Müsavatda saxta vəsiqə və mühacir davası - müsavatçılar sığındıqları ölkədən çıxarıla bilər

15:19 31.07.2019 481
Müsavatda saxta vəsiqə və mühacir davası - müsavatçılar sığındıqları ölkədən çıxarıla bilər

Müsavat Partiyasının xaricdə mühacir həyatı yaşamaq istəyən ölkə vətəndaşlarına saxta partiya arayışları “satdığı” barədə illərdir səsləndirilən iddialar son günlərdə daha da qızışıb. Buna səbəb də mühacirətdə olan jurnalist Yavəz Əkrəmoğlunun facebook profilində paylaşdığı statusdur.

Jurnalist həmin statusda kifayət qədər şok iddialar, ittihamlar irəli sürüb. O, Almaniya Xarici İşlər Nazirliyinin 22 fevral 2019-cu il tarixli, “Azərbaycan: mühacirlik və deportasiya işləri üzrə...” adlı sənədinə alman məhkəmələrinin istinad edərək, Müsavatın arayış verdiyi şəxslərə oturum verməklə bağlı bundan sonra mənfi qərarlar çıxaracağını bildirib. Hətta Y.Əkrəmoğlu vaxtilə Müsavat Gənclər Təşkilatının sədr müavini olan, ciddi təzyiqlərlə üzləşən Rahid Bəşirovu nümunə göstərib.

Siyasi mühacirin həmin statusunu olduğu kimi təqdim edirik: “Təqdim olunan partiya bileti və arayış sizin şikayətin təmin olunması üçün uyğun deyil. Artıq diqqətə alınması vacibdir ki, partiya funksionerlərinin müsbət fəaliyyətlə bağlı təsdiq arayışlarını Azərbaycanda əldə etmək çox da çətin deyil”.

Almaniya, Münster şəhər Məhkəməsinin müsavatçı Rahid Bəşirov haqda çıxardığı neqativ qərarda Müsavat Partiyası vəsiqə və arayışlarına münasibət bu cür təqdim olunub. Rahid Bəşirov Miqrasiya İdarəsinin onun haqda çıxardığı mənfi qərardan məhkəməyə şikayət etmişdi.

Məhkəmə yazır ki, Almaniya Xarici İşlər Nazirliyinin 22 fevral 2019-cu il tarixli, “Azərbaycan: mühacirlik və deportasiya işləri üzrə...” adlı sənədinə istinad edərək belə hesab edir.

Rahid Bəsirov 1999-cu ildən Müsavat Partiyasının üzvüdür. O, partiya gənclər təşkilatının sədr müavini olub. Müxtəlif vaxtlarda hakimiyyətin təzyiqlərinə məruz qalıb, sutkalıq həbs də olunub. 2015-ci ildə NİDA-dan deputatlığa namizədliyi irəli sürülsə də, MSK qəbul etməyib.

Müsavat Partiyasının onun təzyiqlə üzləşməsi ilə bağlı verdiyi arayış əslində fəaliyyətinə uyğun gəlir. Bəs onda niyə məhkəmə bu arayışı inandırıcı saymayıb?

Qurunun oduna yaş da yanır?

Qərardan və Almaniya Xarici İşlər Nazirliyinin partiyaya aid olan arayış və vəsiqələr haqda məlumatından belə çıxır ki, onlar indiyə kimi verilən arayışlar haqda araşdırmalar apardıqdan sonra bu nəticəyə gəliblər. Yəni o boyda nazirlik durub havadan belə nəticəyə gəlməyib. Onlar vəsiqə və arayışları saxta saymır, lakin arayışda yazılanları ciddiyə alıb, həqiqətə uyğun hesab etmirlər.

Nazirliyin bu sənədi artıq partiyanın bütün arayışlarına münasibətdə tətbiq oluna bilər. Yəni məhkəmə, yaxud Miqrasiya İdarəsi istənilən arayış haqda yoxlama aparmadan belə, bu sənədə əsaslanıb bütün müsavatçılara eyni münasibəti sərgiləyə bilər. Son zamanlar Almaniyada azərbaycanlı siyasi mühacirlərə soyuq münasibətin fonunda belə görsənir ki, elə ucdantutma bu sənədə əsaslanıb arayışların əksəriyyətini həqiqətə uyğun saymayacaqlar. ( 8-10 il əvvəl isə heç təzyiqə məruz qalmağı sübut etməyə belə ehtiyac yox idi. Partiya vəsiqəsini göstərmək bəs edirdi).

Artıq Almaniyadakı Müsavat Partiyası üzvlərinin çoxuna vəsiqə və arayışlarının həqiqəti əks etdirmədiyi haqda qərar və bildiriş göndərilib. Mən də oxumuşam onları. Çoxu uzun illərin müsavatçılarıdır. Ancaq əksəriyyət bu qərarların yayılmasını istəmir. Bu məlumatı Rahid Bəşirovun öz istəyini nəzərə alıb paylaşıram. Sənədi özüm oxumuşam. Sənədi görmək istəyənlər Rahid bəyin özünə müraciət edə bilərlər. Yəqin ki, kimə məsləhət bilsə, göndərər.

Bu statusla onu çatdırmaq istəyirəm ki, aldanıb siyasi mühacir kimi Avropaya gəlməyin. Gəlirsizsə, özünüzlə daha tutarlı faktlar gətirməlisiniz".

Bu statusun altında geniş müzakirələr açılıb. Rəylərə diqqət edəndə açıq şəkildə görünür ki, Müsavat rəhbərliyi daxilində arayış məsələsi ilə bağlı ikitirəlik yaranıb. Tanınmış jurnalist Aynur Elgünəş rəylərdə fəal iştirak edən Müsavat Divanının üzvü Yadigar Sadıqlı haqqında yazır ki, o, saxta arayışların verilməsinin hər zaman əleyhinə olub. Partiya funksioneri susmaqla onun fikirləri ilə razılaşdığını və Müsavat rəhbərliyində bəzi şəxslərin saxta bilet alveri ilə məşğul olduqlarını dolayısı ilə təsdiqləyir.

Müsavatın digər Divan üzvü Elman Fəttahın isə məhkəmədən mənfi rəy alan mühacir müsavatçı İdris Əmiraslanlıya yönəlik yazdığı bu rəy xüsusilə diqqət çəkir: “İdris bəy, siz yeganə adamsınız ki, məndən soruşulanda müsbət (digər ”moşenniklərə" mənfi demişəm) rəy vermişəm. Dedilər zamanı ötürmüsünüz. İsrar etdim ki, humanitar sığınacaq versinlər.

Haqq etməyənlərə verilən qurama sənədlər sizin kimilərin də haqqını yeyir".

E.Fəttahın bu rəyinə G.Aslanlı məyus olduğunu bildirən işarə qoyur.

Saxta arayışların verilməsində ən çox adı keçən Müsavatın İcra Aparatının rəhbəri Gülağa Aslanlı da müzakirələrə qoşularaq, Y.Əkrəmoğlunun statusunu təkzib edib. Hər iki şəxs arasında bir-birinə yönəlik ciddi ittihamlar səsləndirilib.

Statusun altındakı rəylərdə Müsavatın 197 nəfərə saxta arayış verdiyi barədə müdhiş ittihamlar irəli sürülür və hər bir sual da G.Aslanlıya yönəlib. Hətta bəzi rəylərdən aydın olur ki, sabiq dövlət məmurlarından da Müsavatdan arayış alanlar var. Belə şəxslərin həqiqi müsavatçılardan daha tez oturum aldıqları da iddialar sırasındadır.

Hikmət Kazımlı adlı istifadəçi yazır: “Vallah, dözə bilmirəm. Mən 30 ildir meydanlarda, mitinqlərdə, piketlərdə, həbslərdə olmuşam. Necə olur ki, dünənki cocuq, musiqiçi, heç tanımadığım birisi Müsavat adından yaşamaq izni alır. Amma mənə deyilir ki, sənin sənədlərin və biletin saxtadır? Bu necə olur, mənə aydınlıq gətirin. Yazanlara da hədə-qorxu gəlməyin. Hələ bu başlanğıcdır, zurna qabaqdadır”.

Bunun ardınca Y.Əkrəmoğlu G.Aslanlıya yönəlik bu rəyi yazır: “Gülağa bəy, hələ oyun qabaqdadır. Mən miqrasiyanın şəxsən sizin yazdığınız arayışı və partiya vəsiqəsinin saxta olduğunu sübut edən, Hikmət bəyə miqrasiya idarəsindən verilən sənədi siz istəsəniz də, istəməsəniz də paylaşacam. Sadəcə, bundan necə qorxduğunuzu görmək və göstərmək istəyirdim”.

Rəyin ardınca jurnalist qeyd etdiyi screeni də paylaşır.

Statusda əsas hədəflərdən biri də Almaniyada fəaliyyət göstərən Müsavat Koordinasiya Mərkəzidir. Mərkəzin Azərbaycandan Müsavatın arayışları ilə gedən şəxsləri orada sığınacaqlara yerləşdirdiyi və oturum almalarında ciddi rol oynadığı iddia edilir.

Mövzunu diqqətdə saxlayacağıq.
“Yeni Müsavat”
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

17:32

Diplomsuz cərrahları kim qoruyur? - Sabiq nazir müavini rəsmən yalan danışdı

17:06

Gəncə şəhər Şəhidlər Xiyabanı zibil içindədir - VİDEOFAKT

16:38

Həbibullayev Prezidentin göstərişlərini NİYƏ ÖNƏMSƏMİR? - ÖZBAŞINALIQ!

15:53

Bəs Xalid Ələkbərova nə yaxşı SÖZ DEYƏN YOXDUR?.. - Ortada bunca məqamlar varsa...

15:24

İşçinin taleyi əgər Qağaməlinin ümidinə qaldısa.... - VAY HALINA...

14:06

Gəncə İcra Başçısı haqda maraqlı iddia və maşın kolleksiyası - Dövlət büdcəsini evinə daşıyıb ki...

13:32

Araz Paşayevə məxsus şirkət hansı qurumlarla işbirliyində olub və nə qədər dövlət vəsaiti silib - İLGİNC FAKTLAR

11:32

Rəis 6 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsini "bazar"a çevirib - İTTİHAM VAR...

10:54

Sakinlər problem içində... rəsmi qurumlar isə ancaq vəd verir... - Başçı da ki yox kimidir...

09:59

Gülağa Bağırov 1 milyonu NEYNƏDİ? - Bir soruşan olsa...

09:29

Təhlükəsizlik orqanlarının yaranmasının 105 illiyi

21:37

Ağalarovlardan terror qurbanlarına 100 milyonluq yardım

21:10

İlhamə Abdullayeva Gülnaz Kırimovanı O isə öz vasalının qanundan kənar əməllərini gizlədir - FAKTLAR

20:41

Ramazanın 18-ci gününün DUASI

19:14

Taleh Qaraşov kimi problemli və “klassik” məmur... - NİYƏ GETMƏLİDİR?

18:45

Kamran Əliyev vəzifəsindən azad edilib - ƏMR

16:04

Vüqar Kərimovla iş adamı Tehran Lətifovun işbirliyi Şəkidə nə qədər ağacın kəsilməsinə səbəb olub

15:29

Parkinq sabotajı:Məmurların pul qazanmaq ehtirası, yoxsa...

14:43

İlham Əliyev BDU-ya rektor TƏYİN ETDİ

14:21

Nərimanov ərazisində yerləşən yanacaqdoldurma məntəqəsi SAXTAKARLIQ EDİR - ETİRAZ

13:08

Təhsil Tələbə Krediti Fondunun İdarə Heyətinin sədrinə ağır ittihamlar:məmur bacı-qardaşlarından ibarət mütəşəkkil dəstə...

12:24

Avropa Oyunları 2027-ci ildə İstanbulda keçiriləcək

11:44

“Gənclik Mall”da autizmli gəncin döyülməsini ört-basdır etməyə çalışıblar? - FOTO

10:38

Ermənistan sərhəddəki kəndi Gürcüstana verir? - “Joğovurd”

09:58

6 ay yataq xəstəsi olduğu üçün işdən çıxarıldı - GİLEY

09:29

Sosial şəbəkələrdə özünü AzTV-nin “prezident müxbiri” kimi təqdim edən şəxs görün hansı əxlaqı göstərir… - VİDEOFAKT

09:01

Nə zamana qədər ki, Qağaməli Seyfullayev kimiləri meydan sulayır... - ETİRAZ

17:54

Ov mövsümü hamı üçün bitib? - Restoranlar çöl quşlarından kabab təklif edirlər - VİDEO

17:10

Bir ailənin 6 üzvü qəzada ÖLDÜ

16:09

Bakıda liftdən meyit tapıldı

15:02

Braziliya tarixinin 10 ən yaxşı hücumçusu

14:40

Heydər Əliyev Fondunun tiktirdiyi məktəb binasından şagirdlər yenidən qəzalı binaya qaytarılır - FOTO/VİDEO

13:42

Rayondan Bakıya gələnləri təhqir edən aktrisaya sərt cavab - QALMAQAL

12:32

Rayonlara qar yağdı - Faktiki hava