Mehriban Əliyevanın müəllimi: "Elə insanı unutmaq çətindir" - VİDEOREPORTAJ

13:03 26.08.2019 531
Mehriban Əliyevanın müəllimi: "Elə insanı unutmaq çətindir" - VİDEOREPORTAJ
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva 1981-ci ildə Bakı şəhərindəki 23 nömrəli orta məktəbi qızıl medalla bitirib.

“Report”un əməkdaşları məktəbin hazırkı direktoru Yuliya Kərimova, həmçinin Mehriban xanımın müəllimi olmuş Valeriya Abdullayeva ilə görüşərək fikirlərini dinləyib.

“Əlbəttə, belə bir insanın, Birinci vitse-prezident və ölkənin birinci xanımı Mehriban Əliyevanın məktəbimizin məzunu olması hər bir şagirdimiz üçün böyük məsuliyyətdir, həmçinin daha yaxşı oxumağa sövq edən güclü amildir. O, Vətənə məhəbbət və təhsilə hörmət nümunəsidir. Bir çox valideyn gəlib övladlarını məhz Mehriban xanımın məzun olduğu məktəbdə oxutmaq istədiklərini deyirlər. Bu da əlbəttə ki, bizim üçün böyük şərəfdir”, – məktəb direktoru deyib.

O, 2014-cü ildə məktəbin əsaslı təmirdən sonra açılış mərasiminə Mehriban Əliyevaya xoş sürpriz olsun deyə vaxtilə ona dərs demiş müəllimə Valeriya Abdullayevanı da dəvət etdiklərini söyləyir.

Mehriban Əliyevanın müəllimi: "Elə insanı unutmaq çətindir" - VİDEOREPORTAJ
23 nömrəli orta məktəbin hazırkı direktoru Yuliya Kərimova

Mehriban Əliyevaya son siniflərdə rus dili və ədəbiyyatdan dərs demiş Valeriya Aleksandrovna şagirdini indi də səmimiyyətlə, xoş sözlərlə xatırlayır.

"Onu gözdən qaçırmaq qeyri-mümkün idi. Birincisi, elə zahiri görkəmini... Son dərəcə gözəl, məlahətli qız idi, eyni zamanda olduqca tərbiyəli idi. Hamı kimi adi bir şagird olub. Lakin valideynləri çox tələbkar idi, qızlarını ciddi nəzarətdə saxlayırdılar, mütəmadi olaraq məktəbə gələr, onun dərsləri, uğurları ilə maraqlanardılar... Həmişə çox ciddi və təvözəkar olub, başqalarından hansı cəhətdənsə üstün olduğunu, seçildiyini büruzə verməyə çalışmazdı. Yəni Mehriban Paşayeva adi bir şagird idi", – qocaman müəllimə xatırlayır.

Valeriya müəllimə şagird Mehribanın sinif yoldaşları ilə yaxşı münasibətdə olduğunu, müəllimlər tərəfindən də qiymətləndirildiyini dilə gətirib: "Onların sinfi çox mehriban idi. Sinif yoldaşlarının ona münasibəti də heyrətamiz dərəcədə gözəl olub. Deyə bilərəm ki, çox təmkinli idi və yoldaşları ilə də olduqca mehriban, hörmətli, dost kimi davranar, onlardan da eyni münasibəti görərdi".

Mehriban Əliyevanın müəllimi: "Elə insanı unutmaq çətindir" - VİDEOREPORTAJ
Mehriban Əliyevaya rus dili və ədəbiyyatdan dərs demiş Valeriya Aleksandrovna

Şagirdinin son dərəcə savadlı və bilikli olduğunu söyləyən V.Abdullayeva onun məhz xasiyyəti, iradəsi sayəsində təhsildə öndə olduğunu qeyd edib: "Bu, əvvəla qətiyyət, qarşıya qoyduğu məqsədə çatmaq əzmidir. Çünki onun kimi oxumağı hər kəs bacarmırdı. Həmişə əlaçı olub, məktəbi də qızıl medalla başa vurdu. Məhz bu keyfiyyətləri, bir də mehribanlığını, səmimiyyətini onun başlıca cəhətləri hesab edirəm. Həkim olmaq istəyirdi. Qarşıya qoyduğu hədəfə doğru qətiyyətlə, doğru yolla gedirdi. Özünü də sıxmaz, həm yoldaşları ilə qaynayıb-qarışar, həm də dərslərini yaxşı oxuyardı. Məncə ondan gözəl həkim olardı. Amma ictimai xadim oldu və bu mövqeyə yiyələndikdə də eyni keyfiyyətləri göstərərkən hər hansı həkimin edə biləcəyindən daha çox gözəl, faydalı, gərəkli işlər görməyə müvəffəq oldu".

Ömrünün əsas hissəsi bu təhsil ocağında keçən Valeriya müəllimə sevimli şagirdini hər zaman xatırladığını deyir: "Xatirələrimin işığında minlərlə insan canlanır. Biz saysız-hesabsız insanlarla üz-üzə gəlirik, amma Mehriban xanım kimi insanı unutmaq çətindir. O, fəxr edilməli bir insandır. Fəxr edərkən də tükənməz enerjisinin bundan sonra da tükənməməsini, daha da böyüməsini arzulayır, ona cansağlığı, xoşbəxtlik, bol sevinc diləyirəm".
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

16:30

Göytəpə meşəsində "soyqırım": 20 gündə minlərlə ağac kəsilib - BU NƏDİ BELƏ?!

15:57

Aydın Talıbovun rəhbərlik etdiyi holdinqə daxil olan şirkət cərimələnir

15:38

Talıbovların Naxçıvanda geridönüşü, yoxsa... - NƏ BAŞ VERİR?

14:35

“Axırıncı dəfə maşını 60 il qabaq sürmüşəm, nə cərimə?” – Ramiz Mehdiyev

14:06

Xaçmaz rayon icra şöbəsinin məmurundan ÖZBAŞINALIQ! - Nazirə müraciə olundu

13:20

BŞİH-də Anar Qalayevin də fəaliyyəti müzakirəyə çıxarılsın -Eldar Əzizova təklif

12:48

Şəki Uşaq İncəsənət Məktəbinin direktorunda topdağıtmaz sərvət haradandır? –Adil Kərimlinin menyusuna

12:05

Məhkum Ədliyyə Nazirini “zon”a dəvət etdi – ŞOK səs yazısı

11:27

Sahil Babayevin DOST TV-si nazirin MƏTBU ÇƏTİRİ rolunda... - İDDİA

10:57

Vətəndaşa kələk gələn “Access Bank” özü qurban gedir – İFLAS

10:17

Səhiyyə Nazirliyi İTTİHAM OLUNUR - "Nə zamana kimi belə addımlarınız olacaq?"

09:24

“Mənə vəzifəli şəxsin köməyi ilə 185 min dollar ziyan vurub”

09:00

“Tariyel Əkbərov deyir ki, nazirlikdən bizə heç nə göndərmirlər” - NARAZILIQ VAR...

22:53

Bu gecə ilk Qədr gecəsidir

22:15

İrəvan Rusiya ilə münasibətləri qəsdən pozur - Moskvadan xəbərdarlıq

21:46

Ramazanın 19-cu gününün duası - İmsak və iftar vaxtı

21:26

Sabirabadda dəhşətli "təmizlik" aksiyası - vətəndaş müraciəti

19:04

Papanın səhhəti yaxşılaşıb

18:42

Putin seçki üçün 317 milyon pul xərcləyib

18:18

Nağdsız ödənişdən yayınanlar barəsində tədbir görüləcəkmi? - Ekspertlər danışır...

17:32

Diplomsuz cərrahları kim qoruyur? - Sabiq nazir müavini rəsmən yalan danışdı

17:06

Gəncə şəhər Şəhidlər Xiyabanı zibil içindədir - VİDEOFAKT

16:38

Həbibullayev Prezidentin göstərişlərini NİYƏ ÖNƏMSƏMİR? - ÖZBAŞINALIQ!

15:53

Bəs Xalid Ələkbərova nə yaxşı SÖZ DEYƏN YOXDUR?.. - Ortada bunca məqamlar varsa...

15:24

İşçinin taleyi əgər Qağaməlinin ümidinə qaldısa.... - VAY HALINA...

14:06

Gəncə İcra Başçısı haqda maraqlı iddia və maşın kolleksiyası - Dövlət büdcəsini evinə daşıyıb ki...

13:32

Araz Paşayevə məxsus şirkət hansı qurumlarla işbirliyində olub və nə qədər dövlət vəsaiti silib - İLGİNC FAKTLAR

11:32

Rəis 6 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsini "bazar"a çevirib - İTTİHAM VAR...

10:54

Sakinlər problem içində... rəsmi qurumlar isə ancaq vəd verir... - Başçı da ki yox kimidir...

09:59

Gülağa Bağırov 1 milyonu NEYNƏDİ? - Bir soruşan olsa...

09:29

Təhlükəsizlik orqanlarının yaranmasının 105 illiyi

21:37

Ağalarovlardan terror qurbanlarına 100 milyonluq yardım

21:10

İlhamə Abdullayeva Gülnaz Kırimovanı O isə öz vasalının qanundan kənar əməllərini gizlədir - FAKTLAR

20:41

Ramazanın 18-ci gününün DUASI