Şəki sakininin başına necə oyun açdılar... - Müraciət...

13:44 3.08.2019 445
Şəki sakininin başına necə oyun açdılar... - Müraciət...

DİA.AZ: - Şəki rayonun Baş Göynük kənd sakini Mustafayev Mehman Əzim oğlu tərəfindən Prezident İlham Əliyevə və habelə bir sıra dövlət qurumlarının rəhbərlərinə şikayət ərizəsi ünvanlanıb. Bir nüsxəsi də DİA.AZ-a daxil olan müraciətdə deyilir:

"Qonşum Babayev İsmayıl Qurban oğlu mənə məxsus pay torpağımın ona verilməsilə bağlı mənə qarşı 2018-ci ildə qaldırdığı iddia Şəki Rayon Məhkəməsində sədrlik edən hakim K.Süleymanov tərəfindən baxılmış və iddiaçıya izah olunmuşdur ki, cavabdeh Mehman Mustafayevə verilmiş mübahisəli torpağın çıxarışıilə bağlı Şəki İnzibati-İqtisad məhkəməsinə müraciət edə bilər. lakin iddiaçı İ.Babayev 2018-ci ilin 21 oktyabrında mənə DƏDRX-nin Şəki Ərazi idarəsi tərəfindən verilmiş çıxarışla razılaşmayaraq 19 yanvar 2019-cu ildə mübahisələndirilən eyni yerə ikinci dəfə saxta çıxarış aldıqdan dərhal sonra yenidən məni Şəki rayon Məhkəməsinə cavabdeh kimi cəlb etmişdir. Çox qəribə də olsa iddia hakim Pərviz Həsənov tərəfindən icraata götürülmüş və DƏDRX-nin Şəki Reyestr Xidməti tərəfindən mübahisələndirilən 0.4 ha torpaq sahəsinə hər iki tərəfin adına çıxarış verdiyinə görə hakim məcbur olub məsələyə ekspert rəyi verilməsi üçün Ədliyyə Nazirliyinin tikinti-texniki ekspertizasına göndərilməsi barədə bu ilin aprelində qəradad qəbul etmişdir. Eyni zamanda hakim həmin gün mübahisələndirilən yerə baxış da keçirmişdir.

Çox təəssüflər olsun ki, 1 iyun 2019-cu ildə (həftənin 6-cı günü) DƏDRX-nin Şəki Ərazi idarəsinin əməkdaşları Əhməd və Etibar adlı şəxslər əvvəlcə mənə zəng edərək mübahisələndirilən yerə gəlməyi və İ.Babayevin Kərəm Həsənova yazdığı şikayət məktubunu yerində araşdıracaqlarını bildirmişlər. Mən xatırlatdım ki, axı iş məhkəmə icraatında olduğu bir vaxtda və ekspert rəyi məhkəməyə təqdim edilmədən nəyə görə sahəyə gəlməliyəm? Etibar dedi ki, özün bilərsən. Sabahı günü yerə baxmağa gedərkən gözlərimə inanmadım. Iddiaçı İ.Babayev məhkəmə ekspert rəyini və məhkəmə qərarını gözləmədən mübahisəli yerin dörd tərəfini payalarla və tikanlı məftillərlə bərkidərək mübahisəli yeri zəbt etmişdir. DƏDRX-nin Etibar adlı əməkdaşı da bu prosesdə iştirak etmiş və icazə vermişdir ki, öz şəxsi yeri kimi kənarını təcili olaraq bərkidə bilər. sadə məntiqlə düşünəndə DƏDRX-nin Şəki Ərazi İdarəsi əməkdaşları Kərəm Həsənova yazılmış məktub əsasında məhkəmə qərarını və ekspertizanın rəyini gözləmədən yol verdikləri özbaşnalıqları o deməkdir ki, iddiaçı- şikayətçi İ.Babayev DƏDRX-nin Şəki Ərazi İdarəsindən tələb etmişdir ki, (məhkəmədə iddiası təmin olunmayacağına əmin olduğuna görə) ya verdiyi 5000 manat rüşvəti qaytarsınlar, ya da dərhal yerini tanıtsınlar. DƏDRX-nin Şəki Ərazi İdarəsi də təbii ki, yuxarı instansiyasına göndərdiyi rüşvətin geri qaytarılmasının mümkün olmadığını dərk edib və məcbur olublar ki, Şəki Rayon Məhkəməsinin ekspertizanın keçirilmə müddətində torpaq üzərində hər hansı hərəkətin qadağan olunmasına baxmayaraq DƏDRX yerli əməkdaşları səlahiyyət hədlərini aşaraq məhkəmə qərarına əhəmiyyət verməmiş, və aldıqları rüşvətin əvəzinə özbaşnalıq edərək mübahisəli torpağı İ.Babayevə təhvil-təslim edib əsassız AKT tərtib edib Kərəm Həsənova göndərmişlər. Baxın, DƏDRX-nın simasız rüşvətxorlarının məhkəməyə qarşı göstərdikləri bu sayğısızlığı və özbaşnalığı nə adlandırmaq olar? Nəyə görə ilk olaraq mübahisəli ərazinin çıxarışı mənə veriləndən 3 ay sonra DƏDRX tərəfindən iddiaçıya da çıxarış verilir? Belə bir özbaşnalıq dünyanın hansı olkəsində ola bilər? Heç birində. Belə olmasaydı Komitə sədri Kərəm Həsənov Bakının mərkəzində 10 sot torpaq içərisində “Yeganə” şadlıq Evilə Daxili Qoşunların Baş İdarəsi arasında öz oğluna dəyəri 6 milyon manat olan ağ aqlay və mərmərdən tikilmiş (üst qatı 4 mərtəbə, alt qatda isə 3 mərtəbəsi olan)“Qış sarayı”nın bənzəri olan villanı necə hədiyyə edə bilərdi??? Təbii ki, ismayıl babayevlərin verdikləri rüşvətlər hesabına. Yoxsa ki, Komitə sədri dövlətdən aldığı 1500 manat məvaciblə “əmlaklar kralı” ola bilməzdi.

Şəki rayon Məhkəməsi hakim Pərviz Həsənov bu ilin aperlin 10-dan mübahisəli torpağın koordinatlarının dəqiqləşməsi işi üzrə Ədliyyə Nazirliyinin Ekspert mərkəzinə rəy alınması barədə qəradad qəbul etmişdir. 5-i aydır ki, ekspert rəyi gəlib ortalığa çıxmır. Və bu fürsətdən istifadə edən AR DƏDRX Şəki İdarəsi əməkdaşları da əsassız akt 01.06.2019-da tərtib edərək məhkəmədə mübahisələndirliən yeri qarşı tərəfə təhvil veriblər. Tərəf olan İ.Babyev də qanunsuz olaraq yerin 4 tərəfini bərkitmiş, əkmiş və vələmir becərmişdir. Hazırda cücərib yetişmək üzrə olan vələmiri 10 gündən sonra biçməyi planlaşdırır. Şəki rayon Məhkəməsi isə ekspert rəyi gözləməkdədir. DƏDRX isə bu rəyi verməyə ona görə tələsmir ki, qoy 6000 manat rüşvət verən İ.Babyev ( o 6000 pul verdiyini demək olar ki, bütün kənd bilir və özü hər yerdə bəyan edir ki, necə yəni 6000 vermişəm, yerimi almaya bilərəmmi? Doğrudan da süründürməçi hadisələrin gedişi hələlik iddiaçı tərəfin xeyrinə cərəyan etməkdədir. Mən isə 2019-cu ildə ailəmi öz torpağımı əkib becərə bilmədiyimə görə ( məhkəmənin aprel qəradadına görə) ailəmi ac qoydum. Bu da gözlədiyimiz ƏDALƏT. Sağ olsunlar yaxşı qonşuları ki, bizi acından ölməyə qoymadılar., köməklik etdilər ki. ayaq üstə qalaq. Baş Prokurorluqdan da mənə zəng edib bildirilər ki, məslə məhkəmə icraatında olduğuna görə biz hələlik qarışa bilmərik. Bəli, mən razı. Və Ədalətli məhkəmədən onu da gözləyirəm ki, qarşı tərəfə maddi maraqları təmin olunduğu halda bütün saxtakarlıqları etmiş DƏDRX in Şəki Ərzi İdarəsinin əməkdaşlarının törətdiyi korrupsiya halları barədə möhtərəm hakim xüsusi qəradad qəbul edərək hüquqi qiymət verilməsi üçün prokurorluğa göndərəcəkdir.
Çox hörmətli Prezident! Mən çox təəssüf edirəm ki, Əmlak Məsələləri Dövlət Komitəsi aşınmanın son həddindədir və iş o yerə çatıb ki, DƏDRX əməkdaşları öz maddi maraqlarını təmin etmək üçün hətta məhkəmə qərarlarına açıq-aşkar sayğısızlıq göstərməkdən belə çəkinmirlər. Odur ki, Sizdən artıq dərəcədə xahiş edirəm ki, Azərbaycanda Məhkəmə qərarlarına açıq-aşkar meydan oxumağa cürət edən DƏDRX-nin Şəki Ərazi İdarəsi əməkdaşlarının törətdikləri korrupsiya əməllərinə hüquqi qiymət verilməsi üçün aidiyyatı orqanlara göstəriş verməyinizi və belə bir ziyanlı ənənənənin qarşısının dərhal alınması üçün lazımi tapşırıqlar verməyinizi xahiş edir və əvvəlcədən minnətdarlığımı bildirirəm.

Xüsusi qeyd: Almaniya hökümətinin maddi dəstəyilə Şəki zonasında DƏDRX Ərazi İdarəsi üçün elektron kadastr sisteminin yaradılması layihəsi üçün ayırdığı 250000 dollar pulların necə mənimsənnildiyi barədə əlavə məlumatlar tərəfimizdən veriləcəkdir. İnşallah".

Dia.az olaraq bütün tərəflərin mövqelərini işıqlandırmağa hazırıq...
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

16:50

Azərbaycanda yemək tenderi «çempionları» - 2 şirkətə 80 milyonluq sifariş

16:30

Göytəpə meşəsində "soyqırım": 20 gündə minlərlə ağac kəsilib - BU NƏDİ BELƏ?!

15:57

Aydın Talıbovun rəhbərlik etdiyi holdinqə daxil olan şirkət cərimələnir

15:38

Talıbovların Naxçıvanda geridönüşü, yoxsa... - NƏ BAŞ VERİR?

14:35

“Axırıncı dəfə maşını 60 il qabaq sürmüşəm, nə cərimə?” – Ramiz Mehdiyev

14:06

Xaçmaz rayon icra şöbəsinin məmurundan ÖZBAŞINALIQ! - Nazirə müraciə olundu

13:20

BŞİH-də Anar Qalayevin də fəaliyyəti müzakirəyə çıxarılsın -Eldar Əzizova təklif

12:48

Şəki Uşaq İncəsənət Məktəbinin direktorunda topdağıtmaz sərvət haradandır? –Adil Kərimlinin menyusuna

12:05

Məhkum Ədliyyə Nazirini “zon”a dəvət etdi – ŞOK səs yazısı

11:27

Sahil Babayevin DOST TV-si nazirin MƏTBU ÇƏTİRİ rolunda... - İDDİA

10:57

Vətəndaşa kələk gələn “Access Bank” özü qurban gedir – İFLAS

10:17

Səhiyyə Nazirliyi İTTİHAM OLUNUR - "Nə zamana kimi belə addımlarınız olacaq?"

09:24

“Mənə vəzifəli şəxsin köməyi ilə 185 min dollar ziyan vurub”

09:00

“Tariyel Əkbərov deyir ki, nazirlikdən bizə heç nə göndərmirlər” - NARAZILIQ VAR...

22:53

Bu gecə ilk Qədr gecəsidir

22:15

İrəvan Rusiya ilə münasibətləri qəsdən pozur - Moskvadan xəbərdarlıq

21:46

Ramazanın 19-cu gününün duası - İmsak və iftar vaxtı

21:26

Sabirabadda dəhşətli "təmizlik" aksiyası - vətəndaş müraciəti

19:04

Papanın səhhəti yaxşılaşıb

18:42

Putin seçki üçün 317 milyon pul xərcləyib

18:18

Nağdsız ödənişdən yayınanlar barəsində tədbir görüləcəkmi? - Ekspertlər danışır...

17:32

Diplomsuz cərrahları kim qoruyur? - Sabiq nazir müavini rəsmən yalan danışdı

17:06

Gəncə şəhər Şəhidlər Xiyabanı zibil içindədir - VİDEOFAKT

16:38

Həbibullayev Prezidentin göstərişlərini NİYƏ ÖNƏMSƏMİR? - ÖZBAŞINALIQ!

15:53

Bəs Xalid Ələkbərova nə yaxşı SÖZ DEYƏN YOXDUR?.. - Ortada bunca məqamlar varsa...

15:24

İşçinin taleyi əgər Qağaməlinin ümidinə qaldısa.... - VAY HALINA...

14:06

Gəncə İcra Başçısı haqda maraqlı iddia və maşın kolleksiyası - Dövlət büdcəsini evinə daşıyıb ki...

13:32

Araz Paşayevə məxsus şirkət hansı qurumlarla işbirliyində olub və nə qədər dövlət vəsaiti silib - İLGİNC FAKTLAR

11:32

Rəis 6 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsini "bazar"a çevirib - İTTİHAM VAR...

10:54

Sakinlər problem içində... rəsmi qurumlar isə ancaq vəd verir... - Başçı da ki yox kimidir...

09:59

Gülağa Bağırov 1 milyonu NEYNƏDİ? - Bir soruşan olsa...

09:29

Təhlükəsizlik orqanlarının yaranmasının 105 illiyi

21:37

Ağalarovlardan terror qurbanlarına 100 milyonluq yardım

21:10

İlhamə Abdullayeva Gülnaz Kırimovanı O isə öz vasalının qanundan kənar əməllərini gizlədir - FAKTLAR