Impera
XƏBƏR LENTİ
16:00Hacıbala Abutalıbovun inanılmaz sərvəti ortaya çıxdı (SİYAHI/FOTOLAR)15:15Azərbaycanın ən fərqli modelindən seksual FOTO,VİDEO15:13Vergi cinayətləri törədən vəzifəlilər – İqbal Məmmədov tək deyil…15:12Vilayət Eyvazovdan yeni təyinatlar13:00Validə Abbasovadan gənc qızlara meydan oxuyan — FOTOLAR12:46Məmurlara ÇAĞIRIŞ - "Hamınz oğurladıqlarnız qusacaqsınız..."12:23“Bu, biznesmen məmurlar üçün başağrısıdır” - Oliqarxların gücü12:00Zakir Zeynalovdan etiraf: "Oğlum günahkardır"11:30Arif Əsgərov və oğlu borca görə 3 il həbs edilə bilər11:00Prezidentə ŞOK MÜRACİƏT - Baş redaktor İlham Əliyevə nələri yazdı...18:00Netanyahu və Putin arasında telefon danışığı baş tutub17:40Bakının mərkəzində YANĞIN17:23Din xadimləri də sosial şəbəkələrdən aktiv istifadə etməlidirlər - Komitə sədrinin müavini17:12Qəbələdə meşə yanır, əraziyə FHN-in helikopteri və təyyarəsi cəlb edilib17:02Milli Telekommunikasiya Şurası yaradılacaqmı? – RƏY16:52Ürəyi zəif olanlar baxmasın: uşaq hamının gözləri qarşısında... - ANBAAN VİDEO - FOTO16:30Yeni Ramanada quru ot sahəsi yanır16:17Yunanlar narahatdır: Türkiyə hər şeyi məhv edəcək!15:48Tələbələr Bakıda kirayə ev tapmırlar - Qiymətlər də "günahkar" deyil15:45İşğal olunmuş əzəli Azərbaycan torpaqlarında dini abidələr vandal münasibətlə üzləşib - Bəyanat15:43Cəbrayıl rayonundan olan bir qrup həkim məcburi köçkün qəsəbəsində humanitar aksiya keçirib15:41Bəşəriyyəti Dünya müharibəsi ilə üzbəüz qoyan müqavilədən 80 il ötür - TARİX15:40Bakıda süpürgəçilər ölümdən döndü — VİDEO14:59Sabaha olan hava proqnozu AÇIQLANDI14:56Azərbaycanın nə qədər borcu var? - RƏQƏM RƏSMƏN AÇIQLANDI14:45BƏƏ qoşunları Yəmənin iri şəhərini tutmaq istədi14:41Xüsusi Dövlət Mühafizə Xidməti 26 yaşını qeyd edir14:39Aqrar sektora “ikinci nəfəs”?13:23Göyçayda evdən 14500 manat oğurlandı13:14“Un kralı”, “Otellər zəncirinin sahibi”, “tikinti oliqarxı” - Qanunun yanından keçən biznesmen deputatlar12:45Sumqayıt məhkəməsinin hakimi biznesmenə qarşı silah davasına çıxmağa hazırdır? –VİDEO12:28Ermənistanla Azərbaycan arasında hansı rabitə işləyir…12:07Bakıda dəhşətli faciə: Pişik balası uşağın ölümünə səbəb oldu11:20Baş nazirdən tikinti ilə bağlı vacib qərar10:38Elektrik qatarlarından istifadə edənlərin nəzərinə10:28Əgər pullar Cargill şirkətinə gedibsə Beynəlxalq Bank niyə bu şirkətə borclu qalmalıdır?10:09"Taxta bazarı"ndakı yanğınla bağlı xəstəxanaya yerləşdirilən şəxslər evə buraxılıb09:42Füzuli və Cəbrayıl rayonlarının işğalından 26 il ötür17:29Anasının zəncirləndiyi azyaşlı uşaq evinə yerləşdirildi17:25"Bəs niyə həkimlər xəstədən rüşvət alır..." - İTTİHAM17:20İdlib: Yeni lokal gərginliyin qlobal səbəbləri - TƏHLİL17:12Mingəçevirdə şəhid adına hörmətsizlik: “Heç kim maraqlanmır” - VİDEO17:10Dənizdə batanlar bu il niyə çox oldu? - İlginc səbəbi açıqlandı12:14Metropoliten tikintisi `Sovetski` sakinlərini narahat edir - GİLEY11:05FHN və Dövlət Komitəsi "ev"lənməyə qarşı? - Fərmanın icrası yubanır10:49“Şirkət sıradan çıxarılarsa, Lerik bundan nə qazanacaq?!” - İş adamından “Relax”a dəstək10:34KTN-nin 4 milyonluq tenderi ilə bağlı yeni faktlar - MÜƏMMA10:20ABŞ Qafqaza girir: Kremlin cavabı... - TƏHLİL10:06Oqtay Şirəliyevin işçisi ittiham olunur... - "3600 manat pulumu alıb, dələduzluq edib..."09:51“İşsizin DOSTu” proqramı necə icra olunur - faktlar və rəylər09:45Paşinyan narahatdır: Bakının sərhəddə qəfil manevri - GƏLİŞMƏ09:22Violonçel ifaçısı Camal Əliyev Böyük Britaniyada konsert proqramı ilə çıxış edəcək21:22Peşə təhsili müəssisələrinə sənəd qəbulunun nəticələri açıqlanıb21:16Abxaziyada silahlı insident - Prezidentliyə namizədin seçki qərargahı gülləbaran edildi21:11Boris Consonun sevgilisi ABŞ-a buraxılmadı21:00Ata, həqiqətən, burada yaşamısan? — Ronaldo oğlunun qarşısında aciz qaldı20:50Prezident İlham Əliyev bu şəxsləri təltif etdi - SİYAHI17:37Azərbaycanda qızılın ucuzlaşacağı gözlənilir - PROQNOZ17:24Həmsədr ölkələrin etinasızlığının növbəti sübutu - TƏHLİL17:10Bakı Nəqliyyat Agentliyi nə iş görür? - Benzini qurtaran, sərnişinləri yolda düşürən marşrutlar...16:54MiQ-29 döyüş təyyarəsinə hücum olunub? - EKSPERT RƏYİ16:37Rusiyada keçirilən turnirdə Azərbaycanı erməni idmançı təmsil edib? - AÇIQLAMA16:25"Rayonun o kəndi olmasın ki, Tofiq İbrahimov torpaq sahələrinə əl qoymasın..." - GİLEY16:11Azərbaycanda məmurların biznesinə böyük təhlükə - Qanun işə düşür15:58Erməni tərəfi Azərbaycan sərhədçilərinin Babakər dağında möhkəmləndiyini təsdiqləyir - GENERAL İBRAHİM SÜLEYMANOV İSƏ ERMƏNİLƏRƏ DƏSTƏK VERİR...15:32Pirverdiyev işçilərin pulunu vermir - GİLEY14:59"Qarabağ" "Linfild"lə oyun ərəfəsində ciddi problemlərlə üzləşib14:43Fövqəladə Hallar Nazirliyinin araşdırmasına 1 ay bəs etmir? - İLGİNC14:25İcra başçısı İlham Əliyevin saldırdığı parkı məhv edib – Bina tikdirir14:05Azərbaycanda sabaha gözlənilən - hava proqnozu açıqlanıb13:22Tovuzun icra başçısı bu işi gizlincə edir... - Daha bir məmur ÖZBAŞINALIĞI12:49Hacı Qalib indi də belə problem yaradır... - dövlət qurumları məhkəməyə verildi12:21Gömrük rəqəmləri və “növbətçi” məlumatlar - İTTİHAM12:09Tikinti materiallarının istehsalında 7,8 faiz artım olub11:12Bakı Nəqliyyat Agentliyindən növbəti pul tələsi - Dərəbəylik...10:55"Relaks"ın 30 minlik işıq pulu borcu üzə çıxdı - Belə deyirlər...10:28Bizi ərəblərə möhtac qoyan AZAL - Dünya bazarından 4 dəfə bahalı biletlər09:58Futzal üzrə Azərbaycan çempionatlarının başlayacağı tarixlər açıqlanıb09:49CƏBHƏDƏN XƏBƏR VAR - Müdafiə Nazirliyi18:00Vilayət Eyvazov yeni polis rəisi təyin etdi17:45Azərbaycan Ermənistana gedən qaz kəmərini nəzarətdə saxlayır - Savaş başladığı an mütləq vurulacaq17:30Dövlət komitəsi Məhərrəmlik ayı ilə bağlı müraciət etdi17:15“VERGİ MÜFƏTTİŞLƏRİ HOLDİNQLƏRİN HEÇ HƏNDƏVƏRİNƏ DOLANA BİLMƏZLƏR…” – “Büdcəyə hətta qəpiklər ödəyən şirkətlərin sayı minlərlədir”16:45Süni qiymət artımının arxasında kimlər dayanır? - GƏLİŞMƏ16:31"ŞƏRURLU İSFƏNDİYAR"IN "CƏNNƏT MƏKANI"NIN KÜLLİ MİQDARDA DÖVRİYYƏSİ OLSA DA... - Vergidən yayınan daha bir iş adamı16:18Şirkət rəhbərlərinin 5 milyon dollarlıq dələduzluğu: - daha bir mənzil fırıldağı16:06Sosial ədalətdən UZAQ SAHİLlər... - GİLEY15:51"Panorama Park” yaşayış kompleksində BİABIRÇI MƏNZƏRƏ - FOTOLAR15:37İradənin qardaşı Abbas Bağırova pul "atıb" - MƏHKƏMƏ İŞİ15:11200 manat pensiya alan əlil-sahibkar ayda 20100 manat vergi ödəyir, - 2000 dollar əməkhaqqı alan deputat- sahibkar ayda 81 manat14:52“Azərsun Arena” təmirə bağlanır - “Qarabağ” harada oynayacaq?14:38Cəlilabad müəllimləri nədən narazıdır? - İTTİHAM14:13Deputatın “Porsche"si ilə qəza törədən şəxsdən XƏBƏR VAR14:00"Qarabağ"ın istədiyi qapıçı icarəyə göndərildi13:21“Silva” operettası nümayiş olunacaq13:10"Miq-29" təyyarəsinin pilotunun nəşi tapıldı - Pilotumuz harada dəfn ediləcək?13:01Əbülfəs Qarayev nazir kürsüsünü niyə məşğul edir? - Tarixi abidələrimiz göz-görəsi məhv edilir...11:43Rusiyalılar Türkiyədə 2 milyon dollar dəyərində yaxtanı qaçırıblar11:27Sabiq deputatın oğlu rəsmən qoçuluq edir... - Vətəndaş polis idarəsinin darvazasının yanında vuraraq qaçıb11:08İndi də Hadı Rəcəblinin istirahət mərkəzi gündəmə gəldi - VİDEO
BÜTÜN XƏBƏRLƏR

"Bakı bu şəhəri ger almaq üçün iddia qaldıra bilər" - ŞOK ARAŞDIRMA

06 Ağu 2019, 17:28   
"Bakı bu şəhəri ger almaq üçün iddia qaldıra bilər" - ŞOK ARAŞDIRMA
ABŞ tarixçisi David Fromkin “Müharibəyə son verən sülh” (David Fromkin, “A Peace To End All Peace: The Fall of The Ottoman Empire and The Creation of The Middle East” (Avon Books, New York – 1990) adlı kitabında yazır:

“1916-1922-ci illərdə Böyük Britaniyanın baş naziri olmuş Devid Lloyd Corc ilə Osmanlı İmperiyası tarixində əhəmiyyətli rol oynamış hərbçi və siyasi xadim Ənvər paşa arasında gizli bir müqavilə olub. Həmin müqavilə hazırda Londonda (“Lordlar Evi Sənəd Bürosu - Beaverbrook Kolleksiyası - Lloyd George Araşdırmaları F-6-1- Sənədləri I-16 (b)”) saxlanılır və orda yazılır:

“Müqaviləyə görə, Ərəbistan müstəqil olacaq. Ermənistan və Suriya Osmanlı İmperiyası daxilində muxtar bir status qazanacaq: Mesopotamiya və Fələstin Misir kimi müharibədən əvvəl Osmanlı hakimiyyəti altına girəcək, ancaq ingilislərin himayəsində olacaq: Çanaqqaladan keçmək azadlığı təmin ediləcək”.

Bu müqaviləyə görə, Qafqazda yaranacaq iki dövlət - Azərbaycan və Gürcüstan müstəqil olacaqdı. Həmin iki dövlət də Britaniyanın nəzarəti altında qalacaq idi. Xüsusilə Bakı nefti osmanlılarla ingilislərin nəzarəti altında olacaqdı. Batum konfransına qədər bu razılaşma qüvvədə idi, lakin Britaniya kəşfiyyatı Ənvər paşanın Adriatik dənizindən Hindistana qədər Osmanlı İmperiyası qurması barədə gizli məqsədlərini açıqlayandan sonra (David Thomson, England in The Twentieth Century (1914-1963), S.48) işlər elə konfransda da dəyişdi. Gündəmə Ermənistan dövlətinin yaranması fikri daxil oldu və Osmanlı müstəqil Ermənistana paytaxt verilməsi məsələsində seçim qarşısında qaldı. Osmanlı paşaları Gümrü şəhərinin ermənilərə paytaxt kimi verilməsinə etiraz edib, müstəqilik uğrunda mübarizə aparan Azərbaycan Cümhuriyyətinə məxsus İrəvan şəhərinin verilməsi üçün Batum konfransında iştirak edən M.Ə. Rəsulzadəyə təzyiq etməyə başladılar. Bu hadisə ilə bağlı Çikaqo Universitetinin siyasi elmlər kafedrasının professoru Ronald Qriqor yazır:

“İrəvan Batum konfransına qədər müsəlman şəhəri idi”(Stephen Holmes, "Collapse Legacies Cultural or State? The Dilemma probing Postcommunist", in Michael Mandelbaum (ed), Postcommunism: Four Perspectives (New York): Council on Foreign Relations, 1996, p. 5.).

1918-ci il mayın 28-də, axşam saat 20:00-da Batumda danışıqlar başlamışdı. Vehib paşa deyib:

“Ermənilərin tələbini az da olsa qane etmək məcburiyyətindəyik. Hər halda, onlara bir ərazi verməyə məcburuq”.

Ermənilər üçün düşünülən sahə Yeni Bəyazid və Üçmiədzin bölgələrindən ibarət idi. Türk heyəti 1918-ci il mayın 30-da ermənilərlə apardıqları danışıqlar nəticəsində bu şərtləri tətbiq etməyə başladı. Buna qəti etirazını bildirən A.Xatisyan ermənilərə verilən torpaqların az olduğunu, təklif edilən bu sərhədlərin türk və erməni xalqları arasında daimi düşmənçiliyə səbəb olacağını bəyan etdi. O bildirdi ki, Qafqaz müsəlmanlarının yaşadıqları ərazinin çox az bir hissəsi onlara verilərsə, müsəlmanlarla münasibətləri düzələcək və müsəlmanların haqları bu ərazilərdə ermənilər tərəfindən müdafiə ediləcək. Vehib paşa ermənilərə daha çox ərazinin qala bilməsi üçün Ermənistan ərazisində yaşayan müsəlman əhalinin Türkiyəyə köçürülməsini təklif etdi. O, “erməni məsələsi”nin beynəlxalq bir problem olduğunu qəbul edərək, onların müstəqilliyinin Osmanlı tərəfindən tanınacağını bildirdi. Ermənilərin bu şərtləri qəbul etməkdən başqa bir çarəsi qalmadı(Dövlət arxivi, A.3671, k.2930, d.555, f.15;15-9.).

İmzalanmış müqaviləyə əsasən, Ermənistanın ərazisi 9 min kv. km, əhalisi 326 min nəfər təşkil edirdi. Ermənistan ərazisi Basarkeçər quberniyası (Nor Bəyazid), İrəvan quberniyasının beşdəüç hissəsi, Üçmiədzinin bir hissəsi, İsgəndərunun bir hissəsini əhatə etməklə, əhalisinin 230 minini erməni, 80 minini müsəlman, 5 minini yezidi kürd və 11 minini digər millətlər təşkil edirdi. Ermənistan Respublikası Qafqazda yaşayan bütün ermənilərin doqquzdabir hissəsini özündə birləşdirirdi.

Batum müqaviləsində İrəvana güzəştə gedilməsi və ermənilərin hər hansı öhdəlik götürməsi ilə bağlı razılaşma əksini tapmayıb: İrəvan erməni Milli Şurası ilə Azərbaycan Milli Şurası arasında centlmen razılaşması əsasında verilib. 1918-ci ildə erməni dövləti yaratmaq üçün paytaxt olmadığına görə Azərbaycan Milli Şurası İrəvanı güzəştə gedib. Bunun müqabilində erməni Milli Şurası Yelizavetpol quberniyasının dağlıq hissəsinə, indiki Dağlıq Qarabağa olan iddialarından imtina haqda öhdəlik götürüb. Batum müqaviləsində həmin razılaşmanı özündə ehtiva edən hər hansı bir maddə yoxdur. Bu müqavilə roman-german hüquq sistemində verbal (şifahi) müqaviləsi adlanır. Verbal (şifahi) müqavilələr bilavasitə ifadələrin tələffüz edildiyi andan hüquqi qüvvəyə minir və adətən “əllərin sıxılması” ilə sanki təsdiqini (“möhürlənməsini”) tapır. Roma hüququ sahəsində görkəmli alim olan İ.B.Novitski yazır:

“Gələcək kreditorun sualı (centum dare spondes? - yüz verməyi vəd edirsənmi?) və öhdəlik üzrə borclu olmağa razılaşan şəxs tərəfindən verilən suala uyğun cavab (spondeo, vəd edirəm) vasitəsilə bağlanan şifahi müqaviləyə stipulyasiya deyilir” (Novitski, İ. B. Roma hüququ : dərslik / İ. B. Novitski ; tərt.: İ. A. İsmayılov, M. P. Əsgərova ; red. İ. A. İsmayılov. - Təkrar nəşri. - Bakı : Qanun, 2008. - 287 s.).

Dosent Rahib Əkbərov yazır:

“İrəvan quberniyası üzrə varis mülkiyyətçi və eyni zamanda mülkiyyətə sahiblik (sahibliyin iki mühüm elementi var: əşyanın özü və ona sahib olmaq üçün niyyətin, iradənin olması) hüququnda, yalnız İrəvan quberniyasının əhalisi çıxış edir. Digər tərəfdən masa üzərində hüquqi prosedur qaydalara əməl edilməklə yazılı (literal) təsbit edilən rəsmi dövlət sənədi, Milli Şuranın iclas Protokolu mövcuddur. Yəni torpaqların erməni federasiyasına verilməsi sübuta ehtiyacı olmayan, danılmaz hüquqi fakt kimi Protokolla rəsmiləşib. Nəticədə, İrəvan quberniyasının erməni milli federasiyasına verilməsi nəinki şifahi (verbal) razılaşma əsasında müəyyən edilmiş, eyni zamanda birtərəfli yazılı (literal) Protokolla rəsmiləşdirilmişdir.

Qeyd etmək lazımdır ki, əşyaya olan hüquqlar içərisində mülkiyyət hüququ ən geniş istifadə olunun hüquqdur. Ümumiyyətlə isə əşya hüquqlarına mülkiyyət (o cümlədən torpaq) və özgə əşyalarına hüquqlar aid edilir” (R.A. Əkbərov. Azərbaycan Xalq Cümhuriyyətinin (I Respublikanın) dövlət və hüquq tarixi. 28 may 1918- 27 aprel 1920.B.280s”).

Qısa haşiyə: “Avropa Kontinent hüququnun əsas bazası Fransa Təsis Məclisinin 29 sentyabr 1790-cı ildə qəbul etdiyi qərara söykənir. Yəni bu gün dünyada ərazi məsələləri, icarə hüququ və torpaqların hüquqi varisliyi bu qərarla tənzimlənir. Bu qərara görə, artıq Avropa prinsiplərini öz dövlət idarəçiliyində tətbiq edən ölkələr arasında “əbədi” icarə hüququ qadağan edilir və icarənin maksimal müddəti 99 il müəyyən edilir.”

1918-ci ildə Milli Şuranın F.Xoyskinin sədrliyi ilə keçirilən 3 saylı iclası və onun Protokolu qəbul edilən zaman İrəvan şəhəri üzrə mülkiyyətçi qismində çıxış edən yerli əhalinin mövqeyi nəzərə alınmayıb. Qeyd edim ki, İrəvan şəhərinin güzəştə gedilməsi şifahi formada olsa da, sonradan hüquqi çərçivədə 3 saylı protokolla sənədləşib. Bu zaman isə hüquqi varis olan İrəvan əhalisinin rəyinin öyrənilməməsi ona gətirib çıxardır ki, AXC-nin bu addımı iki dövlət arasında torpaqların əbədi istifadəsi deyil, icarə müqaviləsidir. Avropa Kontinent hüququ isə bu zaman tələb qoyur ki, 99 il tamam olan kimi icarə götürən tərəf icarə verənə onu tam və toxunulmaz formada geri qaytarsın və ya yeni icarə müqaviləsi imzalasın, ya da xitam versin müqaviləyə. Müasir hüquq sistemləri çərçivəsində və həm də ayrı-ayrı milli hüquq sahələri üçün hüququn ümumi prinsipləri prioritetdir və dəyişdirilməsi, təfsir olunması mümkün deyil. Yəni hər bir milli qanunvericinin ayrı-ayrı hüquq sahələri üzrə müəyyən etdiyi normalar hüququn ümumi prinsiplərinə (Azərbaycan Respublikasının və ya istənilən digər dövlətlərin normative aktları) zidd ola bilməz.

Müasir beynəlxalq hüquqda, dövlətin ərazilərinin könüllü olaraq digər dövlətə güzəşt edilməsi, yəni mənbəyini Roma hüququndan götürən “sessi” adlanan hüquq institutu (institio: təlim, təlimləmə, öyrətmə) vasitəsi ilə tənzimlənməsi qaydaları mövcuddur ( Брагинский М.И.. Витрянский 8.S. Договорное право. Общие положения. М., 1997.с. 23-24.).

Azərbaycan Milli Şurasının 29 may 1918-ci il tarixli 3 saylı Protokolunun legitimliyi əsaslandırılmamış, beynəlxalq və milli hüquq normalarına tamamilə ziddir qərardır və müvafiq prosedurlar qaydasında qüvvədən salınmalıdır. Hüquq normalarının təfsir edilməsinin yekunu olaraq qeyd etmək lazımdır ki, roman-german hüquq sistemi əsasında tənzimlənən mülkiyyətin icarə əsasında əldə edilməsi və ona sahiblik hüququna xitam verilməsi müddəti müqavilədə digər hallar nəzərdə tutulmayanda maksimum 99 il müddət üçün müəyyən edilir. 2017-ci il 29 may tarixində bu müddət başa çatıb. Azərbaycan Respublikasının da istifadə etdiyi roman-german hüquq sistemində, vaxtilə Roma patrisilərinin istinad etdikləri kivrit hüququna görə, məhkəmə qaydasında mansipasiya (ən qiymətli əşya kimi torpaq) edilmiş əzəli Roma torpaqları yalnız “əbədi” hesab edilirdi.

Dosent Rahib Əkbərov haqlı olaraq yazır ki, “Azərbaycan Milli Şurasının Ermənistan qarşısında heç bir hüquqi öhdəliyi yoxdur və nə daxili hüquqda (milli hüquqda), nə də beynəlxalq hüquqda (üst-milli hüquqda) Azərbaycan Milli Şurasının 29 may 1918-ci il 3 saylı Protokolunun ləğv edilməsinin (denonsasiyasının) qarşısını alan heç bir hüquqi məhdudiyyət qaydaları təsbit olunmamışdır. Protokolun hüquqi məzmununa müvafiq olaraq bu müqavilə növləri - a) əvəzsiz istifadə hüququ; b) torpaq icarə (istifadə) hüququ; c) tələb hüququnun güzəşti (“sessi”); d) ssuda müqaviləsi (müvəqqəti və əvəzsiz istifadə) hüquqi konstruksiya kimi tövsif olunur.

Zənnimizcə, göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikası hökuməti Milli Şuranın 29 may 1918-ci il 3 saylı iclas Protokolunun denonsasiyasını, hüquqi prosedurlara uyğun təmin etməli və beynəlxalq hüquq normalarına müvafiq olaraq, Ermənistana qarşı İrəvan xanlığı əhalisinin hüquqi varisliyinə dair iddia tələbi qaldırmalıdır (R.A. Əkbərov. Azərbaycan Xalq Cümhuriyyətinin (I Respublikanın) dövlət və hüquq tarixi. 28 may 1918- 27 aprel 1920.B.280s”).

Hüquqda eyni zamanda götürülən öhdəliklərin pozulması zamanı müqavilə tərəflərindən birinin müqaviləni pozmaq haqqı barədə maddələr də vardır. Bu hal Roma hüququnda ssuda alanın əşyanın yaxşı saxlanmasına görə məsuliyyətinin sərhədləri haqqında məsələ həll olunarkən nəzərə alınırdı: müqavilə onun mənafeyinə bağlandığı üçün onun üzərinə ciddi məsuliyyət qoyulurdu, yəni ssuda alan “omnis culpa”ya görə (hər cür təqsirə görə) məsuliyyət daşıyırdı, yəni yalnız ssuda verənə qəsdən zərər vurulmasına (“dolus”a) və kobud diqqətsizliyə (“culpa lata”ya) görə deyil, həm də əhəmiyyətsiz diqqətsizliyə (“culpa levis”ə) görə.

Ssuda alan onun istifadəsinə verilmiş əşyanı saxlamağa, ondan lazımi şəkildə, yəni əşyadan onun təsərrüfat təyinatına və müqavilənin göstərişlərinə uyğun olaraq istifadə etməyə və bu zaman yaxşı sahibkar qayğıkeşliyi (diligentia) göstərməyə borcludur. Yəni yaxşı sahibə xas olmayan diqqətsizliyə, ehtiyatsızlığa, qayğısızlığa yol verməməlidir. Ssuda alan tam diqqətlilik, ehtiyatlılıq, qayğı göstərdikdə, ssuda verən üçün zərər sadəcə təsadüfilik (casus) nəticəsində yaranırdısa, ssuda alan ssuda verən qarşısında məsuliyyət daşımırdı; əşya üçün təsadüfi yaranmış zərər onun mülkiyyətçisinin hesabına aid edilirdi.

Ermənilər İrəvan şəhərini güzəşt nəticəsində (ssuda hüququ) əldə etdikdən sonra öhdəlik götürmüşdü ki, oradakı azərbaycanlılara toxunulmayacaq, tarixi binalara dəyilməyəcək və ən əsası İrəvanda Azərbaycana məxsus əşyalar və torpaqlar zərər görməyəcək. Lakin zaman göstərdi ki, ermənilər götürdükləri öhdəliklərin heç birinə əməl etməyiblər. Ermənilər İrəvan və ətrafındakı Azərbaycan torpaqlarının onlara verilməsi müqabilində üzərlərinə götürdükləri bütün öhdəlikləri pozduqlarına və işğalçılıq siyasətini davam etdirdiklərinə görə İrəvanın verilməsi barədə həm Batum müqavilələrinin müvafiq maddələri, həm də Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının 29 may 1918-ci il tarixli qərarı öz hüquqi qüvvəsini itirib.

Keçmiş İrəvan xanlığının ərazisinin dolayısı hüquqi varis olan Azərbaycan Milli Şurasının səlahiyyət hədlərindən kənara çıxaraq, ərazilərin verilməsi ilə nəticələnən və hüquqi varisin (İrəvan xanlığı və onun əhalisinin) rəyini öyrənmədən qəbul etdiyi qərar neqativ hüquqdur və İrəvan əhalisinin mülkiyyət hüquqları əleyhinə qarşı birbaşa kobud hüquq pozuntusudur. Yaranmış vəziyyətdə problem obyektiv və düzgün şərh edilməli, İrəvanın xanlıq kimi dövlət varisliyi və xanlığın əhalisinin milli tərkibi nəzərə alınmaqla, qanuni varisliyi təmin edilməlidir. İrəvan xanlığının daxil olduğu torpaqların həqiqi sahibi bu ərazilərdə yaşayan Azərbaycan xalqıdır. Bu torpaqlara sahiblik hüququnu müəyyən edən hüquqi sənəd isə xanlığın işğalını rəsmiləşdirən Çar Rusiyası ilə İrəvan xanlığına dair imzalanmış müqavilə (Türkmənçay razılaşması) və bu müqavilənin müvafiq bəndləridir.

Qeyd edim ki, Türkmənçay müqaviləsi Peterburqdan Qriboyedov və digər rus hərbçi və diplomatlara çatandan sonra 4-cü və 13-cü maddələr tamamilə dəyişir, 14-cü maddəyə ermənilərin (əslində cümlədə “erməni” sözü yoxdur. Tam cümlə belədir: “hər iki tərəfin bir dövlətdən o birinə keçmiş və ya bundan sonra keçəcək təbəələri onların keçdiyi hökumətin icazə verdiyi hər yerdə yurd sala və yaşaya bilər”. Bu isə sırf qaçqınlarla bağlıdır ki, qaçqınların az hissəsi ermənilər idilər. Qalanı xanlıqlardan İrana köçən türklər idi) hüquqları əlavə edilir. 12-ci və 15-ci maddələr isə Peterburq nüsxəsində yox idi (ЦГИАЛ, ф. 1018, оп. 2, д. 81, ll. 343 - 343 об.).

Türkmənçay müqaviləsi Rusiya və Qacarlar arasında 90 il müddətinə bağlanıb. Artıq 200 ilə yaxın bir dövr keçməkdədir. Müqavilə hüquqi qüvvəsini itirib. Müqaviləni bağlayan dövlətlər - Rusiya İmperiyası və Qacarlar dövləti artıq yoxdur. Təbii ki, Rusiya bu dövrdən sonra Türkmənçay və Gülüstan müqavilələrindən əl çəkmiş sayılır. Azərbaycanın İrandakı keçmiş səfiri Əlyar Səfərli hesab edir ki, hazırda Şimali Azərbaycanda müstəqil Azərbaycan Respublikası yaradılıb, Azərbaycan xalqı müstəqil dövlət qurub. Güney isə İranın himayəsi altındadır. Əgər müqaviləni bağlayan tərəflərdən biri öz müqaviləsindən əl çəkmişsə, avtomatik olaraq digər tərəf də əl çəkməlidir.

Beynəlxalq hüquqa görə, Türkmənçay müqaviləsi ölü müqavilə və ölü imzalara əsaslandığından hüquqi qüvvəsini çoxdan itirib. Məsələyə hüquqi varislik nöqteyi-nəzərindən baxanda Rusiyada 1917-ci ilin sosialist inqilabı həmin ildə olan burjua inqilabından fərqli olaraq, özünü Rusiya İmperiyasının varisi elan etməyib. Müqavilənin hüquqi tərəfini incələdikcə məlum olur ki, İran da gərək bəzi əraziləri Azərbaycana qaytarmalı olsun. Əgər bu gün Xəzər dənizi Rusiyanın daxili dənizi hesab edilmirsə, bu məntiqlə, müqavilədə adı keçən Azərbaycan əraziləri üzərində hər iki dövlətin hüquqi sahibliyi avtomatik olaraq itirilir və mahiyyət etibarı ilə bu iki iştirakçı dövlət yad ərazilər üzərində ancaq işğalçı statusu ilə qalmış olur. Buna görə də İrəvan şəhəri (quberniyası) üzrə hüquqi varis bu şəhərin əhalisi olaraq qalır. Onların fikrini öyrənmədən, razılığını almadan isə o ərazilərin digər tərəfə verilməsi beynəlxalq hüquq normalarına ziddir və eyni zamanda qanunsuz addımdır. AC-nin Milli Şurası da bu qanunsuzluğa imza atan qurum olaraq onların mövqeyini öyrənməyib. Bu gün də İrəvan üzərində qanuni mülkiyyət hüququ irəvanlıların özləri sayılırlar.

Azərbaycan Respublikasının ali qanunverici orqanı olan Milli Məclis Azərbaycan Milli Şurasının 29 may 1918-ci il 3 saylı Protokolunu denonsasiya (fransızca: pozmaq) etməli və BMT üzvü olan dövlətlərə öz qərarını bəyan etməlidir. Bunun üçün hüquqi prosedurlar çərçivəsində səlahiyyətli “Ləğvetmə Komissiyası” yaradılmalı, proses öyrənilməli və hüquqi araşdırmanın nəticələri Azərbaycan Respublikasının Milli Məclisinə təqdim edilməlidir. Azərbaycan Cümhuriyyətinin tarixi-siyasi varisi kimi tələb hüququnun güzəşti, yəni prosessual tələb hüququ, Azərbaycan Respublikasının səlahiyyətlərinə daxildir və bu hüquqdan isə beynəlxalq hüquq çərçivəsində istifadə edilməlidir. Hüquqi prosedurlar çərçivəsində aparılan araşdırmalara beynəlxalq hüquq üzrə dünyada tanınan vəkilləri və alimləri də cəlb edilməsi də işin Azərbaycanın xeyrinə həll olunmasına yardımçı olacaq. Eyni zamanda ATƏT-in Minsk Qrupunun üzvləri ilə danışıqlar gedişində öz əzəli torpaqlarını ermənilərə güzəşt etməsini onların nəzərinə çatdırılmalıdır. Ermənilərin üzərilərinə götürdükləri Batum öhdəlikləri də hüquqi fakt kimi ortaya qoyulmalıdır. Azərbaycan Milli Şurasının bu Protokola səs vermiş üzvlərinin insani addımının qarşılığında Ermənistanın qəsbkar mahiyyəti aşkar edilməlidir. Çünki bütün XX əsr ərzində Ermənistanda Azərbaycan xalqına qarşı etnik təmizləmə, deportasiya və məqsədli qətllər təşkil edilmişdir. Kütləvi deportasiyalar baş verib və tarixi abidələr dağıdılıb. Bu gün İrəvanda bir azərbaycanlı belə yaşamır. Bu isə nəinki Batum müqaviləsinin, beynəlxalq humanitar hüququn, beynəlxalq mülkiyyət hüququnun və varislik hüququnun kobud şəkildə pozulmasıdır./teleqraf.com/
OXŞAR MÖVZULAR