Elman Rüstəmov bamk sistemini elə iflic edib ki... - Banklar yenə də kredit burulğanında...

14:07 31.08.2019 458
Elman Rüstəmov bamk sistemini elə iflic edib ki... - Banklar yenə də kredit burulğanında...

Azərbaycan Mərkəzi Bankı iqtisadiyyata kredit qoyuluşları ilə bağlı göstəriciləri açıqlayıb. Məlum olub ki, iyul ayında ölkə banklarının kredit portfeli təqribən 200 milyon manat artaraq 13 milyard 681,4 milyon manata çatıb. Bu, o deməkdir ki, İlin əvvəlindən kredit portfeli 660 milyon manat artıb.

Ancaq məsələ ondadır ki, ümumilikdə kredit portfelinin həcminin artmasına paralel olaraq, problemli kreditlərin məbləği də artıb. AMB-nin göstəricilərinə əsasən, iyulun sonuna problemli kreditlərin məbləği 1 milyard 487,4 milyon manat təşkil edib. Bununla yanaşı, problemli kreditlərin ümumi kredit portfelindəki payı təxminən 11% təşkil edir.

Xatırladaq ki, bu il fevralın 28-də ölkə başçısı problemli kreditlər məsələsinin həllilə bağlı fərman imzalayıb. Həmin fərman vətəndaşların banklardakı 10.000 ABŞ dollarınadək problemli kreditlərinin qapanması üçün dövlət büdcəsindən 700 milyon manatdan artıq vəsait ayrılmasını nəzərdə tuturdu.

Həmçinin, banklara 682 milyon manat məbləğinədək dövlət zəmanəti ilə güzəştli kredit verilməsi, bankların valyuta mövqeyinin pisləşməsinin qarşısını almaq məqsədilə ayrılan kreditin hesabına onların müraciəti əsasında 215 milyon ABŞ dolları dəyərinədək xarici valyutada ifadə olunmuş, illik faiz dərəcəsi 0,5 faiz olmaqla qiymətli kağızlar verilməsi nəzərdə tutulurdu.
Ancaq bugün məlum olur ki, bütün bu tədbirlər, ayrılan vəsaitlər bank sektoruna ümumilikdə müsbət təsir göstərsə də, banklar yenə problemli kreditlər bataqlığına sürüklənməkdədirlər. Məsələ ondadır ki, 2018-ci ilin yekunlarına görə, bankların kredit portfeli 13 mlrd. manat təşkil edib və bunun 12,2 faizi problemli kreditlər olub. Yuxarıda qeyd edildiyi kimi, hazırda isə bu göstərici 11 faizdir. Deməli, büdcədən ayrılan 1 milyard manata yaxın vəsait, banklara göstərilən dəstək və güzəştlər problemli kreditlər göstəricisinə cəmi 1 faiz təsir edib.

Məlum fərmandan öncə problemli kreditlərin ümumi həcmi təqribən 1.8 milyard manat idi. Büdcədən ayrılan külli miqdarda vəsaitə və dəstəyə baxmayaraq, iyulun sonuna olan göstəriciyə görə, banklardakı problemli kreditlərin həcmi yenidən artaraq, 1.5 milyard manata yaxınlaşdığını görünür. Və göründüyü kimi, bu proses getdikcə də sürətlənir. Bu gedişlə çox yaxın gələcəkdə problemli kreditlərin həcmi yenidən 2 milyard manata yaxınlaşacaq və bu həddi də keçəcək.

Problemli kredeitlərin həcminin artması bir neçə amillə bağlıdır ki, bunların da ən başlıcaları bankların ümumilikdə kredit siyasətini düzgün qurmaması, daha doğrusu acgöz siyasət aparması və Mərkəzi Bankın bu sahədəki qeyri-qənaətbəxş fəaliyyətidir. Bütün əsaslı təhlillərə, tənqidlərə, şikayətlərə və iradlara rəğmən, banklar yenə də burunlarının ucundan o tərəfi görmürlər. Əsasən məmur-oliqarxların nəzarətində olan bu bankların kredit faizlərinin hələ də regionda və dünyada analoqlarını tapmaq asan deyil. Çünki bu faizlər qətiyyən ölkədəki biznesin gəlirlilik səviyyəsilə, rentabelliyilə uzlaşmır.

Onsuz da Azərbaycanda biznes mühitinin hələ də idealdan çox-çox uzaq olması, azad rəqabət mühitinin olmaması, məmur oliqarxiyasının yaratdığı qeyri-bərabərlik və digər səbəblər ciddi dayağı olmayan sahibkarlara böyük çətinliklər törədir. Bunun üzərinə də bankların kredit faizlərinin yüksək olmasını gələndə, vəziyyət o hala çatır ki, hətta heç bir devalvasiyasız-filansız da krediti ödəmək çətinləşir və problemli kreditlərin həcmi durmadan, sürətlə artır.
Kredit faizləri məsələsi dəfələrlə iqtisadçılar, maliyyəçilər tərəfindən qaldırılıb, parlamentdə də bu məsələ gündəmə gətirilib. Hətta bir neçə il əvvəl iclasların birində YAP-çı Siyavuş Novruzov bildirmişdi ki, bu faizlə kredit götürüb, sonra onu qaytarmaq və qazanc əldə etmək üçün yalnız narkotik alverilə məşğul olmaq mümkündür.

Bu günlərdə isə deputat Vahid Əhmədov kredit faizləri məsələsinin parlamentin müvafiq komissiyasında müzakirə edilə biləcəyini, həmçinin deputatların banklarla görüşərək, danışıqlar aparmasının mümkünlüyünü bildirib.

Ancaq çətin ki, deputatların, yaxud müstəqil iqtisadçıların sözü ilə iri məmurların əlində olan banklar kredit faizlərini endirə. Nəzərə alsaq ki, sahibi Mərkəzi Bankın rəhbəri olan bank belə kreditləri çox yüksək faizlərlə verir, hansısa oliqarxdan bunu gözləmək sadəlövlük olardı…

Həmin bu məmur-oliqarx təbəqəsinin acgözlüyü ucbatından Azərbaycanın bank sektoru çətin ki, nə vaxtsa normal, sivil hala gələ. Və bu sektor iri məmurların nəzarətindən çıxmayınca heç bir fərman, eləcə də büdcədən ayrılan milyardlar belə, lazımi effekti verməyəcək. /AzPolitika.info/
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

18:03

KASIBLARLA DOST OLMAYAN NAZİRİN “DOST” TELEVİZİYASI… - Yeni televiziya sosial məsələlərə, yoxsa Babayevin piarına xidmət edəcək?

17:10

"Razborka" aparan, sərnişini hədələyən, qazın "belinə oturan" sürücülər... - 91 nömrəli avtobus xəttində nə baş verir?

16:13

"Qazaxlı Alik"in oğlunun məhkəməsi başlayır - TƏFƏRRÜAT

14:59

Neftçalada vəzifə uğrunda MÜBARİZƏ — İcra başçısının məzuniyyətdən qayıtmasını gözləyirlər...

12:35

“Laser Beauty Clinic” tam bir QƏSSABXANA kimi işləyir... - daha bir FAKT!

12:04

Nə oldu, Makron? - AKTUAL

10:55

271 saylı məktəbdə həftəbecər dərs saatları... - DƏLİXANADIR, VALLAH...

09:48

Biləcəri bələdiyyəsi belə geridə qalıb? - YOXSA...

19:39

Dövlət Su Ehtiyatları Agentliyi, yoxsa ŞƏBƏKƏ BİZNESİ? - Dövlət qurumunda "Dostluq birliyi"

19:11

İlham Əliyev 4 kəndi də qaytardı

16:34

109-cu “erməni soyqırımı” oyunlarında dönüş –

16:06

"Bura bildiyiniz bazardır..." - GİLEY

15:40

Sabirabadlı fermerin balıq gölündə çalışdı, maaşını ala bilmir... - GİLEY

14:45

Yumurta kəskin ucuzlaşdı – Qiymətlər daha da ENƏCƏK?

12:56

"Xaçmaz rayon Məhkəməsinə müraciət etmişəm..." - MƏHKƏMƏDƏ İSƏ...

12:13

İnternet dələduzları yenə də İŞ BAŞINDA... - ETİRAZ

11:05

Gəncə niyə ABAD OLA BİLMİR... - Bu qədər xərc-xəsarət varsa...

10:31

Mikail Keskini “Ajda Baku”dan uzaqlaşdıran şəxsləri qoruyan “hüquq əli” kimindir? - Türkiyəli iş adamına qarşı QANUNSUZ ƏMƏLLƏR

09:48

DİREKTORU QOVUBLAR, AMMA KORRUPSİYA TAPILMAYIB... - Agentlik hüquq-mühafizə orqanlarına niyə müraciət etməyib?

09:26

Laçın sakini evinə sevinərək dönsə də... - AXI NİYƏ?

20:57

MİLÇƏK VƏ AĞCAQANAD SÜRÜLƏRİNİN SARAY QƏSƏBƏSİNDƏKİ “ALİMLƏR BİNASI”NA HÜCUMU

19:08

Melorasiya və Su Təsərrüfatı ASC-də "şəbəkə biznesi..."-Kamalın Zamanı

18:41

Kəmaləddin Heydərova məxsus olduğu deyilən 357 milyonluq şirkət məhkəmə qarşısında

16:32

Qərb Cənubi Qafqaz planlarında tələsir - ŞƏRH

16:10

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – TƏFƏRRÜAT

15:40

Gömrükdə camaatı rəsmən ƏLƏ SALIRLAR... - FOTOFAKT

15:12

Şəhid anasını qəbul etməyən icra başçısı onun Prezidentə etdiyi müraciəti əsassız çıxarmağa cəhd etdi VİDEO

14:21

285 saylı məktəbdə qalmaqal: Yeni direktor köçkün müəllimi işdən çıxardı - TƏFƏRRÜAT

13:46

"Bəs bu təmizliyə nəzarət edən kimsə yoxdurmu?" - ETİRAZ

12:43

Şahmar İbadovun dövlətə meydan oxuması... - Qalmaqallı məmur yeni vəzifə eşqinə düşüb

12:08

İcra başçısı şəhidin adına olan obyekti sökdürdü - Şəhid qızı Prezidentə müraciət etdi - VİDEO

11:24

"Bravo"da vaxtı keçmiş məhsul satılır - GİLEY

10:50

ABŞ-dən sülhməramlıların Qarabağı tərk etməsinə - Reaksiya

10:09

«AZVİRT» VƏ «SAN İNŞAAT» TIKINTI ŞIRKƏTI QƏZADA AĞIR XƏSARƏT ALAN IŞÇILƏRINƏ SAHIB DURMUR. ZƏNGILANDAKI TIKINTI IŞLƏRINDƏ ÇALIŞANLARA QARŞI GÖSTƏRILƏN ÖGEY MÜNASIBƏTƏ NƏ AD VERMƏK OLAR?- VİDEO/FAKTLAR