Səfər Mehdiyevə total etiraz: - biri Ərdoğandan kömək istəyir, digəri aclıq aksiyasına hazırlaşır

10:43 2.08.2019 454
Səfər Mehdiyevə total etiraz: - biri Ərdoğandan kömək istəyir, digəri aclıq aksiyasına hazırlaşır

"Reytinq" qəzeti Dövlət Gömrük Komitəsi və sədri Səfər Mehdiyevlə bağlı tənqidi məqalə yazıb.

Məqalədə komitədəki pozuntular və Türkiyəli iş adamının Rəcəb Tayyib Ərdoğana müraciətindən, digər bir iş adamının isə aclıq aksiyasına hazırlaşması və s. problemlərdən bəhs edilir.

Həmin məqaləni təqdim edirik:

"Səfər Mehdiyev Dövlət Gömrük Komitəsinin (DGK) sədri təyin olunduqdan sonra dəfələrlə mətbuata açıqlamasında korrupsiyaya qarşı mübarizə aparılacağı, gömrük prosedurlarının sadələşdiriləcəyi və şəffaflığın təmin ediləcəyi ilə bağlı vədlər verib. Hətta ötən il Gömrük Komitəsinin 100-dən çox əməkdaşının korrupsiya ilə əlaqədar işdən çıxarılmasını komitə sədri təyin olunmasından sonra neqativ hallara qarşı mübarizənin gücləndirilməsi ilə əlaqələndirib.

S. Mehdiyev DGK-yə rəhbərlik etməyə başladığı dövrdən qaçaqmalçılığa qarşı mübarizənin gücləndirilməsini, bu tədbirlər çərçivəsində 500-dən çox cinayət işinin açıldığını neqativ hallara qarşı mübarizə kimi dəyərləndirməyə çalışsa da, Gömrük Komitəsinin Qusar rayonu ərazisində yerləşən Şimal Ərazi Baş Gömrük İdarəsi, Xaçmaz Gömrük Terminalı və anbarlarının giriş və çıxış hissələrində avtomobil yolunun təmiri işlərinin "Taleh-A.T.” Müəssisəsinə həvalə etməsi ilə bağlı üzə çıxan neqativ hallara münasibət bildirməkdən yayınır. Məsələ ondan ibarətdir ki, 50 min manat büdcə vəsaitinin sərf olunması nəzərdə tutulan Xaçmaz Gömrük Terminalı və anbarlarının giriş və çıxış hissələrində avtomobil yolunun təmiri işlərinin həvalə edildiyi "Taleh-A.T.” Müəssisəsi idxal etdiyi malların real dəyərini rəsmi sənədlərdə azaldaraq 62565.12 ABŞ dollarını gömrük və vergi rüsumlarına cəlb olunmasından yayındırdığına görə araşdırmalar başladılmışdı.

Bəzi KİV-lərin iddiasına görə, S. Mehdiyev həmin vəsaiti büdcəyə ödəməkdən yayındırmaq üçün maliyyə fırıldaqalarına yol vermiş şirkəti himayə edir. Amma hansısa səbəbdən S. Mehdiyev həm bu məsələyə, həm də başçılıq etdiyi DGK-nın rəhbər vəzifələrinə həmyerlilərini təyin etməsi ilə bağlı ittihamlara da münasibət bildirmək istəmir.

Komitə sədrinin DGK-də yüksək vəzifələrə həmyerlilərini təyin etməsi ilə bağlı mediada yayılan bilgilərdən əlavə Reyting.az-ın redaksiyasına digər məlumatlar da daxil olub. Onları araşdırdıqdan sonra oxuculara təqdim edəcəyik.

Türkiyəli iş adamı Ərdoğandan kömək istəyir

Azərbaycanda gömrük orqanlarının qanunsuz tələblərindən əziyyət çəkən iş adamları və biznes strukturlarının etiraz səsləri ölkəmizin sərhədlərini aşmağa başlayıb. Azərbaycan gömrükçülərinin haqsız tələbləri ilə üzləşən DÖRTEL OTOMOTİV SAN.PAZ. TİC. LTD ŞTİ firmasının sahibi, İstanbul Ticarət Odasının (İTO) Məclis üzvü Yakup Yaşa Azərbaycan gömrüyündə üzləşdikləri problemlə bağlı Türkiyə prezidenti Ərdoğandan kömək istəyib.

Türkiyəli iş adamı Ərdoğana müraciətində bildirib ki, 20 ildir "Mutlu” akkumulyatorlarının Azərbaycandakı rəsmi distributoru olan "Rovel Trading” şirkətinin Azərbaycana gətirdiyi mallar qanunsuz olaraq bu ölkənin gömrüyündə saxlanılır və onların ticarətinə ciddi məbləğdə ziyan dəyir.

Türkiyəli iş adamı məktubunda yazır ki, Azərbaycan gömrükçüləri onların mallarının qiymətini süni şəkildə artırmağa çalışırlar. Gömrük Komitəsi əməkdaşlarının bu özbaşınalığından isə iki ölkə arasındakı ticarət əlaqələrinə zərər çəkir.

Daha çox rüsum tələbi problemlər yaradır

Son illər ölkəyə gətirilən avtomobillərin gömrük rüsumunun və aksiz vergisinin artırılması da etirazla qarşılanır. Elə bu sui-istifadə və özbaşınalığın nəticəsidir ki, ölkədə avtomobillərin qiyməti sürətlə bahalaşır. Artırılmış rüsumu ödəyə bilməyən bəzi vətəndaşlar isə ölkəyə gətirdikləri avtonəqliyyat vasitələrini gömrük rəsmiləşdirilməsi aparılmadan idarə eləmək məcburiyyətində qalırlar.


"Altay” Araşdırmalar Mərkəzinin rəhbəri Elçin Bayramlı bizimyol.info-ya bildirib ki, astronomik rüsumlar ölkədə sosial-iqtisadi problemlər yaradır. Onun sözlərinə görə, ölkəyə gətirilən avtomobillərlə bağlı inhisarçı maraqlara uyğun məhdudiyyətlər tətbiq edilib.

Səfər Mehdiyev vədinə əməl eləmir – Gömrüklə bağlı etirazlar ölkə sərhədlərini aşır

E. Bayramlının sözlərinə görə, ölkədə sosial-iqtisadi vəziyyəti yüksəltmək yolunda əsas maneə gömrükdür: "Dövlət Gömrük Komitəsi ləğv edilməli, Vergilər Nazirliyinin tərkibində bir idarə kimi fəaliyyət göstərməli, gömrük rüsumları dəfələrlə endirilməli və süni maneələrə son qoyulmalıdır. Çünki sahibkarlar öz məhsullarını xaricə aparmağa çətinlik çəkirlər, ölkəyə gətirilən mallar isə astronomik gömrük rüsumları nəticəsində dəyərindən 4-5 dəfə baha satılır. Bundan başqa, bir çox malların gətirilməsinə inhisarçı maneələr törədilir, istehsal avadanlıqları gətirib ölkədə istehsal müəssisəsi açmaq istəyən sahibkarlar bu işdən vaz keçir və investisiyalarını xarici ölkələrə qoyurlar”.

Komitə məhkəmə qərarlarını icra eləmir

Gömrük Komitəsinin özbaşınalığı digər sahələrlə yanaşı ölkəyə gətirilən KİV məhsullarına da ciddi problemlər yaratmaqdadır.

"Qaya Mətbuat Yayımı” MMC-nin direktoru Xanhüseyn Əliyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə Reyting.az vasitəsi ilə müraciətində bildirir ki, hazırki Vergi Məcəlləsi 3 ildir qüvvədə olsa da, Gömrük Komitəsi idxal olunan KİV məhsullarına qeyri-qanuni olaraq əlavə dəyər vergisi (ƏDV) tələb edir. Qanunverici və icra hakimiyyətləri isə DGK-nin qeyri-qanuni tələbinə biganə yanaşırlar: "Məhkəmə hakimiyyəti büdcə öhdəliklərini bəhanə edib saxta qərar verir. Bu isə tək sahibkarlığın yox, həm də mətbuatın probleminə çevrilib. Özbaşnalıqların səbəbkarı Dövlət Gömrük Komitəsi Baş maliyyə idarəsinin rəisi Mirqasım Vahabovdur”.

X. Əliyev Kanal 13-ə müsahibəsində isə bildirib ki, Gömrük Komitəsinin əməkdaşları ölkə qanunlarını öz istəklərinə uyğun formada şərh edirlər. Onun sözlərinə görə, KİV məhsulları ƏDV-dən azad olsa da, Gömrük Komitəsi müvafiq qərarın ləğvini əsas tutub, qanunun (Vergi Məcəlləsinin) bu tələbinə məhəl qoymur. Yəni, Azərbaycanın mərhum prezidenti Heydər Əliyev tərəfindən təsdiq edilmiş qanunun tələbləri pozulur.

Aclıq aksiyası və piket keçirəcəklər

X. Əliyev qeyd edib ki, bu məsələ ilə bağlı qanunun deyil, qərarın üstün tutulması absurddur: "Bununla bağlı üç məhkəmə instansiyasında qərar və qərardad çıxarılıb. Həmin qərar və qərardadda göstərilir ki, "Qaya Mətbuat Yayımı” MMC-nin idxal etdiyi qəzet və jurnallara görə Gömrük Komitəsinin ƏDV tələbi qadağan edilsin. Amma məhkəmənin bu qərar və qərardadlarını Gömrük Komitəsi icra eləmir”.

"Qaya”nın rəhbəri bu qanunsuzluqlara görə Gömrük Komitəsinin Baş maliyyə idarəsinin rəisi Mirqasım Vahabovu ittiham edir.

X. Əliyevin iddiasına görə, Ali Məhkəmə məmurların təzyiqi ilə sonradan absurd qərar çıxarıb: "Vergi Məcəlləsində yazılıb ki, alqı-satqı (KİV məhsulları nəzərdə tutulu-red.) vergidən azaddır. Ali Məhkəmə isə sonradan qərar çıxarıb ki, "alqı” sözü Vergi Məcəlləsinə səhvən düşüb, bu, yalnız satqıya aiddir. Qanuna "alqı” sözü necə səhv düşə bilər? Mən üç ildir onları başa sala bilmirəm”.

X. Əliyev məsələ ilə bağlı dövlətin müvafiq qurumlarına 213 məktub yazsa da, buna əhəmiyyət verilmir.

"Qaya”nın rəhbəri Gömrük Komitəsinin özbaşınalıqlarına qarşı mübarizəyə aclıq aksiyası və piket keçirməklə davam etdirəcəklərini diqqətə çatdırıb".

Yazıdakı iddialarla bağlı Dövlət Gömrük Komitəsinin də mövqeyini dərc etməyə hazırıq.
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

22:53

Bu gecə ilk Qədr gecəsidir

22:15

İrəvan Rusiya ilə münasibətləri qəsdən pozur - Moskvadan xəbərdarlıq

21:46

Ramazanın 19-cu gününün duası - İmsak və iftar vaxtı

21:26

Sabirabadda dəhşətli "təmizlik" aksiyası - vətəndaş müraciəti

19:04

Papanın səhhəti yaxşılaşıb

18:42

Putin seçki üçün 317 milyon pul xərcləyib

18:18

Nağdsız ödənişdən yayınanlar barəsində tədbir görüləcəkmi? - Ekspertlər danışır...

17:32

Diplomsuz cərrahları kim qoruyur? - Sabiq nazir müavini rəsmən yalan danışdı

17:06

Gəncə şəhər Şəhidlər Xiyabanı zibil içindədir - VİDEOFAKT

16:38

Həbibullayev Prezidentin göstərişlərini NİYƏ ÖNƏMSƏMİR? - ÖZBAŞINALIQ!

15:53

Bəs Xalid Ələkbərova nə yaxşı SÖZ DEYƏN YOXDUR?.. - Ortada bunca məqamlar varsa...

15:24

İşçinin taleyi əgər Qağaməlinin ümidinə qaldısa.... - VAY HALINA...

14:06

Gəncə İcra Başçısı haqda maraqlı iddia və maşın kolleksiyası - Dövlət büdcəsini evinə daşıyıb ki...

13:32

Araz Paşayevə məxsus şirkət hansı qurumlarla işbirliyində olub və nə qədər dövlət vəsaiti silib - İLGİNC FAKTLAR

11:32

Rəis 6 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsini "bazar"a çevirib - İTTİHAM VAR...

10:54

Sakinlər problem içində... rəsmi qurumlar isə ancaq vəd verir... - Başçı da ki yox kimidir...

09:59

Gülağa Bağırov 1 milyonu NEYNƏDİ? - Bir soruşan olsa...

09:29

Təhlükəsizlik orqanlarının yaranmasının 105 illiyi

21:37

Ağalarovlardan terror qurbanlarına 100 milyonluq yardım

21:10

İlhamə Abdullayeva Gülnaz Kırimovanı O isə öz vasalının qanundan kənar əməllərini gizlədir - FAKTLAR

20:41

Ramazanın 18-ci gününün DUASI

19:14

Taleh Qaraşov kimi problemli və “klassik” məmur... - NİYƏ GETMƏLİDİR?

18:45

Kamran Əliyev vəzifəsindən azad edilib - ƏMR

16:04

Vüqar Kərimovla iş adamı Tehran Lətifovun işbirliyi Şəkidə nə qədər ağacın kəsilməsinə səbəb olub

15:29

Parkinq sabotajı:Məmurların pul qazanmaq ehtirası, yoxsa...

14:43

İlham Əliyev BDU-ya rektor TƏYİN ETDİ

14:21

Nərimanov ərazisində yerləşən yanacaqdoldurma məntəqəsi SAXTAKARLIQ EDİR - ETİRAZ

13:08

Təhsil Tələbə Krediti Fondunun İdarə Heyətinin sədrinə ağır ittihamlar:məmur bacı-qardaşlarından ibarət mütəşəkkil dəstə...

12:24

Avropa Oyunları 2027-ci ildə İstanbulda keçiriləcək

11:44

“Gənclik Mall”da autizmli gəncin döyülməsini ört-basdır etməyə çalışıblar? - FOTO

10:38

Ermənistan sərhəddəki kəndi Gürcüstana verir? - “Joğovurd”

09:58

6 ay yataq xəstəsi olduğu üçün işdən çıxarıldı - GİLEY

09:29

Sosial şəbəkələrdə özünü AzTV-nin “prezident müxbiri” kimi təqdim edən şəxs görün hansı əxlaqı göstərir… - VİDEOFAKT

09:01

Nə zamana qədər ki, Qağaməli Seyfullayev kimiləri meydan sulayır... - ETİRAZ