Erkən nikah faktı təsdiqlənsə, əlavə cinayət işi açılacaq - Dövlət Komitəsindən 17 yaşlı qızın intiharına REAKSİYA

11:13 7.08.2019 535
Erkən nikah faktı təsdiqlənsə, əlavə cinayət işi açılacaq - Dövlət Komitəsindən 17 yaşlı qızın intiharına REAKSİYA

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Cəlilabadda qeydə alınan intihar faktına münasibət bildirib.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və Analitik Araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov Modern.az-ın sorğusuna cavab olaraq bildirib ki, bir ay ərzində bir neçə analoji faktın baş verməsi təəssüf doğurur:
“Yetkinlik yaşına çatmayan qızların intihar və intihara cəhd faktlarının araşdırılması məqsədilə regionlarda monitorinq komissiyaları vasitəsilə nəzarət davam etdirilir. Eyni zamanda, onların ailə üzvləri, yaşadığı ünvandakı qohumları, tanışları tərəfindən məlumatların toplanması istiqamətində işlər aparılır. Hüquq-mühfaizə orqanları, Daxili İşlər Nazirliyi və Prokurorluq orqanları tərəfindən cinayət araşdırmalarının tətbiqi işləri davam etdirilir. Bütün özünəqəsdlərlə bağlı Cinayət Məcəlləsinin125-ci maddəsi, özünü öldürmə həddində çatdırma ilə bağlı cinayət işləri açılıb. Hazırda istintaq işləri davam etdirilir”.
E.Səfərov deyib ki, 17 yaşlı qızların intiharında erkən nikaha məcburetmə faktı öz təsdiqini taparsa, əlavə cinayət işləri da açılacaq:
“Belə olan halda, Dövlət Komitəsi tərəfindən Cinayət Məcəlləsinin 176.1-ci maddəsi, qadını nikaha daxil olmağa məcburetmə ilə bağlı əlavə cinayət işi açılması vacib hesab ediləcək. Bu halların araşdırılmasında hüquq mühafizə orqanlarının mövqelərinin tətbiqi vacibdir. Eyni zamanda, psixoloqların və sosial işçilərin proseslərə cəlb edilməsi vacibdir ki, ailələrdəki digər uşaqlara təsirləri minimum dərəcədə olsun. Hazırda bu məsələ ilə bağlı prokurorluğun rəyini gözləyirik”.


Şöbə müdirinin sözlərinə görə, bu il ərzində qəbul ediləcək Milli Uşaq Strategiyasının fəaliyyət planı və Məişət Zorakılığının Qarşısının Alınmasında Milli fəaliyyət planı layihələrinin qəbul edilməsi planlaşdırılır:
“Bu halların aradan qaldırılması üçün tədbirlər nəzərdə tutulub. Təəssüf ki, bütün dünya ölkələrində olduğu kimi, Azərbaycanda da nikaha məcbur etmə halları yaşanır. Problemin qarşısının alınması üçün koordinasiyalı şəkildə işlər aparılmalıdır. Əsas məsələ vətəndaşlarda formalaşan stereotiplərin dəyişdirilməsi istiqamətində fəaliyyət daha da gücləndirilməlidir”.
Komitə rəsmisi erkən nikaha məcbur etmənin ziyalı ailələrində də qeydə alındığını vurğulayıb:
“Bakı həm ziyalılıq səviyyəsinə, həm ali təhsil alanların sayına görə öndədir. Amma Bakıda da erkən nikaha məcur etmə halları var. Amma monitorinqlər göstərir ki, erkən nikaha məcburetmə təhsil səviyyəsi aşağı və yüksək olan ailələrdə də qeydə alınır”.
E.Səfərov ümumilikdə bu kimi hallarda KİV-lərin üzərinə də böyük məsuliyyət düşdüyünü qeyd edib:
“Bəzi hallarda intihar edənin, intihara cəhd edib sağ qalanın fotoları, ünvanları mətbuatda göstərilir. Bunlar həmin şəxsin ailə üzvlərinin sonrakı həyatı üçün də problemlə çevirilir. Media nümayəndələri şərti adlardan istifadəyə önəm verməlidirlər. Onların fotolarının açıq şəkildə mətbuatda yayımlanması yolverilməzdir. Biz həmişə mətbuat nümayəndələrinə çağırış etmişik ki, fotoların verilməsi zamanı üzün bağlanması, adların şərti verilməsi, kəndin adının qeyd edilməməsinə diqqət etsinlər. Bu, həmin ailənin müdafiə edilməsinə yönəlib. Bəzi ailələrdəki uşaqlar intihara cəhd etsə də, sağlam qalıb. Mətbuat nümayəndələri onun şəkillərini yayırlar, intervyu alırlar. Bu, heç bir halda düzgün deyil. Bu artıq insan hüquqlarının pozulmasıdır. Azərbaycan Respublikasının qanunvericiliyinə görə, hər bir şəxs insanların şəxsi həyatının toxunulmazlığının pozulmasına görə məsuliyyət daşıyır”.



Xatırladaq ki, bir ay ərzində Zaqatala və Cəlilabadda iki 17 yaşlı qızın intiharı faktı qeydə alınıb. Onların erkən nikaha məcbur edilidiyi iddia olunub və bu addımı ona görə atdıqları bildirilib.
Qeyd edək ki, qadını nikaha daxil olmağa məcbur etmə faktına görə, Cinayət Məcəlləsinin 176-1maddəsində cəza tədbirləri nəzərdə tutulub.


Bu maddəyə görə, qadını nikaha daxil olmağa məcbur etməyə görə, iki min manatdan üç min manatadək cərimə və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Eyni əməllər nikah yaşına çatmayan şəxs barəsində törədildikdə - üç min manatdan dörd min manatadək cərimə və ya dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

22:53

Bu gecə ilk Qədr gecəsidir

22:15

İrəvan Rusiya ilə münasibətləri qəsdən pozur - Moskvadan xəbərdarlıq

21:46

Ramazanın 19-cu gününün duası - İmsak və iftar vaxtı

21:26

Sabirabadda dəhşətli "təmizlik" aksiyası - vətəndaş müraciəti

19:04

Papanın səhhəti yaxşılaşıb

18:42

Putin seçki üçün 317 milyon pul xərcləyib

18:18

Nağdsız ödənişdən yayınanlar barəsində tədbir görüləcəkmi? - Ekspertlər danışır...

17:32

Diplomsuz cərrahları kim qoruyur? - Sabiq nazir müavini rəsmən yalan danışdı

17:06

Gəncə şəhər Şəhidlər Xiyabanı zibil içindədir - VİDEOFAKT

16:38

Həbibullayev Prezidentin göstərişlərini NİYƏ ÖNƏMSƏMİR? - ÖZBAŞINALIQ!

15:53

Bəs Xalid Ələkbərova nə yaxşı SÖZ DEYƏN YOXDUR?.. - Ortada bunca məqamlar varsa...

15:24

İşçinin taleyi əgər Qağaməlinin ümidinə qaldısa.... - VAY HALINA...

14:06

Gəncə İcra Başçısı haqda maraqlı iddia və maşın kolleksiyası - Dövlət büdcəsini evinə daşıyıb ki...

13:32

Araz Paşayevə məxsus şirkət hansı qurumlarla işbirliyində olub və nə qədər dövlət vəsaiti silib - İLGİNC FAKTLAR

11:32

Rəis 6 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsini "bazar"a çevirib - İTTİHAM VAR...

10:54

Sakinlər problem içində... rəsmi qurumlar isə ancaq vəd verir... - Başçı da ki yox kimidir...

09:59

Gülağa Bağırov 1 milyonu NEYNƏDİ? - Bir soruşan olsa...

09:29

Təhlükəsizlik orqanlarının yaranmasının 105 illiyi

21:37

Ağalarovlardan terror qurbanlarına 100 milyonluq yardım

21:10

İlhamə Abdullayeva Gülnaz Kırimovanı O isə öz vasalının qanundan kənar əməllərini gizlədir - FAKTLAR

20:41

Ramazanın 18-ci gününün DUASI

19:14

Taleh Qaraşov kimi problemli və “klassik” məmur... - NİYƏ GETMƏLİDİR?

18:45

Kamran Əliyev vəzifəsindən azad edilib - ƏMR

16:04

Vüqar Kərimovla iş adamı Tehran Lətifovun işbirliyi Şəkidə nə qədər ağacın kəsilməsinə səbəb olub

15:29

Parkinq sabotajı:Məmurların pul qazanmaq ehtirası, yoxsa...

14:43

İlham Əliyev BDU-ya rektor TƏYİN ETDİ

14:21

Nərimanov ərazisində yerləşən yanacaqdoldurma məntəqəsi SAXTAKARLIQ EDİR - ETİRAZ

13:08

Təhsil Tələbə Krediti Fondunun İdarə Heyətinin sədrinə ağır ittihamlar:məmur bacı-qardaşlarından ibarət mütəşəkkil dəstə...

12:24

Avropa Oyunları 2027-ci ildə İstanbulda keçiriləcək

11:44

“Gənclik Mall”da autizmli gəncin döyülməsini ört-basdır etməyə çalışıblar? - FOTO

10:38

Ermənistan sərhəddəki kəndi Gürcüstana verir? - “Joğovurd”

09:58

6 ay yataq xəstəsi olduğu üçün işdən çıxarıldı - GİLEY

09:29

Sosial şəbəkələrdə özünü AzTV-nin “prezident müxbiri” kimi təqdim edən şəxs görün hansı əxlaqı göstərir… - VİDEOFAKT

09:01

Nə zamana qədər ki, Qağaməli Seyfullayev kimiləri meydan sulayır... - ETİRAZ