Impera
XƏBƏR LENTİ
16:00Hacıbala Abutalıbovun inanılmaz sərvəti ortaya çıxdı (SİYAHI/FOTOLAR)15:15Azərbaycanın ən fərqli modelindən seksual FOTO,VİDEO15:13Vergi cinayətləri törədən vəzifəlilər – İqbal Məmmədov tək deyil…15:12Vilayət Eyvazovdan yeni təyinatlar13:00Validə Abbasovadan gənc qızlara meydan oxuyan — FOTOLAR12:46Məmurlara ÇAĞIRIŞ - "Hamınz oğurladıqlarnız qusacaqsınız..."12:23“Bu, biznesmen məmurlar üçün başağrısıdır” - Oliqarxların gücü12:00Zakir Zeynalovdan etiraf: "Oğlum günahkardır"11:30Arif Əsgərov və oğlu borca görə 3 il həbs edilə bilər11:00Prezidentə ŞOK MÜRACİƏT - Baş redaktor İlham Əliyevə nələri yazdı...18:00Netanyahu və Putin arasında telefon danışığı baş tutub17:40Bakının mərkəzində YANĞIN17:23Din xadimləri də sosial şəbəkələrdən aktiv istifadə etməlidirlər - Komitə sədrinin müavini17:12Qəbələdə meşə yanır, əraziyə FHN-in helikopteri və təyyarəsi cəlb edilib17:02Milli Telekommunikasiya Şurası yaradılacaqmı? – RƏY16:52Ürəyi zəif olanlar baxmasın: uşaq hamının gözləri qarşısında... - ANBAAN VİDEO - FOTO16:30Yeni Ramanada quru ot sahəsi yanır16:17Yunanlar narahatdır: Türkiyə hər şeyi məhv edəcək!15:48Tələbələr Bakıda kirayə ev tapmırlar - Qiymətlər də "günahkar" deyil15:45İşğal olunmuş əzəli Azərbaycan torpaqlarında dini abidələr vandal münasibətlə üzləşib - Bəyanat15:43Cəbrayıl rayonundan olan bir qrup həkim məcburi köçkün qəsəbəsində humanitar aksiya keçirib15:41Bəşəriyyəti Dünya müharibəsi ilə üzbəüz qoyan müqavilədən 80 il ötür - TARİX15:40Bakıda süpürgəçilər ölümdən döndü — VİDEO14:59Sabaha olan hava proqnozu AÇIQLANDI14:56Azərbaycanın nə qədər borcu var? - RƏQƏM RƏSMƏN AÇIQLANDI14:45BƏƏ qoşunları Yəmənin iri şəhərini tutmaq istədi14:41Xüsusi Dövlət Mühafizə Xidməti 26 yaşını qeyd edir14:39Aqrar sektora “ikinci nəfəs”?13:23Göyçayda evdən 14500 manat oğurlandı13:14“Un kralı”, “Otellər zəncirinin sahibi”, “tikinti oliqarxı” - Qanunun yanından keçən biznesmen deputatlar12:45Sumqayıt məhkəməsinin hakimi biznesmenə qarşı silah davasına çıxmağa hazırdır? –VİDEO12:28Ermənistanla Azərbaycan arasında hansı rabitə işləyir…12:07Bakıda dəhşətli faciə: Pişik balası uşağın ölümünə səbəb oldu11:20Baş nazirdən tikinti ilə bağlı vacib qərar10:38Elektrik qatarlarından istifadə edənlərin nəzərinə10:28Əgər pullar Cargill şirkətinə gedibsə Beynəlxalq Bank niyə bu şirkətə borclu qalmalıdır?10:09"Taxta bazarı"ndakı yanğınla bağlı xəstəxanaya yerləşdirilən şəxslər evə buraxılıb09:42Füzuli və Cəbrayıl rayonlarının işğalından 26 il ötür17:29Anasının zəncirləndiyi azyaşlı uşaq evinə yerləşdirildi17:25"Bəs niyə həkimlər xəstədən rüşvət alır..." - İTTİHAM17:20İdlib: Yeni lokal gərginliyin qlobal səbəbləri - TƏHLİL17:12Mingəçevirdə şəhid adına hörmətsizlik: “Heç kim maraqlanmır” - VİDEO17:10Dənizdə batanlar bu il niyə çox oldu? - İlginc səbəbi açıqlandı12:14Metropoliten tikintisi `Sovetski` sakinlərini narahat edir - GİLEY11:05FHN və Dövlət Komitəsi "ev"lənməyə qarşı? - Fərmanın icrası yubanır10:49“Şirkət sıradan çıxarılarsa, Lerik bundan nə qazanacaq?!” - İş adamından “Relax”a dəstək10:34KTN-nin 4 milyonluq tenderi ilə bağlı yeni faktlar - MÜƏMMA10:20ABŞ Qafqaza girir: Kremlin cavabı... - TƏHLİL10:06Oqtay Şirəliyevin işçisi ittiham olunur... - "3600 manat pulumu alıb, dələduzluq edib..."09:51“İşsizin DOSTu” proqramı necə icra olunur - faktlar və rəylər09:45Paşinyan narahatdır: Bakının sərhəddə qəfil manevri - GƏLİŞMƏ09:22Violonçel ifaçısı Camal Əliyev Böyük Britaniyada konsert proqramı ilə çıxış edəcək21:22Peşə təhsili müəssisələrinə sənəd qəbulunun nəticələri açıqlanıb21:16Abxaziyada silahlı insident - Prezidentliyə namizədin seçki qərargahı gülləbaran edildi21:11Boris Consonun sevgilisi ABŞ-a buraxılmadı21:00Ata, həqiqətən, burada yaşamısan? — Ronaldo oğlunun qarşısında aciz qaldı20:50Prezident İlham Əliyev bu şəxsləri təltif etdi - SİYAHI17:37Azərbaycanda qızılın ucuzlaşacağı gözlənilir - PROQNOZ17:24Həmsədr ölkələrin etinasızlığının növbəti sübutu - TƏHLİL17:10Bakı Nəqliyyat Agentliyi nə iş görür? - Benzini qurtaran, sərnişinləri yolda düşürən marşrutlar...16:54MiQ-29 döyüş təyyarəsinə hücum olunub? - EKSPERT RƏYİ16:37Rusiyada keçirilən turnirdə Azərbaycanı erməni idmançı təmsil edib? - AÇIQLAMA16:25"Rayonun o kəndi olmasın ki, Tofiq İbrahimov torpaq sahələrinə əl qoymasın..." - GİLEY16:11Azərbaycanda məmurların biznesinə böyük təhlükə - Qanun işə düşür15:58Erməni tərəfi Azərbaycan sərhədçilərinin Babakər dağında möhkəmləndiyini təsdiqləyir - GENERAL İBRAHİM SÜLEYMANOV İSƏ ERMƏNİLƏRƏ DƏSTƏK VERİR...15:32Pirverdiyev işçilərin pulunu vermir - GİLEY14:59"Qarabağ" "Linfild"lə oyun ərəfəsində ciddi problemlərlə üzləşib14:43Fövqəladə Hallar Nazirliyinin araşdırmasına 1 ay bəs etmir? - İLGİNC14:25İcra başçısı İlham Əliyevin saldırdığı parkı məhv edib – Bina tikdirir14:05Azərbaycanda sabaha gözlənilən - hava proqnozu açıqlanıb13:22Tovuzun icra başçısı bu işi gizlincə edir... - Daha bir məmur ÖZBAŞINALIĞI12:49Hacı Qalib indi də belə problem yaradır... - dövlət qurumları məhkəməyə verildi12:21Gömrük rəqəmləri və “növbətçi” məlumatlar - İTTİHAM12:09Tikinti materiallarının istehsalında 7,8 faiz artım olub11:12Bakı Nəqliyyat Agentliyindən növbəti pul tələsi - Dərəbəylik...10:55"Relaks"ın 30 minlik işıq pulu borcu üzə çıxdı - Belə deyirlər...10:28Bizi ərəblərə möhtac qoyan AZAL - Dünya bazarından 4 dəfə bahalı biletlər09:58Futzal üzrə Azərbaycan çempionatlarının başlayacağı tarixlər açıqlanıb09:49CƏBHƏDƏN XƏBƏR VAR - Müdafiə Nazirliyi18:00Vilayət Eyvazov yeni polis rəisi təyin etdi17:45Azərbaycan Ermənistana gedən qaz kəmərini nəzarətdə saxlayır - Savaş başladığı an mütləq vurulacaq17:30Dövlət komitəsi Məhərrəmlik ayı ilə bağlı müraciət etdi17:15“VERGİ MÜFƏTTİŞLƏRİ HOLDİNQLƏRİN HEÇ HƏNDƏVƏRİNƏ DOLANA BİLMƏZLƏR…” – “Büdcəyə hətta qəpiklər ödəyən şirkətlərin sayı minlərlədir”16:45Süni qiymət artımının arxasında kimlər dayanır? - GƏLİŞMƏ16:31"ŞƏRURLU İSFƏNDİYAR"IN "CƏNNƏT MƏKANI"NIN KÜLLİ MİQDARDA DÖVRİYYƏSİ OLSA DA... - Vergidən yayınan daha bir iş adamı16:18Şirkət rəhbərlərinin 5 milyon dollarlıq dələduzluğu: - daha bir mənzil fırıldağı16:06Sosial ədalətdən UZAQ SAHİLlər... - GİLEY15:51"Panorama Park” yaşayış kompleksində BİABIRÇI MƏNZƏRƏ - FOTOLAR15:37İradənin qardaşı Abbas Bağırova pul "atıb" - MƏHKƏMƏ İŞİ15:11200 manat pensiya alan əlil-sahibkar ayda 20100 manat vergi ödəyir, - 2000 dollar əməkhaqqı alan deputat- sahibkar ayda 81 manat14:52“Azərsun Arena” təmirə bağlanır - “Qarabağ” harada oynayacaq?14:38Cəlilabad müəllimləri nədən narazıdır? - İTTİHAM14:13Deputatın “Porsche"si ilə qəza törədən şəxsdən XƏBƏR VAR14:00"Qarabağ"ın istədiyi qapıçı icarəyə göndərildi13:21“Silva” operettası nümayiş olunacaq13:10"Miq-29" təyyarəsinin pilotunun nəşi tapıldı - Pilotumuz harada dəfn ediləcək?13:01Əbülfəs Qarayev nazir kürsüsünü niyə məşğul edir? - Tarixi abidələrimiz göz-görəsi məhv edilir...11:43Rusiyalılar Türkiyədə 2 milyon dollar dəyərində yaxtanı qaçırıblar11:27Sabiq deputatın oğlu rəsmən qoçuluq edir... - Vətəndaş polis idarəsinin darvazasının yanında vuraraq qaçıb11:08İndi də Hadı Rəcəblinin istirahət mərkəzi gündəmə gəldi - VİDEO
BÜTÜN XƏBƏRLƏR

"”Azəriqaz"da toplaşmış dələduzlar..." - QHT sədrindən SƏRT MÖVQE

09 Ağu 2019, 13:24   
"”Azəriqaz"da toplaşmış dələduzlar..." - QHT sədrindən SƏRT MÖVQE

Son vaxtlar qaz təchizatında fasilələrin sayı çoxalıb. Sosial şəbəkələrdəki müzakirələrdən aydın olur ki, müxtəlif yaşayış məntəqələrində qaz təchizatı demək olar ki, hər həftə bir günlüyə dayandırılır. Bu, səhər saat 9.00 radələrindən axşam saat 18.00-dək davan edir. Təchizat bərpa olunanda isə ilk 15-20 dəqiqə ərzində borulardan təbii qaz deyil, adi hava gəlir. Və qazdan dəfələrlə yüksək təzyiqlə gələn hava sayğacların daha sürətli işləməsinə və istehlakın artmasına səbəb olur.

Onu da qeyd edək ki, vətəndaşların qaz təchizatındakı kəsintilərin say çoxluğu və boruya hava vurulması ilə bağlı narazılıqları illərdir davam edir.

Niyə Azərbaycanın qaz təsərrüfatında təmir-bərpa işləri bu qədər çox həyata keçirilir? Onların sayını azaltmaq, bu işlər görülərkən qaz təchizatını alternativ xətdən təmin etmək mümkündürmü? Nəhayət, kəsintidən sonra borulara vurulan havanın miqdarını azaltmaq, yaxud əhaliyə dəyən zərəri qarşılamaq olarmı?

“Azəriqaz” İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri Ceyhun Səfərov deyir ki, payız-qış mövsümü ərəfəsində qaz təchizatı şəbəkəsində təmir-sazlama işlərinin aparılması zəruridir: “Əks halda, biz payız-qış mövsümündə əhaliyə keyfiyyətli xidmət təqdim edə bilmərik. Digər tərəfdən, bir çox hallarda təmir-bərpa işləri ”Azəriqaz"ın balansında olmayan magistral xətlərdə aparılır. Məsələn, bugünkü (dünənki -red.) təmir qaz ixrac idarəsinin balansında olan magistral kəmərdə aparılır".

Ceyhun Səfərov: “Payız-qış mövsümünə hazırlaşırıq”
Təmirin uzunmüddətli olmasını isə C.Səfərov işin xüsusiyyəti ilə izah edir: “Yerüstü kəmərlərdə işi qısa müddətə başa çatdırmaq mümkündür. Amma yeraltı kəmərlərdə bu, mümkün deyil, işin həcmi imkan vermir”.

Təmirdən sonra borulara hava vurulmasına gəlincə, xidmət rəhbəri bu prosesin də mövcud normativlər çərçivəsində həyata keçirildiyini bildirdi.

Uzun illər Bakının qaz təsərrüfatında rəhbər vəzifələr tutmuş mütəxəssis Nüsrət Qasımov isə hesab edir ki, on min kilometrlərlə uzunluqda olan qaz təchizatı sistemində təmirin tez-tez aparılması normal haldır: “Bunların hamısı yerüstü və yeraltı kəmərlərdir. Bakının torpağı aşındırıcı xüsusiyyətə malikdir, borular tez korroziyaya uğrayır. Eyni zamanda borular korroziyanı sürətləndirən su, elektrik xətləri ilə eyni ərazidən keçir. Bütün bunlar borularda korroziya nəticəsində sızmalara səbəb olur. Bu isə qazın kanalizasiya, kabel quyuları vasitəsilə gedib evlərin altına yığılması və böyük faciələrə səbəb ola bilər. Digər tərəfdən, Bakıda çoxsaylı böyük binalar tikilir. Bir binanın qaz təchizatı şəbəkəsinə qoşulması böyük vaxt tələb edir. Eyni zamanda bəzən bir binanı qoşmaq üçün bütöv bir qəsəbəyə gedən kəmərdə təchizatı dayandırmaq lazım gəlir”.

Nüsrət Qasımov: “Təmir işləri zəruridir”
N.Qasımov deyir ki, təmirdən sonra boruya hava vurulması mütləqdir: “Borular təmirdən sonra 2-3 dəfə artıq təzyiqli hava ilə yoxlanmalıdır. Təzyiqə davamlılığı, həm də sızmanın olub-olmadığı yoxlanır. Bunsuz mümkün deyil. Bu hava sayğacda elə də böyük pul yazmır. Uzağı, 0,57 kubmetr yazır ki, bu da 5-6 qəpik edir. Camaat buna danışır, amma 2200 kubmetrdən sonra 20 qəpik hesablanmasından danışmır. Həyət evlərində yaşayanlar üçün 2200 kubmetr cəmi 2 aylıq qaz deməkdir”.

Mütəxəssisin sözlərinə görə, qaz təchizatı şəbəkəsi elə qurulub ki, təmir gedən əraziləri alternativ xəttlə təchiz etmək mümkün deyil.

Mirvari Qəhrəmanlı: “Təmir adıyla itkiləri əhalinin canından çıxardırlar”
Neftçilərin Hüquqlarını Müdafiə Cəmiyyətinin həmsədri Mirvari Qəhrəmanlının “Yeni Müsavat”a dediyinə görə, “Azəriqaz” İstehsalat Birliyi tərəfindən son illərdə qaz itkilərinin ört-basdır edilməsi üçün təmir-bərpa işləri bəhanə olunaraq, hər gün müxtəlif ərazilərdə qaz təchizatında fasilələrə yol verilir: “Elə bir gün olmur ki, hansısa rayonda, ərazidə qaz kəsilməsin. İnsanlar aktiv olub, təmirin, bərpanın harada olduğunu şəxsən müşahidə etmək istəsələr, görəcəklər ki, əslində heç yerdə təmir-filan getmir. Mən 5 ildir Şərqi Avropaya gedib-gəlirəm, həftələrlə orada qalıram. Çexiyada indiyədək bir dəfə də olsun təmir adıyla 10-12 saat qaz kəsildiyini görməmişəm. Qazı kəsəndə də hər bir binaya ayrıca xəbərdarlıq vurulur və bu kəsinti 2-3 saatdan artıq çəkmir”.

M.Qəhrəmanlı bildirir ki, həqiqətən də sızmanı yoxlamaq üçün qaz borusuna əvvəlcə hava vurulmalıdır: “Amma təmir olubmu? Kim gedib yerində təmir gedən əraziyə baxıb? Biz özümüz də Bakıda yaşayırıq da, öz ərazimizdə qaz borularında təmir aparıldığını ildə neçə dəfə görürük? Mən UPD-də yaşayıram, neçə illərdir öz ərazimizdə qaz işçilərinin hansısa təmir apardığını görməmişəm. Su işçilərini, elektrik işçilərini görmüşəm, amma ”Azəriqaz" işçilərini yox. Digər tərəfdən, bu nə təmirdir ki, istisnasız olaraq 10-12 saat çəkir? Bunun yüngülü, ağırı olmur - elə mütləq bütöv gün ərzində davam edir?

Digər tərəfdən, sızmanı yoxlamaq üçün hava niyə yarım saat müddətində vurulur? Sızmanın olub-olmadığını 5-10 dəqiqəyə müəyyənləşdirmək mümkündür axı? Daha bir məsələ, niyə havanı qazı vurduqları təzyiqlə deyil, onqat artıq təzyiqlə vururlar? Çünki sayğacların sürətlə fırlanaraq əlavə sərfiyyat yazması lazımdır bunlara".

Cəmiyyət sədri xatırladır ki, bir vaxtlar “Azəriqaz” rəsmiləri qəbul olunmuş normaları pozaraq, sayğaca müdaxiləyə görə 6 aylıq sərfiyyat həcmində cərimə yazırdılar: “Prezident bunları cəzalandırandan sonra dayandırdılar. İndi də təmir-bərpa adıyla istixanalara, iri obyektlərə verdikləri artıq qazı əhalinin ayağına yazmaqla məşğuldular. Mən bu çetenin arxasında dayananları da tanıyıram, durmayacaqlar. Bu məsələyə də prezident müdaxilə edib, qulaqlarını burmasa, camaatın cibinə girməyə davam edəcəklər”.

M.Qəhrəmanlı hesab edir ki, qaz təchizatı sistemindəki problemləri aradan qaldırmaq üçün istehsalçı ilə paylayıcının ayrılması gərəkir: “Avropada qazpaylayıcı şəbəkə bir neçə şirkətin əlindədir, bu isə sağlam rəqabət yaradır. Sağlam rəqabətin olduğu yerdə isə keyfiyyətli xidmət mütləq olur. Bizdə də paylayıcı şəbəkə bir neçə ələ verilməlidir ki, rəqabət və keyfiyyətli xidmət olsun. Əks halda, ”Azəriqaz"da toplaşmış dələduzlar əhalini hökumətə qarşı qaldırmağa davam edəcəklər. Onlar olan yerdə bu ölkədə başqa müxalifətə ehtiyac yoxdur - özləri necə lazımdır narazı salırlar vətəndaşları dövlətdən".
“Yeni Müsavat”
OXŞAR MÖVZULAR