Sahil Babayevlə Səlim Müslümovun fərqi nədir ki? - Əgər problemlər yenə də qalırsa...

16:09 26.08.2019 456
Sahil Babayevlə Səlim Müslümovun fərqi nədir ki? - Əgər problemlər yenə də qalırsa...

“Övladlarımın üçü də xəstədir, bir ana üçün bundan ağır dərd ola bilməz. Döymədiyim qapı qalmayıb, amma bir ananın fəryadına qulaq asan yoxdur. Bəzən özümə nifrət edirəm, düşünürəm ki, həyatda yaşamağıma dəyməz”.

48 yaşlı Şamaxı şəhər sakini Şəhla Səttar qızı Veyisova belə deyir. Onun sözlərinə görə, övladları – Kamran Veyisov (25 yaş), Kənan Veyisov (23 yaş) əqli, qızı Kəmalə Veyisova (19 yaş) isə həm əqli, həm də fiziki qüsurludur:

“Hər üç uşağım beyinlə əlaqədar xəstəlikdən əziyyət çəkir. Böyük oğlumla, qızımda epilepsiya xəstəliyidir. Onlar 12-14 yaşınadək sağlam idilər. Bu yaş dövrünü keçəndən sonra hər ikisində problem yarandı. Böyük oğlum bir yaşı olanda, atası işə gedirdi, arxasınca qaçanda, yıxıldı, ayağı sındı. Bir müddət gipsdə qaldı, o zaman körpə bərk qorxdu. Ayağı sağaldı, amma 14 yaşından sonra başladı aradabir qorxu keçirməyə. 20 yaşı olanda yıxıldı, qabırğası çatladı. Bundan sonra uşaqda intensiv epileptik tutmalar başladı.

İkinci oğlum sapsağlam idi, 12 yaşı olanda, gecə vaxtı təxminən 1,5 metr hündürlüyündə hasardan yıxıldı. Şamaxı Rayon Xəstəxanasına apardıq. Uşaq iki gün komada qaldı, ayılanda da heç kimi tanımadı. Xəstəxanadan göndəriş vərəqəsi istədik ki, oğlumu Bakıya aparaq. Lakin vermədilər, dedilər ki, özümüz müalicə edəcəyik. Oğlum bir ay həmin xəstəxanada yatdı, amma nəticəsi olmadı. İndi 23 yaşı var, istəyir ki, nəsə aktiv bir hərəkət eləsin, başı gicəllənir, başını yerə qoyur, mədəsi bulanmağa başlayır. Ağrıdan qıvrılır, başını tutub qalır. İrana apardıq, həkimlər dedilər ki, beynində qan laxtalanıb. Əməliyyat olunub, laxta qan təmizlənərsə düzələcək. Mənim əməliyyata maddi imkanım çatmadı”.

Şəhla Veyisova taleyindən şikayətlənir. Deyir ki, həyat mənim üçün qarmaqarışıq oldu, övlad sarıdan üzüm gülmədi:

“Uşaqlarımın xəstəliyinə görə başqa heç nə düşünə bilmirəm. Dərdi-sərdən yorulmuşam. Qızım eşidir, amma danışa bilmir. Altı ay öncə Bakıdakı özəl xəstəxanalardan birinə apardıq, qan analizi alındı, Türkiyəyə göndərildi. Cavabı gəldi, həkimlər son nəticə olaraq dedilər ki, uşağın xəstəliyi hidrosefaliyadır. Müalicəsi də yalnız cərrahi üsulladır. Uşağın beynində şuntlama əməliyyatı olunacaq, 14 gün müddətində tam sağalacaq. Bu əməliyyat üçün də iyirmi beş min manat pul oxundu. Mənim də bu qədərə gücüm çatmadı, uşağımı götürüb Şamaxıya qayıtdım. Qızımın səhhəti getdikcə pisləşir, gecələr yatanda sidiyini tuta bilmir, yerişi pozulub, əqli zəifliyi daha da artıb. Yeməyini özüm əlimlə yedizdirirəm”.

Şikayətçinin bildirdiyinə görə, sağlamlıq imkanları məhdud olan uşaqlarına görə 18 yaşadək sosial müavinət alıb. Müavinət yaşı bitəndən sonra xəstəliyə görə əlillik dərəcəsi almaq istəsə də, bu mümkün olmayıb:

“Uşaqlara əlillik dərəcəsi almaq istəyirik, amma bizim işimizə baxan yoxdur. 2015-ci ildə oğlumun əsgərlik vaxtı çatdı, ona verilən müavinət dayandırıldı. 2018-ci ildə qızımın 18 yaşı tamam olduğuna görə onun da müavinəti dayandırıldı. Hara müraciət edirəm, bu işə baxan yoxdur. Uşaqlarım xəstə olduğu halda, dövlət tərəfindən heç bir qayğı və diqqət göstərilmir. Bu dövlətin yiyəsi varsa, görsünlər ki, bu uşaqlar niyə belədir? Nə Şamaxı Rayon Müalicə Diaqnostika Mərkəzində, nə də Dövlət Sosial Müdafiə Fondunun Şamaxı Rayon Şöbəsində problemimizə baxmırlar.

Səhiyyə Nazirliyinə yazdım, dedilər ki, uşaqlar Şamaxı Rayon Müalicə Diaqnostika Mərkəzində müalicə olunmalıdır. Xəstəxananın baş həkimi də dedi ki, sizin hər üç övladınızın müalicəsini qarşılamaq imkanımız yoxdur. Yaxşı bilirsiniz ki, hazırda Azərbaycanda yaşamaq çox çətindir, dolanışıq yoxdur. Üç xəstə övladın hərəsinin dərmanına hər ay ayrı-ayrılıqda iki yüz manat xərcləyirəm. Yoldaşım fəhlə işləyir, boğazımızdan kəsib, uşaqların müalicəsinə xərcləyirik ki, nə qədər ömrümüz var, onlar yaşasınlar. Yalnız böyük oğluma görə yüz otuz manat təqaüd alıram”.

Şamaxı Rayon Müalicə Diaqnostika Mərkəzi ilə dəfələrlə əlaqə saxlamaq cəhdlərimiz boşa çıxıb.
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

20:23

Məşhur "Batı-X" şirkətinin ağacları məhv etdiyi aşkarlandı... - Nazirlik hərəkətə keçdi

19:53

İcra hakimiyyətlərinə yeni səlahiyyət verildi – “Ailədaxili münaqişələrin qarşısı bu yolla alınacaq”

19:01

Rusiya şirkəti Ramiz Mehdiyevin ailəsinə məxsus Bank "BTB"yə QARŞI - DETALLAR

18:49

16 saylı Ucar Ərazi İdarəsinin işçiləri Göyçay sakinini ölkə başçısından kömək istəməyə vadar etdi

17:00

Ucuz reklama əl atan özünə müğənni deyən Aynur Nəbiyeva kimdir?

16:41

BAKIDA NÖVBƏTİ DƏLƏDUZLUQ CİNAYƏTİ - "JEK"-in baş mühəndisnin oğlu 5 nəfəri aldatdı

16:15

" `Umico` market kimdir sizin rəhbər?.. Nə etmək istəyir?!!" - ETİRAZ

15:38

"AAAF İnşaat"dakı milyonluq yeyinti faktları haqda açıqlama verdi, işdən çıxarıldı - ŞİRKƏTİN KEÇMİŞ KOMENDANTINDAN RƏSMİ QURUMLARA MÜRACİƏT

14:54

“Oba” marketlərdə endirim saxtakarlığı - NARAZILIQ VAR...

14:28

Reklam Agentliyinin İdarə Heyətinin sədri vəzifəsindən azad edilib, yenisi təyin olunub - SƏRƏNCAM

14:09

Bayram Səfərov keçirdiyi tenderdə oğlunu qalib elan edib

13:46

Elm və Təhsil Nazirliyində “nüfuz savaşı” — Aparat rəhbəri ilə müavini nəyin davasını aparır?

13:04

Baş həkimin qanunsuz obyektini KİMLƏR HİMAYƏ EDİR? - İDDİA

12:36

Şahin Bağırov və Qoşqar Təhməzli MİLLƏTİN QƏSDİNƏ DURUB? - İTTİHAM VAR...

12:06

“Gümrü bazası Qarabağa köçürüləcək” iddiasının sirri - Moskva nəbz yoxlayır, yoxsa...

11:33

İmişlidə NONSENS: Keçmiş bələdiyyə sədri bələdiyyə möhürünü oğurlayıb, qaytarmır... - BU NƏDİ BELƏ?!

10:54

“İcra Hakimiyyətindən bizə deyirlər ki, hara şikayət etsəniz də, xeyri yoxdur” – EVLƏRİ DAĞILAN DAŞKƏSƏN SAKİNLƏRİ ÇADIRDA YAŞAMAĞA MƏCBUR EDİLİR / VİDEO

10:11

Sürücülərin ən çox şikayət etdiyi sığorta şirkətləri BƏLLİ OLDU - “Xalq Sığorta”, “Bakı Sığorta”, “AtaSığorta” liderdir...

09:39

Sabirabadda KÖRPÜ DƏLƏDUZLUĞU... - Rəsmilər HARA BAXIR?

09:17

“İST PETROL”-da benzinə görün nələr QATILIR - Təsadüf yoxsa REALLIQ?

16:33

"Azpulmat" məlumatlarınızı OĞURLAYIR: - Tətbiqin sahibini hansı CƏZA GÖZLƏYİR?

16:07

Ekspert: Hidrogen enerjisinə keçid siyasi təşəbbüslər tələb edir

15:24

Ənvər Əfəndiyevin “sağ əli” Firuz İsmayılov həbs təhlükəsi altında - İLGİNC

14:57

Böyük Britaniyada qanunsuz miqrant problemi – ermənilər krallıqdan qovulur

14:17

Bakı Avrasiya Universitetinin prorektoru kazinoda böyük pul uduzub - TƏFƏRRÜAT

13:37

Onlar 4 aydır, əməkhaqqı ala bilmirlər - Naxçıvanda səhiyyə işçiləri də etiraz edir

13:13

Yuxarı Qarabağ suvarma kanalının adı dəyişdirilərək yenidən qurulacaq

12:51

Məleykə Abbaszadə millətin gələcəyini və gəncliyini şikəst edir - FAKTLARLA...

12:24

İki əmlak oliqarxı Mətin Eynullayevə qarşı: Taleh Bəşirov və Eldəniz Qafarov prezidentə sabotaj içində

11:44

Vəzifədə olan dayısının evindən 90 min oğurlayıb – Qumarda uduzdu

11:12

Nazirlik "Siyəzən Broyler"də nöqsanlar aşkarlayıb - DETALLAR

10:34

14 saylı Ərazi İdarəsi sənəd SAXTALAŞDIRIR? - BU NƏDİ BELƏ?!

09:45

Bu gün akademik Zərifə Əliyevanın anım günüdür

09:25

"Şəki Suvarma Sistemleri İdarəsinin müdiri mənə qarşı QƏRƏZLİDİR..." - GİLEY