"Hakim əvvəlcə mənimlə razılaşsa da..." - Məhkəmə gələn həftə qərar verməlidir...

13:13 2.08.2019 514
"Hakim əvvəlcə mənimlə razılaşsa da..." - Məhkəmə gələn həftə qərar verməlidir...

2014-cü ildə “AtaBank”ın Mingəçevir rayon filialından 15 min manat məbləğində kredit götürmüşdüm. Bundan sonra bir müddət ödəniş edə bilmədim və cərimələrlə birlikdə borcumun 20 600 manat olması ilə bağlı qətnamə çıxarıldı. 26.01.2018-ci il tarixində keçirilən məhkəmə prosesindən sonra həmin ilin yayında “AtaBank”la hər ay 200-300 manat ödəniş edilməsi barədə razılaşdıq. Hər ay da 200, 300, bəzən 400 manat ödəniş etmişəm.

DİA.AZ bildirir ki, bu barədə problemli kreditlərlə bağlı Prezidentin fərmanından yararlanmaq hüququndan məhrum edildiyini iddia edən Elgiz Mirzəyev deyib. Vətəndaş iddia edir ki, 2018-ci ilin yayında “Atabank”la aralarında razılıq əldə edilsə də, 06.05.2019-cu il tarixində yenidən məhkəmə prosesi keçirilib və E.Mirzəyevdən evin boşaldılması tələb edilib:

“Mayın 6-da keçirilən prosesdən sonra qəbul edilən qətnamədə ödəməli olduğum 20 600 manat pul səhvən ABŞ dolları ilə göstərilib (Məhkəmə xətasını əks etdirən foto-skrinlər təqdim edilir – red.). Bununla əlaqədar olaraq Şəki Apellyasiya Məhkəməsinə şikayət ərizəsi vermişəm. Dollarla kredit götürmədiyim halda manatı çevirib dollar kimi qeyd ediblər.

Cəmi 15 min manat kredit götürmüşdüm, onu etdilər 20 600 manat, sonra yenidən məbləğin üzərinə 4900 manat pul əlavə olundu və ümumi məbləğ 25 500 manat müəyyən edildi. Məbləğin artırılmasının səbəbini soruşduqda isə deyirlər ki, 7 faiz məhkəmə icraçılarının puludur, 5 faiz isə hərraca sərf olunub”.

Şikayətçi deyir ki, evin bankın balansına keçməsi ilə bağlı göndərilən məktubla əlaqədar Prezident Adminstrasiyasında da olub və orda da bildiriblər ki. Prezident fərmanı ona da şamil olunur:

“Mən 15 min manat kredit götürmüşəm və bu məbləğ də Prezident fərmanına düşür. İndi də mənə deyirlər ki, evini sat, gətir bankın pulunu ödə. Məbləğ 20 600 manat olduqan sonra banka təxminən 4000 manatdan çox pul ödəmişəm. Ödəniş qəbzləri hələ də qalmaqdadır. Bu ilin mayında keçirilən məhkəmə prosesi zamanı hakimə dedim ki, ayda 200-300 manat ödəniş edilməsi ilə bağlı bankla aramızda razılıq əldə olunub. Sənədləri də təqdim etdim. Hakim əvvəlcə mənimlə razılaşsa da, daha sonra hansısa bilinməyən bir səbəbdən məhkəməyə fasilə verdi. Axşamüstü saat 5-də davam edən prosesdə hakim içəri daxil olan kimi evi boşaltmağımla bağlı qərar verdi.

Mayda keçirilən məhkəmə prosesindən əvvəl Maliyyə Bazarlarına Nəzarət Palatasında oldum, sənədlərimə baxış keçirildikdən sonra problemli kreditlərin həlli ilə bağlı qərarın mənim borcuma da şamil olunduğunu dedilər.

Daha sonra “AtaBank”ın Nərimanov rayon filialında Problemli kredit şöbəsində də dedilər ki, Prezident fərmanı mənə də şamil olunmalıdır.

Prezidentin problemli kreditlərin ödənilməsi ilə bağlı fərmanında da məhkəmə icralarının dayandırılması qeyd edilib. Buna baxmayaraq, qeyd olunan məsələlərin heç birinə əməl edilmir.

Ödənişin 20 600 manat ödənş edilməsi ilə bağlı qətnamə ola-ola yenidən məhkəmə prosesi keçirildi və evi boşaltmağımı tələb etdilər. Üstəlik də ödəməli olduğum pulu manat əvəzinə dollar kimi qeyd ediblər. Bütün bu ədalətsizliklərə hakim necə göz yumur, başa düşə bilmirəm.

Xahiş edirəm ki, aidiyyəti qurumlar məsələnin həlli istiqamətində köməklik göstərsinlər”.

Elgiz Mirzəyev 08.08.2019-cu il tarixində Şəki Apellyasiya Məhkəməsində hakim Mahir Əsədlinin sədrliyi ilə keçiriləcək növbəti prosesdə məhkəmənin ədalətli qərar çıxaracağına ümid edir. (DİA.AZ)
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

16:32

Qərb Cənubi Qafqaz planlarında tələsir - ŞƏRH

16:10

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – TƏFƏRRÜAT

15:40

Gömrükdə camaatı rəsmən ƏLƏ SALIRLAR... - FOTOFAKT

15:12

Şəhid anasını qəbul etməyən icra başçısı onun Prezidentə etdiyi müraciəti əsassız çıxarmağa cəhd etdi VİDEO

14:21

285 saylı məktəbdə qalmaqal: Yeni direktor köçkün müəllimi işdən çıxardı - TƏFƏRRÜAT

13:46

"Bəs bu təmizliyə nəzarət edən kimsə yoxdurmu?" - ETİRAZ

12:43

Şahmar İbadovun dövlətə meydan oxuması... - Qalmaqallı məmur yeni vəzifə eşqinə düşüb

12:08

İcra başçısı şəhidin adına olan obyekti sökdürdü - Şəhid qızı Prezidentə müraciət etdi - VİDEO

11:24

"Bravo"da vaxtı keçmiş məhsul satılır - GİLEY

10:50

ABŞ-dən sülhməramlıların Qarabağı tərk etməsinə - Reaksiya

10:09

«AZVİRT» VƏ «SAN İNŞAAT» TIKINTI ŞIRKƏTI QƏZADA AĞIR XƏSARƏT ALAN IŞÇILƏRINƏ SAHIB DURMUR. ZƏNGILANDAKI TIKINTI IŞLƏRINDƏ ÇALIŞANLARA QARŞI GÖSTƏRILƏN ÖGEY MÜNASIBƏTƏ NƏ AD VERMƏK OLAR?- VİDEO/FAKTLAR

09:31

Başlıbel faciəsindən 31 il ötür

00:24

İsrail İrana cavab zərbəsi endirməyi planlaşdırıbmış

23:36

CHP liderindən AŞPA-da Azərbaycana DƏSTƏK

19:13

İcra Hakimiyyəti ilə tenderlərinin qalibi olan şirkət arasında qalmaqal yaranıb - TƏFƏRRÜAT

18:49

"Həkim mənə dedi ki, narazılığın var, get sən də özünü yandır..." - NARAZILIQ VAR...

18:37

Prezidentdən Şuşa ilə bağlı - Sərəncam

18:26

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – QALMAQALLI MƏHKƏMƏ İŞİ

16:48

Anasını öldürüb 11 yaşlı qardaşını yaralayan yeniyetməyə hökm oxundu

16:19

“Unibank” kredit borcunu ödəyə bilməyən Vətən müharibəsi qazisini məhkəməyə verdi

15:39

Zeytun yağını xaricə 9,5 manata, özümüzə 16 manata satırıq - Görənlər desin, ticarətlə məşğuluq...

15:02

"Nə az nə çox hardasa 400 manat borcumuz var..." - ETİRAZ

14:22

BDU-da İlahiyyat fakültəsinin adı YENİ QALMAQALDA - İTTİHAM VAR...

13:49

Naxçıvanda korrupsiyanın “mirfırıldaq” növü rəvacdadır... - “Pullarımızı nazir əvəzi mənimsəyir”

13:17

“Sabahın alimləri” XIII Respublika Müsabiqəsinin açılışı oldu

12:21

Mənşur Gülməmmədli elə-belə getmir... FƏALİYYƏTİ ARAŞDIRILIR - İDDİA

12:00

İcra başçısının 110 min manatlıq yolu...

11:13

Rəsmi Bakıdan Fransa səfirinin geri çağırılmasına - Münasibət

10:35

Qazaxa hökm edən oliqarx: Məmməd Alıyev

09:55

Cəlilabadda döyülən işçiyə görə KİM MƏSULDUR? - İDDİA

09:28

"6 aydır ki, gün itiririk..." - ETİRAZ VAR...

08:48

Sakinlər ETSN-nin bu idarəsini İTTİHAM EDİR - MÜRACİƏT

20:23

Məşhur "Batı-X" şirkətinin ağacları məhv etdiyi aşkarlandı... - Nazirlik hərəkətə keçdi

19:53

İcra hakimiyyətlərinə yeni səlahiyyət verildi – “Ailədaxili münaqişələrin qarşısı bu yolla alınacaq”