"Aqri Kon" keçən il "yarıtmşdı", bu il də yarıdacaq... - Nazirlik də gülməli formada izahat verir...

16:04 7.08.2019 543
"Aqri Kon" keçən il "yarıtmşdı", bu il də yarıdacaq... - Nazirlik də gülməli formada izahat verir...

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti özünüməşğulluq tədbirlərinin təşkili çərçivəsində respublikanın rayonları üzrə əhalinin özünüməşğulluğunun təmin olunması ilə bağlı tələb olunan kənd təsərrüfatı mallarını bu il də eyni şirkətdən satın alacaq.

APA-nın məlumatına görə, Dövlət Məşğulluq Xidmətinin özünüməşğulluq tədbirlərinin təşkili çərçivəsində respublikanın rayonları üzrə əhalinin özünüməşğulluğunun təmin olunması ilə bağlı tələb olunan kənd təsərrüfatı mallarının satın alınması ilə bağlı elan etdiyi tenderin qalibi “Aqri Kon” MMC olub.

Dövlət Məşğulluq Xidməti və “Aqri Kon” MMC arasında artıq müqavilə bağlanıb. Müqaviləyə əsasən, Dövlət Məşğulluq Xidməti özünüməşğulluq tədbirlərinin təşkili çərçivəsində respublikanın rayonları üzrə əhalinin özünüməşğulluğunun təmin olunması ilə bağlı tələb olunan kənd təsərrüfatı mallarının satın alınması üçün “Aqri Kon” MMC-nin hesabına 27 milyon 698 min 780 manat köçürəcək.

Qeyd edək ki, Dövlət Məşğulluq Xidməti 2018-ci ilin avqustunda respublikanın rayonları üzrə əhalinin özünüməşğulluğunun təmin olunması ilə bağlı tələb olunan kənd təsərrüfatı mallarının satın alınması üçün “Aqri Kon” MMC və “Bis Co” MMC ilə müqavilələr bağlayıb. Konsorsiumun aparıcı təşkilatı olan “Aqri Kon” MMC ilə bağlanan bu müqavilənin 19 milyon 225 min 246 manatlıq dəyəri olub.

Xatırladaq ki, ötən müddət ərzində Dövlət Məşğulluq Xidməti tərəfindən Özünüməşğulluq Proqramı çərçivəsində Proqrama cəlb edilmiş insanlara verilən inək və qoyunlarla bağlı sıra iddialar irəli sürülüb. İnək və qoyun alan insanlar həmin heyvanların qoca, dişi tökülmüş, xəstə olduğunu iddia ediblər və həmin heyvanların görüntüləri sosial şəbəkələrdə, mətbuatda yayılıb. Nazirlik bir neçə belə halda təsdiqini tapmış faktlara əsasən heyvanların əvəzləndiyini bildirib.

Bəs, ƏƏSMN yanında Dövlət Məşğulluq Xidməti nə üçün dövlətin xüsusi həssaslıqla yanaşdığı bir Proqramın icrasına qalmaqalla yadda qalmış eyni şirkətlə müqavilə imzalayıb?

ƏƏSMN-in mətbuat xidmətinin rəhbəri Fazil Talıblı APA-ya açıqlamasında deyib ki, 2018-2019-cu illərdə Özünüməşğulluq Proqramına cəlb edilənlərin sayı və dövlətin vəsaiti hesabına aktivlərlə təmin edilən ailələrin sayı, miqyası xeyli genişlənib: “Məhz dövlət başçısının tapşırıqlarına uyğun olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən əgər ötən il 6 mindən çox ailəyə aktivlər verilibsə, bu il 10 mindən çox ailə Özünüməşğulluq Proqramına cəlb ediləcək. Proqramın əhatə dairəsi genişləndikcə, icrası ilə bağlı mexanizm təkmilləşdikcə, əhalinin həssas qruplarının, işsiz insanların bu Proqrama rəğbəti artır. Belə olmasaydı, nazirliyə bu il 45 min müraciət daxil olmazdı. Təbii ki, növbəlilik qaydasında və həssas qruplara, şəhid ailələri, məcburi köçkünlər, əlilliyi olan insanlara daha çox diqqət yetirilərək, bu Proqrama cəlb edilir və dövlətin hesabına aktivlər verilir”.

F. Talıblı qeyd edib ki, Özünüməşğulluq Proqramı çərçivəsində ötən il təxminən 30 min başadək mal-qara verilib: “Proqramın tərkibinə müxtəlif sahələr daxildir. Lakin regionlarda vətəndaşlar daha çox heyvandarlıqla məşğul olurlar. Bu baxımdan Özünüməşğulluq Proqramı iştirakçılarının təxminən 75-80 faizi kənd təsərrüfatı, heyvandarlıq sahəsi ilə məşğuldurlar. Ötən il paylanılan 30 min baş mal-qara ilə bağlı məmnunluq səviyyəsi yüksək olub. 30 min mal-qaradan yalnız 119 heyvanın, yəni paylanan heyvanların 0,4 faizinin qüsurlu olduğu müəyyən edilib. Həmin heyvanlarla bağlı bəzi vətəndaşlar sosial şəbəkələr, bəziləri mətbuat vasitəsi ilə şikayət edib. Bu faktların hər biri araşdırılıb və həmin heyvanlar dərhal dəyişdirilib. “Özünüməşğulluq Proqramı keçən il uğurlu icra edlmədi deyə yenidən eyni firma ilə müqavilə bağlanıb” fikrini qəbul etmirik. Bizim açıqladığımız rəqəmlər rəsmi rəqəmlərdir. 30 min baş mal-qaranın içərisində 119 baş qüsurlu, sağlam olmayan heyvanlar olub, onlar da dəyişdirilib”.

Nazirlik rəsmisi həmin müəssisə ilə yenidən müqavilənin qanuni əsasda bağlandığını vurğulayıb: “Qanunvericiliyə uyğun olaraq, ölkəmizdə müqavilə bağlanmazdan öncə tender elan edilir. Tender açıq elan edilir, İqtisadiyyat Nazirliyinin “tender.gov.az” saytında elan verilir. Bu sahədə fəaliyyət göstərən şirkətlər bu açıq tenderdə iştirak edə bilər. Qanunvericiliyə uyğun olaraq hansı şirkət düzgün təklif verir, o da qalib gəlir. Keçən il Özünüməşğulluq Proqramı necə uğurlu icra olunmuşdusa, bu il də uğurla icra olunacaq. Bu il daha bir yenilik var. Bu il Özünüməşğulluq Proqramına qoşulan hər kəs elektron sistem sistem vasitəsilə qeydə alınacaq. Hər birinin təlimlərə cəlb olunması, təlimlərin nəticəsində biznes-planlarını müdafiə etməsi, mal və məhsullarının təqdim edilməsi, həm videoçəkilişlər, həm fotoçəkilişlər, üstəgəl, Qida Təhlükəsizliyi Agentliyinin heyvanların sağlamlığına dair verdiyi müvafiq sənədlə mallar təhvil veriləcək. Elektron sistem nazirliyin saytına inteqrasiya ediləcək və ictimaiyyətə açıq olacaq. İstənilən jurnalist, vətəndaş o sayta daxil olaraq Özünüməşğulluq Proqramı çərçivəsində vətəndaşları hansı mal və məhsulla təmin olunduğunu, onun razılığını, Qida Təhlükəsizliyi Agentliyinin sənədini görmüş olacaq. Məqsədimiz şəffaflığı təmin etməkdir. Özünüməşğulluq Proqramının iştirakçılarının hər birinin ayrıca elektron kabineti yaradılacaq və oradakı məlumatlar ictimaiyyət üçün açıq olacaq”.
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO

15:27

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib - MƏHKƏMƏ İŞİ

14:40

Beş ayda 67 milyon manat dövlət sifarişi verilmiş müəmmalı MMC-nin arxasında kimlər durur?

14:08

Siqaretin qiyməti bahalaşacaq? - AKTUAL

13:35

`Sahil - S İnşaat` şirkətinin tikdiyi binanın sakinləri YENİ QALMAQALDA - NARAZILIQ VAR...

12:43

Göygöl Suvarma Sistemləri İdarəsinin 1 milyon manatlıq tenderinin adı var, özü yox… - İLGİNC FAKTLAR

12:16

Dövlətin etibarını “əyənlər” - “Qobu Park”a görə kimlər qandallanacaq?

11:39

Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):Universitetin büdcəsi müxtəlif adlar altında talan edilir

10:54

Təhsildəki kütləvi repititorluq... - Məktəblər NƏ İŞƏ YARAYIR?

10:16

Bakıda Sahil Babayevdirsə, Naxçıvanda da Ceyhun Cəlilovdur... - EYNİ SİTƏM...

09:55

Tanınmış iş adamı Milli Məclis TƏDARÜKÜNDƏ... - İDDİA

09:11

Otel də yoxdur, turist də: Azərbaycanlıların “ərəbsayağı” istirahəti - ARAŞDIRMA

22:52

İrəvandakı yürüşdə Azərbaycan və Türkiyə bayraqları yandırıldı - Fotolar

22:35

“Azərreyl” çempion oldu

20:17

Deputatın tikdiyi binanın əyilməsi ilə bağlı XƏBƏRDARLIQ: - Komissiya yaradılması təklif edildi