Impera
XƏBƏR LENTİ
16:00Hacıbala Abutalıbovun inanılmaz sərvəti ortaya çıxdı (SİYAHI/FOTOLAR)15:15Azərbaycanın ən fərqli modelindən seksual FOTO,VİDEO15:13Vergi cinayətləri törədən vəzifəlilər – İqbal Məmmədov tək deyil…15:12Vilayət Eyvazovdan yeni təyinatlar13:00Validə Abbasovadan gənc qızlara meydan oxuyan — FOTOLAR12:46Məmurlara ÇAĞIRIŞ - "Hamınz oğurladıqlarnız qusacaqsınız..."12:23“Bu, biznesmen məmurlar üçün başağrısıdır” - Oliqarxların gücü12:00Zakir Zeynalovdan etiraf: "Oğlum günahkardır"11:30Arif Əsgərov və oğlu borca görə 3 il həbs edilə bilər11:00Prezidentə ŞOK MÜRACİƏT - Baş redaktor İlham Əliyevə nələri yazdı...18:00Netanyahu və Putin arasında telefon danışığı baş tutub17:40Bakının mərkəzində YANĞIN17:23Din xadimləri də sosial şəbəkələrdən aktiv istifadə etməlidirlər - Komitə sədrinin müavini17:12Qəbələdə meşə yanır, əraziyə FHN-in helikopteri və təyyarəsi cəlb edilib17:02Milli Telekommunikasiya Şurası yaradılacaqmı? – RƏY16:52Ürəyi zəif olanlar baxmasın: uşaq hamının gözləri qarşısında... - ANBAAN VİDEO - FOTO16:30Yeni Ramanada quru ot sahəsi yanır16:17Yunanlar narahatdır: Türkiyə hər şeyi məhv edəcək!15:48Tələbələr Bakıda kirayə ev tapmırlar - Qiymətlər də "günahkar" deyil15:45İşğal olunmuş əzəli Azərbaycan torpaqlarında dini abidələr vandal münasibətlə üzləşib - Bəyanat15:43Cəbrayıl rayonundan olan bir qrup həkim məcburi köçkün qəsəbəsində humanitar aksiya keçirib15:41Bəşəriyyəti Dünya müharibəsi ilə üzbəüz qoyan müqavilədən 80 il ötür - TARİX15:40Bakıda süpürgəçilər ölümdən döndü — VİDEO14:59Sabaha olan hava proqnozu AÇIQLANDI14:56Azərbaycanın nə qədər borcu var? - RƏQƏM RƏSMƏN AÇIQLANDI14:45BƏƏ qoşunları Yəmənin iri şəhərini tutmaq istədi14:41Xüsusi Dövlət Mühafizə Xidməti 26 yaşını qeyd edir14:39Aqrar sektora “ikinci nəfəs”?13:23Göyçayda evdən 14500 manat oğurlandı13:14“Un kralı”, “Otellər zəncirinin sahibi”, “tikinti oliqarxı” - Qanunun yanından keçən biznesmen deputatlar12:45Sumqayıt məhkəməsinin hakimi biznesmenə qarşı silah davasına çıxmağa hazırdır? –VİDEO12:28Ermənistanla Azərbaycan arasında hansı rabitə işləyir…12:07Bakıda dəhşətli faciə: Pişik balası uşağın ölümünə səbəb oldu11:20Baş nazirdən tikinti ilə bağlı vacib qərar10:38Elektrik qatarlarından istifadə edənlərin nəzərinə10:28Əgər pullar Cargill şirkətinə gedibsə Beynəlxalq Bank niyə bu şirkətə borclu qalmalıdır?10:09"Taxta bazarı"ndakı yanğınla bağlı xəstəxanaya yerləşdirilən şəxslər evə buraxılıb09:42Füzuli və Cəbrayıl rayonlarının işğalından 26 il ötür17:29Anasının zəncirləndiyi azyaşlı uşaq evinə yerləşdirildi17:25"Bəs niyə həkimlər xəstədən rüşvət alır..." - İTTİHAM17:20İdlib: Yeni lokal gərginliyin qlobal səbəbləri - TƏHLİL17:12Mingəçevirdə şəhid adına hörmətsizlik: “Heç kim maraqlanmır” - VİDEO17:10Dənizdə batanlar bu il niyə çox oldu? - İlginc səbəbi açıqlandı12:14Metropoliten tikintisi `Sovetski` sakinlərini narahat edir - GİLEY11:05FHN və Dövlət Komitəsi "ev"lənməyə qarşı? - Fərmanın icrası yubanır10:49“Şirkət sıradan çıxarılarsa, Lerik bundan nə qazanacaq?!” - İş adamından “Relax”a dəstək10:34KTN-nin 4 milyonluq tenderi ilə bağlı yeni faktlar - MÜƏMMA10:20ABŞ Qafqaza girir: Kremlin cavabı... - TƏHLİL10:06Oqtay Şirəliyevin işçisi ittiham olunur... - "3600 manat pulumu alıb, dələduzluq edib..."09:51“İşsizin DOSTu” proqramı necə icra olunur - faktlar və rəylər09:45Paşinyan narahatdır: Bakının sərhəddə qəfil manevri - GƏLİŞMƏ09:22Violonçel ifaçısı Camal Əliyev Böyük Britaniyada konsert proqramı ilə çıxış edəcək21:22Peşə təhsili müəssisələrinə sənəd qəbulunun nəticələri açıqlanıb21:16Abxaziyada silahlı insident - Prezidentliyə namizədin seçki qərargahı gülləbaran edildi21:11Boris Consonun sevgilisi ABŞ-a buraxılmadı21:00Ata, həqiqətən, burada yaşamısan? — Ronaldo oğlunun qarşısında aciz qaldı20:50Prezident İlham Əliyev bu şəxsləri təltif etdi - SİYAHI17:37Azərbaycanda qızılın ucuzlaşacağı gözlənilir - PROQNOZ17:24Həmsədr ölkələrin etinasızlığının növbəti sübutu - TƏHLİL17:10Bakı Nəqliyyat Agentliyi nə iş görür? - Benzini qurtaran, sərnişinləri yolda düşürən marşrutlar...16:54MiQ-29 döyüş təyyarəsinə hücum olunub? - EKSPERT RƏYİ16:37Rusiyada keçirilən turnirdə Azərbaycanı erməni idmançı təmsil edib? - AÇIQLAMA16:25"Rayonun o kəndi olmasın ki, Tofiq İbrahimov torpaq sahələrinə əl qoymasın..." - GİLEY16:11Azərbaycanda məmurların biznesinə böyük təhlükə - Qanun işə düşür15:58Erməni tərəfi Azərbaycan sərhədçilərinin Babakər dağında möhkəmləndiyini təsdiqləyir - GENERAL İBRAHİM SÜLEYMANOV İSƏ ERMƏNİLƏRƏ DƏSTƏK VERİR...15:32Pirverdiyev işçilərin pulunu vermir - GİLEY14:59"Qarabağ" "Linfild"lə oyun ərəfəsində ciddi problemlərlə üzləşib14:43Fövqəladə Hallar Nazirliyinin araşdırmasına 1 ay bəs etmir? - İLGİNC14:25İcra başçısı İlham Əliyevin saldırdığı parkı məhv edib – Bina tikdirir14:05Azərbaycanda sabaha gözlənilən - hava proqnozu açıqlanıb13:22Tovuzun icra başçısı bu işi gizlincə edir... - Daha bir məmur ÖZBAŞINALIĞI12:49Hacı Qalib indi də belə problem yaradır... - dövlət qurumları məhkəməyə verildi12:21Gömrük rəqəmləri və “növbətçi” məlumatlar - İTTİHAM12:09Tikinti materiallarının istehsalında 7,8 faiz artım olub11:12Bakı Nəqliyyat Agentliyindən növbəti pul tələsi - Dərəbəylik...10:55"Relaks"ın 30 minlik işıq pulu borcu üzə çıxdı - Belə deyirlər...10:28Bizi ərəblərə möhtac qoyan AZAL - Dünya bazarından 4 dəfə bahalı biletlər09:58Futzal üzrə Azərbaycan çempionatlarının başlayacağı tarixlər açıqlanıb09:49CƏBHƏDƏN XƏBƏR VAR - Müdafiə Nazirliyi18:00Vilayət Eyvazov yeni polis rəisi təyin etdi17:45Azərbaycan Ermənistana gedən qaz kəmərini nəzarətdə saxlayır - Savaş başladığı an mütləq vurulacaq17:30Dövlət komitəsi Məhərrəmlik ayı ilə bağlı müraciət etdi17:15“VERGİ MÜFƏTTİŞLƏRİ HOLDİNQLƏRİN HEÇ HƏNDƏVƏRİNƏ DOLANA BİLMƏZLƏR…” – “Büdcəyə hətta qəpiklər ödəyən şirkətlərin sayı minlərlədir”16:45Süni qiymət artımının arxasında kimlər dayanır? - GƏLİŞMƏ16:31"ŞƏRURLU İSFƏNDİYAR"IN "CƏNNƏT MƏKANI"NIN KÜLLİ MİQDARDA DÖVRİYYƏSİ OLSA DA... - Vergidən yayınan daha bir iş adamı16:18Şirkət rəhbərlərinin 5 milyon dollarlıq dələduzluğu: - daha bir mənzil fırıldağı16:06Sosial ədalətdən UZAQ SAHİLlər... - GİLEY15:51"Panorama Park” yaşayış kompleksində BİABIRÇI MƏNZƏRƏ - FOTOLAR15:37İradənin qardaşı Abbas Bağırova pul "atıb" - MƏHKƏMƏ İŞİ15:11200 manat pensiya alan əlil-sahibkar ayda 20100 manat vergi ödəyir, - 2000 dollar əməkhaqqı alan deputat- sahibkar ayda 81 manat14:52“Azərsun Arena” təmirə bağlanır - “Qarabağ” harada oynayacaq?14:38Cəlilabad müəllimləri nədən narazıdır? - İTTİHAM14:13Deputatın “Porsche"si ilə qəza törədən şəxsdən XƏBƏR VAR14:00"Qarabağ"ın istədiyi qapıçı icarəyə göndərildi13:21“Silva” operettası nümayiş olunacaq13:10"Miq-29" təyyarəsinin pilotunun nəşi tapıldı - Pilotumuz harada dəfn ediləcək?13:01Əbülfəs Qarayev nazir kürsüsünü niyə məşğul edir? - Tarixi abidələrimiz göz-görəsi məhv edilir...11:43Rusiyalılar Türkiyədə 2 milyon dollar dəyərində yaxtanı qaçırıblar11:27Sabiq deputatın oğlu rəsmən qoçuluq edir... - Vətəndaş polis idarəsinin darvazasının yanında vuraraq qaçıb11:08İndi də Hadı Rəcəblinin istirahət mərkəzi gündəmə gəldi - VİDEO
BÜTÜN XƏBƏRLƏR

“Şəfəq” MTK-nın özbaşınalığı: Tanınmış rejissorun ailəsini təhdid edirlər - FOTO

10 Ağu 2019, 10:50   
“Şəfəq” MTK-nın özbaşınalığı: Tanınmış rejissorun ailəsini təhdid edirlər - FOTO

Tanınmış rejissor Samir Kərimoğlu Bakının mərkəzində “Şəfəq” MTK tikinti şirkətinin işçilərinin özbaşınalığı ilə üzləşib. İşçilər şirkətin rəhbərliyi tərəfindən öyrədilərək rejissorun ailəsinin həyatını dözülməz vəziyyətə çatdırmağa çalışırlar. Artıq şəxsi həyata müdaxilə faktları var.

Bu barədə Oxu.Az-a rejissorun özü danışıb.

S.Kərimoğlunun ailəsi 20 ildir İslam Səfərli küçəsindəki 12 nömrəli evdə yaşayır. Lakin S.Kərimoğlu və onun doğmaları son bir il ərzində tikinti şirkətinin işçilərinin özbaşınalığına görə stress vəziyyətindədir. Ən maraqlısı odur ki, 42 saylı Mənzil İstismar İdarəsinə edilmiş şikayət nəticə verməyib. Əsəblərini müalicə etmək üçün həkimlərin ər və arvada yazdığı resept və diaqnozlardan artıq bir qalaq yığmaq olar.
“Şəfəq” MTK-nın özbaşınalığı: Tanınmış rejissorun ailəsini təhdid edirlər - FOTO
“Biz binanın üçüncü mərtəbəsində yaşayırıq, “Şəfəq” MTK ilk iki mərtəbəni orada yaşamış keçmiş mənzil sahiblərindən satın alıb. Şirkətin həmtəsisçiləri – Əli və Vasif Əliyev qardaşları burada hostel açmaq istəyirlər. Onlar sakinlər üçün evin əsas giriş yolunu bağlayıblar və indi biz təhlükəli yanğın pilləkənindən istifadə etmək məcburiyyətində qalmışıq. Bu azmış kimi, onlar bizə mənzilimizlə yanaşı olan ərazidən istifadə etməyi qadağan etməyə çalışırlar”, - rejissor bildirib.

“Şəfəq” MTK-nın gələcəkdəki hostelinin damı olacaq terrasda S.Kərimoğlunun ailəsi istirahət edir. Onlar ora kiçik divan və stol qoyublar, axşamlar orada çay içirlər. Bir sözlə, ailənin hərəkətlərində heç bir qanunsuzluq və qeyri-adilik yoxdur. Dünyanın böyük şəhərlərində qonşuların belə rahat yolla bir yerdə istirahəti müşahidə olunur.

Lakin şirkətin işçiləri qərara gəliblər ki, evin sakinlərinə həmin ərazidən istifadəni qadağan etməyə haqları çatır. Belə ki, işçilər məhkəmənin heç bir qərarı olmadan rejissorun mənzilinin pəncərələrində iki videokamera quraşdırıblar. Bunun şəxsi həyata açıq müdaxilə və qanunla cəzalandırılmalı olduğunu deməyə isə lüzum yoxdur.

S.Kərimoğlu üç övlad böyüdür. Hazırda rejissorun uşaqları və həyat yoldaşı öz mənzillərində hansısa iş görmək istəyəndə ehtiyatla ətrafa göz gəzdirirlər. Yəni iş o yerə çatıb ki, onlar mənzildə sərbəst hərəkət edə bilmirlər.
“Şəfəq” MTK-nın özbaşınalığı: Tanınmış rejissorun ailəsini təhdid edirlər - FOTO
“Onlar pəncərələrimizdə barmaqlıqlar quraşdırmaqla da hədələyirlər. Qonşu Bəxtiyarın pəncərəsi də bu əraziyə açılır. Ona da eyni təhdidlər edilib. Həmin insanlar cəzalanmayacaqlarına əmindirlər və buna görə də istədiklərini edirlər. İki işçi bir həftə əvvəl terrasa çıxaraq həyat yoldaşımın, övladlarımın və anamın orada olmasına fikir verməyərək yerə karton qoyaraq uzanıb. Üstəlik, maqnitofona yüksək səs veriblər. Mən evdə olmamışam, oğlum onlara irad tutub və bundan sonra işçilər maqnitofonu söndürüblər. Evə gec saatlarında gələndə işçiləri yenidən orada gördüm. Onlara dedim: “Nə edirsiniz? Bura bulvar deyil. Sizin öz yeriniz var, orada istirahət edin”. İşçilər üzr istəyib və söz veriblər ki, növbəti gün daha burada olmayacaqlar”, - S.Kərimoğlu qeyd edib.

İşçilər növbəti axşam yenidən terrasa çıxıblar, bu dəfə iki deyil, dörd nəfər olublar. Onlar özlərini olduqca həyasızcasına aparıblar, hətta söyüş söyüblər. S.Kərimoğlu buna etiraz edəndə isə işçilər deyiblər ki, onlara belə davranmağa “ağa”ları, yəni şirkət rəhbərliyi icazə verib.
“Şəfəq” MTK-nın özbaşınalığı: Tanınmış rejissorun ailəsini təhdid edirlər - FOTO

İşçilər tərəfindən ailənin əşyalarını çıxartmaq və göstərilən ərazidə qanunsuz hökmranlıq etmək üçün dördüncü cəhd edilib. Hətta onlar bir gün özləri ilə sahə polisini gətiriblər. Lakin sonuncu rejissorla söhbətdən sonra işçilərə dəstək çıxmaqla səhvə yol verdiyini başa düşüb.

S.Kərimoğlu tikinti şirkətinin bütün addımlarını psixoloji təzyiq və şəxsi həyata müdaxilə kimi qiymətləndirir. Rejissor özbaşınalıqla əlaqədar məhkəmə daxil olmaqla, bütün müvafiq strukturlara şikayətlə müraciət etmək niyyətindədir:

“Ev insanın şəhər təlaşı və ətalətindən xilas olub istirahət etdiyi yerdir. Bu, mənim qalamdır. Mənim bina sakini kimi bitişik ərazidən istifadə etməyə haqqım var”, - S.Kərimoğlu qeyd edib.

Oxu.Az, öz növbəsində, “Şəfəq” MTK-nın rəhbərliyi ilə əlaqə saxlamağa çalışıb. Lakin şirkətdən bildiriblər ki, rəhbərlik hazırda xaricdədir.

42 saylı Mənzil İstismar İdarəsinin direktoru Samir Mitiyev isə bəyan edib ki, terrasla bağlı vəziyyəti hələ öyrənməyib və işi araşdırmaq üçün vaxt istəyib.

Bu arada Yasamal Rayon İcra Hakimiyyətində etiraf ediblər ki, tikinti şirkətinin işçilərinin hərəkəti qanunsuzdur. İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Zöhrab Cəfərov qeyd edib ki, S.Kərimoğlu ərizə ilə müraciət etməlidir. Bundan sonra İcra Hakimiyyəti işə baxa və özbaşınalığın qarşısını almaq üçün zəruri addımlar ata bilər.
OXŞAR MÖVZULAR