Nəqliyyat xidmətinin “Nabran yolçuluğu” - Cibimizi belə soyurlar...

13:51 9.08.2019 469
Nəqliyyat xidmətinin “Nabran yolçuluğu” - Cibimizi belə soyurlar...

Yay aylarında insanların ən çox üz tutduqları yerlərin istirahət -əyləncə mərkəzlərinin olmasını vurğulamaqla “Amerika kəşf etmiş olmuruq”. Doğma Azərbaycanımızda bu amacla üz tutulan başlıca məkanın Nabran oduğu da gizlin deyil. Tam əminliklə deyə bilərik ki, Nabran yurdumuzun dincəliş-əyləncə mərkəzidir. Özəlliklə iyunun sonlarından Nabrana Bakıdan və digər yerlərdən turistlərin köçü başlanır. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası, ayrı-ayrı həmkarlar təşkilatları insanların yollayışlarla təminatı və dincəlişi üçün üzərlərinə düşən görəvi layiqincə yerinə yetirsələr də, nəqliyyat sahəsində ciddi problemlər qalmaqdadır. Gerçəkdə sözügedən ciddi problemlər süni şəkildə yaradılır.

Bakıdan Nabrana 212 kilometrlik yola görə hər kilometrə 2,5 qəpik hesabı ilə 5,30 manat gediş haqqı müəyyən olunub. Kassalarda, “online” qaydada Nabrana və digər yaşayış məntəqələrinə bilet almaq indi problem deyil. Başlıca problem hər iki tərəfə bilet satılmaması və Nabrandan ,eləcə də digər məntəqələrdən nəinki online , ümumiyyətlə bilet satışının gerçəkləşməməsindədir. Nabranda isə heç avtovağzal yoxdur, onda qala bilet satışı kassası olsun. Fikrimizcə, bu süni şəkildə yaradılmış ciddi problemdir və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin və yanındakı Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin , Bakı Beynəlxalq Avtovağzalının qanunsuz gəlir əldə etməsinə hesablanıb. Təsəvvür edin, avtovağzalın 4060158/59 sorğu telefonundan Bakı -Nabran reysinin son dayanacaq yerinin harada olmasına cavab verilmir, sadəcə “sürücü bilir” deyə, telefon qapadılır. Sürücünün “bildiyi” isə sərnişinlərdən əlavə adambaşına 1 manat, bir çox hallarda 2 manat qarşılığında yol boyunca yerləşən istirahət mərkəzlərinin yanında düşürməyə görə haqq almaqdır. Baxın, əlində bileti olan sərnişinlərdən əlavə yol haqqı tələb edilməsi, yolçuluq -dilənçilik deyil, bəs nədir? Nabrana yolu (avtobusla) düşməyənlər əlavə haqq ödənişinin məcburi olmadığını fikirləşəcəklər. Əsla! Sərnişinin həddi nədir, sürücünün pul tələbinə əməl etməsin, anında sükanı geriyə yönəldib, çatdığını bildirəcəklər. Necə ki, iyulun 14-də Bakıdan saat 12-20 -də çıxan 10-NS-034 saylı reysin harınlamış sürücüsü içində əlil, uşaq olan sərnişinləri, hətta istədiyi haqla razılaşmalarına baxmayaraq yarı yolda düşürüb. Guya Nabran avtovağzalı Xudatın yanındadır! (?). Halbuki bu marşrutların hamısının son dayanacaq yeri “Xəzər” turbazasıdır. Nabrandan Bakıya və digər yerlərə də “Xəzər”dən yola düşülür. Bilet satışı olmadığından adambaşı 6 manata başa gələn gediş üçün uşaqlara görə də tam biletin pulu alınır. Halbuki kassa və “online” bilet satışında uşaqlara 50 faizlik güzəşt olunur.

“Nabran yolçuluğu”na son qoyulması üçün bu yaşayış məntəqəsində konkret dayanacağın, bilet satışını həyata keçirən avtovağzalın təşkil edilməsi Nəqliyyat Xidmətinin görəvinə aid olsa da, sözügedən xidmətdən Nabran bələdiyyəsinə müraciət edildiyi və yolun ortasında “Sunset” adlanan istirahət mərkəzinin yanında dayanmaq üçün sahə ayrılacağı bildirildi. Axı, avtovağzal məsələsini nəqliyyat xidmətinin üzərinə düşür və niyə “Xəzər” yox, yolun ortası, sorğumuza kənddə avtovağzalın yaradılmasının yolverilməz olduğu deyildi. Qəribə məntiqdir, kənddə aeroport olar, amma avtovağzal yox? Onu da vurğulayaq ki, bələdiyyənin yer ayırmağına ehtiyac da yoxdur . Görünən yola nə bələdçi, “Xəzər” turbazasının yanı çoxdan avtobusların, taksilərin dayanacaq yeri -vağzal kimi fəaliyyət göstərir. Sadəcə, burada “qutab köşkü”ndən də balaca bilet köşkü ayırmaq nə çətindir? Həm qutab satar, həm də kitab, çaşdım, bilet. Yolçulardan yolçuluq edilməsinə yalnız bu yolla son qoyula bilər.

Məğrur Bədəlsoy
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

22:52

İrəvandakı yürüşdə Azərbaycan və Türkiyə bayraqları yandırıldı - Fotolar

22:35

“Azərreyl” çempion oldu

20:17

Deputatın tikdiyi binanın əyilməsi ilə bağlı XƏBƏRDARLIQ: - Komissiya yaradılması təklif edildi

19:11

Azərbaycanda bu taksi şirkəti bağlanır

16:49

Şahin Bağırovu Bakı Şəhər Baş Gömrük İdarəsinə buraxmayıblar - TƏFƏRRÜAT

16:07

Bu il Qarabağa nə qədər vəsait xərclənib?

15:26

"Başqa brokerlər də belə bahaçıldır?" - GİLEY

14:23

Məktəb direktoru həmin qadından 300 min alıbmış

13:48

EMIN ƏMRULLAYEVIN 271 №LI MƏKTƏBDƏKI KADRI, HAQQINI TƏLƏB EDƏN MÜƏLLIMƏNI “GÖZÜMÇIXDIYA SALIB”- VİDEO/ FAKTLAR

13:06

Əsgərovların bankında problemli kreditlər 2 dəfədən çox artdı - TƏFƏRRÜAT

12:36

İmişlini BELƏ İDARƏ EDİRLƏR... - İTTİHAM VAR...

12:02

Qurban Qurbanova yaxşılıq, yoxsa pislik? - Əhmədzadənin Zaqatalanı məhv etmək uğurunda 15 illik MÜBARİZəsi - VİDEO

10:57

Ağstafa DAİM-in direktoru İŞDƏN ATILIR... - Əlaqələri də işə yaramayacaq...

10:24

Lerik acınacaqlı durumda, başçı öz kefində... - FAKT BUDUR!

09:46

`Kremlin Hall`da bişən kababın TÜSTÜSÜ... - Nazirliyə MÜRACİƏT OLUNDU

09:24

Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi - TƏFƏRRÜAT

23:01

ANAMA tender keçirmədən sabiq nazirin şirkətinə 20 milyon manatlıq sifariş verdi - TƏFƏRRÜAT

22:35

Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib? - TƏFƏRRÜAT

21:56

İlham Əliyev və Vladimir Putinin BAM veteranları ilə görüşü başlayıb - CANLI YAYIM

17:59

QOŞQAR TƏHMƏZLİNİN “PALMA YAĞI SEVGİSİ” – Və sahibkarları qəfil yoxlamaq dərdi

17:32

Bu universitetdə tələbələrin təhsilhaqqı mənimsənilib - TƏFƏRRÜAT

17:10

Rusiya Prezidenti: Moskva ilə Bakı arasında münasibətlər yüksək səviyyədədir və inkişaf edir

15:36

Ermənistan Qazaxla sərhəddə minatəmizləmə prosesinə başladı

14:00

RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -İdarə Heyətinin sədri hər ay onlarla mənzilə necə sahiblənir?

13:23

Paşinyanın 4 kənd üçün 4 hiyləsi - NƏ BAŞ VERİR?

12:15

Tibb Universiteti Stomatoloji Klinikada müəmmalı təmir işləri aparır – Nə qalib şirkət bəllidi, nə də ayrılan vəsait

11:54

Vətəndaşların evini sökən Rafael Abdullayevin MTK-sı məhkəmənin qərarını icra etmədi - nazirlik hərəkətə keçdi

11:04

Qax rayon İcra Şöbəsində məmurların süründürməçiliyi nə vaxta qədər davam edəcək? – Yeni Ədliyyə nazirinin diqqətinə

10:32

Mikayıl İsmayılovun oğlu Xətai məhkəməsinə müraciət etdi – 100 min TƏZMİNAT

09:45

Buralarda kimi sözü keçərlidir... bilinmir, amma... - İTTİHAM VAR...

09:16

Deputatı sorğu-sual edən olacaqmı? - Sakinlər risq altında yaşayır...

19:44

İsrail “Hizbullah” döyüşçülərinin yerləşdiyi binaya zərbə endirib, ölənlər var

19:06

Ceyranbatan su kanalında 1 nəfər batıb

18:03

KASIBLARLA DOST OLMAYAN NAZİRİN “DOST” TELEVİZİYASI… - Yeni televiziya sosial məsələlərə, yoxsa Babayevin piarına xidmət edəcək?