Bank kreditləriylə bağlı VACİB DƏYİŞİKLİK

12:39 6.08.2019 447
Bank kreditləriylə bağlı VACİB DƏYİŞİKLİK

Bir neçə gün öncə Konstitusiya Məhkəməsi Plenumunun xüsusi konstitusiya icraatı qaydasında növbəti açıq məhkəmə iclası keçirilib.

İclasda zaminliyin şərtlərinin dəyişdirilməsi ilə bağlı qərar qəbul olunub. Belə ki, zamin borclu ilə birlikdə kreditor qarşısında tam məsuliyyət daşıyır.

Nəzərdə tutulan dəyişikliklər bağlı Antikollektor” MMC-nin direktoru, bank üzrə mütəxəssis Əkrəm Həsənov Redaktor.az-a açıqlama verib.

O bildirib ki, hazırda çox əcaib və arzuolunmaz vəziyyət yaranıb. Ali Məhkəmə Konstitusiya Məhkəməsinin qərarını icra etmir, ona istədiyi kimi şərh verir:

“Konstitusiya Məhkəməsi haqqında Qanunun 63.4-cü maddəsinə əsasən Konstitusiya Məhkəməsinin Plenumu tərəfindən qəbul edilmiş qərarlar qətidir. Heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir edilə bilməz. Konstitusiya Məhkəməsinin 31 may 2018-ci il tarixli Qərarında (http://e-qanun.az/framework/39370) birmənalı olaraq nəzərdə tutulub:

“Zaminin razılığı alınmadan bağlanmış kredit müqavilələrində nəzərdə tutulmuş öhdəliyin konkret həcmi kredit xətti müqaviləsi ilə müəyyən edilmiş ümumi məbləğ və müddət həddində olmalıdır. Kredit xətti müqaviləsində faiz dərəcəsi göstərilmədikdə bağlanmış kredit müqavilələrində faiz dərəcəsi barədə zaminin razılığı alınmalıdır. Belə razılığın olmaması zaminin məsuliyyətinin artması kimi qiymətləndirilməlidir”. Mülki Məcəllənin 477.0.1-ci maddəsinə görə isə zaminin razılığı olmadan onun təmin etdiyi öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına səbəb olduqda, zaminliyə xitam verilir”.



Ali Məhkəmə Konstitusiya Məhkəməsinin sözügedən qərarını icra etmir, onu istədiyi kimi şərh edir. Bu, misli görünməyən özbaşınalıqdır:

“Məsələn, bank borc alanla kredit xətti müqaviləsi bağlayıb. Kredit xətti müqaviləsində faiz dərəcəsi təsbit edilməyib. Eyni zamanda, bank zaminlə də həmin kredit xətti üzrə zaminlik müqaviləsi bağlayıb. Bundan sonra bank borc alanla konkret kreditlər üzrə kredit sazişləri bağlamağa başlayır və faiz dərəcəsini yalnız orada göstərir. Bu halda zaminin razılığı alınmırsa, zaminliyə xitam verilmiş hesab olunur. Bu, Konstitusiya Məhkəməsinin mövqeyidir. Bakı Apellyasiya Məhkəməsi Konstitusiya Məhkəməsinin bu yanaşmasını rəhbər tutaraq ötən ilin ikinci yarısından başlayaraq bu cür zaminlik müqavilələrinə xitam verməyə başlayıb. Lakin Ali Məhkəmə həmin qərarları ləğv edərək işləri yenidən apelyasiya məhkəməsinə qaytarır ki, zaminliyə xitam verilməli deyil. Bu, konstitusion böhrandır. Konstitusiya Məhkəməsinə həqarətdir və hüquqi dövlətə yaraşmayan haldır”.

Ə. Həsənov bildirib ki, Konstitusiya Məhkəməsi bu vəziyyətin qarşısını almaq üçün qəti qərar verməlidir:

Vəziyyətdən çıxış yolu kimi Bakı Apellyasiya Məhkəməsi də öz növbəsində Ali Məhkəmə ilə razılaşmayaraq, mübahisəni yenidən Konstitusiya Məhkəməsi səviyyəsinə çıxarıb. Konstitusiya Məhkəməsi ya mövqeyini təsdiq edərək Ali Məhkəməyə yerini göstərməlidir, ya da mövqeyini dəyişərək gələcək qərarlarına da belə hörmətsiz yanaşmanın təməlini qoymalıdır”.
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

20:57

MİLÇƏK VƏ AĞCAQANAD SÜRÜLƏRİNİN SARAY QƏSƏBƏSİNDƏKİ “ALİMLƏR BİNASI”NA HÜCUMU

19:08

Melorasiya və Su Təsərrüfatı ASC-də "şəbəkə biznesi..."-Kamalın Zamanı

18:41

Kəmaləddin Heydərova məxsus olduğu deyilən 357 milyonluq şirkət məhkəmə qarşısında

16:32

Qərb Cənubi Qafqaz planlarında tələsir - ŞƏRH

16:10

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – TƏFƏRRÜAT

15:40

Gömrükdə camaatı rəsmən ƏLƏ SALIRLAR... - FOTOFAKT

15:12

Şəhid anasını qəbul etməyən icra başçısı onun Prezidentə etdiyi müraciəti əsassız çıxarmağa cəhd etdi VİDEO

14:21

285 saylı məktəbdə qalmaqal: Yeni direktor köçkün müəllimi işdən çıxardı - TƏFƏRRÜAT

13:46

"Bəs bu təmizliyə nəzarət edən kimsə yoxdurmu?" - ETİRAZ

12:43

Şahmar İbadovun dövlətə meydan oxuması... - Qalmaqallı məmur yeni vəzifə eşqinə düşüb

12:08

İcra başçısı şəhidin adına olan obyekti sökdürdü - Şəhid qızı Prezidentə müraciət etdi - VİDEO

11:24

"Bravo"da vaxtı keçmiş məhsul satılır - GİLEY

10:50

ABŞ-dən sülhməramlıların Qarabağı tərk etməsinə - Reaksiya

10:09

«AZVİRT» VƏ «SAN İNŞAAT» TIKINTI ŞIRKƏTI QƏZADA AĞIR XƏSARƏT ALAN IŞÇILƏRINƏ SAHIB DURMUR. ZƏNGILANDAKI TIKINTI IŞLƏRINDƏ ÇALIŞANLARA QARŞI GÖSTƏRILƏN ÖGEY MÜNASIBƏTƏ NƏ AD VERMƏK OLAR?- VİDEO/FAKTLAR

09:31

Başlıbel faciəsindən 31 il ötür

00:24

İsrail İrana cavab zərbəsi endirməyi planlaşdırıbmış

23:36

CHP liderindən AŞPA-da Azərbaycana DƏSTƏK

19:13

İcra Hakimiyyəti ilə tenderlərinin qalibi olan şirkət arasında qalmaqal yaranıb - TƏFƏRRÜAT

18:49

"Həkim mənə dedi ki, narazılığın var, get sən də özünü yandır..." - NARAZILIQ VAR...

18:37

Prezidentdən Şuşa ilə bağlı - Sərəncam

18:26

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – QALMAQALLI MƏHKƏMƏ İŞİ

16:48

Anasını öldürüb 11 yaşlı qardaşını yaralayan yeniyetməyə hökm oxundu

16:19

“Unibank” kredit borcunu ödəyə bilməyən Vətən müharibəsi qazisini məhkəməyə verdi

15:39

Zeytun yağını xaricə 9,5 manata, özümüzə 16 manata satırıq - Görənlər desin, ticarətlə məşğuluq...

15:02

"Nə az nə çox hardasa 400 manat borcumuz var..." - ETİRAZ

14:22

BDU-da İlahiyyat fakültəsinin adı YENİ QALMAQALDA - İTTİHAM VAR...

13:49

Naxçıvanda korrupsiyanın “mirfırıldaq” növü rəvacdadır... - “Pullarımızı nazir əvəzi mənimsəyir”

13:17

“Sabahın alimləri” XIII Respublika Müsabiqəsinin açılışı oldu

12:21

Mənşur Gülməmmədli elə-belə getmir... FƏALİYYƏTİ ARAŞDIRILIR - İDDİA

12:00

İcra başçısının 110 min manatlıq yolu...

11:13

Rəsmi Bakıdan Fransa səfirinin geri çağırılmasına - Münasibət

10:35

Qazaxa hökm edən oliqarx: Məmməd Alıyev

09:55

Cəlilabadda döyülən işçiyə görə KİM MƏSULDUR? - İDDİA

09:28

"6 aydır ki, gün itiririk..." - ETİRAZ VAR...