“Aqrar Tədarük və Təchizat” ASC necə qaz vurub qazan doldurur? - KTN-də ciddi korrupsiya şübhəsi

14:15 31.08.2019 643
“Aqrar Tədarük və Təchizat” ASC necə qaz vurub qazan doldurur? - KTN-də ciddi korrupsiya şübhəsi

Bu ilin aprel ayına qədər Azərbaycanın dövlət qurumlarını ərzaq malları ilə təchiz edən idarənin adı “Ərzaq məhsullarının tədarükü və təchizatı” Açıq Səhmdar Cəmiyyəti idi. Qurum 2016-ci ilin 11 aprel tarixində Prezident İlham Əliyevin imzaladığı 1944 saylı Sərəncamla yaradılmışdı.

Amma bu idarənin ömrü uzun sürmədi. Yaradılışından tam 3 il sonra ləğv edilərək yerinə “Aqrar Tədarük və Təchizat” ASC şirkəti təsis olundu. Biri digərini əvəz edən bu iki dövlət qurumunun adlarına nəzər salsaq, görərik ki, dəyişilən sadəcə bir söz idi - “Ərzaq” “Aqrar”la əvəz olunmuşdu. Bu iki ad arasında önəmli fərq olmadığından istər-istəməz sual doğurdu: Əcəba, Prezident niyə bir-birinin az qala sinonimi olan addan ötrü Sərəncam imzalayıb?

Apardığımız araşdırmalar nəticəsində məlum oldu ki, adı dəyişdirilən “Ərzaq Tədarük və Təchizat” ASC Prezidentin ümidi doğrultmadığına görə ləğv olunub. Belə ki, həmin qurum dövlət orqanları yerli məhsullarla təmin etmək üçün yaradılmışdı. Məqsəd həm də yerli kənd təsərrüfatı müəssisələri üçün daxili bazar yaratmaq, dolayısıyla ölkədən xaricə axan kapitalın qarşısını almaqdı.

Ölkə rəhbərinin bu xoş niyyətlə yaratdığı Səhmdar Cəmiyyəti isə bütün səylərinə baxmayaraq, bu vəzifənin öhdəsindən gələ bilmədi. Amma bunun günahını yalnız şirkət rəhbərliyinin bacarıqsızlığı ilə bağlamaq da ədalətsizlik olardı. Media orqanlarında gedən məlumatlara görə, Səhmdar Cəmiyyətin rəhbərliyi əslində əlindən gələni etməyə çalışır, rayonları bir-bir gəzərək fermerləri istehsalı artırmağa və məhsullarını dövlət orqanlarına satmağa təşviq edirmiş. Məsələn, qurum rəhbərliyinin 2017-ci ilin fevral ayında Şəmkir-Qazax Regional Bölməsi üzrə (Ağstafa, Qazax, Gədəbəy, Tovuz, Şəmkir) Tovuz şəhərində dövlət satınalan təşkilatları, istehsalçılar və icra nümayəndələrinin iştirakı ilə regional müşavirə keçirdiyi o dövrün mətbuat səhifələrində öz əksini tapıb. Həmin görüşdə ASC İH sədr müavini Elşən Əsədov Gəncə bölgəsində yaşayan fermerləri iqtisadi aktivliyə çağıraraq deyib: “Gəncə ətrafı rayonların fermerlərinin bütün məhsullarının alınmasına dövlət zəmanəti veririk. Bu bölgədə əsas prioritetimiz, idxalı əvəzləyən məhsulların – kartof, mərci, noxud, qarabaşaq və digər məhsulların intensiv əkininin genişləndirilməsidir. Bölgənin aktiv fermerlərini Cəmiyyətlə əməkdaşlığa, arxasında dövlət zəmanəti dayanan müqavilələrin imzalanmasına dəvət edirik”.

Di gəl ki, Səhmdar Cəmiyyət fermerlərə verdiyi bu sözü tuta bilməyib. Ərzaq satınalmalarında iştirak edən bir çox nazirliklər xarici tədarükçülərdən aldıqları “otkat” xətrinə Prezidentin tapşırıqları və Sərəncamını görməzlikdən gəliblər. Nəticədə “Ərzaq məhsullarının tədarükü və təchizatı” Açıq Səhmdar Cəmiyyətinin sözünə arxayın olub istehsalatı artıran fermerlər böyük zərərlə qarşılaşıblar.

Cəmiyyətin yerli ərzaq məhsullarını əhaliyə satmaq təşəbbüsləri də baş tutmayıb. Bu barədə dövri mətbuatda deyilir: “ASC-nin "Gəzər bazar" proyekti, qeyd olunan loqo altında səyyar satışa yük avtomobilləri vasitəsilə fermerlərdən tədarük olunmuş məhsulları yarmarkalara çıxararaq istehlakçılara satmağı planlamışdı. İlkin mərhələ olaraq cari ilin iyul ayının 30-da 6 ədəd yük maşını ilə 30 tona yaxın müxtəlif kənd təsərrüfatı məhsulu Bakı və Sumqayıt şəhərlərində, 5 satış nöqtəsində alıcılara təklif olundu. Ancaq təklif olunan məhsulların marketlər və bazarlardakı qiymətlərlə ciddi formada fərqlənməməsi, bəzi məhsulların isə bazarlardakına nisbətən keyfiyyətsiz olması alıcıları narazı saldı."Gəzər bazar"da eyniadlı məhsulun təklif olunan qiyməti ilə təsərrüfat bazarlarında olan qiymət arasında ən yaxşı halda təxminən 20 faiz fərq var idi ki, bu da alıcıları qane etmirdi”.

Sözsüz ki, “Ərzaq məhsullarının tədarükü və təchizatı” Açıq Səhmdar Cəmiyyəti də süddən çıxmış ağ qaşıq deyildi. İddialara görə, cəmiyyətin bağladığı müqavilələrdə və keçirdiyi tenderlərdə şəffaflıq tam təmin olunmur, xüsusulə politen paketlərin alınması üçün keçirilən tenderlərdə müəyyən şübhələr vardı.

Bütün bu şikayətlərdən boğaza yığılan ölkə başçısı sonunda həmin qurumun ləğv edilməsi və yerinə yaradılan varisini Kənd Təsərrüfatı Nazirliyinə tapşırmağa qərar verdi. Prezidentin bu qərarında nazir İnam Kərimova bəslədiyi inamın da xüsusi rolu vardı.

Kənd Təsərrüfatı naziri isə Sərəncamdan cəmi 3 ay sonra adı dəyişdirilərək nazirliyin tabeçiliyinə keçirilən qurumun rəhbər heyətini formalaşdırdı. İdarə Heyətinin rəhbəri isə “Dövlət Aqrar Ticarət Şirkəti” MMC-nin direktoru Leyla Məmmədova təyin olundu. Hansı ki, Leyla xanım cəmi bir il əvvəl “Dövlət Aqrar Ticarət Şirkəti” MMC-yə rəhbərlik edirdi. Bir il sonra isə o, həm də “Aqrar Tədarük və Təchizat” ASC-nin sədri vəzifəsini daşıyacaqdı. Yəni özü satıb, özü alacaqdı.

Yəqin siz də razılaşarsınız ki, ilk baxışdan eyni məhsulun həm ticarətinin, həm də satışının eyni əldə cəmləşməsi korrupsiyaya münbit zəmin hazırlanması barədə təəssürat yaradır. Nə yazıq ki, regionlardan gələn bəzi iddialar da bu təəssüratı gücləndirir. Belə iddialardan biri də uşaq bağçalarına verilən ərzaq məhsullarının qiyməti və keyfiyyəti ilə bağlıdır. İmişlinin Mərzəli kənd bağçasının müdirəsi Mariya Lauşovanın “Azadlıq” radiosuna verdiyi açıqlamada “Aqrar Tədarük və Təchizat ASC-nın onlara ərzaq məhsullarını bazar qiyməti ilə müqayisədə ən azı 7 dəfə baha satdığı qeyd olunur. Üstəlik, uşaqlarımıza yedirilən ərzaq məhsullarının keyfiyyəti də qənaətbəxş deyil. Təqdim etdiyimiz videonun 5.30-cu dəqiqəsindən sonrasına diqqət yetirsəniz, fikrimizlə siz də razılaşarsınız.

Sual oluna bilər: KTN-nin tabeliyində olan “Aqrar Tədarük və Təchizat” ASC neçə bağça və müəssisəni ərzaqla təmin edir?

Nə yazıq ki, bu barədə dəqiq informasiya əldə edə bilmədik. Amma “Aqrar Tədarük və Təchizat” ASC-nin adı dəyişdirilərək ləğv edilən sələfinin 2017-ci ildə verdiyi açıqlamaya görə, təkcə Şəmkir-Qazax Regional Bölməsi üzrə 158 körpələr evi-uşaq bağçası, 6 mərkəzi xəstəxana, 95 icra nümayəndəlikləri var və onlar məhz bu qurum tərəfindən ərzaq məhsulları ilə təchiz edilirdi. Nəzərə alsaq ki, Azərbaycanın 10 belə regional bölgəsi mövcuddur və hər birində aşağı-yuxarı eyni sayda bağça, mərkəzi xəstəxana və icra nümayəndəlikləri fəaliyyət göstərir, o zaman bazar qiymətindən 7 dəfə baha satılan ərzaq malları ilə KTN-nin qaz vurub qazan doldurduğunu anlamaq çətin deyil. Üstəlik, “Aqrar Tədarük və Təchizat” ASC həm də ordunu, DİN-ni və digər dövlət qurumlarını da ərzaqla təchiz etdiyini hesaba qatsaq, dəhşətli bir korrupsiya şübhəsi ortaya çıxır.
Ovqat.com
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

16:50

Azərbaycanda yemək tenderi «çempionları» - 2 şirkətə 80 milyonluq sifariş

16:30

Göytəpə meşəsində "soyqırım": 20 gündə minlərlə ağac kəsilib - BU NƏDİ BELƏ?!

15:57

Aydın Talıbovun rəhbərlik etdiyi holdinqə daxil olan şirkət cərimələnir

15:38

Talıbovların Naxçıvanda geridönüşü, yoxsa... - NƏ BAŞ VERİR?

14:35

“Axırıncı dəfə maşını 60 il qabaq sürmüşəm, nə cərimə?” – Ramiz Mehdiyev

14:06

Xaçmaz rayon icra şöbəsinin məmurundan ÖZBAŞINALIQ! - Nazirə müraciə olundu

13:20

BŞİH-də Anar Qalayevin də fəaliyyəti müzakirəyə çıxarılsın -Eldar Əzizova təklif

12:48

Şəki Uşaq İncəsənət Məktəbinin direktorunda topdağıtmaz sərvət haradandır? –Adil Kərimlinin menyusuna

12:05

Məhkum Ədliyyə Nazirini “zon”a dəvət etdi – ŞOK səs yazısı

11:27

Sahil Babayevin DOST TV-si nazirin MƏTBU ÇƏTİRİ rolunda... - İDDİA

10:57

Vətəndaşa kələk gələn “Access Bank” özü qurban gedir – İFLAS

10:17

Səhiyyə Nazirliyi İTTİHAM OLUNUR - "Nə zamana kimi belə addımlarınız olacaq?"

09:24

“Mənə vəzifəli şəxsin köməyi ilə 185 min dollar ziyan vurub”

09:00

“Tariyel Əkbərov deyir ki, nazirlikdən bizə heç nə göndərmirlər” - NARAZILIQ VAR...

22:53

Bu gecə ilk Qədr gecəsidir

22:15

İrəvan Rusiya ilə münasibətləri qəsdən pozur - Moskvadan xəbərdarlıq

21:46

Ramazanın 19-cu gününün duası - İmsak və iftar vaxtı

21:26

Sabirabadda dəhşətli "təmizlik" aksiyası - vətəndaş müraciəti

19:04

Papanın səhhəti yaxşılaşıb

18:42

Putin seçki üçün 317 milyon pul xərcləyib

18:18

Nağdsız ödənişdən yayınanlar barəsində tədbir görüləcəkmi? - Ekspertlər danışır...

17:32

Diplomsuz cərrahları kim qoruyur? - Sabiq nazir müavini rəsmən yalan danışdı

17:06

Gəncə şəhər Şəhidlər Xiyabanı zibil içindədir - VİDEOFAKT

16:38

Həbibullayev Prezidentin göstərişlərini NİYƏ ÖNƏMSƏMİR? - ÖZBAŞINALIQ!

15:53

Bəs Xalid Ələkbərova nə yaxşı SÖZ DEYƏN YOXDUR?.. - Ortada bunca məqamlar varsa...

15:24

İşçinin taleyi əgər Qağaməlinin ümidinə qaldısa.... - VAY HALINA...

14:06

Gəncə İcra Başçısı haqda maraqlı iddia və maşın kolleksiyası - Dövlət büdcəsini evinə daşıyıb ki...

13:32

Araz Paşayevə məxsus şirkət hansı qurumlarla işbirliyində olub və nə qədər dövlət vəsaiti silib - İLGİNC FAKTLAR

11:32

Rəis 6 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsini "bazar"a çevirib - İTTİHAM VAR...

10:54

Sakinlər problem içində... rəsmi qurumlar isə ancaq vəd verir... - Başçı da ki yox kimidir...

09:59

Gülağa Bağırov 1 milyonu NEYNƏDİ? - Bir soruşan olsa...

09:29

Təhlükəsizlik orqanlarının yaranmasının 105 illiyi

21:37

Ağalarovlardan terror qurbanlarına 100 milyonluq yardım

21:10

İlhamə Abdullayeva Gülnaz Kırimovanı O isə öz vasalının qanundan kənar əməllərini gizlədir - FAKTLAR