"Həkimə inandım, nə dedisə, elədim, halbuki diaqnozu düz qoymamışdılar" - GİLEY

15:26 6.08.2019 486
"Həkimə inandım, nə dedisə, elədim, halbuki diaqnozu düz qoymamışdılar" - GİLEY

Şirvan şəhərində yaşayan Müşfiq İsmayılovun cəmi 48 yaşı var, amma yeriyə bilmir. İki ildir yataq xəstəsinə çevrilib… DİA.AZ xəbər verir ki, Müşfiq Şirvanda fərdi tikintilərdə usta işləməklə ailəsini dolandırırmış. İki il əvvəl hündürdən yıxılıb, omba sümüyü sınıb. Deyir ki, həkimlər ona səhv diaqnoz qoyublar, iki ay tamam ayrı istiqamət üzrə müalicə alıb:

“Təcili tibbi yardım maşını gəldi. Sonradan xəstəxananın həkimi təcili tibbi yardımın qoyduğu diaqnozu təsdiqlədi. Dedilər ki, sinir damarın dartılıb. İki ay evdə müalicə aldım. Həkimə inandım, nə dedisə, elədim. Halbuki diaqnozu düz qoymamışdılar. Bahalı dərmanlar aldırırdılar”.

Müşfiqin hərəkət qabiliyyəti məhdudlaşıb. Danışır ki, bütün günü uzanır. Bizimlə həyətdə oturduğu yerə işarə vurur: “Ən uzaq getdiyim məsafə bura qədərdi”.

Müşfiq deyir ki, sonradan Bakıda ona əməliyyatın vacibliyini bildiriblər. Çox klinikaya baş vurublar, ucuz yer axtarıblar. Amma 7 min manatdan aşağı düşən olmayıb:

“Təkcə Şirvanda bir həkim dedi ki, 4 min manata əməliyyat eləyərəm. O pul da yoxdur, necə eləyim?!”

“8 manat üçün bütün günü işləyirəm”

Müşfiqin həyat yoldaşı Ruhiyyə İsmayılova Şirvandakı restoranlardan birində qabyuyan işləyir. “8 manat üçün bütün günü işləyirəm”, – deyir. Başqa çarə yoxdur. Dördnəfərlik ailənin yükü tamamilə onun üzərinə düşüb. Müşfiq heç çəliklə də yeriyə bilmir.

Evin böyük uşağı olan oğlu da ürək xəstəliyindən əziyyət çəkir. Buna görə hərbi xidmətə aparmayıblar. Ailənin qız ovladı orta məktəbi yenicə bitirib.

Ruhiyyə hər gün işləyir. Beş gün gündüz, beş gün gecə növbəsində olur. Amma 8 manatla dolanmaq mümkün deyil: “Mən də işləməsəm, acından ölərik. Qohumlar ərzaq baxımından kömək eləməyə çalışır. Amma hamının vəziyyəti ağırdı“.

Ruhiyyə hər dəfə söhbətə qoşulanda daha çox həyat yoldaşının səhhəti üçün narahatlıq ifadə edir. Onsuz da həmişə çətinlik olub. Amma indi Müşfiqin əməliyyatı hər şeydən vacibdir.

“Gözümüzün qabağında şam kimi əriyir”

Müşfiq danışdıqca dilxor olur, susur. Bacısı Reyhan İsmayılova söhbətə qoşulur. Deyir ki, qardaşıgilin ailəsi çox ruhdan düşüb. Çünki mübarizə aparmağa gücləri yoxdur: “Bir adamın ki evinə günə 8 manat pul gələ, necə dolanarlar?! Nə pensiya alır, nə də sosial yardım. Ustalıq eləyəndə ailəsini saxlaya bilirdi. İndi çox ağır vəziyyətdədilər. Lap tutaq ki, hərə bir az ərzaq gətirdi. Bununla ailə dolanmaz. Bu dəqiqə mənim 40 manat supulu borcum var, ödəyə bilmirəm, pensiyanı gözləyirəm. Görün qardaşım nə çəkir… Gözümüzün qabağında şam kimi əriyir. Bu boyda igid niyə yataq xəstəsi olsun?!”

Müşfiqin ailəsi ilə yaşadığı ev ümumi həyətdədi, özü də nimdaş vəziyyətdə. Reyhan İsmayılova deyir ki, bu yarımçıq tikili mərhum atasından qalıb, sonradan qardaşı heç bir iş görə bilməyib.

Müşfiq dillənir: “Mənim üçün həddindən artıq ağırdı. Ailəyə kömək eləyə bilmədiyimə görə çox əzab çəkirəm”.

Ruhiyyə təkcə onu əlavə eləyir ki, indi ən əsası həyat yoldaşının sağlamlığıdır…
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

10:24

Lerik acınacaqlı durumda, başçı öz kefində... - FAKT BUDUR!

09:46

`Kremlin Hall`da bişən kababın TÜSTÜSÜ... - Nazirliyə MÜRACİƏT OLUNDU

09:24

Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi - TƏFƏRRÜAT

23:01

ANAMA tender keçirmədən sabiq nazirin şirkətinə 20 milyon manatlıq sifariş verdi - TƏFƏRRÜAT

22:35

Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib? - TƏFƏRRÜAT

21:56

İlham Əliyev və Vladimir Putinin BAM veteranları ilə görüşü başlayıb - CANLI YAYIM

17:59

QOŞQAR TƏHMƏZLİNİN “PALMA YAĞI SEVGİSİ” – Və sahibkarları qəfil yoxlamaq dərdi

17:32

Bu universitetdə tələbələrin təhsilhaqqı mənimsənilib - TƏFƏRRÜAT

17:10

Rusiya Prezidenti: Moskva ilə Bakı arasında münasibətlər yüksək səviyyədədir və inkişaf edir

15:36

Ermənistan Qazaxla sərhəddə minatəmizləmə prosesinə başladı

14:00

RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -İdarə Heyətinin sədri hər ay onlarla mənzilə necə sahiblənir?

13:23

Paşinyanın 4 kənd üçün 4 hiyləsi - NƏ BAŞ VERİR?

12:15

Tibb Universiteti Stomatoloji Klinikada müəmmalı təmir işləri aparır – Nə qalib şirkət bəllidi, nə də ayrılan vəsait

11:54

Vətəndaşların evini sökən Rafael Abdullayevin MTK-sı məhkəmənin qərarını icra etmədi - nazirlik hərəkətə keçdi

11:04

Qax rayon İcra Şöbəsində məmurların süründürməçiliyi nə vaxta qədər davam edəcək? – Yeni Ədliyyə nazirinin diqqətinə

10:32

Mikayıl İsmayılovun oğlu Xətai məhkəməsinə müraciət etdi – 100 min TƏZMİNAT

09:45

Buralarda kimi sözü keçərlidir... bilinmir, amma... - İTTİHAM VAR...

09:16

Deputatı sorğu-sual edən olacaqmı? - Sakinlər risq altında yaşayır...

19:44

İsrail “Hizbullah” döyüşçülərinin yerləşdiyi binaya zərbə endirib, ölənlər var

19:06

Ceyranbatan su kanalında 1 nəfər batıb

18:03

KASIBLARLA DOST OLMAYAN NAZİRİN “DOST” TELEVİZİYASI… - Yeni televiziya sosial məsələlərə, yoxsa Babayevin piarına xidmət edəcək?

17:10

"Razborka" aparan, sərnişini hədələyən, qazın "belinə oturan" sürücülər... - 91 nömrəli avtobus xəttində nə baş verir?

16:13

"Qazaxlı Alik"in oğlunun məhkəməsi başlayır - TƏFƏRRÜAT

14:59

Neftçalada vəzifə uğrunda MÜBARİZƏ — İcra başçısının məzuniyyətdən qayıtmasını gözləyirlər...

12:35

“Laser Beauty Clinic” tam bir QƏSSABXANA kimi işləyir... - daha bir FAKT!

12:04

Nə oldu, Makron? - AKTUAL

10:55

271 saylı məktəbdə həftəbecər dərs saatları... - DƏLİXANADIR, VALLAH...

09:48

Biləcəri bələdiyyəsi belə geridə qalıb? - YOXSA...

19:39

Dövlət Su Ehtiyatları Agentliyi, yoxsa ŞƏBƏKƏ BİZNESİ? - Dövlət qurumunda "Dostluq birliyi"

19:11

İlham Əliyev 4 kəndi də qaytardı

16:34

109-cu “erməni soyqırımı” oyunlarında dönüş –

16:06

"Bura bildiyiniz bazardır..." - GİLEY

15:40

Sabirabadlı fermerin balıq gölündə çalışdı, maaşını ala bilmir... - GİLEY

14:45

Yumurta kəskin ucuzlaşdı – Qiymətlər daha da ENƏCƏK?