ABŞ-la Çin arasında ticarət müharibəsi Azərbaycana nə vəd edir? - GƏLİŞMƏ

11:42 8.08.2019 454
ABŞ-la Çin arasında ticarət müharibəsi Azərbaycana nə vəd edir? - GƏLİŞMƏ

ABŞ-la Çin arasında ticarət müharibəsi dünya iqtisadiyyatına neqativ təsirlərini göstərməyə başlayıb. Vaşinqtonun Çindən 300 milyard dollarlıq idxal mallarına 10% rüsum tətbiq etməsi ilə bağlı qərarından sonra yuanı ucuzlaşdıraraq son 11 ilin rekordunu qıran rəsmi Pekin geri addım atmaq niyyətində deyil. Belə ki, Çin Xalq Bankı ölkənin milli valyutası olan yuanın kursunu daha 0,7% ucuzlaşdırıb. Beləliklə də Çin mallarının idxalına ABŞ-da tətbiq edilən rüsumlara qarşı dözümlülük nümayiş etdirilir. Çin tərəfinin bu qərarı Tramp administrasiyasının etirazına səbəb olub. Prezident Donald Tramp Çini valyuta manipulyasiyasında ittiham edib. Tramp bildirib ki, Çinin ucuz yuan yaratmaqda fikri dünya bazarını ucuz mallarla zəbt etməkdir.

Çin digər bir addım da ataraq, ABŞ-dan kənd təsərrüfatı məhsullarının idxalını müvəqqəti dayandırıb və bu məhsullara rüsum artımını da nəzərdən keçirir. Bu barədə Çin Ticarət Nazirliyi məlumat yayıb. Dövlət Şurasının Tariflər Komitəsi avqustun 3-dən sonra alınan ABŞ kənd təsərrüfatı məhsullarının tədarükünə idxal rüsumunun artırılacağını istisna etmir. Çin müəssisələri artıq ABŞ-dan kənd təsərrüfatı məhsullarının alışını dayandırıblar. Bu isə Amerikada fermerlərə ciddi zərbə vurub. Bu zərbənin təsiri hətta narazı fermerlərin növbəti prezident seçkisində Trampı dəstəkləməkdən imtina etməsinə qədər gedib çıxa bilər.

Lakin Çinin mövqeyi ABŞ-la müqayisədə o qədər də kəskin deyil və qarşı tərəfin davranışından asılıdır. Bu ölkənin BMT-də daimi təmsilçisi Zanq Cun ABŞ-ın atacağı hər cür addıma hazır olduqlarını dilə gətirib: “ABŞ istər danışıqlara, istərsə də savaşa başlasa, biz hər ikisinə hazırıq. Çinin mövqeyi bəllidir. Biz lazım gələrsə, danışıqlara getməyə də hazırıq. Mən ABŞ-ı doğru və ədalətli addımlar atmağa çağırıram və inanıram ki, bu çağırışa müsbət cavab veriləcək”.

Baş verənlər neftin dünya bazarındakı qiymətinə də təsir göstərib. Tramp administrasiyası ilə Çin hökuməti arasında gedən soyuq müharibənin dünya bazarlarına təsirini dəyərləndirən iqtisadçı ekspert Vüqar Bayramov qeyd edib ki, neftin dünya bazar qiyməti son 8 ayda ən aşağı səviyyəyə düşüb: “Brent markalı neftin 1 barelinin qiyməti artıq 59 dollardan ucuz satılır. Ötən həftə proqnozlaşdırdığımız kimi, neftin dünya bazar qiymətində azalmaların davam etməsi gözlənilən idi və yeni qiymət enmələri də istisna olunmur. Belə ki, ABŞ-ın sentyabr ayından etibarən daha 300 milyard dollarlıq Çin məhsuluna əlavə 10 faiz idxal vergisi tətbiq etmək istəyi ticarət müharibəsində yeni mərhələ başlatdı. Ticarət müharibəsinin genişlənməsi qlobal iqtisadi artım tempini aşağı salaraq neftə olan tələbi azaldır. Digər tərəfdən, qlobal iqtisadi gərginliyin artması fonunda Çinin İran neftinin idxalını bərpa edəcəyi də müzakirə mövzusudur. Bu baş verəcəyi halda neftin 1 barelinin qiyməti 30 dollaradək azala bilər. Şist neft hasilatında da artımların olduğunu nəzərə alsaq, indi qlobal arenada heç nə neft ölkələrinin xeyrinə dəyişmir”.

İqtisadçı vurğulayıb ki, neftin dünya bazar qiymətində kəskin enişlər olarsa, ölkəmizə daxil olan valyutanın həcmi yenidən azaldacaq: “Azərbaycan ixracatının 90 faizinin enerji məhsullarının olduğunu nəzərə alsaq, ”qara qızıl"ın qiymətinin ölkəyə daxil olan valyutanın həcminə təsirlərini müəyyənləşdirmək çətin olmaz. Azərbaycan üçün neftin bir barelinin qiymətinin 60 dollardan aşağı olması fiskal, 50 dollardan az olmasının isə monetar təsirləri var. Neftin bir barelinin 2019-cu ilin dövlət büdcəsində qiyməti 60 dollar nəzərdə tutulub. Bütün hallarda neft ölkələri yeni neft şokuna indidən hazırlaşmalıdırlar".

İqtisadçı ekspert Natiq Cəfərli də “Yeni Müsavat”a danışarkən vurğuladı ki, Çinlə Amerika arasında ticarət və gömrük müharibələrinin Azərbaycana birbaşa deyil, dolayı təsirləri var: “Azərbaycan iqtisadiyyatı spesifik xüsusiyyətlərə malikdir. Çox primitiv bir modeldir, dünya valyuta və neft müharibələri Azərbaycan manatına da təsir etmir. Çünki manatın məzənnəsi Mərkəzi Bank tərəfindən tənzimlənir. Ancaq dünyada baş verən iqtisadi müharibələr bütün dövlətlərə, o cümlədən də Azərbaycana təsirsiz ötüşmür. İndi neft uzun müddətdən sonra yenidən 59 dollara düşüb. Son zamanlar neftin qiymətinin qalxması gözlənilirdi, çünki İran ətrafında, Hörmüz boğazında ciddi problemlər yaşanırdı. Ancaq bütün bunlara baxmayaraq Çin-Amerika gərginliyi, ticarət müharibələri neftin qiymətində ucuzlaşmaya səbəb oldu. Bu baxımdan iki dövlət tərəfindən atılan addımların dolayısı ilə Azərbaycana təsirləri var. Dövlət büdcəsində neft 60 dollardan proqnozlaşdırılıb və büdcə gəlirləri bu baxımdan hesablanıb. 60 dollardan aşağı olan istənilən qiymət Azərbaycan üçün təhlükə zənginin çalınması deməkdir. Ancaq hazırda ciddi risk yoxdur, büdcədə neft 60 dollar götürülsə də, dünya bazarında ”Brent" markalı neftin qiyməti 59 dollardır. “Azerlight” markalı neft isə 61 dollara yaxındır. Ancaq uzun müddət bu dəhlizdə qalsa, Azərbaycan iqtisadiyyatına ciddi dalğalanmalar gətirəcək. Manatın məzənnəsi ilə də bağlı gələcəkdə ciddi problemlərin yaşanması ehtimalı artacaq".
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

15:53

Bəs Xalid Ələkbərova nə yaxşı SÖZ DEYƏN YOXDUR?.. - Ortada bunca məqamlar varsa...

15:24

İşçinin taleyi əgər Qağaməlinin ümidinə qaldısa.... - VAY HALINA...

14:06

Gəncə İcra Başçısı haqda maraqlı iddia və maşın kolleksiyası - Dövlət büdcəsini evinə daşıyıb ki...

13:32

Araz Paşayevə məxsus şirkət hansı qurumlarla işbirliyində olub və nə qədər dövlət vəsaiti silib - İLGİNC FAKTLAR

11:32

Rəis 6 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsini "bazar"a çevirib - İTTİHAM VAR...

10:54

Sakinlər problem içində... rəsmi qurumlar isə ancaq vəd verir... - Başçı da ki yox kimidir...

09:59

Gülağa Bağırov 1 milyonu NEYNƏDİ? - Bir soruşan olsa...

09:29

Təhlükəsizlik orqanlarının yaranmasının 105 illiyi

21:37

Ağalarovlardan terror qurbanlarına 100 milyonluq yardım

21:10

İlhamə Abdullayeva Gülnaz Kırimovanı O isə öz vasalının qanundan kənar əməllərini gizlədir - FAKTLAR

20:41

Ramazanın 18-ci gününün DUASI

19:14

Taleh Qaraşov kimi problemli və “klassik” məmur... - NİYƏ GETMƏLİDİR?

18:45

Kamran Əliyev vəzifəsindən azad edilib - ƏMR

16:04

Vüqar Kərimovla iş adamı Tehran Lətifovun işbirliyi Şəkidə nə qədər ağacın kəsilməsinə səbəb olub

15:29

Parkinq sabotajı:Məmurların pul qazanmaq ehtirası, yoxsa...

14:43

İlham Əliyev BDU-ya rektor TƏYİN ETDİ

14:21

Nərimanov ərazisində yerləşən yanacaqdoldurma məntəqəsi SAXTAKARLIQ EDİR - ETİRAZ

13:08

Təhsil Tələbə Krediti Fondunun İdarə Heyətinin sədrinə ağır ittihamlar:məmur bacı-qardaşlarından ibarət mütəşəkkil dəstə...

12:24

Avropa Oyunları 2027-ci ildə İstanbulda keçiriləcək

11:44

“Gənclik Mall”da autizmli gəncin döyülməsini ört-basdır etməyə çalışıblar? - FOTO

10:38

Ermənistan sərhəddəki kəndi Gürcüstana verir? - “Joğovurd”

09:58

6 ay yataq xəstəsi olduğu üçün işdən çıxarıldı - GİLEY

09:29

Sosial şəbəkələrdə özünü AzTV-nin “prezident müxbiri” kimi təqdim edən şəxs görün hansı əxlaqı göstərir… - VİDEOFAKT

09:01

Nə zamana qədər ki, Qağaməli Seyfullayev kimiləri meydan sulayır... - ETİRAZ

17:54

Ov mövsümü hamı üçün bitib? - Restoranlar çöl quşlarından kabab təklif edirlər - VİDEO

17:10

Bir ailənin 6 üzvü qəzada ÖLDÜ

16:09

Bakıda liftdən meyit tapıldı

15:02

Braziliya tarixinin 10 ən yaxşı hücumçusu

14:40

Heydər Əliyev Fondunun tiktirdiyi məktəb binasından şagirdlər yenidən qəzalı binaya qaytarılır - FOTO/VİDEO

13:42

Rayondan Bakıya gələnləri təhqir edən aktrisaya sərt cavab - QALMAQAL

12:32

Rayonlara qar yağdı - Faktiki hava

12:03

AYNA bu dəfə də bizləri sevindirəcək... - AMMA NECƏ...

11:30

"Ucar xəstəxanasında insanları öldürürlər" - MÜRACİƏT

10:49

“Azəriqaz”dan absurd şəhid ailəsi ayrıseçkiliyi - Bu nə təfəkkürdür?