin müəllifi isə ermənidir-İzabell Asvatssatryan-Muradyan.

Məqalədə əsasən Ermənistanın indiki hakimiyyəti ilə Rusiya arasında münasibətlərin soyumasından bəhs edilir, bu münasibətlərin geosiyasi aspekti nəzərdən keçirilir. Və “prosesin digər maraqlı tərəfi-Qars müqaviləsinin 100 illiyinin yaxınlaşması” barədə danışılır. Hansı ki, Rusiya bu müqavilədə Türkiyə ilə bərabər qarant rolundadır.

Və müəllif bu kontekstdə Azərbaycanın Naxçıvandakı hərbi iştirakını durmadan gücləndirməsi barədə danışır. “Google Earth” çəkilişlərindən istifadə edərək Azərbaycanın Naxçıvandakı hərbi bazalarından bəhs edir.

Məqalədə qeyd olunur ki, Azərbaycan Naxçıvandakı ordu qüvvələrini güclü silah sistemləri ilə, o cümlədən TR-300 “Kasırğa” reaktiv artilleriya sistemləri, “Smerç” reaktiv yaylım atəşi qurğuları və digərləri ilə təchiz edib. Naxçıvanın “militarizasiyasına” dair növbəti dəlil kimi prezident İlham Əliyevin 2013-cü ildə Əlahiddə Ümumqoşun Ordusu yaradılması haqda fərman verməsi göstərilir.

Müəllif hərbi analitiklərə istinad edib yazır ki, potensial irimiqyaslı münaqişədə hətta Naxçıvan birbaşa iştirak etməsə də istənilən halda Ermənistan qoşunlarının bir hissəsini Dağlıq Qarabağa göndərmək əvəzinə muxtar respublika ilə sərhəddə saxlamalı olacaq. Bu da əlbətdə, hərbi planda Azərbaycana sərf edəcək.

Habelə qeyd olunur ki, hərbi əməliyyatlar başlayarsa Azərbaycanın əsas vəzifəsi Naxçıvandan platforma kimi istifadə edib Ermənistanın strateji hədəflərinə nöqtə zərbələri endirmək olacaq. Belə hədəflərdən biri də Ermənistanın şərqində dislokasiya olunmuş S-300 PT zenit-raket kompleksləridir. Hansı ki, bu sistemlər Dağlıq Qarabağ regionu üzərində hava məkanına nəzarət edir.

Lakin müəllifin fikrincə həmin komplekslər vurulsa qarşıdurma daha qlobal miqyas alar. Hər iki tərəf öz güclü müttəfiqlərini köməyinə müraciət edər . “Və belə məqamda Türkiyənin Azərbaycanın tərəfində münaqişəyə müdaxiləsi birmənalı olacaq, amma Ermənistandakı indiki hakim rejimi nəzərə alaraq Rusiyanın köməyə gələcəyi o qədər də aydın, qəti deyil”,-məqalədə deyilir.
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO

15:27

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib - MƏHKƏMƏ İŞİ

14:40

Beş ayda 67 milyon manat dövlət sifarişi verilmiş müəmmalı MMC-nin arxasında kimlər durur?

14:08

Siqaretin qiyməti bahalaşacaq? - AKTUAL

13:35

`Sahil - S İnşaat` şirkətinin tikdiyi binanın sakinləri YENİ QALMAQALDA - NARAZILIQ VAR...

12:43

Göygöl Suvarma Sistemləri İdarəsinin 1 milyon manatlıq tenderinin adı var, özü yox… - İLGİNC FAKTLAR

12:16

Dövlətin etibarını “əyənlər” - “Qobu Park”a görə kimlər qandallanacaq?

11:39

Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):Universitetin büdcəsi müxtəlif adlar altında talan edilir

10:54

Təhsildəki kütləvi repititorluq... - Məktəblər NƏ İŞƏ YARAYIR?

10:16

Bakıda Sahil Babayevdirsə, Naxçıvanda da Ceyhun Cəlilovdur... - EYNİ SİTƏM...

09:55

Tanınmış iş adamı Milli Məclis TƏDARÜKÜNDƏ... - İDDİA

09:11

Otel də yoxdur, turist də: Azərbaycanlıların “ərəbsayağı” istirahəti - ARAŞDIRMA

22:52

İrəvandakı yürüşdə Azərbaycan və Türkiyə bayraqları yandırıldı - Fotolar

22:35

“Azərreyl” çempion oldu

20:17

Deputatın tikdiyi binanın əyilməsi ilə bağlı XƏBƏRDARLIQ: - Komissiya yaradılması təklif edildi

19:11

Azərbaycanda bu taksi şirkəti bağlanır

16:49

Şahin Bağırovu Bakı Şəhər Baş Gömrük İdarəsinə buraxmayıblar - TƏFƏRRÜAT

16:07

Bu il Qarabağa nə qədər vəsait xərclənib?

15:26

"Başqa brokerlər də belə bahaçıldır?" - GİLEY

14:23

Məktəb direktoru həmin qadından 300 min alıbmış

13:48

EMIN ƏMRULLAYEVIN 271 №LI MƏKTƏBDƏKI KADRI, HAQQINI TƏLƏB EDƏN MÜƏLLIMƏNI “GÖZÜMÇIXDIYA SALIB”- VİDEO/ FAKTLAR

13:06

Əsgərovların bankında problemli kreditlər 2 dəfədən çox artdı - TƏFƏRRÜAT

12:36

İmişlini BELƏ İDARƏ EDİRLƏR... - İTTİHAM VAR...

12:02

Qurban Qurbanova yaxşılıq, yoxsa pislik? - Əhmədzadənin Zaqatalanı məhv etmək uğurunda 15 illik MÜBARİZəsi - VİDEO

10:57

Ağstafa DAİM-in direktoru İŞDƏN ATILIR... - Əlaqələri də işə yaramayacaq...

10:24

Lerik acınacaqlı durumda, başçı öz kefində... - FAKT BUDUR!

09:46

`Kremlin Hall`da bişən kababın TÜSTÜSÜ... - Nazirliyə MÜRACİƏT OLUNDU