Azərbaycana kilosu 1000 dollara satılacaq ət gətiriləcək: - Bu inək bahalı pivə içir, masaj olunur

13:45 17.08.2019 431
Azərbaycana kilosu 1000 dollara satılacaq ət gətiriləcək: - Bu inək bahalı pivə içir, masaj olunur

Heyvanların süni yolla mayalandırılması onun məhsuldarlığını və dözümlülüyünü artırmaq məqsədi daşıyır.

Əsasən xaricdən gətirilənlərlə yanaşı Azərbaycanda yetişdirilən cins heyvanların süni mayalandırılması ilə bu sahə inkişaf etdirilir. Dünyada və ölkəmizdə ətə olan təlabatın artması az heyvan saxlamaqla çox məhsul almağı diktə edir. Buna görə də fermerlər cins heyvanlara üstünlük verirlər.

Bu heyvanlar ətlik və südlük olmaqla fərqlənir. Əsasən qapalı şəraitdə bəslənən bu heyvanları saxlamaq adi vətəndaşa sərf etməsə də, fermer təsərrüfatı saxlayan şəxslər bu heyvanlara üstünlük verirlər.

Bəs cins heyvanlarla yerli heyvanların ət və südü arasındakı fərq nədir?

Cebhe.info-ya açıqlama verən Kənd Təsərrüfatı Nazirliyinin Respublika Süni Mayalandırma Mərkəzinin direktoru Ramiq Abbasov bu fərqi heyvanların daşıdığı genetik kodlardan aslı olaraq özünəməxsusluğu ilə əlaqələndirib:

“Elmdə genefond və adaptasiya deyilən terminlər var. Hər bir ölkənin öz genefondu var . O ölkədə yetişdirilən heyvanların ət və südündəki dad həmin ölkədə yetişdirilən heyvanların genetik kodlarından aslıdır. Bizə yerli heyvanın əti və südü necə xoş gəlirsə, cins heyvanları yetişdirən ölkələrə də o heyvanların ət və südü xoş gəlir. Azərbaycanda Qərb bölgəsində heyvan saxlayanlar düşünür ki, 5 inəyi varsa, onları meşəyə buraxacaq və inəklər günlərlə otlayıb qayıdacaq. Lakin cins heyvanlar xüsusi bəslənmə tələb etdiyi və ya baha olduğu üçün hər kəs saxlaya bilmir. Onlara xüsusi yemlər verilir, vaksinlər vurulur və s. Lakin bununla bərabər onların məhsuldarlığı da yerli heyvanlarınkından qat-qat çoxdur”.

Mütəxəssis bildirib ki, bu, həm də yemdən çox asılıdır:

““Məhsul heyvanın ağzındadır”. Yəni ona nə yem verirsənsə, o tərkibdə də məhsul alırsan. Baxmayaraq ki, dağın yamaclarında, düzənliklərdə bitən otları yeyən heyvanın əti və südü cins heyvanınkından daha dadlıdır, ancaq torpaqların getdikcə özəlləşdirilməsi, otlaq sahələrinin qıtlığı cins heyvanlar saxlamağı tələb edir. Amma bununla bərabər yerli genefondu da qorumaq lazımdır. Bir Avropa cinsi olan inəkdən gün ərzində 30-40 litr süd əldə etmək olur. Dünya insitutları bunun sübut edib ki, süni mayalanma yolu ilə dünyada ət ehtiyacını təmin etmək olar. Yerli heyvana verilən yemləri cins heyvana versək də, eyni dadlı məhsulu ala bilmərik. Çünki burda irsiyyət rol oynayır. İrsi daşıyıcılar və genetik inkişaf alınan məhsulda dad fərqinin yaranmasını şərtləndirir. Bir də bu cins heyvanların ətlik və südlük cinsərindən aslı olaraq süd və ətində fərq olur. Yəni əgər biz südlük heyvana 10 kq güclü yüm veririksə, heyvan bu yemin 90%-ni südə, 10%-ni isə bədənin inkişafına sərf edəcək. Onlar sanki bir süd makinası kimi hazırlanıb. Bir gün bu heyvana gündəlik normadan az süd almaq üçün az yem verilərsə, o zaman həmin heyvanın taqətsizlikdən dizi qatlanır və çökür. Ətlik cinsdə isə bunun əksi olacaq. Yəni yemin 90%-ni ətə, 10%-ni isə südə verəcək. Bu gün dünya bazarında “mərmər ət” deyilən ət var. Bu, “Kobi” cinsindən olan inəkdən və Yaponiyada saxlanılan “Vaqiu” inəklərindən alınır. Ət sanki mərmərə bənzəyir. Bu səbəbdən əti "mərmər mal əti" adlandırırlar. Buna səbəb heyvanların xüsusi qulluq və saxlanma şəraiti tələb etməsidir. Bu inəklər seçilmiş otlar və buğda ilə qidalanırlar, premium sinfinə məxsus bahalı pivə içir və stressə qarşı masaj edilirlər. Bu, həm də yağın onların bədənində bərabər paylanmasına kömək edir. Bu ətin bir kiloqramı 1000 dollardır. Ona görə bu qiymətədir ki, onun tərkibində yüksək kalorili maddələr-zülal, mineral maddələr və s. var”.

Həmsöhbətimiz bildirib ki, “Gilan Holding” bu heyvan cinslərindən Azərbaycana gətirəcək və artıq sifariş verilib.
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

12:35

“Laser Beauty Clinic” tam bir QƏSSABXANA kimi işləyir... - daha bir FAKT!

12:04

Nə oldu, Makron? - AKTUAL

10:55

271 saylı məktəbdə həftəbecər dərs saatları... - DƏLİXANADIR, VALLAH...

09:48

Biləcəri bələdiyyəsi belə geridə qalıb? - YOXSA...

19:39

Dövlət Su Ehtiyatları Agentliyi, yoxsa ŞƏBƏKƏ BİZNESİ? - Dövlət qurumunda "Dostluq birliyi"

19:11

İlham Əliyev 4 kəndi də qaytardı

16:34

109-cu “erməni soyqırımı” oyunlarında dönüş –

16:06

"Bura bildiyiniz bazardır..." - GİLEY

15:40

Sabirabadlı fermerin balıq gölündə çalışdı, maaşını ala bilmir... - GİLEY

14:45

Yumurta kəskin ucuzlaşdı – Qiymətlər daha da ENƏCƏK?

12:56

"Xaçmaz rayon Məhkəməsinə müraciət etmişəm..." - MƏHKƏMƏDƏ İSƏ...

12:13

İnternet dələduzları yenə də İŞ BAŞINDA... - ETİRAZ

11:05

Gəncə niyə ABAD OLA BİLMİR... - Bu qədər xərc-xəsarət varsa...

10:31

Mikail Keskini “Ajda Baku”dan uzaqlaşdıran şəxsləri qoruyan “hüquq əli” kimindir? - Türkiyəli iş adamına qarşı QANUNSUZ ƏMƏLLƏR

09:48

DİREKTORU QOVUBLAR, AMMA KORRUPSİYA TAPILMAYIB... - Agentlik hüquq-mühafizə orqanlarına niyə müraciət etməyib?

09:26

Laçın sakini evinə sevinərək dönsə də... - AXI NİYƏ?

20:57

MİLÇƏK VƏ AĞCAQANAD SÜRÜLƏRİNİN SARAY QƏSƏBƏSİNDƏKİ “ALİMLƏR BİNASI”NA HÜCUMU

19:08

Melorasiya və Su Təsərrüfatı ASC-də "şəbəkə biznesi..."-Kamalın Zamanı

18:41

Kəmaləddin Heydərova məxsus olduğu deyilən 357 milyonluq şirkət məhkəmə qarşısında

16:32

Qərb Cənubi Qafqaz planlarında tələsir - ŞƏRH

16:10

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – TƏFƏRRÜAT

15:40

Gömrükdə camaatı rəsmən ƏLƏ SALIRLAR... - FOTOFAKT

15:12

Şəhid anasını qəbul etməyən icra başçısı onun Prezidentə etdiyi müraciəti əsassız çıxarmağa cəhd etdi VİDEO

14:21

285 saylı məktəbdə qalmaqal: Yeni direktor köçkün müəllimi işdən çıxardı - TƏFƏRRÜAT

13:46

"Bəs bu təmizliyə nəzarət edən kimsə yoxdurmu?" - ETİRAZ

12:43

Şahmar İbadovun dövlətə meydan oxuması... - Qalmaqallı məmur yeni vəzifə eşqinə düşüb

12:08

İcra başçısı şəhidin adına olan obyekti sökdürdü - Şəhid qızı Prezidentə müraciət etdi - VİDEO

11:24

"Bravo"da vaxtı keçmiş məhsul satılır - GİLEY

10:50

ABŞ-dən sülhməramlıların Qarabağı tərk etməsinə - Reaksiya

10:09

«AZVİRT» VƏ «SAN İNŞAAT» TIKINTI ŞIRKƏTI QƏZADA AĞIR XƏSARƏT ALAN IŞÇILƏRINƏ SAHIB DURMUR. ZƏNGILANDAKI TIKINTI IŞLƏRINDƏ ÇALIŞANLARA QARŞI GÖSTƏRILƏN ÖGEY MÜNASIBƏTƏ NƏ AD VERMƏK OLAR?- VİDEO/FAKTLAR

09:31

Başlıbel faciəsindən 31 il ötür

00:24

İsrail İrana cavab zərbəsi endirməyi planlaşdırıbmış

23:36

CHP liderindən AŞPA-da Azərbaycana DƏSTƏK

19:13

İcra Hakimiyyəti ilə tenderlərinin qalibi olan şirkət arasında qalmaqal yaranıb - TƏFƏRRÜAT