Azərbaycan biznesi niyə “Doing Business”lə ayaqlaşmır? - TƏHLİL

15:55 8.08.2019 479
Azərbaycan biznesi niyə “Doing Business”lə ayaqlaşmır? - TƏHLİL

“Bank olaraq Azərbaycan biznesinə daha çox vəsait ayırmaq marağımızdadır. Bunun üçün maliyyə vəsaitləri də var. Amma bazar özü buna tam hazır deyil”.

Bunu “Report”a açıqlamasında “Unibank” ASC-nin korporativ biznes üzrə baş inzibatçısı Tural Hüseynov yerli bankların manatın devalvasiyasından əvvəl olduğu kimi, yenidən istehlak kreditləşməsinə yönəlməsinə münasibət bildirərkən deyib.

Xatırladaq ki, Azərbaycan Dünya Bankının "Doing Business" hesabatında 25-ci pillədədir və dünyanın ən islahatçı 10 ölkəsindən biridir. Bununla belə, statistik göstəricilər yerli biznesin sözügedən hesabatla ayaqlaşa bilmədiyini göstərir. İyulun 31-də Prezident İlham Əliyevin yanında keçirilmiş müşavirədə Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov bu ilin I yarısında ölkədə kredit qoyuşunun 3,6% artdığını, lakin bu artımın istehlak kreditləri hesabına baş verdiyini bildirib.

“Başlıca olaraq bu artım 9%-dən çox istehlak kreditləri tərəfindən baş verib. Amma biznes kreditləri, real sektorda kreditlər bir qədər - 0,3% azalıb. Hesab edirik ki, biz diqqətli olmalıyıq. İstehlak kreditlərinin artması diqqətlə izlənilməlidir. Həm bütövlükdə əhalinin borc yükünün artmasını, həm də bank sektorunun portfelində bunun 50%-ə yaxınlaşmasını izləməliyik ki, sabah bu, hansı problemlər yarada bilər. Bu gün bank sektorunda əhəmiyyətli likvidlik var. Amma biz yenə də görürük ki, biznes kreditləri artmır. Görünür, kompleks requlyativ, stimullaşdırıcı tədbirlər görmək lazım gələcək ki, bu kreditlər bütövlükdə real sektora getsin və bütövlükdə ölkədə daxili investisiya prosesini dəstəkləsin”, - deyə o, qeyd edib.

T.Hüseynovun sözlərinə görə, biznes kreditləri yalnız VÖEN-li sahibkarlara verilir və bu hesablar üzrə nağdlaşdırma imkanları qanunvericiliyin tələbləri baxımından bir qədər məhduddur: “Bazarda isə hələ də nağd əməliyyatlarla işləyən, nağdsız dövriyyədən kənar olan bizneslər çoxdur. Bu isə təbii ki o sahələri kreditləşdirməyə imkan vermir və eyni zamanda iş adamlarının ayrılan kredit vəsaitlərindən istifadə imkanlarını məhdudlaşdırır. Yəni bazar tam olaraq nağdsız dövriyyə ilə işləməyə hazır deyil. Son zamanlar VÖEN-li sahibkarların sayı artır və bu da ilin sonuna qədər biznes kreditləşməsinin daha da artacağını düşünməyə əsas verir”.

“Bu gün Azərbaycan biznesinin maliyyə resurslarına çıxış imkanları məhduddur və bu məsələni dəfələrlə qaldırmışıq”.

Bunu isə “Report”a açıqlamasında Azərbaycanda Amerika Ticarət Palatasının (“AmCham") icraçı direktoru Natəvan Məmmədova deyib.

Onun sözlərinə görə, bunun bir neçə səbəbi var: “Əgər kiçik və orta sahibkarlardan danışırıqsa, onlarda korporativ idarəetmə ilə bağlı vəziyyət, auditdən keçmə, şəffaflıq, uçot məsələləri burada öz rolunu oynayır. Bu məsələlərin qaydasında olmaması öz növbəsində bankların onları kreditləşdirmək imkanlarını məhdudlaşdırır. Məsələnin digər tərəfi isə ondan ibarətdir ki, bu gün bazarda daha çox qısamüddətli – 1 ilə qədər kreditlərin verilməsinə imkan var və onlar da daha çox pərakəndə sahəyə yönəldilir. Yəni, uzunmüddətli kreditlər yoxdur. Bununla bağlı biz 2018-ci ildəki “Ağ sənəd”də mövqeyimizi bildirmişik. Orada göstərilir ki, həyata keçirilən makroiqtisadi sabitləşdirmə və adaptasiya prosesləri ölkədə makroiqtisadi sabitliyin əsaslarını yaratmaqla yanaşı, dayanıqlı iqtisadi artımın hərəkətverici hissəsi olan bank sektoru qarşısında bir sıra çətinliklər yaradıb. Bu çətinliklər sırasında ölkənin bank sistemində uzunmüddətli resursların kifayət qədər olmaması öndə durur. Belə ki, bankların öhdəliklərinin strukturunda fiziki və hüquqi şəxslərin hesablarında olan və bir ilədək müddətli vəsaitlərdən ibarət qısamüddətli öhdəliklər üstünlük təşkil edir”.

N.Məmmədova qeyd edib ki, bunun nəticəsində banklar ya qısamüddətli kreditlər təqdim edir, ya da öz qısamüddətli öhdəliklərindən istifadə edərək uzunmüddətli kreditlər verirlər: "1-ci halda, əksər müəssisələr, xüsusilə də krediti investisiya layihələrinin maliyyələşməsinə yönəltmək istəyənlər bankların əhatə dairəsindən kənarda qalırlar. 2-ci hal isə bank sistemində likvidlik problemi yarada bilər”.

Onun sözlərinə görə, "AmCham" maliyyə sektoru üzərindəki təzyiqi azaltmaq və real iqtisadiyyatı stimullaşdırmaq üçün bir sıra tövsiyələri irəli sürüb: “Məsələn, dövlət kiçik və orta biznes sahiblərinə manatla, uzunmüddətli kreditlərin verilməsi üçün hər bir banka milli valyutada, aşağı faizlə kredit limiti ayıra bilər. Bu, həm AMB, həm də yeni yaradılmış məqsədli fondlar vasitəsilə etmək olar.tərəfindən həyata keçirilə bilər. Hazırda fəaliyyətdə olan fondların maliyyələşdirmə formatından fərqli olaraq ümumi limit çərçivəsində ayrılan hər bir fərdi kredit üçün əlavə təsdiqin tələb edilməməsi təklif olunur”.
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

14:08

Siqaretin qiyməti bahalaşacaq? - AKTUAL

13:35

`Sahil - S İnşaat` şirkətinin tikdiyi binanın sakinləri YENİ QALMAQALDA - NARAZILIQ VAR...

12:43

Göygöl Suvarma Sistemləri İdarəsinin 1 milyon manatlıq tenderinin adı var, özü yox… - İLGİNC FAKTLAR

12:16

Dövlətin etibarını “əyənlər” - “Qobu Park”a görə kimlər qandallanacaq?

11:39

Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):Universitetin büdcəsi müxtəlif adlar altında talan edilir

10:54

Təhsildəki kütləvi repititorluq... - Məktəblər NƏ İŞƏ YARAYIR?

10:16

Bakıda Sahil Babayevdirsə, Naxçıvanda da Ceyhun Cəlilovdur... - EYNİ SİTƏM...

09:55

Tanınmış iş adamı Milli Məclis TƏDARÜKÜNDƏ... - İDDİA

09:11

Otel də yoxdur, turist də: Azərbaycanlıların “ərəbsayağı” istirahəti - ARAŞDIRMA

22:52

İrəvandakı yürüşdə Azərbaycan və Türkiyə bayraqları yandırıldı - Fotolar

22:35

“Azərreyl” çempion oldu

20:17

Deputatın tikdiyi binanın əyilməsi ilə bağlı XƏBƏRDARLIQ: - Komissiya yaradılması təklif edildi

19:11

Azərbaycanda bu taksi şirkəti bağlanır

16:49

Şahin Bağırovu Bakı Şəhər Baş Gömrük İdarəsinə buraxmayıblar - TƏFƏRRÜAT

16:07

Bu il Qarabağa nə qədər vəsait xərclənib?

15:26

"Başqa brokerlər də belə bahaçıldır?" - GİLEY

14:23

Məktəb direktoru həmin qadından 300 min alıbmış

13:48

EMIN ƏMRULLAYEVIN 271 №LI MƏKTƏBDƏKI KADRI, HAQQINI TƏLƏB EDƏN MÜƏLLIMƏNI “GÖZÜMÇIXDIYA SALIB”- VİDEO/ FAKTLAR

13:06

Əsgərovların bankında problemli kreditlər 2 dəfədən çox artdı - TƏFƏRRÜAT

12:36

İmişlini BELƏ İDARƏ EDİRLƏR... - İTTİHAM VAR...

12:02

Qurban Qurbanova yaxşılıq, yoxsa pislik? - Əhmədzadənin Zaqatalanı məhv etmək uğurunda 15 illik MÜBARİZəsi - VİDEO

10:57

Ağstafa DAİM-in direktoru İŞDƏN ATILIR... - Əlaqələri də işə yaramayacaq...

10:24

Lerik acınacaqlı durumda, başçı öz kefində... - FAKT BUDUR!

09:46

`Kremlin Hall`da bişən kababın TÜSTÜSÜ... - Nazirliyə MÜRACİƏT OLUNDU

09:24

Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi - TƏFƏRRÜAT

23:01

ANAMA tender keçirmədən sabiq nazirin şirkətinə 20 milyon manatlıq sifariş verdi - TƏFƏRRÜAT

22:35

Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib? - TƏFƏRRÜAT

21:56

İlham Əliyev və Vladimir Putinin BAM veteranları ilə görüşü başlayıb - CANLI YAYIM

17:59

QOŞQAR TƏHMƏZLİNİN “PALMA YAĞI SEVGİSİ” – Və sahibkarları qəfil yoxlamaq dərdi

17:32

Bu universitetdə tələbələrin təhsilhaqqı mənimsənilib - TƏFƏRRÜAT

17:10

Rusiya Prezidenti: Moskva ilə Bakı arasında münasibətlər yüksək səviyyədədir və inkişaf edir

15:36

Ermənistan Qazaxla sərhəddə minatəmizləmə prosesinə başladı

14:00

RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -İdarə Heyətinin sədri hər ay onlarla mənzilə necə sahiblənir?

13:23

Paşinyanın 4 kənd üçün 4 hiyləsi - NƏ BAŞ VERİR?