Abid Şərifovun şirkəti Moldovada 6 aydır maaş vermir - fəhlələr tətilə başlayıb

11:17 14.08.2019 456
Abid Şərifovun şirkəti Moldovada 6 aydır maaş vermir - fəhlələr tətilə başlayıb

Moldovada Ungena-Kişnyov avtomobil yolunun təmirini həyata keçirən Azərbaycan şirkəti “EVRASCON” 6 aydır fəhlələrin maaşını vermir. Virtualaz.org Moldova mənbələrinə istinadən xəbər verir ki, fəhlələr aylardır maaş ala bilmədiklərinə görə tətilə başlayıblar.

Onlar deyirlər ki, şirkətin işçilər və digər təchizatçı şirkətlər qarşısında nəhəng borcları yaranıb, rəhbərlik maaşların nə zaman veriləcəyini demir.

“Ötən şənbə günündən tətilə başlamışıq. Şirkət rəhbərliyinə sorğu göndərmişik və onların obyektlərdəki rəislərini xəbərdar etmişik. Habelə Ungensk rayonunda əmək münasibətlərini tənzimləyən idarəyə getmişik, amma hamı məzuniyyətdədir, heç kimlə danışa bilmədik. Bu gün avqustun 13-də Kişnyova, Baş Əmək Müfəttişliyinə gedəcəyik. Bilmirik nə edək, belə şəraitdə işləyə bilmirik”,-adının açıqlanmasını istəməyən fəhlə ötən gün yerli saytlardan birinə danışıb.

Moldovanın Jurnalist Araşdırmaları Mərkəzi həmin yolun tikintisi layihəsinə dair daha detallı məlumat almaq üçün Dövlət Avtomobil Yolları Administrasiyasına sorğu göndərib, amma həmin strukturun əməkdaşı deyib ki, problem barədə heç nə bilmir, üstəlik tenderi udan Avropa şirkətidir.

Lakin bu ilin may ayında Moldovanın İqtisadiyyat və İnfrastruktur Nazirliyi bildirmişdi ki, Kişnyov-Ungena-Skulyana avtomobil yolunun təmiri işləri 60 faiz yerinə yetirilib. Yolun tikintisi üçün beş şirkətlə müqavilə bağlanıb, onlardan ikisi Azərbaycan, ikisi Çexiya, biri Moldova şirkətləridir. Layihənin ümumi dəyəri 80 milyon avrodur.

“Hərçənd bu şirkətlər cərimələnib, amma biz onlarla işləməkdə davam edirik, çünki əks halda təkrar tender keçirmək lazım gələrdi. Bu isə çox vaxt aparar”,-həmin vaxt iqtisadiyyat və infrastruktur naziri vəzifəsini tutan Kirill Qaburiç (“Azərcell”in keçmiş rəhbəri) deyib.

Kişnyov-Ungena-Skulyana avtomobil yolunun tikintisi üçün Azərbaycanın Euro-Asian Construction Corporation Evrascon JSC şirkəti və Çexiyanın OHL ZS şirkəti ilə müqavilənin yerinə yetirilməsi işləri 2014-cü ilin martında başlayıb. Lakin uzunluğu cəmi 83.8 km. olan yolun tikintisi hələ də başa çatmayıb. Şirkət işləri 2016-cı ilin sonlarında təhvil verməli idi, daha sonra müddət 2019-cu ilin sonuna qədər uzadılıb.

Qeyd edək ki, “Evrascon” şirkəti Azərbaycanda da bir sıra yol-infrastruktur layihələri həyata keçirir. Və şirkət Azərbaycanda da illərdir əmək haqlarını gecikdirir, “Evrascon”un işçiləri aylarla əmək haqlarını ala bilmir və dəfələrlə müxtəlif formada etirazlar bildiriblər.

Şirkətin baş nazirin keçmiş müavini Abid Şərifova bağlı olduğu məlumdur.
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO

15:27

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib - MƏHKƏMƏ İŞİ

14:40

Beş ayda 67 milyon manat dövlət sifarişi verilmiş müəmmalı MMC-nin arxasında kimlər durur?

14:08

Siqaretin qiyməti bahalaşacaq? - AKTUAL

13:35

`Sahil - S İnşaat` şirkətinin tikdiyi binanın sakinləri YENİ QALMAQALDA - NARAZILIQ VAR...

12:43

Göygöl Suvarma Sistemləri İdarəsinin 1 milyon manatlıq tenderinin adı var, özü yox… - İLGİNC FAKTLAR

12:16

Dövlətin etibarını “əyənlər” - “Qobu Park”a görə kimlər qandallanacaq?

11:39

Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):Universitetin büdcəsi müxtəlif adlar altında talan edilir

10:54

Təhsildəki kütləvi repititorluq... - Məktəblər NƏ İŞƏ YARAYIR?

10:16

Bakıda Sahil Babayevdirsə, Naxçıvanda da Ceyhun Cəlilovdur... - EYNİ SİTƏM...

09:55

Tanınmış iş adamı Milli Məclis TƏDARÜKÜNDƏ... - İDDİA

09:11

Otel də yoxdur, turist də: Azərbaycanlıların “ərəbsayağı” istirahəti - ARAŞDIRMA

22:52

İrəvandakı yürüşdə Azərbaycan və Türkiyə bayraqları yandırıldı - Fotolar

22:35

“Azərreyl” çempion oldu

20:17

Deputatın tikdiyi binanın əyilməsi ilə bağlı XƏBƏRDARLIQ: - Komissiya yaradılması təklif edildi

19:11

Azərbaycanda bu taksi şirkəti bağlanır

16:49

Şahin Bağırovu Bakı Şəhər Baş Gömrük İdarəsinə buraxmayıblar - TƏFƏRRÜAT

16:07

Bu il Qarabağa nə qədər vəsait xərclənib?

15:26

"Başqa brokerlər də belə bahaçıldır?" - GİLEY

14:23

Məktəb direktoru həmin qadından 300 min alıbmış

13:48

EMIN ƏMRULLAYEVIN 271 №LI MƏKTƏBDƏKI KADRI, HAQQINI TƏLƏB EDƏN MÜƏLLIMƏNI “GÖZÜMÇIXDIYA SALIB”- VİDEO/ FAKTLAR

13:06

Əsgərovların bankında problemli kreditlər 2 dəfədən çox artdı - TƏFƏRRÜAT

12:36

İmişlini BELƏ İDARƏ EDİRLƏR... - İTTİHAM VAR...

12:02

Qurban Qurbanova yaxşılıq, yoxsa pislik? - Əhmədzadənin Zaqatalanı məhv etmək uğurunda 15 illik MÜBARİZəsi - VİDEO

10:57

Ağstafa DAİM-in direktoru İŞDƏN ATILIR... - Əlaqələri də işə yaramayacaq...

10:24

Lerik acınacaqlı durumda, başçı öz kefində... - FAKT BUDUR!

09:46

`Kremlin Hall`da bişən kababın TÜSTÜSÜ... - Nazirliyə MÜRACİƏT OLUNDU