“Exchange”i açılmağa qoymayan səbəblər - GƏLİŞMƏ

12:16 28.08.2019 412
“Exchange”i açılmağa qoymayan səbəblər - GƏLİŞMƏ

Valyutadəyişmə məntəqələrinin (“exchange”lərin) fəaliyyətinə yenidən icazə verilməsi ilə bağlı qərardan iki ilə yaxın vaxt ötür. Lakin bu müddət ərzində nə paytaxtda, nə də bölgələrdə valyutadəyişmə məntəqələrinin fəaliyyəti gözə dəymir. Halbuki son olaraq valyutadəyişmə məntəqələrinin yenidən açılması üçün qanunverici aktlar qəbul olundu, müvafiq qərarlar verildi. Parlament “Valyuta tənzimi haqqında” Qanuna dəyişiklik edilməsi barədə qanun layihəsini qəbul etdi. Bu dəyişikliklə valyuta mübadiləsi fəaliyyətinə lisenziyaların verilməsi proseduru sadələşdi. Artıq maliyyə bazarlarına nəzarət orqanı valyuta mübadiləsi fəaliyyətinə lisenziya verərkən onu müvafiq icra hakimiyyəti razılaşdırmalı deyil. Hazırda “exchange”lərin fəaliyyətinin qarşısında qanunvericilik baxımından heç bir əngəl olmasa da, iqtisadi məntiqlə iş adamları bu fəaliyyət növündə maraqlı deyillər. Ekspertlər hesab edir ki, əslində hökumətin də qaydaları bu cür sərt müəyyənləşdirməsi onu göstərir ki, onlar da valyutadəyişmə məntəqələrinin fəaliyyətə başlamasında maraqlı deyillər.

Çünki bununla hökumət bazardakı dollar maniupulyasiyalarının, ajiotajın qarşısını alır, milli valyutanın məzənnəsinə olan təzyiqləri aradan qaldırmış olur. Buna baxmayaraq, bu durumda turistlər çətinlik çəkir. Mütəmadi olaraq, paytaxtın mərkəzi küçələrində, xüsusən də “Azneft” dairəsi yaxınlığındakı və “28 may” metro stansiyası yaxınlığındakı bank filiallarının qarşısında növbələr müşahidə olunur.

Bəs görəsən, ekspertlər necə düşünür? Valyutadəyişmə məntəqələrinin geri dönüşü mümkün olacaqmı?

Mövzu ilə bağlı “Yeni Müsavat”a danışan iqtisadçı ekspert Natiq Cəfərli hesab edir ki, əslində illər öncə valyutadəyişmə məntəqələrinin bağlanması ilə əlaqədar verilmiş səhv qərar onların ajiotaj yaratması ilə əlaqələndirilirdi: “Bu ajiotajın yaranması nəticəsində də milli valyutanın məzənnəsi ilə bağlı ciddi oynaqlıq müşahidə olunur. Amma bu doğru iddia deyildi və qərar da səhv idi. Ən azı ona görə ki, ölkə üzrə 4 mindən çox insan bu sahə üzrə çalışırdı, onlar işsiz qaldı. Valyutadəyişmə məntəqələrinin (VDM) bağlanmasından bir müddət sonra ”qara bazar" yarandı. Qara bazarın yaranması da elə VDM-lərin bağlanması ilə əlaqədar idi. İndi müəyyən qədər sabitlik yaranıb, həm məzənnə sabitdir, həm də bəzi banklar şənbə-bazar günləri də filiallarını açıq saxlamaqla valyutadəyişmə problemini həll etməyə çalışırlar. Çünki həm turistlər, həm də xarici səfərlərə çıxan yerli vətəndaşların valyutadəyişmə əməliyyatları ilə bağlı problemləri qalmaqdadır. Valyutadəyişmə məntəqələrinin açılmamasının səbəbi qanunun çox sərt olmasıdır".

İqtisadçının fikrincə, “exchange” açmaq istəyən fiziki şəxslərə elə şərtlər qoyulub ki, bu, iqtisadi baxımdan onlar üçün sərfəli deyil: “VDM açmazdan öncə 50 min manat depozit qoymalısan və sonra lisenziya almalısan. Həmçinin bu obyekti gülləkeçirməz şüşələrlə, təhlükəsizlik vasitələri ilə təmin etmək kifayət qədər vəsait tələb edir ki, bu da iş adamlarına sərf eləmir. Birdən-birə bu qədər vəsaiti investisiya kimi yatırmaq ”exchage"lərin gətirdiyi gəlir qarşısında cəlbedici deyil. Ona görə də qaydalar sadələşdirilsə, kifayət qədər VDM açıla bilər. Bu da yeni iş yerlərinin yaranması ilə nəticələnə bilər. Mən düşünmürəm ki, hökumət sırf ajiotajın qarşısını almaq üçün bu addımı artır. Çünki valyutanın məzənnəsi hökumətin nəzarəti altındadır. Heç bir valyutadəyişmə məntəqəsi məzənnəni özbaşına nə qaldıra, nə də sala bilməz. Mərkəzi Bankın qaydaları var ki, müəyyən edilmiş faiz dəhlizində valyutadəyişmə məntəqələri alış və satış qiymətlərində dəyişiklik edə bilərlər. Bu qaydanı pozanların ciddi şəkildə cəzalandırılması da mümkündür. Belə görünür ki, hökumət bu qaydaların dəyişməsində və valyutadəyişmə məntəqələrinin artmasında maraqlı deyil".

Ekspert onu da qeyd etdi ki, artıq “qara bazar”ın fəaliyyəti sona çatıb: “Qara bazar demək olar ki, yoxdur. Yalnız hansısa kafelər, restoranlarda, dükanlara ola bilər ki, xarici turistlərdən valyuta qəbul etsinlər. Xüsusən də regionlarda bu mümkündür. Ancaq qara bazar demək olar ki, sıradan çıxıb. Valyutadəyişmə məntəqələri bankların nəzarəti altında açılacaq. Fiziki şəxslər bu fəaliyyət növü ilə məşğul olmaq üçün hansısa bankla müqavilə bağlamalıdır ki, o bankın qaydalarına uyğun çərçivədə işləsin. Hətta öncəki dövrdə də Azərbaycanda fəaliyyət göstərən valyutadəyişmə məntəqələrinin hamısı hər hansı banka bağlı idi və onun qaydalarına uyğun fəaliyyət göstərirdi. Lisenziyanın alınmasında da bir bankın razılıq verməsi önəmlidir. Ona görə də, bu proses elə bankların nəzarəti altında olacaq. Valyutadəyişmə məntəqələrinin açılması həm yeni iş yerlərinin açılmasına səbəb ola bilər, həm də rahat şəkildə xarici turistlərin, yerli vətəndaşların günün istənilən saatında, bayram və istirahət günlərində valyutadəyişmə əməliyyatlarından rahat istifadəsinə şərait yaratmış olar. Bankların yeganə marağı ondan ibarət ola bilər ki, hazırda bütün valyutadəyişmə əməliyyatları bankların özündə aparılır, ancaq ”exchange"lər açılsa, bankların əlavə qazancdan məhrum olmasına səbəb ola bilər. Ona görə də ola bilər ki, böyük bankların qazancının bir qismi onlardan lisenziya alan qurumlara gedəcək. Buna görə də ola bilər ki, böyük banklar, ümumiyyətlə, bu prosesdə maraqlı deyil".
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

09:48

Biləcəri bələdiyyəsi belə geridə qalıb? - YOXSA...

19:39

Dövlət Su Ehtiyatları Agentliyi, yoxsa ŞƏBƏKƏ BİZNESİ? - Dövlət qurumunda "Dostluq birliyi"

19:11

İlham Əliyev 4 kəndi də qaytardı

16:34

109-cu “erməni soyqırımı” oyunlarında dönüş –

16:06

"Bura bildiyiniz bazardır..." - GİLEY

15:40

Sabirabadlı fermerin balıq gölündə çalışdı, maaşını ala bilmir... - GİLEY

14:45

Yumurta kəskin ucuzlaşdı – Qiymətlər daha da ENƏCƏK?

12:56

"Xaçmaz rayon Məhkəməsinə müraciət etmişəm..." - MƏHKƏMƏDƏ İSƏ...

12:13

İnternet dələduzları yenə də İŞ BAŞINDA... - ETİRAZ

11:05

Gəncə niyə ABAD OLA BİLMİR... - Bu qədər xərc-xəsarət varsa...

10:31

Mikail Keskini “Ajda Baku”dan uzaqlaşdıran şəxsləri qoruyan “hüquq əli” kimindir? - Türkiyəli iş adamına qarşı QANUNSUZ ƏMƏLLƏR

09:48

DİREKTORU QOVUBLAR, AMMA KORRUPSİYA TAPILMAYIB... - Agentlik hüquq-mühafizə orqanlarına niyə müraciət etməyib?

09:26

Laçın sakini evinə sevinərək dönsə də... - AXI NİYƏ?

20:57

MİLÇƏK VƏ AĞCAQANAD SÜRÜLƏRİNİN SARAY QƏSƏBƏSİNDƏKİ “ALİMLƏR BİNASI”NA HÜCUMU

19:08

Melorasiya və Su Təsərrüfatı ASC-də "şəbəkə biznesi..."-Kamalın Zamanı

18:41

Kəmaləddin Heydərova məxsus olduğu deyilən 357 milyonluq şirkət məhkəmə qarşısında

16:32

Qərb Cənubi Qafqaz planlarında tələsir - ŞƏRH

16:10

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – TƏFƏRRÜAT

15:40

Gömrükdə camaatı rəsmən ƏLƏ SALIRLAR... - FOTOFAKT

15:12

Şəhid anasını qəbul etməyən icra başçısı onun Prezidentə etdiyi müraciəti əsassız çıxarmağa cəhd etdi VİDEO

14:21

285 saylı məktəbdə qalmaqal: Yeni direktor köçkün müəllimi işdən çıxardı - TƏFƏRRÜAT

13:46

"Bəs bu təmizliyə nəzarət edən kimsə yoxdurmu?" - ETİRAZ

12:43

Şahmar İbadovun dövlətə meydan oxuması... - Qalmaqallı məmur yeni vəzifə eşqinə düşüb

12:08

İcra başçısı şəhidin adına olan obyekti sökdürdü - Şəhid qızı Prezidentə müraciət etdi - VİDEO

11:24

"Bravo"da vaxtı keçmiş məhsul satılır - GİLEY

10:50

ABŞ-dən sülhməramlıların Qarabağı tərk etməsinə - Reaksiya

10:09

«AZVİRT» VƏ «SAN İNŞAAT» TIKINTI ŞIRKƏTI QƏZADA AĞIR XƏSARƏT ALAN IŞÇILƏRINƏ SAHIB DURMUR. ZƏNGILANDAKI TIKINTI IŞLƏRINDƏ ÇALIŞANLARA QARŞI GÖSTƏRILƏN ÖGEY MÜNASIBƏTƏ NƏ AD VERMƏK OLAR?- VİDEO/FAKTLAR

09:31

Başlıbel faciəsindən 31 il ötür

00:24

İsrail İrana cavab zərbəsi endirməyi planlaşdırıbmış

23:36

CHP liderindən AŞPA-da Azərbaycana DƏSTƏK

19:13

İcra Hakimiyyəti ilə tenderlərinin qalibi olan şirkət arasında qalmaqal yaranıb - TƏFƏRRÜAT

18:49

"Həkim mənə dedi ki, narazılığın var, get sən də özünü yandır..." - NARAZILIQ VAR...

18:37

Prezidentdən Şuşa ilə bağlı - Sərəncam

18:26

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – QALMAQALLI MƏHKƏMƏ İŞİ